1[102]-1338/2021 qərar mətni
Azərbaycan Respublikası adından
QƏRAR
Bakı şəhəri
İş № 1(102)-1338/2021
02.11.2021
ALİ MƏHKƏMƏ
Azərbaycan Respublikası adından
Azərbaycan Respublikası Ali Məhkəməsinin
Cinayət Kollegiyasının
Q Ə R A R İ
Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Nazim
Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Fərhad
Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə,
məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın,
dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının
müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu
Hüseynlinin və zərərçəkmiş şəxsin hüquqi varisi X4 iştirakları ilə,
Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 23 aprel 2021-ci il tarixli
qərarından dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya
protesti, zərərçəkmiş şəxsin hüquqi varisi Aqqraxov Aslan Rüstəm oğlu tərəfindən verilmiş
kassasiya şikayəti üzrə işə baxaraq
MÜƏYYƏN ETDİ:
Qazax Rayon Məhkəməsinin (sədrlik edən N.Ə.Musayev) 1(023)-69/2020 nömrəli,
27 noyabr 2020-ci il tarixli hökmü ilə
28 aprel 1985-ci ildə Qazax rayonu Yuxarı
Salahlı
kəndində
doğulmuş,
Azərbaycan
Respublikası vətəndaşı, orta təhsilli, evli,
himayəsində bir azyaşlı uşağı olan, əvvəllər
məhkum olunmamış, Qazax rayonu Qaz
İstismar İdarəsində çilingər işləyən, Qazax
rayonu
Yuxarı
Salahlı
kəndində
yaşayan
Məhkum
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.2-ci maddəsi ilə
təqsirli bilinib 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum
edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin
əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması hökm
edilmişdir.
İşin halları:
Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum
olunmuşdur ona görə ki, o, 01 fevral 2020-ci ildə saat 18:40 radələrində Bakı-Qazax-
Gürcüstan sərhəddi yolunun Qazax rayonu Yuxarı Salahlı kəndi ərazisindən keçən 491-ci
kilometrliyində "Yol Hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci
maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq idarə etdiyi VAZ-21154 markalı
** RF *** dövlət qeydiyyat nişanlı avtomobili yaşayış məntəqəsi daxilində 60 km/saatdan
çox, 70 km/saat sürətlə Sınıq körpü istiqamətində hərəkət etdirərkən həmin Qanunun 50-ci
maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə
yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq
üçün mümkün olan tədbirləri görməli və bununla da hadisənin qarşısını almağa texniki
imkanı olduğu halda bunları etməyərək yolun sol tərəfindən digər tərəfinə keçmək istəyən
piyada X3 vurması nəticəsində sonuncuya açıq kəllə-beyin travması, başın ənsə
nahiyyəsinin əzilmiş-cırılmış yarası, ənsə sümüyünün açıq-qəlpəli sınığı, baş beyin
toxumasının əzilməsi və beyin mayesinin evakuasiyası, sağ baldır sümüyünün aşağı 1/3-
nin qapalı yerdəyişməli sınığı, sol budun aşağı 1/3-nin arxa-yan səthinin əzilmiş-cırılmış
yarası, sol qasıq və sol budun yuxarı 1/3-nin iç səthinin sıyrıqları ilə müşayiət edilən
xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün
təhlükəli olan ağır zərər vurmaqla ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir.
Gəncə
Apellyasiya
Məhkəməsinin
cinayət
kollegiyasının
(hakimlər
Elçin
Xasməmmədov (sədrlik edən və məruzəçi), Çingiz Məmmədov və Teyyub Muxtarovdan
ibarət tərkibdə) 1(104)-181/2021 nömrəli, 23 aprel 2021-ci il tarixli qərarı ilə Qazax Rayon
Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli hökmü dəyişdirilmiş, hökmlə Məhkum təyin
edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq 5 (beş) il həddində
müəyyən edilmiş və onun üzərində qəti olaraq 2 (iki) il müddətinə nəqliyyat vasitələrini
idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum
etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməmiş,
dövlət ittihamçısının apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin
apellyasiya şikayəti qismən təmin edilmişdir.
Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan dövlət ittihamçısı
Q.A.Rizvanov
verdiyi
kassasiya
protestində,
zərərçəkmiş
şəxsin
hüquqi
varisi
A.R.Aqqraxov verdiyi kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin cinayət
kollegiyasının 23 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işi üzrə yeni
apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri:
Kassasiya protestinin dəlillərini dövlət ittihamçısı Qalib Rizvanov onunla əsaslandırır
ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur.
Belə ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən onun
ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində azyaşlı uşağı olmasını, əməlindən
səmimi peşman olub təqsirini etiraf etməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq
əldə etməyə cəhd göstərməsini və müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən
hallar kimi qiymətləndirmiş, cəzasını ağırlaşdıran hal olmamasını nəzərə almaqla əsas
cəza kimi ona 4 (döprd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir.
Apellyasiya instansiyası məhkəməsi də, öz növbəsində apellyasiya şikayət və protestinə
münasibət bildirərək təyin olunmuş əsas cəzanı yüngül hesab edərək hökmü
dəyişdirmişdir.
İş materialalrından görünür ki, apellyasiya məhkəməsinin təyin etdiyi cəza da
cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmamışdır. Apellyasiya instansiya
məhkəməsi məhkuma təyin olunmuş əsas cəza həddini 1 il artırılsa da, bu onun ümumi
rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsinə yox, yenə eyni qaydada məntəqə tipli
cəzaçəkmə müəssisəsində cəza çəkməsinə şərait yaratmışdır.
Son illər ərzində insanların ölümü və ya müxtəlif dərəcəli bədən xəsarətləri almaları
ilə nəticələnən avtoqəzaların sayının artması ölkənin ictimai həyatında ciddi rezonans
doğuran məsələlərdən birinə çevrilmişdir.
Məhz buna görə Azərbaycan Respublikası Prezidenti yol-nəqliyyat hadisələrinin baş
vermə səbəblərinin aradan qaldırılması üçün ciddi tədbirlərin görülməsini nəzərdə tutan 27
dekabr 2012-ci il tarixli “Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin
gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının
artırılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalamışdır.
Qeyd olunan sərəncamda yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsinin mühüm
əhəmiyyəti nəzərə alınmaqla, yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan
qaldırılması üçün əlavə tədbirlər görülməsinin və cinayət məsuliyyətinin sərtləşdirilməsinin
vacibliyi vurğulanmışdır.
Cinayət işindən göründüyü kimi təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxsin
hüquqi varisi Aqqraxov Aslan Rüstəm oğlu ilə barışıq əldə etməmiş, sonuncu özü də
birinci instansiya məhkəməsində ifadəsində Məhkum üzrxahlığını qəbul etmədiyini
göstərib onunla barışmadığını bildirmişdir.
Məhkəmələr təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının həddinə
münasibətdə yüngül cəza təyin etməklə Məhkum islah olunması qənaətinə gəlməsini və
belə bir mövqe nümayiş etdirməsini birinci instansiya məhkəməsi hökmdə, apellyasiya
məhkəməsi isə qərarda əsaslandıra bilməmişdir.
Məhkəmə qanunvericiliyin cəza təyini ilə bağlı yuxarıda göstərilən tələblərini nəzərə
almamış, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə
etməməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxsdən şikayətçi olması,
təqsirləndirilən şəxsin əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi
cəzalara səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri,
eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumun şəxsiyyəti və
işin digər halları Məhkum məhz azadlıqdan məhrum etmə cəzasının həddinə münasibətdə
ağır cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq məhkəmə əksinə olaraq ona
azadlıqdan məhrum etmə cəzasının həddinə münasibətdə yüngül cəza təyin etməklə
sosial ədalət prinsipini pozmuş, O.Yoçuyevə yüngül cəza təyin etməklə cəzanın ədalətli
olması ilə bağlı prinsipi nəzərə almamış, nəticədə sosial ədalət bərpa edilməmiş və
cəzanın məqsədinə nail olunmamışdır.
Hazırki iş üzrə məhkəmə Məhkum cəza təyin edərkən Cinayət Qanununun və
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının tələblərinə əməl
etməyərək, əsassız və qanunsuz nəticəyə gəlmişdir.
Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin mənasına görə cəza təyin edilərkən həmin
Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı
yüngülləşdirən hal qismində nəzərə alınarkən bunun motivləri hökmdə göstərilməlidir.
Məhkəmə cəza təyini zamanı cinayət qanununda nəzərdə tutulmayan halları cəzanı
yüngülləşdirən hallar kimi qəbul etsə də, onların qəbul edilməsinin motivlərini ittiham
hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir.
Məhkum cəza təyin edilərkən cəzanı yüngülləşdirən hallardan heç də hamısı
məhkəmə tərəfindən qanunun tələblərinə əməl edilməklə nəzərə alınmamışdır.
Belə ki, məhkəmə cəza təyin edərkən Məhkum törətdiyi əməldən səmimi peşman
olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmişdir.
CM-in 72.1-ci maddəsində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş
şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək
etməsi, cinayət nəticəsində dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri başqa yolla
aradan qaldırması səmimi peşmançılıq kimi qiymətləndirilmişdir. Yəni şəxsin əməlindən
səmimi peşman olmasını bildirməsi həmin maddədə göstərilən ilk dəfə böyük ictimai
təhlükə törətməyən cinayət törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alması,
cinayətin üstünün açılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş ziyanı
ödəməsi və ya vurulmuş zərəri başqa yolla aradan qaldırması ilə müşayət olunmalı, bu isə
şəxsin və əməlin ictimai təhlükəliliyini azalmasını təsdiq edir. Qanunvericilik məhz buna
görə həmin maddəni müəyyən etmişdir.
Hazırki iş üzrə Məhkum törətdiyi əməl böyük ictimai təhlükə törətməyən deyil, az ağır
cinayət olmaqla onun hərəkətlərində yuxarıda göstərilənlər olmadığından, məhkəmə onun
səmimi peşmançılığını cəzasını yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır.
Bundan başqa, məhkəmə Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını
onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alarkən onun hansı cəhətlərinə görə müsbət
xarakterizə olunması və bunun nədə ifadə olunmasını, şəxsiyyətini əhəmiyyətli dərəcədə
müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını və hansı səbəbdən bunu cəzanı
yüngülləşdirən hal kimi nəzərə almasını əsaslandırmamış, yaşayış yerindən verilmiş
formal arayışı əsas götürərək Məhkum müsbət xarakterizə olunmasını cəzasını
yüngülləşdirən hal kimi nəzərə almışdır.
Eyni zamanda məhkəmə Məhkum məhkəmə istintaqı zamanı ifadəsində
səsləndirdiklərini əsas götürərək onun zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmağa
cəhd etməsini təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə almış,
konkret olaraq məhz hansı hərəkətləri ilə Məhkum barışığa cəhd etməsi açıqlanmamış və
hökmdə əsaslandırılmamışdır.
Bununla da məhkəmə təqsirləndirilən şəxsin müsbət xarakterizə olunmasını,
zərərçəkmiş şəxslə barışmağa cəhd göstərməsini onun cəzasını yüngülləşdirən hallar kimi
nəzərə almaqda haqlı olmamışdır.
Kassasiya şikayətinin dəlillərini zərərçəkmiş şəxsin hüquqi varisi Aslan Aqqraxov
onunbla əsaslandırır ki, Gəncə Apelyasiya Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qərarı
qanunsuz və əsassızdır.
Zərərçəkmiş şəxsin hüquqi varisi cinayət işi üzrə aparılmış istintaqla narazı qaldığını,
hadisə zamanı Məhkum sərxoş olma ehtimalını yüksək olmasını, lakin müstəntiq
tərəfindən bu halın araşdırılması üçün vaxtında lazımi tədbirin görülməməsini kassasiya
şikayətində qeyd etmişdir.
İş üzrə ekspertiza rəyləri, işin halların hərtərəfli, tam və obyektiv tədqiq edilməmişdir.
Bundan əlavə məhkəmələr Məhkum açıq aydın yüngül cəza təyin etmişlər.
Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və
zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini,
proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən
kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayəti təmin
olunmalı, Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 23 aprel 2021-ci il tarixli
qərarı ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına qaytarılmalıdır.
Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə
əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya
protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi
məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü
yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası
məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları
sübuta yetirmiş hesab edə bilməz.
Məhkəmə kollegiyası ilk öncə zərərçəkmiş şəxsin hüquqi varisi Aqqraxov Aslan
Rüstəm oğlunun kassasiya şikayəti üzrə hadisə zamanı məhkumun sərxoş olub
olmamasını tam və obyektiv tədqiq edilməməsindən şikayətinə münasibət bildirməyi lüzum
görür.
Bu dəlilə qiymət verməzədən öncə məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq
orqanı məhkum XXX oğlunun törətdiyi ictimai təhlükəli əməli Azərbaycan Respublikası
CM-in 263.2-ci maddəsi ilə tövsif edərkən və məhkəmə istintaqı zamanı təqsirləndirilən
şəxsin əməlinin qeyd olunan maddə ilə düzgün təqsirli bilinməsini əsaslandırarkən iş üzrə
sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olaraq qiymət vermişlər.
Kollegiya qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən yol hərəkəti və ya nəqliyyat
vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək
hüququ olmayan şəxs tərəfindən pozulduqda əməl Azərbaycan Respublikası CM-in 263-1-
ci maddəsi ilə tövsif edilməlidir.
İş materiallarında olan 01 fevral 2020-ci il tarixli, 122/3 nömrəli protokoldan görünür
ki, hadisə baş verən zaman Məhkum ayıq olmuşdur.
İş materiallarında olan MTE və PA Birliyinin Məhkəmə-Kimya Şöbəsi tərəfindən
verilmiş 13 mart 2020-ci il tarixli 448/K nömrəli rəydə göstərilmişdir ki, Məhkum götürülmüş
qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri,
alkoloidlər (həmçinin tiryək qrupu) fenotaizin, priazalon, 1,4 benzodiazepin törəmələri,
salisatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab
edilən) və fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edilməmişdir.
Zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayətində təqsirləndirilən şəxsin sərxoş
olduğunu bildirsə də, o, bu halı hər hansı bir sübuta deyil ehtimala əsaslandırmışdır.
Azərbaycan Respublikası CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya
cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar)
cinayət təqibi üzrə sübutlar hesab olunur.
Bundan başqa həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində
aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş
şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4.
istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər.
İş materiallarından görünür ki, məhkəməyədək icraat dövründə hadisə törətmiş
Məhkum sərxoş olub-olmamasını müəyyən etmək üçün o, hadisədən sonra (hadisənin
baş verdiyi gün) tibbi müayinədən keçirilmiş, daha sonra onun qan nümunəsi götürülmüş
və onun ayıq olması barədə rəylər alınmışdır.
Bundan başqa, birinci instansiya məhkəməsində hadisədən əvvəl və hadisədən
dərhal sonra Məhkumlə unsiyyətdə olmuş şahidlər M.H.Tanrıverdiyev, S.İ.Muradova və
V.H.Həsənov öz ifadələrində Məhkum sərxoş əlamətlərin olmadığını göstərmişlər.
Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə görə məhkəmə baxışı
zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi
ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə
verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən
şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı
irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.
Göstərilənlərə əsasən məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisinin
Məhkum sərxoş vəziyyətdə hadisəni törətməsi və bununla əlaqədar məhkəmə tərəfindən
onun əməlinin düzgün tövsif etməməsi barədə dəlilini əsassız hesab edir.
Dövlət ittihamçısı Qalib Rizvanovun kassasiya protestinin başlıca dəlili və
zərərçəkmiş şəxsin hüquqi varisi Alsan Aqqraxovun kassasiya şikayətinin digər dəlili
apellyasiya instansiyası məhkəməsinin cinayət qanunu normasını düzgün tətbiq etməməsi
və təqsirləndirilən şəxsə cinayətin ağırlığına uyğun olmayan yüngül cəzanın təyin
edilməsidir.
Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in
8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər
cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-
təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən
şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin
bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən
yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin
edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o
cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın
şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli
əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza
cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində
Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq
və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, "Məhkəmələr tərəfindən cinayət
cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin
Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə məhkəmələrə hər bir konkret halda
təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun
vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata
keçirilməsinin sözsüz təmin edilməsi tövsiyə edilmişdir.
Həmin qərarda həmçinin göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyi qəsdin
obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı
cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi
isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi,
üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş
cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir.
Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanı törədilmiş cinayətin
xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət
törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh
edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət
qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi
məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin
edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə
cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin
xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı
yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah
olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı
yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir.
Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial
ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa
şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq
sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın
törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi
hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa
düşülür.
Cinayət-hüquq normalarının mənasına görə təqsirkara təyin edilmiş cəzanın ədalətli
hesab edilməsi üçün sadalanan halların ayrı-ayrılıqda, bir-birindən asılı olmayan
kateqoriyalar kimi deyil, birlikdə götürülməklə nəzərə alınması tələb olunur, yəni CM-in 58-
ci maddəsinin nəzərdə tutduğu müəyyən hallara həddindən artıq önəm verilməsi, digər
halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət
prinsipinə cavab verən cinayət-hüquqi tədbir kimi qiymətləndirilməsini istisna edir.
İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin
edərkən onun ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində bir azyaşlı uşağının
olmasını, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxsin hüquqi
varisindən üzrxahlıq edib onunla barışmağa cəhd göstərməsini, yaşayış yeri üzrə müsbət
xarakterizə olunması cəzasını yüngülləşdirici hal kimi qəbul edilmişdir.
Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr Məhkum cəza təyin edərkən
Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uygün olaraq onun
şəxsiyyətini nəzərə almışdır. Bununla yanaşı məhkəmələr məhkumun şəxsiyyətini
xarakterizə edilən hallar - onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və yaşayış
yeri üzrə müsbət xarakterizə olunmasını təkrar cəzanı yüngülləşdirən hallar qismində
nəzərə almaqla məhkuma təyin edilmiş cəzanın ədalətli və qanuna uygun olduğunu
əsaslamışlar.
Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin cəza hissəsi
ilə razılaşmayaraq, təqsirləndirilən şəxsin zərərçəkmiş tərəflə barışmağa cəhd etməyə səy
göstərməsini və zərərçəkmiş tərəfin təqsirləndirilən tərəflə barışmaqdan imtina etməsini
əsas gətirərək əsas cəza kimi təyin edilmiş 4 il müddətinə azadlıqdan məhrum etmə
cəzasının 5 il həddində artırmışdır. Lakin, apellyasiya instansiyası məhkəməsi təyin
olunmuş əsas cəza həddini artırarkən cəzanın məqsədinə yəni sosial ədalətin bərpasına
nail ola bilməmişdir.
Ona görə də məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri
tərəfindən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən kimi nəzərə alınmış yuxarıda
sadalanan hallar törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldan və ona təqsirli
bilindiyi maddədənin sanksiya həddində yüngül cəzanın tətbiq edilməsinə əsas verən
hallara aid edilməməlidir.
Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən
məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai
münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun
təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun
cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül
cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər.
“Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə
Avropa İnsan Hüquqları
Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni
məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu
baxımdan da məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs
Xalid Məmmədov barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab etmir.
Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya
instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş əsas
cəzanın müddəti artırsa da, məhkuma məntəqə tipli cəzacəkmə müəssisəsində çəkilməli
olan cəzanın təyin edilməsi ədalətli hesab etməklə cinayət qanunvericiliyinin yuxarıda
qeyd edilmiş normaların tələblərinə formal yanaşmış və məhkuma cəza təyin edilməsi ilə
əlaqədar mövqeyi kifayət qədər əsaslandırmamışdır.
Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmənin
məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etməsi
həmin qərarın kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, dövlət ittihamçısının kassasiya
protestinin və zərərçəkmiş şəxsin kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan protest
və şikayət təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının
Məhkum haqqında 23 aprel 2021-ci il tarixli qərarı ləğv edilməli və iş həmin məhkəməyə
yeni apellyasiya baxışına təyin edilməlidir.
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.21 və
419.10.2-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALİR:
Kassasiya protesti təmin edilsin.
Zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayəti qismən təmin edilsin.
Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
263.2-ci maddəsi ilə
məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin cinayət
kollegiyasının 23 aprel 2021-ci il tarixli qərarı kassasiya protestinə və zərərçəkmiş şəxsin
hüquqi varsinin kassasiya şikayətinə münasibətdə ləğv edilsin və cinayət işi yeni
apellyasiya baxışına təyin edilsin.