1[102]-1335/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 1(102)-1335/2021

08.10.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Cinayət kollegiyasının

Q Ə R A R İ

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər

Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Novruzov X11 və Mövsümov
Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan
Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin
kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil
şöbəsinin böyük prokuroru X14, məhkumun müdafiəçi X6, zərərçəkmiş şəxs
Şahbazov Nail Adil oğlunun iştirakları ilə,

Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2021-ci il tarixli,

1(106)-114/2021 nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun
Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində
dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Əli oğlu
tərəfindən verilmiş kassasiya protestinə, Məhkum və zərərçəkmiş şəxs Şahbazov
Nail Adil oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq,
aşağıdakı qərarı qəbul etdi.

I.

İşin halları

1. Məhkum 29 aprel 1982-ci il tarixdə Lerik rayonun Haran kəndində anadan

olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı
olan, orta təhsilli, X25 İdarəsində işləyən, Lerik rayonu Haran kəndində qeydiyyatda
olmaqla Lerik rayonunun Peştətürk kəndində yaşayan.

2. 31 avqust 2020-ci il tarixli ittiham aktı ilə Məhkum Azərbaycan Respublikası

Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 259.3, 315-ci
maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.

3. Lerik Rayon Məhkəməsinin hökmü ilə müəyyən edilmiş işin faktiki hallarına

görə, Məhkum meşə qırma bileti və meşə buraxılış orderi olmadan 2020-ci ilin mart
ayının əvvəllərində Lerik rayonunun Haran kəndinin ərazisini əhatə edən, X18 X2
meşəbəyliyinin 13 saylı meşə dolayısında meşə fonduna daxil olan və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 2004-cü il tarixli, 145 saylı qərarına
əsasən qiymətləndirilmiş qızılağac cinsindən 64 sm diametrliyində 01 ədəd,
ağcaqayın cinsindən 64 sm diametrda 01 ədəd və 76 sm diametrda 01 ədəd, cəmi
03 ədəd 15,60 kub metr həcmində 435,48 manat dəyərində işlik növünə aid köküstə
yaş halda ağacları özünə məxsus motorlu mişarla qanunsuz kəsərək X18 Təsərrüfatı
Mərkəzinin meşə fonduna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar
2019-cu il tarixli, 30 saylı qərarının 7-ci əlavəsinə uyğun olaraq ağacların qanunsuz
kəsilməsinə görə hesablanmış 1734,00 manat cərimə pulu ilə birlikdə X18
Təsərrüfatı Mərkəzinin meşə fonduna ümumilikdə 2169,48 manat məbləğində xeyli
miqdarda ziyan vurmuşdur. Məhkum qanunsuz kəsdiyi həmin ağacların gövdəsinin
işlik hissəsini doğramaqla onlardan şpal hazırlamış, həmin şpalları 2020-ci ilin mart
ayının 06-dən 07-nə keçən gecə Lerik rayonunun Bibiyoni kənd sakinləri, X5 və X3
atla meşə sahəsindən Haran kəndinə gedən yola daşıtdırıb özünə məxsus “Kamaz”
markalı, **-ZT-*** qeydiyyat nişanlı avtomaşına yüklətdirdiyi zaman X18 Təsərrüfatı
Mərkəzinin sabiq direktoru X15 və həmin Mərkəzin direktor müavini - baş meşəbəyi
X7 tərəfindən yaxalanmış, 5,0 kub metr həcmində 251,31 manat dəyərində işlik
meşə materialı olan şpal müsadirə olunaraq Mərkəzin anbarına mədaxil edilmişdir.

4. Bundan başqa Məhkum 13 saylı meşə dolayısında qanunsuz kəsdiyi

ağaclardan hazırladığı şpalların müsadirə olunmasından və barəsində müvafiq
qaydada aktın tərtib edilməsindən nəticə çıxarmayaraq Mərkəzin sabiq direktoru
Şahin Cəfərova qarşı qərəzli mövqe nümayiş etdirib təkrarən meşə sahəsində gizli
formada ağacların kəsilməsini təşkil etmək qərarına gələrək Lerik rayonunun Çayrud
kənd sakini, 2014-cü ildən 19 sentyabr 2018-ci il tarixə kimi keçmiş Vizəzəmin
meşəbəyliyinin 15 saylı dolayısının gözətçisi işləmiş, işdə buraxdığı nöqsanlara görə
meşə gözətçisi vəzifəsindən azad edilmiş X4 və onunla yaxşı münasibətdə olan
rayonun Bibiyoni kənd sakini, dayısı oğlu X5 ilə qabaqcadan əlbir olmaqla cinayət
əlaqəsinə girərək bir qrup şəxs qismində birləşib, aralarındakı razılaşmaya və
cinayətkar niyyətə uyğun olaraq 06 aprel 2020-ci il tarixdə, saat təxminən 13
radələrində Əfladdin Almasovun əvvəllər mühafizə etdiyi X18 Təsərrüfatı Mərkəzinin
keçmiş Vizəzəmin, hazırda Lerik meşəbəyliyinin 15 saylı meşə dolayısının rayonun
Zardonu kəndinin yaxınlığında yerləşən 22 saylı kvartalına Əfladdin Almasovun
bələdçiliyi ilə gəlib həmin meşə sahəsində meşə fonduna daxil olan və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 2004-cü il tarixli, 145 saylı qərarına
uyğun 502,90 manat məbləğində qiymətləndirilmiş, köküstə yaş halda, diametri 68
sm olan 02 (iki) ədəd və diametri 76 sm olan 01 (bir) ədəd, cəmi 03 (üç) ədəd 16,24
kub metr həcmində işlik növünə aid fıstıq cinsindən ağacları özlərinə məxsus motorlu
mişarla qanunsuz kəsib Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar
2019-cu il tarixli, 30 saylı qərarının 7-ci əlavəsinə uyğun olaraq ağacların qanunsuz
kəsilməsinə görə hesablanmış 1998,00

manat cərimə pulu ilə birlikdə X18

Təsərrüfatı Mərkəzinin meşə fonduna ümumilikdə 2500,90 manat məbləğində xeyli
miqdarda ziyan vurmuşdur. Həmin vaxt 15 saylı meşə dolayısının mühafizəsini təmin
etməklə meşə gözətçisi işləyən Şahbazov X22 Həşimov və digərlərinin yanına gəlib
ağacları qanunsuz kəsdiklərini görərək xidməti vəzifəsini yerinə yetirməklə özünü

təqdim edib iradını bildirməklə onlardan meşə sahələrini tərk etmələrini tələb etdikdə
Məhkum Əfladdin Almasov və Orxan Bayramovla birlikdə onun qanuni tələblərinə
heç bir məhəl qoymadan mübahisə etməklə qanunsuz hərəkətlərini davam etdirib,
xidməti vəzifələrini yerinə yetirən meşə gözətçisi Nail Şahbazovun üzərinə hücum
edib zor tətbiq etməklə müqavimət göstərərək onu yerə yıxıb bədəninin müxtəlif
nahiyələrinə yumruq və təpiklə zərbələr vurmuş, Nail Şahbazov onların əlindən
buraxılıb meşə sahəsindən çıxaraq atla Zardonu kənd məscidinin qabağına gəlmiş,
həmin yerdə yenidən Məhkum və Əfladdin Almasovla rastlaşmışdır. Bu zaman
Məhkum Əfladdin Almasovla birlikdə cinayətkar əməlini davam etdirib Nail
Şahbazovun sifətinə yumruqla bir zərbə vurub ona qarın, sağ almacıq, alın
nahiyələrində sıyrıqla, sağ baldır nahiyəsində bir ədəd qançırla nəticələnən,
ümumilikdə sağlamlığa zərər vurmayan və dərəcəsi təyin olunmayan xəsarətlər
yetirməklə, həyat və sağlamlığı üçün təhlükəli olmayan fiziki zor tətbiq edib
müqavimət göstərmiş qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz ağac
kəsməklə dövlət meşə fonduna xeyli miqdarda ziyan vurmuşdur. Bu hərəkətləri ilə
Məhkum Azərbaycan Respublikası CM-nin 259.3 və 315-ci maddələrində nəzərdə
tutulmuş cinayət əməlini törətmişdir.

5. Lerik Rayon Məhkəməsinin 1(048)-33/2020 saylı, 08 oktyabr 2020-ci il tarixli

hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 259.3 və 315-ci maddələri ilə
təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkməsi, Azərbaycan Respublikası 259.3-
cü maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan
Respublikası 315-ci maddəsi ilə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə
cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə
əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 3 il 6 ay
müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzaçəkmə müddətinin
başlanğıcı 08 oktyabr 2020-ci il tarixdən hesablanmışdır.

6. Həmin hökmlə həmçinin X4 və X5 da təqsirli bilinərək məhkum edilmişdilər.
7. Lerik Rayon Məhkəməsinin 1(048)-33/2020 saylı, 08 oktyabr 2020-ci il tarixli

hökmündən məhkum olunmuş şəxs Məhkum apelyasiya şikayəti verərək ona təyin
edilmiş cəzanın yüngülləşdirilməsini, barəsində həbslə bağlı olmayan cəza
verilməsini xahiş etmişdir.

8. Məhkum olunmuş şəxs Məhkum müdafiəçisi X12 apelyasiya şikayəti verərək,

Lerik Rayon Məhkəməsinin 1(048)33/2020 saylı, 08 oktyabr 2020-ci il tarixli
hökmünün ləğv edilməsini və Məhkum barəsində bəraət hökmünün çıxarılmasını
xahiş etmişdir. X20 apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkum ona
elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, qanunsuz ağac kəsməmiş və
hakimiyyət nümayəndəsinə müqavimət göstərməmişdir. Məhkum meşə işçisi şahin
Cəfərovun göstərişi ilə N maşın ağac kəsib hərbi hissə üçün aparmış, buna görə
zəhmət haqqı kimi 3 ağac ona zəhmət haqqı kimi verilmişdir. İş materiallarından
görünür ki, X10 Əfladdin Almasovla əlbəyaxa olmuş, Salman Naili vurmamışdır.
Əfladdin Almasov və Orxan Bayramov ifadələrində X17 vurmadığını göstərmişlər.
X10 həm ibtidai araşdırma zamanı, həmdə birinci instansiya məhkəməsində işə
baxılarkən müxtəlif instansiyalara şikayət ərizəsi ilə müraciət edərək Məhkum onu
döymədiyini, Salman meşə işçisi Şahinin təzyiqinə görə yalandan Salmanın onu
döyməsi barədə şikayət ərizəsi yazmışdır. Nail Şahbazov ibtidai araşdırma zamanı
Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edərək
Məhkum onu döymədiyini, meşə idarəsinin müdiri Şahin Cəfərovun onu məcbur

etdiyi üçün Salmanın onu döyməsi barədə şikayət ərizəsi yazdığını etiraf etmişdir.
Birinci instansiya məhkəməsində işə baxılarkən də Məhkum Nail Şahbazovu
döyməsi, qanunsuz ağac kəsməsi sübuta yetirilmədi. Ona görə də Məhkum
barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir.

9. Lerik Rayon Məhkəməsinin 1(048)-33/2020 saylı, 08 oktyabr 2020-ci il tarixli

hökmündən həmçinin zərərçəkmiş şəxs Şahbazov Nail Adil oğlu apelyasiya şikayəti
verərək Məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

10.Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2021-ci il

tarixli, 1(106)-114/2021 nömrəli qərarı ilə məhkum edilmiş şəxs Məhkum və onun
müdafiəçisi X12 tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilmiş,
zərərçəkmiş şəxs Şahbazov Nail Adil oğlu tərəfindən verilmiş apelyasiya şikayəti
təmin edilməmiş, Lerik Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 1(048)-
33/2020 saylı hökmü məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçisi X12
tərəfindən

verilmiş

apelyasiya

şikayətlərinə

əsasən

dəyişdirilmiş,

Məhkum

Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlığın
məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə 2 il
müddətə

azadlığın

məhdudlaşdırılması

cəzası

təyin

edilmiş,

Azərbaycan

Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən
toplamaq yolu ilə Məhkum qəti olaraq 4 il müddətə azadlığın məhdudlaşdırılması
cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən
Məhkum 08 oktyabr 2020-ci il tarixdən 03 mart 2021-ci il tarixədək həbsdə
saxlanıldığı 4 (dörd) ay 25 (iyirmi beş) gün müddətin bir günü azadlığın
məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla 9 (doqquz) ay
20 gün təyin edilmiş cəzadan çıxılmış və Məhkum üzərində qəti olaraq 3 (üç) il 02
(iki) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış,
Lerik Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 1(048)-33/2020 saylı hökmü
apelyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

11. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2021-ci il

tarixli, 1(106)-114/2021 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya
protesti, Məhkum və zərərçəkmiş şəxs Şahbazov Nail Adil oğlu tərəfindən ayrı-
ayrılıqda kassasiya şikayətləri verilmişdir.

II.

Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri:

12. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya

instansiya məhkəməsi Məhkum tərəfindən törədilən cinayət əməlinin ictimai
təhlükəlilik dərəcəsinə, xarakterinə, törədilməsi halına, hadisənin baş vermə səbəbi
və şəraitinə, cinayət əməlinin nəticələrinə uyğun olmayan qənaətə gələrək yüngül
cəza təyin etmiş, həmin hissədə hökmü əsaslandırmamış, qeyd olunan halları və
Məhkum şəxsiyyətini, onun tərəfindən törədilən cinayətlərin başa çatmış cinayət
olmaqla az ağır cinayətlər kateqoriyasına aid edilməsini, eləcə də bu cür əməli, yəni
qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz ağac kəsməklə dövlət meşə
fonduna xeyli miqdarda ziyan vurma və hakimiyyət nümayəndəsinə xidməti
vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə cinayət
əməllərini törədən Məhkum azadlıqdan məhrum etmə cəzasına məhkum edilmədən
islah olunmasının mümkün olmamasını nəzərə almamaqla ona açıq-aydın ədalətsiz
cəza təyin etmiş, cəza təyin edərkən cinayət qanunu normalarını düzgün tətbiq

etməmiş, bu zaman cəza təyin etmə barədə Azərbaycan Respublikası CM-nin 8, 41
və 58.3 maddələrinin tələblərini pozmuş, Konstitusiya Məhkəməsinin məcburi olan
şərhini və Ali Məhkəmənin tövsiyələrini nəzərə almamışdır. Lakin, məhkəmənin
Məhkum təyin etdiyi cəza ilə sosial ədalət bərpa olunmamış, yüngül olması ilə
əlaqədar islah təsirinin yetərli olmaması səbəbindən həmin cəza gələcəkdə həm
Məhkum, həm də başqa şəxslər tərəfindən eyni qəbildən olan cinayətlərin
törədilməsinin Qarşısının alınmasına, bir sözlə qeyd olunan cəza ədalətli
olmadığından cəzanın məqsədinin təmin olunmasına xidmət etməmişdir. Dövlət
ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-
Prosessual Məcəlləsinin

(bundan sonra – Azərbaycan Respublikası CPM)

416.1.21-ci

maddəsində

nəzərdə

tutulmuş

halı

yaradan

pozuntular

kimi

qiymətləndirərək,

həmin

əsasla

Şirvan

Apellyasiya

Məhkəməsinin

Cinayət

kollegiyasının 03 mart 2021-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin
apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini
xahiş edir.

13. Məhkum kassasiya şikayətini belə əsaslandırmışdır ki, onun Nail Şahbazovu

vurmadığı və meşədə qanunsuz ağac kəsmədiyi sübuta yetirilmədiyi üçün ona bəraət
verilməlidir. Məhkəmə kollegiyasından Şirvan Apellyasiya Məhkəməsinin Cinayət
kollegiyasının 03 mart 2021-ci il tarixli qərarının ləğv edilməsini, onun barəsində
bəraət hökmünün çıxarılmasını xahiş edir.

14. Zərərçəkmiş şəxs Şahbazov Nail Adil oğlu da kassasiya şikayətində eyni

tələblə müraciət etmişdir. Zərərçəkmiş şəxs bildirmişdir ki, məhkum edilmiş şəxs
Məhkum onu döymədiyinə görə və

meşənin ağacının kəsilməsində təqsirli

olmadığına görə ona bəraət verilməlidir. Məhkəmə kollegiyasından

Şirvan

Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2021-ci il tarixli qərarının
ləğv edilməsini, Məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir.

15. Kassasiya protestinə və kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

III.

Hüquqi məsələlər:

16. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması

üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu
maddəsi müəyyən edir.

17. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni

qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları
araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir.
Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya
apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya
qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və
Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi
yoxlanılır.

18. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası

məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin
hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir.
Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri)
olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv
etməyə və yaxud dəyişdirməyə haqlıdır.

19. Dövlət ittihamçısı kassasiya protestində Şirvan Apelyasiya Məhkəməsinin

Cinayət kollegiyası yekun qərar qəbul edərkən və məhkum edilmiş şəxs Məhkum
təyin

edilmiş

cəzanın

açıq-aydın

yüngül

cəza

olduğunu

iddia

edərək,

mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin
edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini
və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in
416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.

20. Məhkum və zərərçəkmiş şəxs Şahbazov Nail Adil oğlu kassasiya

şikayətlərində məhkəmələr tərəfindən cinayət-prosessual qanunun sübutlar və
sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə məhkum edilmiş şəxsin
cinayət törətmədiyi, təqsirliliyi sübuta yetirilmədiyi halda Azərbaycan Respublikası
CM-nin 259.3, 315-ci maddələri ilə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq
apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işi üzrə icraata
bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini Cinayət-Prosessual
Məcəlləsinin 416.1.1, 416.1.6 və 416.1.8-ci maddələrində məhkəmə qərarının
kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar
kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

21. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini, məhkum və

zərərçəkmiş şəxsin kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-in 419-cu
maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi
görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət
kollegiyasının 03 mart 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb,
araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

22. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş

şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər
ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun
törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun
olmalıdır.

23. Azərbaycan Respublikası CM-nin 41.1-ci maddəsində əksini tapmış cəzanın

anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və
həmin

şəxs

barəsində

bu

Məcəllə

ilə

müəyyən

edilən

məhrumiyyətlər

yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından
ibarətdir”. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci
maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm
məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin
qarşısını almaq məqsədi ilə tətbiq edilir.

24. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan

Respublikası CM-nin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə
uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və
ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən
və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və
onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Azərbaycan Respublikası CM-nin
58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət
Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət
qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu
zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü

yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə
bilmir.

25. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-

cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa
göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin
edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.

26. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-

nin 61-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası CM-nin 61.2-ci
maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş
halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi
nəzərə alına bilməz.

27. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın

cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün
apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi
göstərir.

28. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin

ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun
müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm
sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.

29. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza

Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın
məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.

30. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası CPM-nin

416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında
ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən
və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan
Respublikası CPM-in 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə
də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası
məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə
müraciətlərə

kassasiya

qaydasında

baxıldıqda),

apellyasiya

instansiyası

məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası
CPM-nin 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən
qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsində ancaq mübahisələndirilən
cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli,
cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham
qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.

31. Hətta kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə

müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın”
yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı
(cəzanın növünü, həddini və yaxud həcmini müəyyənləşdirməli) olan hallar arasında
uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya
instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq,
qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi
ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə
qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək
səlahiyyəti verir.

32. Lakin, kassasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda, müəyyən

olunur ki, bu dəlillər Məhkum təyin olunmuş cəzanın açıq-aydın yüngül olması
haqqında nəticə çıxarmaq üçün əsas vermir.

33. Belə ki, kassasiya protestində qeyd olunduğu kimi Məhkum Azərbaycan

Respublikası CM-nin 259.3-cü və 315-ci maddələri ilə təqsirli bilindiyi cinayət əməlləri
- Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində az ağır cinayətlər kimi təsbit
edilmişdir.

34. Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsinin sanksiyasında

doqquz min manatdan on bir min manatadək miqdarda cərimə və ya iki ildən beş
ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə
və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları
nəzərdə tutulmuşdur.

35. Azərbaycan Respublikası CM-nin 315-ci maddəsinin sanksiyasında isə iki

ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə
azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur.

36. Məhkum təyin edilmiş cəza məsələsini müzakirə edərkən, apellyasiya

instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən
şəxsin az ağır cinayət törətməsini, törətmiş olduğu cinayət əməlini etiraf edərək
səmimi peşimançılıq hissi keçirmələrini, yaşayış və iş yeri üzrə müsbət xarakterizə
olunmasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal
kimi və barəsində cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb,
ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 259.3 və 315-ci maddəsi ilə 03
(üç) il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə
müvafiq hesab etmişdir.

37. Bununla belə, apellyasiya instansiya məhkəməsinin qənaətinə görə, birinci

instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum az ağır cinayət törətməsini,
himayəsində bir azyaşlı uşağının olmasını, cəzasını yüngülləşdirən hal kimi
qiymətləndirsə də, faktiki olaraq cəza təyin edərkən bunu nəzərə almamış, yuxarıda
qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunun Məhkum təqsirli bilindiyi
Azərbaycan Respublikası CM-nin 259.3 və 315-ci maddələri ilə cəza təyin olunarkən
məhkumun

barəsində

Azərbaycan

Respublikası

CM-nin

259.3

315-ci

maddələrinin sanksiyasında alternativ cəza kimi müəyyən olunmuş azadlğın
məhdudlaşdırılması cəzasının təyin olunması üçün əsas verib-verməməsini, habelə
Məhkum cəmiyyətdən tam təcrid olunmadan islah olunmasının mümkünlüyü
məsələlərini müzakirə etməmiş və bununla da cinayət qanunvericiliyinin tələblərini,
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən
cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» tövsiyələrini nəzərə
almamışdır. Nəticədə məhkum olunmuş şəxsə təyin edilmiş azadlıqdan məhrum
etmə cəzası Məhkum şəxsiyyətini və işdə cəzanı yüngülləşdirən hallara uyğun
olmayan açıq-aydın ədalətsiz və ağır cəza olmuşdur.

38. Apellyasiya instansiya məhkəməsi iş materialları ilə müəyyən olunmuş

yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu nəzərə alaraq,
Məhkum barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 259.3 və 315-ci
maddələrinin sanksiyasında müəyyən edilən azadlıqdan məhrum etmə cəzasından
daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini

cəzanın məqsədi və cəza təyin edilmənin ümumi əsaslarını müəyyən edən
Azərbaycan Respublikası CM-nin 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri
baxımından

məqsədə

uyğun

saymış

ona

4

il

müddətə

azadlığın

məhdudlaşdırılması cəzasını təyin etmişdir.

39. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə

razılaşır və hesab edir ki, apellyasiya məhkəməsinin sözügedən xüsusatları cəzanın
müəyyən edilməsinə təsir göstərən (yüngülləşdirici) hallar qismində nəzərə almaları
qanunsuz və əsassız nəticə kimi qiymətləndirilə bilməz.

40. Məhkum və zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinin

Məhkum oğlunun əsassız məhkum edilməsi və ona bəraət verilməsi ilə əlaqədar
mübahisələndirilən dəlillərinə gəldikdə, məhkəmə kollegiyası bu mövzuda da
şikayətlərin dəlilləri ilə razılaşmaq üçün əsas tapmır.

41. Belə ki, Məhkum ittiham olunduğu maddələr ilə bəraət verilməsinin

mübahisələndirilməsi üzrə məhkumun müdafiəçi və zərərçəkmiş şəxs tərəfindən irəli
sürülmüş dəlillər apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin
dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi
halları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir.

42. Apellyasiya instansiyası məhkəməsi sübutları bir daha ayrı-ayrılıqda və

məcmu halında qiymətləndirərək hesab etmişdir ki, məhkəmə ittiham hökmü
çıxararkən ittiham tərəfin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş
sübutlarla, yəni təqsirləndirilən şəxslərin özünün etirafedici ifadələri ilə yanaşı şahid
ifadələri, zərərçəkmiş şəxsin ifadəsi və işdə olan istintaq və məhkəmə hərəkətlərinə
dair digər sənədlərlə Məhkum CM-nin 259.3 və 315-ci maddələri ilə müəyyən edilmiş
cinayət əməllərini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən
şəxslərə ittiham olunan əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin
təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların
olmamasına görə, sonuncuların həmin maddələrlə təqsirili bilinib cəzalandırılmalı
olmasına dair yekun nəticəyə gəlmişdir.

43.Məhkəmə kollegiyası kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal

kimi onu da qeyd edir ki, apellyasiya məhkəməsi hazırki dəlillərlə əlaqədar birinci
instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb istər sübutlar və
sübutetmə, istərsə də işin faktiki hallarının müəyyən edilməsi və onlara cinayət
qanunu normasının tətbiqi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş,
Məhkum əməllərində Cinayət Məcəlləsinin həmin maddələrində nəzərdə tutulmuş
cinayətin tərkibinin olması, bu maddə ilə onun əməllərinin düzgün tövsif edilməsi,
Məhkum əsaslı və qanuni olaraq Cinayət Məcəlləsinin CM-nin 259.3 və 315-ci
maddəsi ilə təqsirli bilinməsi, yəni baxılan işdə Cinayət-Prosessual Məcəlləsinin 42.1-
ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə
gəlmişdir.

44. Odur ki, apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi

nəticələr məhkumun müdafiəçisini və zərərçəkmiş şəxsin apellyasiya şikayətində irəli
sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına,
birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı
maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya
şikayətlərində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək
dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası

məhkəmələrinin Məhkum qeyd edilən maddələrlə təqsirli hesab edilməsi barədə
qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

45. Beləliklə, məhkəmə kollegiyası istər kassasiya şikayətlərinin, istərsə də

kassasiya protestinin dəlillərinin araşdırılması nəticəsində Azərbaycan Respublikası
CPM-in 416.1-cı maddəsində göstərilən məhkəmə qərarının kassasiya qaydasında
ləğv edilməsi və yaxud dəyişdirilməsi əsaslarından hər hansı müəyyən etmir və bu
səbəbdən həmin müraciətlərin təmin edilməsini mümkün saymır.

46. Nəticə etibarilə məhkəmə kollegiyası iclasda iştirak etmiş şəxslərin çıxışlarını

dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum və zərərçəkmiş şəxs
Şahbazov Nail Adil oğlunun kassasiya şikayətləri və dövlət ittihamçısının kassasiya
protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının
03 mart 2021-ci il tarixli, 1(106)-114/2021 nömrəli qərarı dəyişdirilmədən
saxlanılmalıdır.

Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin

419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A

A L D İ:

Kassasiya protesti, Məhkum və zərərçəkmiş şəxs Şahbazov Nail Adil oğlunun

kassasiya şikayətləri təmin edilməsin.

Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2021-ci il tarixli,

1(106)-114/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.