Azərbaycan Respublikası Ali Məhkəməsinin təqdim etdiyi “Elektron xidmət”lər vasitəsi ilə siz kassasiya qaydasında baxılacaq mülki, inzibati-iqtisadi, cinayət və hərbi işlərin gündəlik və həftəlik siyahısını tapmaq, icraatda olan işlər haqqında ətraflı məlumat (tərəflər, işə baxan hakim, zal nömrəsi, baxılma vaxtı və s) əldə etmək və Ali Məhkəmədə çıxarılmış qərarlarla tanış olmaq, “Online” müraciət və qəbul haqqında müraciət etmək imkanına maliksiniz.

“Təyin olunmuş işlərin gündəlik siyahısı” bölməsində Azərbaycan Respublikasının Ali Məhkəməsində həmin gün üçün təyin olunmuş işlər haqqında məlumat əldə edə bilərsiniz. Ətraflı məlumat əldə etmək üçün: Mülki və İnzibati-iqtisadi kollegiyalar üzrə: İş nömrəsinin üzərindəki link sıxmaq ilə Cinayət və Hərbi kollegiyalar üzrə:Məhkumlar (bəraət alanlar) üzərindəki link sıxmaq ilə.