1[102]-1289/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 1(102)-1289/2021

08.10.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Cinayət kollegiyasının

Q Ə R A R İ

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov

İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Novruzov X4 və Mövsümov Nazim Rasim
oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 qızının, Azərbaycan Respublikası Baş
Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası
məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru
X6 iştirakı ilə,

Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 aprel 2021-ci il tarixli,

1(103)-538/2021 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş
kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi.

I. İşin halları

1. Məhkum Təqsirləndirilən şəxs2 xx xxxxxx 1981-ci il tarixdə Şirvan şəhərində

anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə
məşğul olan, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatında olan, ünvan
2 ünvanında yaşamışdır.

2. 13 iyul 2020-ci il tarixli ittiham aktı ilə Təqsirləndirilən şəxs2 Azərbaycan

Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”)
178.2.1, 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan
edilmişdir.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına

görə, Təqsirləndirilən şəxs2 özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu
ilə ələ keçirmə məqsədi ilə 2017-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs3 Bakı şəhəri,
Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ sahəsində "Albalılıq" dəmiryolu
stansiyasının arxa hissəsində avtomobil yoluna yaxın yerdə yerləşən 200 kvadrat metr
torpaq sahəsinin özünə məxsus olduğunu bildirərək 5.000 manata satacağına, 350
manata mülkiyyət hüququnu təsdiq edən sənəd və 550 manat isə tikinti işinin
aparılmasına icazə verən sənədi alıb verəcəyinə dair yalan vəd verib aldatmış, 13
oktyabr 2017-ci il tarixdə həmin 200 kvadrat metr torpaq sahəsinə etibarnamə verilməsi

ilə əlaqədar Zərərçəkmiş şəxs3 ünvan 3 ünvanda yerləşən 17 saylı notariat kontoruna
dəvət etmiş, həmin vaxtı Şahid2 ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa
qəsəbəsi, Albalılıq 2, 1070 nömrəli bağ sahəsindən 300 kvadrat metr sahəni satacağına
söz verib aldadaraq, 17 saylı notariat kontorunda Şahid2 Zərərçəkmiş şəxs3 200 kvadrat
metr torpaq sahəsindən istifadəsi ilə bağlı etibarnamə verilməsinə nail olduqdan sonra,
sonuncudan 100 manat alıb, 11 manat 50 qəpik dövlət rüsumu ödədikdən sonra 88
manat 50 qəpik, 14 oktyabr 2017-ci il tarixdə 200 kvadrat metr torpaq sahəsinə mülkiyyət
hüququnu təsdiq edən sənəd alacağı adı ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa
qəsəbəsi, Albalılıq bağ sahəsi, 3/6A saylı evin qarşısında 1.000 manat, 2017-ci ilin
noyabr ayının əvvəllərində həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən
sənəd hazır olduğunu deyib, ünvan 4 ünvanda yerləşən Daşınmaz Əmlakın Dövlət
Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin qarşısına dəvət edərək, 350 manat pulu
alıb ələ keçirmiş, əvəzində şəxsiyyəti istintaqla araşdırılan digər şəxslə qabaqcadan əlbir
olub bir qrup şəxs halında tamah niyyəti və istifadə etmək məqsədi ilə istintaqa məlum
olmayan şəraitdə saxtalaşdırmaqla qanunsuz hazırladıqları hüquq verən rəsmi sənəd
hesab edilən, Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq, 08 nömrəli bağ
sahəsinin xüsusi mülkiyyətində olması hüquqi faktının mövcudluğunu təsdiq edən,
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən 08
noyabr 2017-ci il tarixdə qeydiyyatda alınmış ******* nömrəli saxta “Hüquqların dövlət
qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı” təqdim etməklə
sataraq qalan pulu istəmiş, 2017-ci ilin noyabr ayının ortalarında Bakı şəhəri, Sabunçu
rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ sahəsi, 3/6A saylı evin qarşısında 2.500 manat,
2017-ci ilin noyabr ayının axırlarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi,
Albalılıq bağ sahəsi, 3/6A saylı evin qarşısında Zərərçəkmiş şəxs3 özünə məxsus VAZ-
2103 markalı, AZ-**-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili razılıq əsasında 1.800
manat qiymətləndirib vermiş, 30 oktyabr 2018-ci il tarixdə həmin torpaq sahəsində tikinti
işinin aparılmasına dair icazə sənədinin hazır olduğunu deyib, Bakı şəhəri, Sabunçu
rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ sahəsi, 3/6A saylı evin qarşısına dəvət edərək,
550 manat pulu alıb ələ keçirmiş, əvəzində şəxsiyyəti istintaqla araşdırılan digər şəxslə
qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyyəti və istifadə etmək məqsədi ilə
məlum olmayan şəraitdə saxtalaşdırmaqla qanunsuz hazırladıqları hüquq verən rəsmi
sənəd hesab edilən, Zərərçəkmiş şəxs3 tikinti işlərinin aparılması ilə bağlı Bakı şəhəri
Sabunçu Rayon İcra Hakimiyyətində razılaşdırılması hüquqi faktının mövcudluğunu
təsdiq edən, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 30 oktyabr 2018-ci il
tarixdə verildiyi göstərilən E 123 A281236 nömrəli saxta məktub satmış, bununla da
Zərərçəkmiş şəxs3 6.288 manat 50 qəpik xeyli miqdarda maddi ziyan vurmaqla vahid
qəsdlə əhatə olunan dələduzluq və şəxsiyyəti istintaqla araşdırılan digər şəxslərlə
qabaqcadan əlbir olan bir qrup şəxs halında istifadə etmək məqsədilə ilə hüquq verən
saxta rəsmi sənədi saxtalaşdırmaqla qanunsuz hazırlama və bu cür sənədi satma
cinayətlərini törətmişdir.

Bundan başqa, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti

istintaqla araşdırılan digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib
təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə
məqsədi ilə 2018-ci ilin may ayında Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Sabunçu rayonu,
Maştağa qəsəbəsi, Albalılıq bağ sahəsində "Tural" marketin arxasında 500-600 metr
aralıda yerləşən Albalılıq 1 bağ sahəsində 600 kvadrat metr torpaq sahəsinin
Təqsirləndirilən şəxs1 özünə məxsus olduğunu bildirərək 6.000 manata ona satacağına,

o, isə 1.200 manata mülkiyyət hüququnu təsdiq edən sənədi alıb verəcəyinə dair yalan
vəd verib aldatmış, 2018-ci ilin iyun ayının ortalarında ünvan 3 ünvanda yerləşən 17 saylı
notariat kontorunun qarşısında 3.000 manat, 2018-ci ilin iyun ayının axırı iyul ayının
əvvəli 600 kvadrat metr torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd alacağı
adı ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən "Heydər Əliyev"
parkında 1.200 manatı alıb ələ keçirmiş, əvəzində 2018-ci ilin iyul ayının əvvəlində
şəxsiyyəti istintaqla araşdırılan başqa şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında
tamah niyyəti və istifadə etmək məqsədi ilə istintaqa məlum olmayan şəraitdə
saxtalaşdırmaqla qanunsuz hazırladıqları hüquq verən rəsmi sənəd hesab edilən,
Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Sabunçu rayonu, Albalı 951 nömrəli bağ sahəsini xüsusi
mülkiyyətində olması hüquqi faktının mövcudluğunu təsdiq edən Daşınmaz Əmlakın
Dövlət Reyestri Xidmətinin Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən 16 may 2018-ci il tarixdə
qeydiyyatda alınmış ******* nömrəli saxta “Hüquqların dövlət qeydiyyatı haqqında
daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı” Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh
qəsəbəsi, A.Salahzadə küçəsi, 303 saylı bağ evində təqdim etməklə sataraq qalan pulu
istəmiş, əvvəlcə razılaşdıqları kimi bundan sonra Təqsirləndirilən şəxs1 08 iyul 2018-ci il
tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X7 küçəsi, 69 saylı ünvanda
yerləşən 1 nömrəli Respublika Psixiatrık Xəstəxanasının həyətində X2 vasitəsi ilə 400
manat, 08 avqust 2018-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X7
küçəsi, 69 saylı ünvanda yerləşən 1 nömrəli Respublika Psixiatrik Xəstəxanasının
həyətində X2 vasitəsi ilə 300 manat, 07 sentyabr 2018-ci il tarixdə Bakı şəhəri, Sabunçu
rayonu, Maştağa qəsəbəsi, X7 küçəsi, 69 saylı ünvanda yerləşən 1 nömrəli Respublika
Psixiatrik Xəstəxanasının həyətində X2 vasitəsi ilə 800 manat, 08 noyabr 2018-ci il
tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X7 küçəsi, 69 saylı ünvanda
yerləşən 1 nömrəli Respublika Psixiatrik Xəstəxanasının həyətində X2 vasitəsi ilə 800
manat, 08 dekabr 2018-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X7
küçəsi, 69 saylı ünvanda yerləşən 1 nömrəli Respublika Psixiatrik Xəstəxanasının
həyətində X2 vasitəsi ilə 500 manat, 08 yanvar 2019-cu il tarixdə Bakı şəhəri, Sabunçu
rayonu, Maştağa qəsəbəsi, X7 küçəsi, 69 saylı ünvanda yerləşən 1 nömrəli Respublika
Psixiatrik Xəstəxanasının həyətində X2 vasitəsi ilə 200 manatı ələ keçirmiş, bununla da
Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqla araşdırılan digər şəxslə qabaqcadan əlbir
olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 7.200 manat xeyli miqdarda maddi ziyan
vurmaqla vahid qəsdlə əhatə olunan dələduzluq və şəxsiyyəti istintaqla araşdırılan digər
şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında istifadə etmək məqsədilə ilə hüquq
verən saxta rəsmi sənədi saxtalaşdırmaqla qanunsuz hazırlama və bu cür sənədi satma
cinayətlərini törətmişdir.

Bundan başqa, Təqsirləndirilən şəxs2 şəxsiyyəti istintaqla araşdırılan başqa şəxslə

qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, təkrarən, özgənin əmlakını aldatma
və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədi ilə 2018-ci ilin oktyabr ayında
Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, “Sabunçu"
dairəsinin yaxınlığında avtomobil yolunun kənarında mühafizə zonası sayılan və dövlət
balansında olan yerdə 150 kvadrat metr torpaq sahəsində ictimai iaşə obyekti tikmək
üçün 35.000 manata mülkiyyət hüququnu təsdiq edən sənədi və tikinti işinin
aparılmasına icazə verən sənədi alıb verəcəyinə dair yalan vəd verib aldatmış, ilkin
olaraq 20.000 manat, sənədlər hazır olandan sonra 15.000 manat veriləcəyinə dair
razılaşmış, 10 oktyabr 2018-ci il tarixdə həmin 150 kvadrat metr torpaq sahəsində 11.000
manat, 14 oktyabr 2018-ci il tarixdə torpaq sahəsində aparılacaq tikintinin layihənin

çəkilməsi adı ilə həmin 150 kvadrat metr torpaq sahəsində 1.000 manat, 20 oktyabr
2018-ci il tarixdə həmin 150 kvadrat metr torpaq sahəsində 5.000 manat, 25 oktyabr
2018-ci il tarixdə həmin 150 kvadrat metr torpaq sahəsində 4.000 manat alıb ələ
keçirmiş, əvəzində 2018-ci ilin noyabr ayının əvvəli şəxsiyyəti istintaqla araşdırılan digər
şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyyəti və istifadə etmək
məqsədi ilə istintaqa məlum olmayan şəraitdə saxtalaşdırmaqla qanunsuz hazırladıqları
hüquq verən rəsmi sənəd hesab edilən, Zərərçəkmiş şəxs1 özəlləşdirilmə və tikinti
işlərinin aparılması ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətində razılaşdırılması hüquqi
faktının mövcudluğunu təsdiq edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı
tərəfindən 16 noyabr 2018-ci il tarixdə verildiyi göstərilən AE 123329B6 nömrəli saxta
məktub, Zərərçəkmiş şəxs1 tikinti işlər aparıldıqda Sabunçu Rayon İcra Hakimiyyəti ilə
razılaşdırılması hüquqi faktının mövcudluğunu təsdiq edən Bakı şəhəri İcra Hakimiyyəti
tərəfindən 07 noyabr 2018-ci il tarixdə verildiyi göstərilən 433 nömrəli saxta məktub və
Zərərçəkmiş şəxs1 Sabunçu dairəsi1 ünvanında yerləşən 270 m/kv sahəsi olan ərazinin
özəlləşdirilməsi, yaşıllaşdırılması və abadlıq işlərinin görülməsi hüquqi faktının
mövcudluğunu təsdiq edən Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi
tərəfindən 30 oktyabr 2018-ci il tarixdə verildiyi göstərilən 271 nömrəli saxla məktub
təqdim etməklə satmış, 2018-ci ilin noyabr ayında həmin sənədlərin saxta olduğu məlum
olan zaman Zərərçəkmiş şəxs1 21.000 manatı geri istəmiş, 2019-cu ilin fevral-mart
aylarında həmin pulun müqabilində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi,
Albalılıq bağ sahəsində 2.800 kvadrat metr torpaq sahəsinin verəcəyinə, 750 manata
mülkiyyət hüququnu təsdiq edən sənədi alıb verəcəyinə dair yalan vəd verib aldatmış,
2019-cu ilin fevral-mart ayında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq
bağ sahəsində 2.800 kvadrat metr torpaq sahəsində Şahid8 vasitəsi ilə 750 manatı ələ
keçirmiş, bununla da, şəxsiyyəti istintaqla araşdırılan digər şəxslə qabaqcadan əlbir olan
bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 21.750 manat xeyli miqdarda maddi ziyan
vurmaqla vahid qəsdlə əhatə olunan dələduzluq və istifadə etmək məqsədilə ilə hüquq
verən saxta rəsmi sənədləri saxtalaşdırmaqla qanunsuz hazırlama və bu cür sənədləri
satma cinayətlərini törətmişdir.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 1(008)-

307/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin
178.2.1, 178.2.2, 178.2.4 və 320.1ci maddələri ilə təqsirli bilinmiş və o, Azərbaycan
Respublikası

CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrinə əsasən 3 (üç) il

müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin
320.1ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə
cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən
ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 04 (dörd) il müddətinə
azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə
müəssisəsində çəkməsi, cəzasının əvvəli 25 yanvar 2020-ci il tarixdən hesablanması
hökm edilmiş, həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair
məsələlər həll edilmişdir.

5. Həmin hökmdən narazı qalan məhkum Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti

verərək, onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya
şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin hökmü qanunsuz və əsassız olmuş,
məhkəmə iş üzrə tam və obyektiv araşdırma aparmadan, humanizm prinsiplərini
pozmaqla ona ağır cəza vermiş, yüngülləşdirici halları nəzərə almamışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 aprel 2021-ci il tarixli,

1(103)-538/2021 nömrəli qərarı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 oktyabr
2020-ci il tarixli, 1(008)307/2020 saylı hökmü məhkum Təqsirləndirilən şəxs2 barəsində
onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, birinci instansiya məhkəməsinin
hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2,
178.2.4-cü maddələrinə əsasən təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum
etmə cəzası və Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsinə əsasən təyin
edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan
Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə
etmək yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin
edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

7. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 aprel 2021-ci il

tarixli, 1(103)-538/2021 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs2 kassasiya
şikayəti vermişdir.

II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar

8. Məhkum Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş kassasiya şikayətininin dəlilləri

ilə apellyasiya şikayətinin dəlilləri eyni olmuşdur. Məhkum edilmiş şəxs kassasiya
şikayətində əməlindən səmimi peşman olmasını, himayəsində üç azyaşlı uşağının
olmasını, xəstəliyini nəzərə alaraq cəzasının yüngülləşdirilməsini xahiş edir.

9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

III. Hüquqi məsələlər

10. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə

səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
(bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

11. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni

qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları
araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir.
Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya
apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya
qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və
Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi
yoxlanılır.

12. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci

və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-
verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş
hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-
edilməməsi məsələlərinə öz münasibətini bildirir.

13. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası

məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin
hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz
həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali
Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud
dəyişdirməyə haqlıdır.

14. Məhkum Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş kassasiya şikayətində ona

daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkum
Təqsirləndirilən şəxs2 ona daha yüngül cəza təyin edilməsi haqqında kassasiya tələbini
Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının
kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi
təsbit olunmuş halla əlaqələndirmişdir.

15. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası

CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya
müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya
Məhkəməsinin Cinayət kollegiyasının 01 aprel 2021-ci il tarixli, 1(103)-538/2021 nömrəli
qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

16. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli

törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin
reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin
cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in
Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində
nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk
öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və
həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin
qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq
edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş
şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə,
xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx
bağlıdır

(bax,

Azərbaycan

Respublikası

Konstitusiya

Məhkəməsi

Plenumunun

“Azərbaycan

Respublikası

Cinayət

Məcəlləsinin

48-ci

maddəsinin

Azərbaycan

Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü
il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və
Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh
edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh
edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).

17. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət

məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən
cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin
xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət
törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

18. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan

Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş
cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən
cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah
olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

19. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci

maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm
məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını
almaq məqsədi ilə tətbiq edilir.

20. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar

şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət
prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit
olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında
götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını
yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və
yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi,
törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi
xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın
digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni
cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

21. Məhkəmə kollegiyası məhkum еdilmiş şəхs Təqsirləndirilən şəxs2 cəzа təyin

edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiya
məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya
instansiya məhkəməsi məhkəmələrin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar
maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Apellyasiya instansiya məhkəməsi
məhkum Təqsirləndirilən şəxs2 himayəsində üç azyaşlı uşaqlarının olmasını onun
cəzasını yüngülləşdirən hal kimi nəzərə almış və belə hesab etmişdir ki, bu hal birinci
instansiya məhkəməsi tərəfindən nəzərə alınmalı idi və təyin ediləcək cəzaların
Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi
cəza ilə əhatə etmək yolu ilə toplayaraq, qəti olaraq Təqsirləndirilən şəxs2 daha aşağı
müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədə müvafiq olardı.
Qeyd edilənlərə əsasən apellyasiya instansiya məhkəməsi məhkum edilmiş şəxsə
Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi
cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum
etmə cəzası təyin edərək qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza
təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci
maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası məhkum barəsində
daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

22. Məhkəmə

kollegiyası

həmçinin

qeyd

edir

ki,

apellyasiya

instansiya

məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun,
ağlabatan müddətlərdə keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq
normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-nin
145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq
birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi barədə qərar qəbul edilmişdir.
Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin
416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən
qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

23. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair

dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum
Təqsirləndirilən

şəxs2

kassasiya

şikayəti

təmin

edilməməli,

Bakı

Apellyasiya

Məhkəməsinin Cinayət kollegiyasının 01 aprel 2021-ci il tarixli, 1(103)-538/2021 nömrəli
qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci

maddəsini rəhbər tutub məhkəmə kollegiyası

Q Ə R A R A

A L D İ:

Məhkum Təqsirləndirilən şəxs2 kassasiya şikayəti təmin edilməsin.
Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 aprel 2021-ci il tarixli,

1(103)-538/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.