1[102]-1161/2022 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 1(102)-1161/2022

15.09.2022

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Cinayət kollegiyasının

Q Ə R A R İ

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov

İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Mövsümov
Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı -
Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə
idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik
təhlil şöbəsinin prokuroru X8, Məhkum1 iştirakı ilə,

Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2022-ci il tarixli,

1(107)-106/2022 nömrəli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş
kassasiya şikayətinə, Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə
mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi.

I. İşin halları

1. Məhkum1 xx xxxxxx 1984-cü il tarixdə Şəki rayonunun Kiçik Dəhnə kəndində

anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki azyaşlı
uşaqları olan, orta təhsilli, işsiz, Şəki Apellyasiya Məhkəməsinin 17 iyun 2020-ci il qərarı ilə
qəti olaraq 01 il 11 ay 21 gün azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş,
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası
CM”) 79-cu maddəsinə əsasən cəzanın çəkilməsi 06 aprel 2022-ci il tarixədək təxirə
salınmış, Şəki rayonunun Kiçik Dəhnə kəndində daimi yaşayış qeydiyyatında olmaqla
həmin kənddə yaşamışdır.

2. Məhkum2 xx xxxxxx 1977-ci il tarixdə Şəki rayonu Qoxmuq kəndində anadan

olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum
olunmayan, fərdi əməklə məşğul olan, Şəki rayonu Qoxmuq kəndində pasport
qeydiyyatında olmaqla yaşayan.

3. 17 mart 2021-ci il tarixli ittiham aktına görə Məhkum1 və Məhkum2 Azərbaycan

Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə
dair ittiham elan edilmişdir.

4. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum1 münasibətdə müəyyən edilmiş

işin faktiki hallarına görə, o, qəsdən, tamah niyyətilə etibardan sui-istifadə etmə və
aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə

Zərərçəkmiş şəxs3 Şəki rayonu Kiçik Dəhnə kənd sakini mərhum, X2 Beynəlxalq Bankdan
kredit götürməsi zamanı zamin olması və Fərhad Cəbiyevin vəfat etməsindən sonra onun,
həmçinin müxtəlif şəxslərə zamin olduğu üçün arvadı Şahid6 barəsində Şəki Ağır
Cinayətlər Məhkəməsində cinayət işi olmasını özündən uyduraraq həmin cinayət işinin
xitam ediləcəyinə köməklik göstərəcəyi ilə bağlı yalan vədlər verib inandıraraq etibarını
qazandıqdan sonra həmin etibardan sui-istifadə edib vahid niyyətlə, 23 aprel 2018-ci il
tarixdə, saat 11 radələrində Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən, Şəki rayonu
üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasının qarşısında 300 manat, 24 aprel 2018-ci
il tarixdə, saat 12 radələrində Abşeron rayonu Xırdalan şəhəri ərazisində 900 manat, 25
aprel 2018-ci il tarixdə, saat 10 radələrində Şəki şəhəri, Salman Mümtaz küçəsində
yerləşən Şəki Məhkəmə Kompleksinin inzibati binasının qarşısında 2000 manat, 27 aprel
2018-ci il tarixdə, saat 10 radələrində Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən
Şəki Məhkəmə Kompleksinin inzibati binasının qarşısında 1300 manat, 30 aprel 2018-ci il
tarixdə, saat 12 radələrində Abşeron rayonu Xırdalan şəhəri ərazisində 2000 manat, 07
may 2018-ci il tarixdə Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən “Təzə bazar”ın
yaxınlığında 400 manat, 10 may 2018-ci il tarixdə, saat 10 radələrində Şəki şəhəri,
Salman Mümtaz küçəsində yerləşən Şəki Məhkəmə Kompleksinin inzibati binasının
qarşısında 1000 manat, 14 may 2018-ci il tarixdə, saat 10 radələrində Şəki şəhəri, Salman
Mümtaz küçəsində yerləşən, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati
binasının qarşısında 600 manat, 16 may 2018-ci il tarixdə, saat 12 radələrində Abşeron
rayonu Xırdalan şəhəri ərazisində 2000 manat, 18 may 2018-ci il tarixdə, saat 10
radələrində Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən Şəki Məhkəmə Kompleksinin
inzibati binasının qarşısında 600 manat, 18 may 2018-ci il tarixdə, saat 11 radələrində
Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən Şəki Məhkəmə Kompleksinin inzibati
binasının yaxınlığında 100 manat, 04 iyun 2018-ci il tarixdə, saat 10 radələrində Şəki
şəhəri, Salman Mümtaz küçəsində yerləşən Şəki Məhkəmə Kompleksinin inzibati
binasının qarşısında 1900 manat, 07 iyun 2018-ci il tarixdə, saat 12 radələrində Bakı
şəhəri, Sumqayıt şossesi, 3-cü kilometrdə yerləşən, Bakı X1rşısında 400 manat, 11 iyun
2018-ci il tarixdə, saat 12 radələrində Abşeron rayonu Xırdalan şəhəri ərazisində 1600
manat, 13 iyun 2018-ci il tarixdə, saat 10 radələrində Şəki şəhəri, Salman Mümtaz
küçəsində yerləşən Şəki Məhkəmə Kompleksinin inzibati binasının qarşısında 700 manat,
21 iyun 2018-ci il tarixdə, saat 15 radələrində Şəki rayonu Kiçik Dəhnə kəndi ərazisində
600 manat dəyərində 01 cüt qızıl sırğa, 300 manat dəyərində 01 ədəd qızıl boyunbağı, hər
birinin qiyməti 200 manat olmaqla, ümumilikdə 1000 manat dəyərində 05 ədəd qızıl üzük,
1000 manat dəyərində 4 ton arpa olmaqla, ümumilikdə 2900 manat dəyərində əmlakı, 25
iyun 2018-ci il tarixdə, saat 11 radələrində Abşeron rayonu Xırdalan şəhəri ərazisində 550
manat, 27 iyun 2018-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun
Səlimov küçəsində yerləşən Nəsimi Rayon Məhkəməsinin inzibati binasının qarşısında
2600 manat, 02 iyul 2018-ci il tarixdə, saat 11 radələrində Abşeron rayonu Xırdalan şəhəri
ərazisində 400 manat, 04 iyul 2018-ci il tarixdə, saat 11 radələrində Abşeron rayonu
Xırdalan şəhəri ərazisində 400 manat, 12 iyul 2018-ci il tarixdə 11 radələrində Bakı şəhəri,
Nəsimi rayonu, Fikrət Əmirov küçəsində yerləşən Bakı şəhəri, Dəmiryol Vağzalı ərazisində
1500 manat, 16 iyul 2018-ci il tarixdə, saat 11 radələrində Şəki şəhəri, Salman Mümtaz
küçəsində yerləşən Şəki Məhkəmə Kompleksinin inzibati binasının qarşısında 500 manat,
19 iyul 2018-ci il tarixdə 11 radələrində Şəki şəhəri, X15 küçəsində yerləşən X18
yaxınlığında 600 manat, 27 iyul 2018-ci il tarixdə, saat 15 radələrində Mingəçevir şəhəri
ərazisində 620 manat olmaqla, cəmi 25870 (iyirmi beş min səkkiz yüz yetmiş) məbləğində
pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq
cinayət əməlini törətmişdir.

Bundan başqa o, qəsdən, təkrarən, tamah niyyətilə etibardan sui-istifadə etmə və

aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı
Məhkum2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında
birləşib Zərərçəkmiş şəxs1 yalan vədlər verib oğlu Şahid2 Azərbaycan Respublikası
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Dövlət
yanğından mühafizə hissəsinə “yanğınsöndürən” vəzifəsinə işə düzəldəcəyinə dair onu
inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 25 avqust
2019-cu il tarixdə, saat 11 radələrində ünvan 1 ünvanında yerləşən Şəki regional “ASAN”
xidmət mərkəzinin birinci mərtəbəsində yerləşən kafedə Zərərçəkmiş şəxs1 6000 (altı min)
manat məbləğində pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan
vurmaqla dələduzluq cinayət əməlini törətmişdir.

Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyətilə etibardan sui-istifadə etmə və

aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı
Məhkum2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında
birləşib Zərərçəkmiş şəxs1 yalan vədlər verib arvadı X3 xəstəliyi ilə əlaqədar əlillik
dərəcəsi verilməklə təqaüdə çıxarılmasına köməklik göstərəcəyi dair inandıraraq etibarını
qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 2019-cu ilin sentyabr ayının
əvvəllərində Şəki rayonu Qoxmuq kəndi ərazisində 3300 (üç min üç yüz) manat pulunu
alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ziyan vurmaqla dələduzluq cinayət əməlini
törətmişdir.

Bundan başqa o, qəsdən, təkrarən, tamah niyyətilə etibardan sui-istifadə etmə və

aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə
Zərərçəkmiş şəxs2 yalan vədlər verib oğlu Bəhruz Qəfərovun xəstəliyi ilə əlaqədar əlillik
dərəcəsinə görə təyin edilmiş təqaüdün bitmiş müddətinin uzadılmasına köməklik
göstərəcəyinə dair inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə
edərək vahid niyyətlə Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən «Fontan» kafesində
2019-cu ilin noyabr ayının əvvəllərində 500 manat, 2019-cu ilin noyabr ayının ortalarında
400 manat olmaqla, cəmi 900 manat məbləğində pulu alıb ələ keçirərək Zərərçəkmiş
şəxs2 ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir.

Bundan başqa o, qəsdən, təkrarən, tamah niyyətilə etibardan sui-istifadə etmə və

aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə
Zərərçəkmiş şəxs2 Şəki rayonu Bolludərə kəndi ərazisində yerləşən sonuncunun adına
olan 15 hektar və qardaşı X6 adına olan 12.7 hektar torpaq sahəsinə dair Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrin Xidmətinin
12 saylı Şəki Ərazi İdarəsindən çıxarış alınmasına köməklik göstərəcəyi barədə yalan
vədlər verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək
vahid niyyətlə 27 noyabr 2019-cu il tarixdə ünvan 1 ünvanında yerləşən Şəki regional
“ASAN” xidmət mərkəzinin qarşısında 2600 (iki min altı yüz) manat, 2019-cu ilin dekabr
ayının ortalarında ünvan 1 ünvanında yerləşən Şəki regional “ASAN” xidmət mərkəzinin
qarşısında 3000 (üç min) manat və 2020-ci ilin yanvar ayının əvvəllərində Şəki şəhəri,
Mikayıl Müşfiq küçəsində yerləşən “Kapital Bank”ın inzibati binasının qarşısında 3300 (üç
min üç yüz) manat olmaqla, cəmi 9800 (doqquz min səkkiz yüz) manat məbləğində pulu
alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət
əməlini törətmişdir.

5. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum2 münasibətdə müəyyən edilmiş

işin faktiki hallarına görə, o, qəsdən, təkrarən, tamah niyyəti və özgənin əmlakını ələ
keçirmək məqsədilə tanışı X7 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup
şəxs halında birləşib xeyli miqdarda dələduzluq cinayətini törətmişdir.

Belə ki, o, qəsdən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə

özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Məhkum1 ilə cinayət
əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib Zərərçəkmiş şəxs1
yalan vədlər verib oğlu Şahid2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin
Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Dövlət yanğından mühafizə hissəsinə
“yanğınsöndürən” vəzifəsinə işə düzəldəcəyinə dair onu inandıraraq etibarını qazandıqdan
sonra həmin etibardan sui-istifadə edərək 25 avqust 2019-cu il tarixdə, saat 11 radələrində
ünvan 1 ünvanında yerləşən Şəki regional “ASAN” xidmət mərkəzinin birinci mərtəbəsində
yerləşən kafedə Zərərçəkmiş şəxs1 6000 (altı min) manat məbləğində pulu alıb ələ
keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini
törətmişdir.

Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyətilə etibardan sui-istifadə etmə və

aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı
Məhkum1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında
birləşib Zərərçəkmiş şəxs1 yalan vədlər verib arvadı X3 xəstəliyi ilə əlaqədar əlillik
dərəcəsi verilməklə təqaüdə çıxarılmasına köməklik göstərəcəyi dair inandıraraq etibarını
qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 2019-cu ilin sentyabr ayının
əvvəllərində Şəki rayonu Qoxmuq kəndi ərazisində 3300 (üç min üç yüz) manat pulunu
alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ziyan vurmaqla dələduzluq cinayət əməlini
törətmişdir.

6. 01 aprel 2021-ci il tarixdə Şəki Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə

Məhkum1 və Məhkum2 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə
məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

7. Şəki Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli il tarixli, 1(075)-42/2021

nömrəli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və
178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə
cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən
Məhkum1 Şəki Apellyasiya Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 1(107)85/2020 nömrəli
qərarı ilə qəti olaraq təyin edilmiş və 06 aprel 2022-ci il tarixədək icrası təxirə salınmış 01
(bir) il 11 (on bir) ay 21 (iyirmi bir) gün azadlıqdan məhrumetmə cəzası yeni təyin edilmiş
cəza ilə qismən toplanması və üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan
məhrumetmə cəzasının saxlanılması, Şəki Apellyasiya Məhkəməsinin 17 iyun 2020-ci il
tarixli, 1(107)-85/2020 nömrəli qərarının nəzərə alınması və Məhkum1 qəti olaraq təyin
edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməsinin
himayəsində olan 06 aprel 2008-ci il təvəllüdlü uşağı X10 on dörd yaşına çatanadək, yəni
06 aprel 2022-ci il tarixədək təxirə salınması;

Məhkum2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri

ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum
edilməsi, ibtidai istintaq zamanı 10 dekabr 2020-ci il tarixdən 21 yanvar 2021-ci il tarixədək
həbsdə olduğu 01 (bir) ay 11 (on bir) gün müddətin Azərbaycan Respublikası CM-nin 69.3-
cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 10
(on) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılması,
cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin
əvvəlinin hökm elan edildiyi gündən, yəni 20 dekabr 2021-ci il tarixdən hesablanması
hökm edilmiş, hökmlə digər məsələlər də həll edilmişdir.

8. Şəki Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli hökmündən Dövlət

ittihamçısı1 tərəfindən apellyasiya protesti, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3
nümayəndəsi Nümayəndə və təqsirləndirilən şəxs Məhkum1 tərəfindən apellyasiya
şikayətləri verilmişdir.

9. Zərərçəkmiş şəxs1 verdiyi apellyasiya şikayətində Şəki Rayon Məhkəməsinin 20

dekabr 2021-ci il tarixli hökmünün dəyişdirilməsini, Məhkum1 və Məhkum2 təqsirləndirildiyi
Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin
sanksiyalarında nəzərdə tutulmuş ən yuxarı cəzanın təyin edilməsini xahiş etmişdir.

10. Təqsirləndirilən şəxs Məhkum1 verdiyi apellyasiya şikayətində Şəki Rayon

Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini, təqsirləndirildiyi
Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ona bəraət
verilməsini xahiş etmişdir.

11. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2022-ci il tarixli,

1(107)-106/2022 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Məhkum1 tərəfindən verilmiş
apellyasiya

şikayəti

təmin

edilməmiş,

Zərərçəkmiş

şəxs1,

Zərərçəkmiş

şəxs3

nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri və Dövlət ittihamçısı1
tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin
20 dekabr 2021-ci il tarixli, 1(075)-42/2021 nömrəli hökmü Məhkum1 münasibətdə
dəyişdirilmiş, həmin hökmdən “Şəki Apellyasiya Məhkəməsinin 17 iyun 2020-ci il tarixli,
1(107)- 85/2020 nömrəli qərarının nəzərə alınması və Məhkum1 qəti olaraq təyin edilmiş
04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməsinin himayəsində olan
06 aprel 2008-ci il təvəllüdlü uşağı X4 on dörd yaşına çatanadək, yəni xx.xx.2022-ci il
tarixədək təxirə salınması və Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi ilə bağlı
müddəalar xaric edilmiş, Şəki Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 1(075)-
42/2021 nömrəli hökmü ilə Məhkum1 təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan
məhrum etmə cəzası artırılaraq, ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə
cəzası təyin edilmiş, həmin cəza Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə
əsasən Şəki Apellyasiya Məhkəməsinin 17 iyun 2020-ci il qərarı ilə qəti olaraq 01 il 11 ay
21 gün azadlıqdan məhrumetmə cəzası ilə birləşdirilmiş, yeni və əvvəlki cəzaların müstəqil
icra edilməsi, Məhkum1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri
ləğv edilərək onun məhkəmə iclas zalından həbs edilməsi, cəzasının ümumi rejimli
cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 02 mart 2022-ci il
tarixdən hesablanması, Şəki Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 1(075)-
42/2021 nömrəli hökmünün qalan dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

12. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2022-ci il tarixli

qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi1 tərəfindən və Zərərçəkmiş şəxs1 tərəfindən
ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir.

II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

13.

Məhkum1 müdafiəçisi Müdafiəçi1

verdiyi kassasiya şikayətində qeyd etmişdir ki,

Məhkum1 ittiham edildiyi Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü
maddələri ilə nəzərdə tutulmuş əməli törətmədiyindən, ona bəraət verilmədir. Məhkəmə
kollegiyasından Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2022-ci il
tarixli, 1(107)-106/2022 nömrəli qərarının ləğv edilməsi,

Məhkum1 barəsində bəraətverici

əsaslarla məhkəmə qərarının çıxarılmasını

xahiş edir.

14. Zərərçəkmiş şəxs1 kassasiya şikayətində məhkumlar

Məhkum1 və

Məhkum2

təyin

edilmiş c

əzanın yüngüllüyünü mübahisələndirərək, hər iki məhkumla barışmadığını, ona

dəyən ziyanın ödənilmədiyini nəzərə almaqla məhkumlara təyin olunmuş cəzanın
ağırlaşdırılmasını istəmişdir. Məhkəmə kollegiyasından Şəki Apellyasiya Məhkəməsinin
Cinayət kollegiyasının 02 mart 2022-ci il tarixli, 1(107)-106/2022 nömrəli qərarının ləğv
edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin
edilməsi xahiş edir.

15.Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

III. Hüquqi məsələlər

16. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya

müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-
cu maddəsi müəyyən edir.

17. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni

qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır,
yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya
qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya
instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul
edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual
Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

18. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi

birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş
verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş
hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq
edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

19. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının

ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını
Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə
təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası
məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

20. Məhkum1 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi

şəxsin əməlində cinayət tərkibinin olmadığını qeyd edərək ona bəraət verilməsini xahiş
etməklə, tələbini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində
məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini
şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

21. Zərərçəkmiş şəxs1 kassasiya şikayətində məhkum edilmiş şəxslərə təyin edilən

cəzanın ağırlaşdırılmasını xahiş etməklə, tələbini faktiki olaraq Azərbaycan Respublikası
CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv
edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla
əlaqələndirmişdir.

22. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin və zərərçəkmiş şəxsin

kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri
baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin
dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart
2022-ci il tarixli, 1(107)-106/2022 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq
aşağıdakıları qeyd edir.

23. Məhkum1 hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də

razılaşdığı) cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan
Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-
biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə
müəyyən edilmişdir.

24.

Məhkum1

tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya

instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin
düzgünlüyü

yoxlanılmış,

Məhkum1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və

178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi onun və digər

məhkumun ibtidai istintaq zamanı verdiyi ifadələri, şahid ifadələri, ekspert rəyləri və işdə
olan digər sübutlarla tam sübuta yetirildiyi müəyyən edilmişdir.

25. Öz növbəsində məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası

məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb
haqlı olaraq sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi
məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş,

Məhkum1

hazırki qərarda təsvir

edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2
və 178.2.4-cü maddələrinin dispozisiyasından və Cinayət Məcəlləsinin Ümumi Hissəsinin
müddəalarından çıxış edərək, sonuncunun əməlində həmin Məcəllənin qeyd edilən
maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələrlə onun təqsirli
bilinməsini və cəzalandırmasını istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-
nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə
gəlmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr

işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Cinayət-
Prosessual Məcəlləsinin tələblərinə uyğun qaydada tədqiq edilmiş sübutlara, müvafiq
maddi və prosessual cinayət-hüquqi normalarının düzgün təfsirinə əsaslandığından,
kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi
nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası
məhkəmələrinin

Məhkum1

əməlinin Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və

178.2.4-cü maddələri ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və
cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq
üçün əsas görmür. Sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilib
şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi öz nəticələrini əsaslandırmaqla
həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutlar
üzərində qurulmuş həmin nəticələrə dair yeni təsvir və şərh verilməsinə zərurət görmür.

27. Məhkəmə kollegiyası həmçinin məhkumlara təyin edilən cəzanın yüngüllüyü ilə

bağlı Zərərçəkmiş şəxs1 kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.

28. Belə ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli

əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin
reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin
cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in
Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində
nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk
öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və
həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin
qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq
edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş
şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə,
xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx
bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası
Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair
” 17 mart 2011-ci il
tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi
müddəalarının şərh edilməsinə dair
” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh
edilməsinə dair
” 15 mart 2022-ci il tarixli qərarları).

29. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi

məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər

cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət
Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən
əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən,
təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin
olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və
ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud
digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah
edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa
şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin
edə bilsin.

30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də,

məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına
cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və
Başqaları Birləmiş Krallığa qarşı 
[BP], № 66069/09, § 111,

31. Qeyd edilən maddi cinayət-hüquqi normalarının və məhkəmə praktikasını

tənzimləyən müddəaların tələblərinə əsaslanaq məhkəmə kollegiyası apellyasiya
instansiyası məhkəməsinin Məhkum1 və Məhkum2 cəzа təyin edilməsi ilə bağlı mövqeyi
ilə razılaşır və hesab edir ki, məhkəmənin qərarı bu hissədə əsaslı və qanunidir.
Apellyasiya instansiyası məhkəməsi Məhkum1 cəza təyin edərkən, onun cəzasını
yüngülləşdirən hal kimi himayəsində azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət
xarakterizə olunmasını, cəzasını ağırlaşdıran halların olmamasını, digər Məhkum2 cəza
təyin edərkən onun cəzasını yüngülləşdirən hal kimi ilk dəfə məhkum olunmasını, yaşayış
yeri üzrə müsbət xarakterizə olunmasını, İİİ dərəcə əlil olmasını, həmçinin onun da
cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, qanunla müəyyən edilmiş
məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası
CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası
məhkumlar barəsində ağır cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

32. Məhkəmə

kollegiyası

həmçinin

qeyd

edir

ki,

apellyasiya

instansiyası

məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan
müddətlərdə

keçirilmiş,

faktlar

araşdırılıb

maddi

prosessual

cinayət-hüquqi

normalarının tətbiqini yoxlayarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin
145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq
birinci instansiya məhkəməsinin hökmünün yalnız məhkum edilmiş şəxs Məhkum1 aid
cəza hissəsində dəyişdirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya
instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi
ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın
dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

33. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab

edir ki, Məhkum1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti və
Zərərçəkmiş şəxs1 tərəfindən verdiyi kassasiya şikayəti təmin edilməməli, Şəki
Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2022-ci il tarixli, 1(107)-
106/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda təsvir edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin

419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Məhkum1 müdafiəçisi Müdafiəçi1 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya

şikayətləri təmin edilməsin.

Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2022-ci il tarixli,

1(107)-106/2022

nömrəli

qərarı

verilmiş

kassasiya

şikayətlərinə

münasibətdə

dəyişdirilmədən saxlanılsın.