Əsas səhifə   az | ru | en
Azərbaycan Respublikası
Ali Məhkəmə
Məhkəmə sisteminin tarixi
Qanunvericilik
E-Xidmətlər
Faydalı linklər
Ali Məhkəmənin Plenumu 30.09.2014
Ali Məhkəmənin Plenumu 16.05.2014
Ali Məhkəmənin Plenumu 21.02.2014

Müsahibələr , Çıxışlar
“Məhkəmə sistemində inqilabi elektron islahat mərhələsi başlayır” - Müsahibə
Ali Məhkəməsinin sədri Ramiz Rzayev 2014-cü il yanvarın 31-də İ.Hüquqları üzrə Avropa Məhkəməsinin dəvətinə əsasən Fransada keçirilən məhkəmə ilinin açılışına həsr olunmuş iclasa davəti əsnasında səfərlə bağlı “Azərtac”ın müxbirinə müsahibə vermişdir.
İnsan hüquqları və azadlıqlarının təminatında mühüm mərhələ
Azərbaycan Respublikasında son illər ərzində aparılan, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən məhkəmə hüquq islahatları sayəsində tamamilə yeni və beynəlxalq standartlara cavab verən, vətəndaşların hüquq və azadlıqlarının daha da etibarlı müdafiəsini təmin edən müasir məhkəmə sistemi yaradılmış və bu sahədə əldə edilmiş nailiyyətlər və qabaqcıl təcrübə ölkəmizdə bu islahatlara önəmli dəstək verən Avropanın aparıcı dövlətləri tərəfindən də etiraf olunmaqdadır.
İdeyanı reallığa çevirəcək sənəd
"Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" ulu öndərin insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində ideyalarının reallığa çevrilməsinə yönəlmiş sənəddir
Yeni məhkəmə hakimiyyətinin formalaşdırılması dövlət müstəqilliyimizin bəhrəsidir
Təəssüflər olsun ki, Azərbaycanda məhkəmələr böyük ictimai təhlükə törətməyən cinayətlərdə həbs-qətimkan tədbirini seçirlər - Ali Məhkəmənin sədri (MÜSAHİBƏ)
Рамиз Рзаев: "Наша система правосудия отвечает всем требованиям континентального судопроизводства
Azərbaycan Respublikasının ədliyyə və məhkəmə işçilərinə
Hörmətli ədliyyə işçiləri, hakimlər və veteranlar,
Sizi Azərbaycan ədliyyəsinin 90 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.


 
Ali Məhkəməsinin sədri Ramiz Rzayev 2014-cü il yanvarın 31-də İ.Hüquqları üzrə Avropa Məhkəməsinin dəvətinə əsasən Fransada keçirilən məhkəmə ilinin açılışına həsr olunmuş iclasa davəti əsnasında səfərlə bağlı “Azərtac”ın müxbirinə müsahibə vermişdir.

 
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev 2014-cü il yanvarın 31-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin dəvətinə əsasən yüksək məhkəmə orqanlarının sədr və
hakimlərinin iştirakı ilə Fransanın Strasburq şəhərində keçirilən 2014-cü il üzrə məhkəmə ilinin açılışına həsr olunmuş təntənəli iclas davət almışdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrası: bölüşdürülmüş məhkəmə məsuliyyəti” mövzusunda keçirilmişSeminarda iştirak etmişdir. Ali Məhkəmənin sədri səfərlə bağlı “Azərtac”ın müxbirinə eksklüziv müsahibə vermişdir.
     - Ramiz müəllim, iştirakçı olduğunuz tədbir və onun əhəmiyyəti barədə nə deyə bilərsiniz?
     -Hər il olduğu kimi, bu il də Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmə ilinin rəsmi açılışı mərasimi Strasburq şəhərində cari ilin yanvar ayının 31-də keçirildi. Bu tədbirdə Avropa İnsan Hüquqları Məhkəməsinin hakimləri ilə yanaşı Məhkəmənin yurisdiksiyasına daxil olan ölkələrin Konstitusiya və Ali Məhkəmələrinin sədrləri, Avropa İnsan Hüquqları Məhkəməsinin sabiq hakimləri, səfirlər, insan hüquqları sahəsində görkəmli alimlər də iştirak edirdi. Rəsmi açılış mərasimində 2013-cü ilin yekunlarına dair Avropa İnsan Hüquqları Məhkəməsinin sədri cənab Din Şpilman məruzə etdi və bəzi statstik məlumatlar təhlil olundu.
    Elə həmin gün keçirilən seminarda Avropa İnsan Hüquqları Məhkəməsinin 2013-cü il ərzindəki fəaliyyətinə nəzər salındı, Məhkəmənin nöqteyi-nəzərindən: onun qərarlarının icrasında özünün rolu, imkanlar və məhdudiyyətlər; yerli məhkəmələrin nöqteyi-nəzərindən: Avropa Məhkəməsinin qərarlarının icra edilməsində yerli məhkəmələrin rolu mövzularında müzakirələr və qarşılıqlı məhkəmə əməkdaşlığının təcrübi məsələlərinə dair fikir mübadiləsi aparıldı. Tədbirdə Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Din Şpilman, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin hakimi Kançado Trindad, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimləri, ABŞ-ın Yeyl (Yale) hüquq məktəbinin professoru Alek Stoun Sweet, Almaniya Federal Konstitusiya Məhkəməsinin sədri Andreas Vobkuhle və digərləri mövzu ətrafında çıxışlar etdilər və fikirlərini bölüşdülər. Tədbirin əhəmiyyətinə gəldikdə deyə bilərəm ki, biz bir araya gəldik, fikirlərimizi paylaşdıq.
-2013-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsinin fəaliyyəti barədə nə deyə bilərsiniz?
       -Bildiyiniz kimi, 2000-ci illərdə Avropa İnsan Hüquqları Məhkəməsinin iş yükü kəskin dərəcədə artmışdır. Buna səbəb keçmiş sovet blokuna daxil olan ölkələrin Avropa Şurasına üzv qəbul olunması və nəticə etibarı ilə Məhkəmənin yurisdiksiyasının genişlənməsidir. Əgər 1959-1998-ci illərdə, yəni 30 il ərzində Məhkəmə mahiyyəti üzrə cəmi 837 qərar çıxarmışdırsa, tək 2009-cu ildə bu rəqəm 1625-ə yüksəlmişdir.
         Digər statistik göstəriciyə nəzər yetirsək, 2009-cuildə Məhkəmə baxdığı 35 460işdən 2 393-nə mahiyyəti üzrə baxaraq 1 625 qərar çıxarmışdırsa, 2013-cü ildə baxdığı 93 396 işdən 3 659-na mahiyyəti üzrə baxaraq 916 qərar çıxarıb. Bu da son illər aparılan Məhkəmənin iş yükünün azalmasına və qərarların keyfiyyətinin yüksəlməsinə yönələn islahatların nəticəsi olaraq mümkün olmuşdur. Bu islahatların əsasını şikayətlərin qəbul olunub-olunmamasına dair ilkin mərhələdə baxılma prosedurunun sadələşdirilməsi və eyni hüquqi məsələlərə toxunan bəzişikayətlərin qruplaşdırılmış şəkildə baxılması təşkil edir.
-Bizdə necə, irəliləyişlər varmı?
             -Son illər ölkəmizdə aparılan genişmiqyaslı islahatlar ədalət mühakiməsinin səmərəliliyinin artırılmasından, məhkəmə sisteminin daha da təkmilləşdirilməsindən, əhalinin məhkəmələrə müraciət imkanlarınınasanlaşdırılmasından, hakimlərin sayının artırılmasından, yeni və şəffaf prosedurlarla hakimlərin seçilməsindən, respublikamızda müasir məhkəmə infrastrukturunun yaradılmasındanibarətdir.
            Bu tədbirlər çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqi mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə artıq bir neçə ildir ki, hakimlər, hakim köməkçiləri və məhkəmə katiblərinin iştirakı ilə Ali Məhkəmədə hər həftənin ikinci günü keçirilən seminar-məşğələlərdə Avropa İnsan Hüquqları Məhkəməsinin milli məhkəmə təcrübəsi üçün aktual olan qərarlarının təhlili aparılır. Daha sonra belə qərarlar müvafiq tövsiyyələr ilə aşağı instansiya məhkəmələrinə nəzərə alınması üçün göndərilir. Bundan əlavə, bu ildən etibarən Ali Məhkəmənin hakimləri və bu sahədə ekspertlər tərəfindən mütəmadi olaraq apellyasiyavə birinci instansiya məhkəmələri hakimlərinə Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun öyrənilməsinə dair müvafiq mövzular üzrə məşğələlərin keçirilməsi nəzərdə tutulur.Bundan irəli gələn təşkilati məsələlərin həll edilməsi və Konvensiyanın ayrı-ayrı normalarının şərhinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinin təhlil edilməsi, ölkəmizlə bağlı qərarlarında əks olunan hüquqi mövqelərin (presedentlərin) öyrənilməsi, sistemləşdirilməsi və qruplaşdırılması, insan hüquqları sahəsində qəbul olunmuş beynəlxalq standartların digər dövlətlərin məhkəmə təcrübəsində rolunun araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən ədalət mühakiməsi həyata keçirilərkən onlara Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqi ilə əlaqədar yardım göstərilməsi məqsədilə Ali Məhkəmədə ötən ildən etibarən İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsi fəaliyyət göstərir.
-Ramiz müəllim Sizcə, digər ölkələrlə müqaisədə Azərbaycan Respublikasına qarşı çıxarılan qərarlar çoxdur, yoxsa az?
          -Hal-hazırda Strasburq Məhkəməsində təqribən 100 minə yaxın iş icraatdadır. Bu şikayətlərin yarısından çoxu cəmi 4 ölkənin payına düşür: Rusiya, İtaliya, Ukrayna və Serbiya. Əgər Məhkəmənin 2013-cü ilə olan rəsmi statistik məlumatlarına nəzər yetirsək, görərik ki, Avropada dövlətlər var ki, onlar tərəfindən 119, 118, 83, 65 qərarda Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən pozuntu aşkar olunmuşdur. Əhalisi ölkəmizin əhalisinin sayı ilə təqribən eyni olan Avropa dövlətləri ilə müqaisə etsək, belə dövlətlərə qarşı 2013-cü ildə 5 061, 1 209,990, 726şikayət daxil olan halda, Azərbaycan dövlətinə qarşı cəmi 325 şikayət daxil olub. Belə ki, bu işlərə baxılan zaman yuxarıda qeyd olunan müxtəlif dövlətlər tərəfindən keçən il40, 32, 25, 22 qərarda Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən Konvensiyanın ayrı-ayrı müddəalarının pozuntusu aşkar olunmuşdur.
Azərbaycan dövləti tərəfindəncəmi 8 qərarda pozuntu müəyyən edilmişdir.Ümumiyyətlə, çıxarılmış 8 qərardan altısındaKonvensiyanın 3-cü, 6-cı madələri, 1 saylı Protokolunun 1-ci maddəsi və digər maddələri ilə pozuntu aşkar olunmuşdur.Qeyd etmək istərdim ki, bu qərarların ikisində pozuntu məhkəmə qərarlarının icra olunmamasından ibarət olub.
         Müqaisə üçün 2012-ci ilin rəqəmləri ilə müqaisədə daha az pozuntu qeydə alınıb. Təbii ki, biz bununla arxayınlaşmamalıyıq ki, 2013-cü ildə göstəricimiz nəzərə çarpaçaq dərəcədə yaxşılaşıb və mütəmadi olaraq qanunlarımızı və məhkəmə təcrübəmizi təkmilləşdirərək Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna uyğunlaşdırmalıyıq. Ali məqsədimiz qanunun aliliyini,insanların və vətəndaşlarımızın hüquq və azadlıqlarının məhkəmə qaydasında daha da səmərəli müdafiə olunmasını təmin etməkdir.

 
Xeber lenti