1[102]-1267/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 1(102)-1267/2021

08.10.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Cinayət kollegiyasının

Q Ə R A R İ

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov

İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Novruzov X5 və Mövsümov Nazim Rasim
oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 qızının, Azərbaycan Respublikası Baş
Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası
məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru
X7, məhkum Təqsirləndirilən şəxs iştirakları ilə,

Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 noyabr 2020-ci il

tarixli, 1(105)-337/2020 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən
verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi.

I. İşin halları

1. Məhkum Təqsirləndirilən şəxs xx xxxxxx 1984-cü il tarixdə Sumqayıt şəhərində

anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı
uşağı olan, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşamışdır.

2. 22 iyul 2019-cu il tarixli ittiham aktı ilə Təqsirləndirilən şəxs Azərbaycan

Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM)
156.1, 182.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına

görə, Təqsirləndirilən şəxs, özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədi ilə
əvvəllər faktiki olaraq ər-arvad münasibətlərində olduğu Zərərçəkmiş şəxs ilə 2018-ci ilin
iyun ayında sonuncu Türkiyə Respublikasında olduğu vaxt “İnstagram” sosial şəbəkəsi
vasitəsi ilə əlaqə yaradaraq onu birgə olduqları zaman çəkdirdikləri və şəxsi həyatın sirri
olan məlumatları əks etdirən fotoşəkilləri Zərərçəkmiş şəxs göndərib onu həmin
fotoşəkilləri qohumlarına göstərərək yayıb rüsvay etməklə hədələyərək sonuncudan ona
1350 manat məbləğində pul göndərməsini tələb etmiş, Zərərçəkmiş şəxs da rüsvay

olmamaq üçün onun tələbini qismən icra edərək, həmin vaxt Azərbaycan
Respublikasının hüdudlarından kənarda olduğu üçün bacısı X6 vasitəsilə onun hədə-
qorxu ilə tələb etdiyi məbləğin 800 manatını 2018-ci ilin iyun ayında ona vermişdir.

Bundan başqa o, hədə-qorxu ilə Zərərçəkmiş şəxs 800 manat məbləğində pulunu

ələ keçirdikdən sonra sonuncunun artıq onun hədə-qorxularına görə tələblərini
qarşılamayacağını bildirməsi və sonuncunun bacısı X2 onun barəsində hüquq mühafizə
orqanlarına şikayət ərizəsi verməsi ilə əlaqədar Zərərçəkmiş şəxs rüsvay etməklə qisas
almaq məqsədi ilə 18 sentyabr 2018-ci ıl tarixdə “İnstagram” sosial şəbəkəsində özünün
istifadəsində olmuş və həmin vaxt təxminən 1000 nəfər tərəfindən izlənilən “_.ali_.en__”
adlı profilində Zərərçəkmiş şəxs ilə birgə olduqları zaman müxtəlif yerlərdə və vaxtlarda
çəkdirdikləri şəxsi həyatın sirri olan məlumatları, yəni Zərərçəkmiş şəxs onunla yaxın
münasibətdə olmasını əks etdirən 8 ədəd fotoşəkili Zərərçəkmiş şəxs icazə almadan öz
üzünü gizlətməklə paylaşaraq həmin şəkillərin başqa şəxslər tərəfindən görülməsinə
səbəb olmuş, bununla da Zərərçəkmiş şəxs şəxsi həyatının toxunulmazlığını pozmuşdur.

4. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-21/2020 saylı, 10 avqust 2020-ci il tarixli

hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 156.1 və 182.1-ci
maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan
Respublikası CM-nin 156.1-ci maddəsi ilə aylıq qazancından dövlət nəfinə 20%
məbləğində pul tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına, Azərbaycan
Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin 182.1-ci maddəsi
ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum
edilmiş, Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə əsasən azadlığın
məhdudlaşdırılmasının bir günü islah işlərinin iki gününə bərabər tutulmaqla təyin
olunmuş aylıq qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 06 (altı) ay
müddətə islah işləri cəzası 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına
bərabər tutulmaqla, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin
olunmuş cəzaları qismən toplamaqla ona 03 (üç) il 02 (iki) ay müddətə azadlığın
məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci
maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 1(060)-480/2019 saylı, 25 dekabr
2019-cu il tarixli hökmü ilə təyin olunmuş və Sumqayıt Apellyasiya Məhkəməsinin 25 iyun
2020-ci il tarixli qərarı ilə qüvvəsində saxlanılmış 01 il 09 ay 28 gün müddətə azadlığın
məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 03 ay 09 gün müddətinə azadlığın
məhdudlaşdırılması cəzası təyin olunmuş cəza ilə qismən toplamaqla ona 04 (dörd) il
müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, onun 04 oktyabr 2018-ci il
tarixdən 20 dekabr 2018-ci il tarixə kimi məhkəməyədək icraat zamanı 02 ay 16 gün
həbsdə olduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 05
ay 02 gün kimi hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmaqla məhkumun üzərində
qəti olaraq 03 (üç) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın
məhdudlaşdırılması cəzası saxlanılmış, cəzanın çəkilməsi müddətinin cəzanı icra edən
orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir.

5. Həmin hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək, Təqsirləndirilən

şəxs Azərbaycan Respublikası CM-nin 156.1 və 182.1-ci maddələri ilə məhkum
olunmasına dair Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2020-ci il tarixli hökmünün
Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi üzrə Azərbaycan Respublikası CM-
nin 62-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilməklə, təqsirli bilindiyi
maddələr və cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə cəza təyin
edilməklə dəyişdirilməsini xahiş etmişdir.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 sentyabr 2020-ci il

tarixli, 1(105)-337/2020 nömrəli ilkin baxış iclasının qərarı ilə Təqsirləndirilən şəxs
Azərbaycan Respublikası CM-nin 156.1, 182.1-ci maddələri ilə məhkum edilməsinə dair
Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-21/2020 saylı, 10 avqust 2020-ci il tarixli
hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə məhkəmə baxışı
açıq məhkəmə iclasında məhkəmə istintaqı aparılmadan, əlavə sübutlar tələb edilmədən
13 oktyabr 2020-ci il tarixə təyin edilmişdir.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 noyabr 2020-ci il

tarixli, 1(105)-337/2020 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilmiş,
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 156.1 və 182.1-ci maddələri ilə
təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-21/2020
saylı, 10 avqust 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs təqsirli bilindiyi
Azərbaycan Respublikası CM-nin 156.1-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan
məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin
tətbiqinə dair müddəalar hökmdən xaric edilmiş və X3 təqsirli bilindiyi Azərbaycan
Respublikası CM-nin 182.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə
cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən
Təqsirləndirilən şəxs həmin qərarla təyin olunmuş cəzalar qismən toplanılmaqla ona 3
(üç) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Sumqayıt Şəhər
Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş
01 il 09 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan
Respublikası CM-nin 68.1-1-ci maddəsinə əsasən 10 ay 29 gün müddətinə azadlıqdan
məhrumetmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 66.5-ci
maddəsinə əsasən həmin qərarla təyin edilmiş 3 il 2 ay müddətinə azadlıqdan
məhrumetmə cəzası ilə qismən toplanılmış, ona 3 il 6 ay müddətinə azadlıqdan
məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə
əsasən Təqsirləndirilən şəxs 04 oktyabr 2018-ci il tarixdən 20 dekabr 2018-ci il tarixə kimi
məhkəməyədək icraat zamanı həbsdə saxlanıldığı 02 ay 16 gün müddət və Sumqayıt
Şəhər Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin
olunmuş 01 il 09 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 24 noyabr
2020-ci il tarixədək çəkilmiş 9 ay 29 günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci
maddəsinə əsasən 4 ay 29 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla
ona hazırkı qərarla təyin edilmiş 3 il 6 il ay müddətə azadlıqdan məhrumetmə cəzasından
çıxılmış və üzərində qəti olaraq 2 il 10 ay 15 gün müddətə azadlıqdan məhrumetmə
cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi,
məhkəmə iclas zalından dərhal həbs edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin 24
noyabr 2020-ci il tarixdən hesablanması qərara alınmış, hökm qalan hissəsi
dəyişdirilmədən saxlanılmışdır.

8. Hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 noyabr

2020-ci il tarixli, 1(105)-337/2020 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs
kassasiya şikayəti vermişdir.

II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar

9. Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətində cəzasının

ağırlığı mübahisələndirilmiş, məhkumun fikrincə ona təyin edilmiş cəza ağır olmuşdur.
Məhkəmə kollegiyasından Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının
24 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi xahiş edilmişdir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

III. Hüquqi məsələlər

11. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə

səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
(bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni

qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları
araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir.
Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya
apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya
qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və
Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi
yoxlanılır.

13. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci

və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-
verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş
hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-
edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası

məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin
hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz
həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali
Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud
dəyişdirməyə haqlıdır.

15. Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətində ona ağır

cəza təyin edilməsi iddia edilir. Məhkum Təqsirləndirilən şəxs məhkəmə tərəfindən ona
ağır cəza təyin edildiyi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-in
416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və
yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

16. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası

CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya
müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Sumqayıt Apellyasiya
Məhkəməsinin Cinayət kollegiyasının 24 noyabr 2020-ci il tarixli, 1(105)-337/2020
nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli

törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin
reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin
cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin
Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində
nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk
öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və
həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin
qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq
edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş
şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə,

xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx
bağlıdır

(bax,

Azərbaycan

Respublikası

Konstitusiya

Məhkəməsi

Plenumunun

“Azərbaycan

Respublikası

Cinayət

Məcəlləsinin

48-ci

maddəsinin

Azərbaycan

Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü
il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və
Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh
edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh
edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).

18. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət

məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən
cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin
xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət
törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan

Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş
cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən
cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah
olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

20. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci

maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm
məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını
almaq məqsədi ilə tətbiq edilir.

21. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar

şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət
prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit
olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında
götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını
yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və
yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi,
törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi
xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın
digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni
cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

22. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin

edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiya
məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya
instansiya məhkəməsi məhkəmələrin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar
maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Apellyasiya instansiya məhkəməsi
hesab etmişdir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən
törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə
almamış, cinayət qanununda nəzərdə tutulmayan halları əsassız olaraq cəzanı
yüngülləşdirən hal kimi qəbul etmiş və nəticədə cinayət qanununun normasını düzgün
tətbiq etməyərək ona törədilmiş cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmayan
yüngül cəza növü təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi Təqsirləndirilən şəxs

barəsində hər hansı müstəsna hal müəyyən etməyərək məhkumun şəxsiyyətini, törətdiyi
cinayətin xarakteri və ictimai təhlükəliliyini, cinayət nəticəsində vurulmuş maddi ziyanın
miqdarını və ödənilmədiyini nəzərə alıb, təqsirləndirilən şəxsin islah edilməsi, habelə
cəzanın digər məqsədlərinə nail olmaq üçün hökmdən məhkum barəsində CM-nin 62-ci
maddəsinin tətbiqinə dair müddəalar xaric edilməsini və ona təqsirli bilindiyi Azərbaycan
Respublikası CM-nin 156.1 və 182.1-cimaddələrinin sanksiyası həddində azadlıqdan
məhrum etmə növündə cəzasının təyin edilməsinin məqsədə müvafiq hesab etmişdir.
Apellyasiya instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs cəza təyin edərək
qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən
Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam
riayət etmişdir. Məhkəmə kollegiyası məhkumlar barəsində daha yüngül cəzanın təyin
edilməsi üçün əsas müəyyən etmir. Məhkəmə kollegiyası məhkum barəsində daha
yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

23. Məhkəmə

kollegiyası

həmçinin

qeyd

edir

ki,

apellyasiya

instansiya

məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun,
ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və
prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan
Respublikası

CPM-nin

145.1-ci maddəsinin

tələblərinə

uyğun

olaraq

düzgün

qiymətləndirmiş

haqlı

olaraq

birinci

instansiya

məhkəməsinin

hökmünün

dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya
məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-
ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən
qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

24. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara

görə hesab edir ki, məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti təmin edilməməli,
Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 noyabr 2020-ci il tarixli,
1(105)-337/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci

maddəsini rəhbər tutub məhkəmə kollegiyası

Q Ə R A R A

A L D İ:

Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti təmin edilməsin.
Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 noyabr 2020-ci il

tarixli, 1(105)-337/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.