1[102]-1263/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 1(102)-1263/2021

08.10.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Cinayət kollegiyasının

Q Ə R A R İ

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov

İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov
Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5

qızının, dövlət

ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının
müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının
müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X8, məhkumun müdafiəçisi
Müdafiəçi3 iştirakları ilə,

Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyun 2020-ci il tarixli,

1(103)-327/2020 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs Müdafiəçi3
tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı
qəbul etdi.

I.

İşin halları

1. Məhkum Təqsirləndirilən şəxs xx xxxxxx 1957-ci il tarixdə Ağdam şəhərində

anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, ailəli, fərdi
qaydada taksi xidməti göstərən, əvvəllər məhkum olunmamış, Ağdam rayonunun
Seyidli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşamışdır.

2. 11 mart 2019-cu il tarixli ittiham aktı ilə Təqsirləndirilən şəxs Azərbaycan

Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”)
137.1, 137.3, 29,137.1, 29,137.3, 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5, 144-
1.2.9, 144-3.4, 178.2.2, 178.2.4, 182.2.2, 182.2.4-cü maddələri ilə təqsirləndirilməsinə
dair ittiham elan edilmişdir.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına

görə, Təqsirləndirilən şəxs təkrar dələduzluq, yəni etibardan sui-istifadə etmə və
aldatma yolu ilə xeyli miqdarda özgə əmlakını ələ keçirmiş; təkrar hədə qorxu ilə tələb
etmə, yəni zərərçəkmişin şəxsiyyəti üzərində zor tətbiq etmək hədəsi ilə özgənin
əmlakını tələb etmiş; təkrar mütəşəkkil dəstə tərkibində insan orqanlarının qanunsuz

alqı-satqısını həyata keçirmiş və insan orqanlarının qanunsuz alqı-satqısını
zərərçəkmişin ondan maddi asılılığından istifadə edib həyata keçirmiş; təkrarən iki və
daha çox şəxsin orqanlarından istifadə etmə məqsədilə Azərbaycan Respublikası
dövlət sərhədindən keçirib insan alveri, yəni məcbur etmə vasitələri ilə dələduzluq,
yəni aldatma yolu ilə, təsir imkanlarından və zəiflik vəziyyətindən sui-istifadə edib şəxsi
istismar edilməsinə cəlb etmiş, əldə etmiş, daşımış; təkrar insan orqanlarının alqı-
satqısına cəhd etmiş; təkrarçılqla insan alveri məqsədi ilə şəxsin pasportunu götürüb
saxlamışdır.

4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 1(101)-

499/2019 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin
137.3, 29,137.3, 144-1.2.1, 1441.2.2, 144-1.2.4-1, 144-1.2.5, 144-1.2.9, 144-3.4,
178.2.2, 178.2.4, 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib, Azərbaycan
Respublikası CM-nin 137.3 və 29,137.3-cü maddələri ilə 01(bir) il müddətinə dövlət və
yerli idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan
məhrum olunmaqla 03 (üç) il müddətinə, Azərbaycan Respublikası CM-nin 144-1.2.1,
144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-1.2.9-cu maddələri ilə, barəsində Cinayət
Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 04 (dörd) il müddətinə, Azərbaycan
Respublikası CM-nin 144-3.4-cü maddəsi ilə 02 (iki) il müddətinə, Azərbaycan
Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə 02 (iki) il müddətinə və
Azərbaycan Respublikası CM-nin 182.2.2 və 182.2.4-cü maddələri ilə 05 (beş) il
müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmişdir. Cinayət
Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən ona təyin edilmiş əsas cəzalar
qismən toplanılmaqla və əlavə cəza birləşdirilməklə, cəzasını ümumi rejimli cəza
çəkmə müəssisəsində çəkməklə və əvvəli 10 mart 2018-ci il tarixdən hesablanmaqla,
üzərində qəti olaraq 01 (bir) il müddətə dövlət və yerli idarəetmə orqanlarında rəhbər
və maddi məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 05 (beş) il 06 (altı) ay
müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır.

5. Məhkəmənin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək,

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 137.3, 29,137.3, 144-1.2.1,
144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5, 144-1.2.9, 144-3.4, 178.2.2, 178.2.4, 182.2.2 və
182.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin
24 dekabr 2019-cu il tarixli hökmü Təqsirləndirilən şəxs barəsində Azərbaycan
Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-1.2.9-cu
maddələrinə münasibətdə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin
tətbiqinə dair müddəaların hökmdən xaric olunmasını və ona həm Azərbaycan
Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 1441.2.9-cu
maddələrinin sanksiyası həddində və həm də cinayətlərin məcmusu üzrə cinayət
qanunu normalarına uyğun olaraq cəza təyin edilməklə hökmün dəyişdirilməsini xahiş
etmişdir.

6. Eyni zamanda məhkəmənin hökmü ilə razılaşmayan məhkum Təqsirləndirilən

şəxs müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti və həmin apellyasiya şikayətinə eyni
xahişlə əlavə verərək, müdafiə etdiyi şəxsin barəsində hökmün ləğv olunmasını,
Azərbaycan Respublikası CM-nin 137.3, 29,137.3, 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1,
144-1.2.5, 144-1.2.9, 1443.4, 178.2.2, 178.2.4, 182.2.2 və 182.2.4-cü maddələri ilə
əməlində cinayət hadisəsi olmadığına görə ona bəraət verilməsini və Azərbaycan
Respublikası CM-nin 137.1 və 29,137.1-ci maddələri ilə təqsirli bilinib həbsdə
saxlanıldığı müddət həddində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla,

həbsdən azad olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Verilmiş
apellyasiya şikayəti və ona edilmiş əlavə onunla əsaslandırılmışdır ki, birinci instansiya
məhkəməsinin hökmü əsassız və qanunsuzdur. Belə ki, birinci instansiya
məhkəməsinin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki
halların araşdırılmaması və məhkəmənin müəyyən etdiyi iş üçün əhəmiyyətli olan
halların sübuta yetirilməməsi ilə çıxarıldığından, həmin hökm ləğv olunmalıdır.
Məhkəmə iş üzrə bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış və gəldiyi
nəticələr məhkəmədə tədqiq edilmiş sübutlarla əsaslandırılmamışdır. Bütün bunun
nəticəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra
– “Azərbaycan Respublikası CPM”) 28.5 və 351.2-ci maddələrinin tələblərinə əməl
edilməmiş, hökm ehtimallara əsaslanmış və işə aid biri digərinə kifayət qədər uyğun
gələn toplanmış mötəbər sübutların məcmusu ilə təsdiq edilməmişdir. Bununla da,
cinayət işi üzrə məhkəmə qərəzli mövqe tutmuş, bütün şübhələri müdafiə etdiyi şəxsin
əleyhinə qiymətləndirməklə Azərbaycan Respublikası CPM-nin 349.5, 351.2, 125 və
144-146-cı maddələrinin tələblərinə riayət edilmədən hökm çıxarılmışdır.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 fevral 2020-ci il tarixli,

1(103)-327/2020 nömrəli ilkin baxış iclasının qərarı ilə Bakı Ağır Cinayətlər
Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 1(101)-499/2019 nömrəli hökmündən
dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və məhkum Təqsirləndirilən
şəxs müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə 
baxışı əlavə sübutlar tələb edilmədən və məhkəmə istintaqı aparılmadan açıq
məhkəmə iclasına təyin edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyun 2020-ci il tarixli,

1(103)-327/2020 nömrəli

qərarı ilə məhkum Təqsirləndirilən şəxs müdafiəçisi

Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti və ona edilmiş əlavə təmin
olunmamış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş,
Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli hökmü dəyişdirilərək,
məhkum Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 144-
1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-1.2.9-cu maddələri ilə barəsində
Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqinə dair müddəa hökmdən
xaric edilmiş, həmin maddələrlə təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan
məhrum etmə cəzasının müddəti 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə
cəzasına artırılmış, həmin cəza onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin
137.3 və 29,137.3-cü maddələri ilə ona təyin olunmuş 01 (bir) il müddətinə dövlət və
yerli idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan
məhrum edilməklə 03 (üç) il müddətinə, Azərbaycan Respublikası CM-nin 144-3.4-cü
maddəsi ilə təyin edilmiş 02(iki) il müddətinə, Azərbaycan Respublikası CM-nin
178.2.2 və 178.2.4-cü maddələri ilə təyin olunmuş 02 (iki) il müddətə və Azərbaycan
Respublikası CM-nin 182.2.2 və 182.2.4-cü maddələri ilə ona təyin edilmiş 05 (beş) il
müddətinə azadlıqdan məhrum etmə cəzaları ilə Azərbaycan Respublikası CM-nin
66.3 və 66.4-cü maddələrinə əsasən, əsas cəzalar qismən toplanılmaqla və əlavə
cəza birləşdirilməklə, cəzasının əvvəli 10 mart 2018-ci ildən hesablanaraq və cəzasını
ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə üzərində qəti olaraq 01 (bir) il
müddətinə dövlət və yerli idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə
tutmaq hüququndan məhrum olunmaqla 09 (doqquz) il müddətinə azadlıqdan məhrum
etmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyun 2020-ci il tarixli,

1(103)-327/2020 nömrəli

qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi

Müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir.

II.

Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar

10.Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş

kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəliləri eyni olmuş, kassator
onları təkrarlamaqla Bakı Apellyasiya Məhkəməsinin 1(103)-327/2020 nömrəli cinayət
işi üzrə 10 iyun 2020-ci il tarixli qərarını ləğv edərək, əməlində cinayət tərkibi olmadığı
və təqsiri sübuta yetirilmədiyi üçün Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə
bəraətverici əsaslarla xitam verilməsini xahiş edir.

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

III.

Hüquqi məsələlər

12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə

səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi
müəyyən edir.

13. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni

qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları
araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir.
Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya
apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya
qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və
Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi
yoxlanılır.

14. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi

birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın
baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən
müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının
düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası

məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin
hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir.
Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri)
olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv
etməyə və yaxud dəyişdirməyə haqlıdır.

16. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətində

məhkəmələr tərəfindən cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair
qaydalarına əməl olunmadığını, nəticədə hüquqlarını müdafiə etdiyi şəxsin cinayət
törətmədiyi, təqsirliliyi sübuta yetirilmədiyi halda Azərbaycan Respublikası CM-nin
137.3,

29,137.3,

144-1.2.1,144-1.2.2,144-1.2.4-1,144-1.2.5,144-

1.2.9,1443.4,178.2.2,178.2.4,182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirli bilindiyini
iddia edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və
cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini
Cinayət-Prosessual Məcəlləsinin 416.1.1, 416.1.6 və 416.1.8-ci maddələrində

məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini
şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

17. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası

CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya
müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin
Cinayət kollegiyasının 10 iyun 2020-ci il tarixli, 1(103)-327/2020 nömrəli qərarının
qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd
edir.

18. Təqsirləndirilən şəxs ona hökmlə istinad edilən (apellyasiya instansiyası

məhkəməsinin də razılaşdığı), hazırki qərarda təsvir edilmiş cinayət əməlini törətməsi
birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-
cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və
mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.

19. Təqsirləndirilən şəxs qeyd olunan əməlləri törətməsinin mübahisələndirilməsi

üzrə müdafiəçisinin dəlilləri (cinayət törətməməsi, təqsirliliyinin sübuta yetirilməməsi
barədə iddiaları) müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı
apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, apellyasiya instansiya
məhkəməsi hesab etmişdir ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası
CM-nin 137.3, 29,137.3, 144-1.2.1 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5, 144-1.2.9, 144-
3.4, 178.2.2, 178.2.4, 182.2.2 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş
cinayətlərin törədilməsində özünü təqsirli bilməməsinə baxmayaraq, onun tərəfindən
həmin cinayətlərin törədilməsi özünün ibtidai istintaq zamanı və məhkəmədə verdiyi
ifadələrinin məzmunu ilə yanaşı, ibtidai istintaq zamanı və birinci instansiya
məhkəməsində dindirilmiş zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş
şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş
şəxs10, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş
şəxs15, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş
şəxs16, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs8, X3,
Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs21,
zərərçəkmişin hüquqi varisi X11 və digər zərərçəkmişlərin ifadələri ilə; istintaq zamanı
və məhkəmədə dindirilmiş şahidlər - Şahid8, Şahid5, Şahid7, Şahid20, Şahid12,
Şahid1, Axundov X7 Teymur Asifoğlu, Şahid17, X2, Şahid10, Şahid26, Şahid25,
Şahid4, Şahid11, Şahid14, Şahid6, Şahid3, X4, Şahid9, Şahid15, Şahid18, Şahid19,
Şahid22 Qənbərəli oğlu, Şahid23 Quli oğlu, Şahid24, Şahid27 və qeyrilərinin ifadələri
ilə də yanaşı, eyni zamanda cinayət işi üzrə toplanmış və birinci instansiya
məhkəməsində elan olunaraq tədqiq edilmiş digər mötəbər sübutlarla da kifayət qədər
öz təsdiqini tapmışdır.

20. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal

kimi onu da qeyd edir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər
məhkumun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş
və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin
gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki
hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş,
Təqsirləndirilən şəxs hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda
Azərbaycan Respublikası CM-nin 137.3, 29,137.3, 144-1.2.1 144-1.2.2, 144-1.2.4-1,
144-1.2.5, 144-1.2.9, 144-3.4, 178.2.2, 178.2.4, 182.2.2 və 182.2.4-cü maddələri
dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış

edərək, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin həmin maddələrində
nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması, bu maddələr ilə onun təqsirli
bilinməsini və cəzalandırılmasını istisna edən halların, yəni Azərbaycan Respublikası
CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında
nəticəyə gəlmişdir.

21. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr

apellyasiya şikayətində irəli sürülmüş (kassasiya şikayətində göstərilənlərlə eyni olan)
iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci
instansiya məhkəməsində Cinayət-Prosessual Məcəlləsinin tələblərinə müvafiq
qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün
təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya
məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və
apellyasiya instansiyası məhkəmələrinin Təqsirləndirilən şəxs əməlinin Cinayət
Məcəlləsinin 137.3, 29,137.3, 144-1.2.1 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5, 144-1.2.9,
144-3.4, 178.2.2, 178.2.4, 182.2.2 və 182.2.4-cü maddələri ilə tövsif edilməsi, onun bu
maddələr ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması
barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı
təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına
uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini
həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda
sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Məhkəmə kollegiyasının
belə qərarı həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin (bundan sonra – “Avropa
Məhkəməsi”) məhkəmə baxışına aid müəyyən etdiyi ümumi prinsiplərə də uyğundur.
Belə ki, Avropa Məhkəməsi ilk qəbul etdiyi qərarlarından başlayaraq dəfələrlə qeyd
etmişdir ki, Avropa Konvensiyasının 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi
baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmeti
yalnız hüquqi məsələlər olduğu kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız
ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab
oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmamışdır
(bax, Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020).

22. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası

CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni
mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların
olmadığını göstərir.

23. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara

görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya
Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs barəsində olan 10 iyun
2020-ci il tarixli, 1(103)-327/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-cü

maddəsini rəhbər tutub məhkəmə kollegiyası

Q Ə R A R A

A L D İ:

Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti təmin

edilməsin.

Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyun 2020-ci il tarixli,

1(103)-327/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.