1[102]-1339/2021 qərar mətni
Azərbaycan Respublikası adından
QƏRAR
Bakı şəhəri
İş № 1(102)-1339/2021
02.11.2021
ALİ MƏHKƏMƏ
Azərbaycan Respublikası adından
Azərbaycan Respublikası Ali Məhkəməsinin
Cinayət Kollegiyasının
Q Ə R A R İ
Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov
Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və
Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə,
Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə,
dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət
ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət
ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs
oğlunun iştirakı ilə,
Şirvan Şəhər Məhkəməsinin 10 iyun 2020-ci il tarixli hökmü ilə Məhkum
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci
maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya
Məhkəməsinin Cinayət Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli qərarından Məhkum
tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq,
M Ü Ə Y Y Ə N E T D İ:
Şirvan Şəhər Məhkəməsinin 10 iyun 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim
Əliyev Ziya Müqərrəm oğlu)
Məhkum, xxxxx il tarixdə Bakı şəhərində
anadan olmuş, Azərbaycan Respublikasının
vətəndaşı, ali təhsilli, subay, heç yerdə
işləməyən,
əvvəllər
dəfələrlə
məhkum
olunmuş, sonuncu dəfə Bakı şəhəri Suraxanı
Rayon Məhkəməsinin 07 iyul 2015-ci il tarixli
hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə
təqsirli
bilinərək
04
(dörd)
il
müddətə
azadlıqdan məhrum etmə cəzasına məhkum
olunmuş,
Bakı
şəhəri
Qaradağ
Rayon
Məhkəməsinin 24 avqust 2018-ci il tarixli
qərarı
ilə
cəzasının
çəkilməmiş
qalan
hissəsindən şərti olaraq vaxtından əvvəl azad
olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1-
də qeydiyyatda olan ünvan 1 ünvanında
yaşayan,
CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə
müəssisəsində çəkməklə 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına
məhkum edilmişdir.
İşin halları:
Məhkəmənin hökmünə əsasən, X8 CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək
məhkum edilmişdir ona görə ki, o, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından
artıq miqdarda, yəni 450 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis)
bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı
istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib, üzərində
saxlamaqla daşımış və 13 mart 2020-ci il tarixdə, saat 18:15 radələrində Şirvan şəhəri,
M.Ə.Rəsulzadə prospektində yerləşən dayanacağın qarşısında Azərbaycan Respublikası
Daxili işlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Şirvan şəhər polis şöbəsinin
Narkotiklərlə Mübarizə qrupunun əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri
nəticəsində şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib, üzərində şəxsi
axtarış aparılan zaman həmin çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əynində
olan göy rəngli gödəkçəsinin içərisindən sağ qoltuqaltı nahiyyədən bir ədəd polietilen
torbada aşkar olunaraq götürülmüşdür.
Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan
Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov İsmayıl
Həmid oğlu (sədrlik edən və məruzəçi), Bəşirov Kamil Sücəddin oğlu və Əliyev Elşad İbiş
oğlundan ibarət tərkibdə) 08 oktyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin
edilmiş, hökm dəyişdirilmiş, ona CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan
məhrum etmə cəzasının müddəti 01 (bir) il 09 (doqquz) ayadək endirilmişdir.
Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli
qərarından dövlət ittihamçısı Əsədov İlqar Ağa oğlu tərəfindən verilmiş kassasiya
protestinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət
Kollegiyasının (hakimlər Seyidov Əziz Cəfər oğlu (sədrlik edən mə məruzəçi), Kazımov
Tahir Lələkişi oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə) 05 may 2021-ci il
tarixli qərarı ilə kassasiya protesti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin
qərarı isə dəyişdirilmədən saxlanılmışdır.
07 aprel 2021-ci il tarixdə Məhkum kassasiya şikayəti verərək ona təyin olunmuş
cəzanın yüngülləşdirilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
Həmin şikayət Şirvan Apellyasiya Məhkəməsinə 16 may 2021-ci il tarixdə daxil
olmuşdur.
Kassasiya şikayətinin dəlilləri:
Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ona təyin edilmiş cəza işin
hallarına uyğun deyil. Belə ki, məhkəmələr onun barəsində cəzanı yüngülləşdirən halları
kifayət qədər nəzərə almamışlar və nəticədə ona ağır cəza təyin olunmuşdur. Həmçinin
Məhkum əlavə olaraq bildirir ki, onun səhhətində problemlər var, o, müxtəlif xəstəliklərdən
əziyyət çəkir. Bunu nəzərə alaraq, kassasiya şikayətinin təmin edilməsini xahiş edir.
Hüquqi məsələlər:
Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin
Cinayət Kollegiyasının 02 noyabr 2021-ci il tarixli iclasına təyin edilmiş və bu haqda
cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə
məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş
və bu barədə məhkəməyə müraciət etməmişdir.
Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısının rəyini dinləyərək və
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-
nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkumun iştirakı
olmadan baxılmasını mümkün bilmişdir.
Belə
ki,
CPM-nin
419.4-cü
maddəsinə
əsasən
kassasiya
instansiyası
məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin
məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi
iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə
açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya
instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir.
İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə Müəssisəsindən Məhkum
ərizəsi daxil olmuşdur. Ərizədə o, Şirvan
Apellyasiya Məhkəməsinin Cinayət
Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli qərarından onun tərəfindən verilmiş kassasiya
şikayətini geri götürdüyünü bildirərək həmin şikayətin baxışdan çıxarılmasını xahiş
etmişdir.
Məhkumun ərizəsi 1 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi tərəfindən imzalanmış 02
sentyabr 2021-ci il tarixli 17/28-1862 saylı məktubla müşaiyət edilmişdir.
CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya
instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək
hüququna malikdir.
CPM-nin 414.5-ci maddəsinin müddəalarına görə, məhkum və ya bəraət almış şəxs
öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir.
CPM-nin 414.8-ci maddəsinin tələblərindən görünür ki, kassasiya şikayətini və ya
kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət
prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda
məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi
haqqında qərar çıxarır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum ərizəsini
nəzərdə keçirib kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının çıxışını
dinləyərək və qanunvericiliyin tələblərinə əsaslanaraq hesab edir ki, CM-nin 234.1-ci
maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şirvan Apellyasiya
Məhkəməsinin Cinayət Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli qərarından Məhkum
tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı, kassasiya şikayəti üzrə icraata isə
xitam verilməlidir.
Şərh
edilənlərə
əsasən
və
Azərbaycan
Respublikası
Cinayət-Prosessual
Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə R A R A
A L D İ:
Məhkum ərizəsi təmin edilsin.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib
məhkum olunmuş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət
Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş
kassasiya şikayəti geri qaytarılsın və kassasiya şikayəti üzrə icraata xitam verilsin.