1[102]-1299/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 1(102)-1299/2021

08.10.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Cinayət kollegiyasının

Q Ə R A R İ

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov

İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Novruzov
X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X4

qızının, Azərbaycan Respublikası Baş

Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası
məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X6,
məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi5 iştirakları ilə,

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr

2020-ci il tarixli, 1(108)-09/2020 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs3
müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq,
aşağıdakı qərarı qəbul etdi.

I.

İşin halları

1. Məhkum Təqsirləndirilən şəxs3 xx xxxx 1982-ci il tarixdə Naxçıvan Muxtar

Respublikası, Şərur rayonu Mahmudkənd kəndində anadan olmuş, Azərbaycan
Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər
məhkum olunmamış, Şərur rayonu Mahmudkənd kəndində qeydiyyatda olan və həmin
ünvanda yaşamışdır.

2. 27 iyul 2020-ci il tarixli ittiham aktı ilə Təqsirləndirilən şəxs3 oğluna Azərbaycan

Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 32.3,
177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan
edilmişdir.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə,

Təqsirləndirilən şəxs3 1800 manat məbləğində olan borcunu özgə əmlakını talamaq yolu
ilə qaytarmaq üçün tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən görüşərək həmkəndlisi
Zərərçəkmiş şəxs evindən oğurluq etməyi qabaqcadan planlaşdırmış və ələ keçiriləcək

əmlakı bölüşdürməyi ona təklif etmiş, 24 mart 2020-ci il tarixdə saat 17 radələrində
Təqsirləndirilən şəxs2la yenidən görüşərək Zərərçəkmiş şəxs qohumunun yas mərasimi
olduğundan evdə olmayacaqlarını, oğurluq üçün uyğun vaxt yarandığını bildirərək
Zərərçəkmiş şəxs Mahmudkənddə yerləşən evini aparıb göstərmiş, “yaxşı” pulu
olduğundan evində kifayət qədər çox pul olacağı barədə, həmçinin evdən oğurluq
edilməsini asanlaşdıran bütün zəruri məlumatları deməklə Təqsirləndirilən şəxs2
təlimatlandırmaqla cinayətin törədilməsinə təhrik etmişdir. Bundan sonra elə həmin gün
təqribən saat 21 radələrində Təqsirləndirilən şəxs2 özgə əmlakını talamaq məqsədilə
əvvəlcədən razılaşaraq cinayət əlaqəsinə girdiyi tanışları Təqsirləndirilən şəxs1 və
Təqsirləndirilən şəxs4 Cəlal oğlu ilə birlikdə sonuncunun idarə etdiyi “Nissan Sunny”
markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobillə Zərərçəkmiş şəxs Mahmudkənddəki
evinin önünə gələrək həmin evə qanunsuz daxil olmaqla 350 manat dəyərində dəmir seyfi
və içərisindəki 5000 manat pulu, 2040 Azərbaycan manatına bərabər olan 1200 ABŞ
dollarını və ümumi dəyəri 32121,14 (otuz iki min yüz iyirmi bir manat on dörd qəpik)
dəyərində olan 54 adda və müxtəlif növdə olan qızıl-zinət əşyalarını və bir ədəd kişi
saatını talamışlar və əvvəlcədən razılaşdıqları kimi oğurladıqları pulları və qızıl-zinət
əşyalarını öz aralarında bölüşdürərək Zərərçəkmiş şəxs ümumilikdə 39511,14 (otuz
doqquz min beş yüz on bir manat on dörd qəpik) olmaqla xeyli miqdarda ziyan vurmuşlar.
Bununla da vətəndaş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 32.4,
177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.

4. Şərur Rayon Məhkəməsinin 1(110)-04/2020 nömrəli, 17 sentyabr 2020-ci il tarixli

hökmü ilə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 32.4,177.2.1, 177.2.3
və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə
cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi,
cəzaçəkmə müddətinin başlanğıcının 12 may 2020-ci il tarixdən hesablanması, barəsində
seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən
saxlanılması qərara alınmışdır.

5. Həmin

hökmlə

həmçinin

Təqsirləndirilən

şəxs2,

Təqsirləndirilən

şəxs1,

Təqsirləndirilən şəxs4 da təqsirli bilinərək məhkum edilmişlər.

6. Hökm ilə razılaşmayan Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi X5 06 oktyabr

2020-ci il tarixli apelyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin
cinayət kollegiyasına müraciət edərək Şərur Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il
tarixli, 1(110)-04/2020 nömrəli hökmünü dəyişdirib Təqsirləndirilən şəxs3 barəsində
hökmlə təyin edilmiş cəzanı yüngülləşdirməklə Azərbaycan Respublikası CM-nin
32.4,177.2.1, 177.2,3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş
azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddə təyin olunması barədə qərar qəbul
edilməsini xahiş etmişlər.

7. Həmçinin hökmdən Təqsirləndirilən şəxs4 Cəlal oğlu və onun müdafiəçisi

Müdafiəçi2 apellyasiya şikayəti vermişdirlər.

8. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 30 oktyabr

2020-ci il tarixli ilkin baxış iclasının qərarı ilə Təqsirləndirilən şəxs4 Cəlal oğlu və onun
müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti və Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi
X3 apellyasiya şikayəti üzrə məhkəmə baxışının açıq məhkəmə iclasında, məhkəmə
istintaqı aparılmadan və əlavə sübutlar tələb edilmədən keçirilməsi qərara alınmışdır.

9. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr

2020-ci il tarixli, 1(108)-09/2020 nömrəli qərarı ilə apelyasiya şikayətləri təmin edilməmiş,
təqsirləndirilən

şəxslər

Təqsirləndirilən

şəxs3

Azərbaycan

Respublikası

CM-nin

32.4,177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan
Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 326.1-ci maddələri ilə, Təqsirləndirilən
şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü
maddələri ilə, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 32.5,177.2.1,
177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Şərur Rayon
Məhkəməsinin 1(110)-04/2020 nömrəli, 17 sentyabr 2020-ci il tarixli hökmü apelyasiya
şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

10. X7 Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2020-ci il

tarixli, 1(108)-09/2020 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi
Müdafiəçi5 kassasiya şikayəti vermişdir.

II.

Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar

11. Məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətini onunla

əsaslandırmışdır ki, sərtliyinə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və
məhkumun şəxsiyyətinə uyğun olmayan cəzadır.

Hüquqlarını müdafiə etdiyi

Təqsirləndirilən şəxs3 barəsində çıxarılmış hökm və onun qüvvəsində saxlayan qərar cəza
hissəsində çox ağır, qanunsuz, əsassız və ədalətsizdir. Naxçıvan Muxtar Respublikası Ali
Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2020-ci il tarixli, 1(108)-09/2020 nömrəli
qərarını ləğv edərək, Təqsirləndirilən şəxs3 həbslə əlaqədar olmayan cəza təyin edilməsi
barədə qərar qəbul edilməsini xahiş edir.

12.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

III. Hüquqi məsələlər

13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə

səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
(bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni

qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları
araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir.
Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya
instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul
edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-
Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci

və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-
verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş
hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-
edilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası

məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin
hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz
həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali
Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud
dəyişdirməyə haqlıdır.

17. Məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş

kassasiya şikayətində cəzanın ağır olması mübahisə edilir və ona həbslə əlaqədar

olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkum
Təqsirləndirilən şəxs3 oğluna həbslə əlaqədar olmayan cəza təyin edilməsi haqqında
kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə
qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən
əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

18. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-

in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti
kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Naxçıvan Muxtar Respublikası Ali
Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2020-ci il tarixli, 1(108)-09/2020 nömrəli
qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

19. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli

törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin
reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin
cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in
Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində
nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk
öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və
həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin
qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq
edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş
şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə,
xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx
bağlıdır

(bax,

Azərbaycan

Respublikası

Konstitusiya

Məhkəməsi

Plenumunun

“Azərbaycan

Respublikası

Cinayət

Məcəlləsinin

48-ci

maddəsinin

Azərbaycan

Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli,
“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan
Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17
mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı
maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02
aprel 2012-ci il tarixli qərarları).

20. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət

məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən
cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin
xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət
törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

21. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin

CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin
xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı
yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah
olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

22. Cəzanın məqsədini təsbit edən eyni Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza

sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa
şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

23. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar

şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət

prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit
olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında
götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını
yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və
yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi,
törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi
xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər
məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni
cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

24. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 oğluna cəza təyin edilməsi ilə bağlı

kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kоllеgiyаsı apellyasiya
instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki,
məhkəmələrin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına
uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun himayəsində 2 azyaşlı
uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların
olmadığını nəzərə almış, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59, 61 və 62-ci
maddələrinin tələblərinə tam riayət etmişdir.

25. Məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün

əsas müəyyən etmir.

26. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsində

məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə
keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq
normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-nin
145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq
birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanması barədə qərar
qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan
pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv
edilməsi üçün əsasların olmadığını göstərir.

27. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara

görə hesab edir ki, Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi5 kassasiya şikayəti təmin
edilməməli, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 19
noyabr 2020-ci il tarixli, 1(108)-09/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci

maddəsini rəhbər tutub məhkəmə kollegiyası

Q Ə R A R A

A L D İ:

Məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi5 kassasiya şikayəti təmin

edilməsin.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr

2020-ci il tarixli, 1(108)-09/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.