1[102]-1343/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 1(102)-1343/2021

02.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Cinayət Kollegiyasının

Q Ə R A R İ

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov

Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və
Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə,

Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə,

dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət

ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət
ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs
oğlunun,

məhkumun müdafiəçisi Qocayev Ramil Alim oğlunun iştirakları ilə,

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli hökmü ilə

Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin)
32.5, 206.3.1, 234.4.1, 234.4.3, 29, 234.4.1, 29, 234.4.2 və 29, 234.4.3-cü maddələri ilə
təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin
Cinayət Kollegiyasının 31 mart 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Əsədov İlqar
Əsəd Ağa oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq,

M Ü Ə Y Y Ə N E T D İ:

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli hökmü ilə

(hakimlər Abdullayev İlkin Qismət oğlu (sədrlik edən və məruzəçi), Nəbiyev Cəlil Cabbar
oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə)

Məhkum, XXXXXX il tarixdə İran İslam
Respublikasının Astara şəhərində anadan
olmuş,

İran

İslam

Respublikasının

vətəndaşı, subay, orta təhsilli, heç yerdə
işləməyən, əvvəllər məhkum olunmamış,
İran

İslam

Respublikası,

ünvan

1-də

qeydiyyatda olan,

CM-nin 32.5, 206.3.1, 234.4.1, 234.4.3, 29, 234.4.1, 29, 234.4.2 və 29, 234.4.3-cü
maddələri ilə təqsirli bilinərək CM-nin 32.5, 206.3.1-ci maddəsi ilə 6 (altı) il müddətə, CM-
nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətə, CM-nin 29,
234.4.1, 29, 234.4.2 və 29, 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə
azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən
təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq
cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 (on iki) il müddətə
azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

Həmin hökmlə həmçinin X5 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə

tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə
müəssisəsində çəkməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə
cəzasına məhkum edilmişdir.

İşin halları:

Birinci instansiyası məhkəməsinin hökmünə əsasən, Məhkum İran İslam

Respublikasının - şəxsiyyəti məlum olmayan Müslüm adlı şəxslə qabaqcadan əlbir olub bir
qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə -
heroinin əldə edilməsi, saxlanması və daşınması ilə bağlı 2020-ci ilin yanvar ayının
əvvəllərində

razılığa

gəlməklə

yanaşı,

sonuncuya

bu

məqsədlə

İran

İslam

Respublikasından

Azərbaycan

Respublikasına

qaçaqmalçılıqla,

yəni

Azərbaycan

Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar yolla keçirəcəyi, həmin
maddəni onun Cəlilabad rayonuna qoyacağı yerdən götürüb müqəddəratına sərəncam
verməyi qabaqcadan vəd vermiş, bundan sonra Müslüm adlı şəxs müəyyən edilməmiş
vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda -
174,977 qram olan narkotik vasitə - heroini məlum olmayan vaxtda və şəraitdə
qaçaqmalçılıqla keçirməklə köhnə Ələt - Astara avtomobil yolunun kənarında yerləşən və
üzərində “88” yazılmış yol nişanı dirəyinin yanına yerləşdirib bu barədə 02 yanvar 2020-ci
ildə Məhkum “WhatsApp” proqramı vasitəsi ilə məlumat verdikdən sonra, sonuncu 03
yanvar 2020-ci ildə qeyd olunan yerdə gizlədilmiş həmin maddəni əldə edib özünə məxsus
çatnanın içərisində saxlamaqla müvəqqəti olaraq yaşadığı Masallı rayonunun Şıxlar
kəndində yerləşən tanışı olan digər təqsirləndirilən şəxs X1 fərdi yaşayış evinə daşımış,
05 yanvar 2020-ci ildə narkotiklə bağlı sonuncunu məlumatlandırdıqdan sonra, onunla
qabaqcadan əlbir olub bir qrup şəxs qismində narkotik vasitənin satışını realizə etmək
qərarına gəlmiş, bu məqsədlə içərisində təmiz çəkisi 121,707 qram heroin olan bükümünü
Rasim Hüseynova vermiş və içərisində təmiz çəkisi 53,270 qram olan heroin olan digər
bükümü isə özündə saxlamış, 24 yanvar 2020-ci ildə saat 17 radələrində Cəlilabad Rayon
Polis Şöbəsinin əməkdaşları tərəfindən Rasim Hüseynovun yaşadığı fərdi yaşayış evinə
baxış keçirilən zaman oradan qeyd olunan narkotik vasitə - heroin aşkar edilərək
götürülmüşdür.

Bundan başqa Məhkum İİR-nın sakini - şəxsiyyəti məlum olmayan X adlı şəxslə

təkrarən qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq
külli miqdarda narkotik vasitə - heroin və psixotrop maddə - metamfetaminin əldə edilməsi,
saxlanması və daşınması ilə bağlı 23 yanvar 2020-ci razılığa gəlməklə yanaşı, sonuncuya
bu məqsədlə təkrarən İİR-dan Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni
Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar yolla
keçirəcəyi həmin maddəni onun Cəlilabad rayonuna qoyacağı yerdən götürüb deyəcəyi
şəxsə verməyi qabaqcadan vəd vermiş, bundan sonra X adlı şəxs müəyyən edilməmiş
vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda - üç
ədəd bağlamada ayrı-ayrılıqla təmiz çəkiləri 1700 qram, 1650 qram və 1650 qram olmaqla
ümumi təmiz çəkisi 5000 qram olan narkotik vasitə - heroin və külli miqdarda - təmiz çəkisi
380 qram olan psixotrop maddə - metamfetamini məlum olmayan vaxtda və şəraitdə
qaçaqmalçılıqla keçirməklə köhnə Ələt - Astara avtomobil yolunun kənarında yerləşən və
üzərində “88” yazılmış yol nişanı dirəyinin yanına yerləşdirib bu barədə 23 yanvar 2020-ci
ildə Məhkum “WhatsApp” proqramı vasitəsi ilə məlumat verdikdən sonra, sonuncu 24

yanvar 2020-ci il tarixdə saat 19 radələrində həmin maddələri gizlədildiyi yerdən götürməyi
planlaşdırsa da, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Rasim
Hüseynovun yaşadığı fərdi yaşayış evində saxlanıldığına görə cinayət əməlini başa
çatdıra bilməmiş, bununla da, qeyd olunan narkotik və psixotrop maddəni təkrarən satış
məqsədilə qanunsuz olaraq əldə etməyə, saxlamağa və daşımağa cəhd etmiş və özünün
iştirakı ilə həmin gün saat 21 radələrində Ələt - Astara avtomobil yolunun Cəlilabad rayonu
Göytəpə şəhərində yerləşən 88-ci kilometrliyində olan yol nişanının yanına baxış
keçirilərkən, oradan külli miqdarda - üç ədəd bağlamada ayrı-ayrılıqla təmiz çəkiləri 1700
qram, 1650 qram və 1650 qram olmaqla ümumi təmiz çəkisi 5000 qram olan narkotik
vasitə - heroin və külli miqdarda - təmiz çəkisi 380 qram olan psixotrop maddə -
metamfetamin aşkar edilərək götürülmüşdür.

Hökmdən dövlət ittihamçısı Səfərov Tale Balabəy oğlu tərəfindən verilmiş

apellyasiya protestinə və məhkum X1 müdafiəçisi Ağayev Anar Ramiz oğlu tərəfindən
verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin
Cinayət Kollegiyasının (hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi),
Cəfərov Rafiq Musa oğlu və Camalov Etibar Əli oğlundan ibarət tərkibdə) 31 mart 2021-ci
il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, x5 müdafiəçisi A.R.Ağayev
tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, hökm məhkum

x5 aid

hissədə dəyişdirilimiş, x5 CM-nin 234.4.1, 234.4.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan
məhrum etmə cəzasının müddəti 7 (yeddi) ilədək endirilmiş, hökm qalan hissədə
dəyişdirilmədən saxlanılmışdır.

Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 mart 2021-ci il tarixli

qərarından dövlət ittihamçısı Əsədov İlqar Əsəd Ağa oğlu kassasiya protesti verərək
həmin qərarın Məhkum aid hissədə ləğv edilməsini və cinayət işinin yeni apellyasiya
baxışına təyin edilməsini xahiş etmişdir.

Kassasiya protestinin dəlilləri:

Dövlət ittihamçısı İ.Ə.Əsədov kassasiya protestini onunla əsaslandırmışdır ki,

birinci instansiya məhkəməsi Məhkum aid hissədə CM-nin 32.5, 206.3.1-ci maddəsi ilə
yanaşı CM-nin 234.4.1, 234.4.3, 29, 234.4.1, 29, 234.4.2, 29,234.4.3-cü maddələri ilə
cinayət qanunvericiliyinin tələblərinə uyğun həm bitmiş, həm də bitməmiş cinayətlərə
görə vahid cəza təyin etməli, sonra isə cinayətlərin məcmusu üzrə qəti cəzanın müddətini
müəyyən etməli idi. Kassasiya protesti müəllifinin mövqeyinə görə, cinayətlərin
məcmusundan bəhs edən CM-nin 17-ci maddəsinə əsasən, CM-nin müxtəlif maddələri
ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş
şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş
əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç
birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə cinayətlərin
məcmusunu yaradır. Cinayət işinin materiallarından görünür ki, Məhkum CM-nin 234.4-
cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkum axırıncı cinayəti
başa çatdıra bilməməsi faktı sonuncu epizod üzrə onun əməçli 29,234.4.1, 29,234.4.2,
29, 234.4.3-cü maddələri ilə tövsif edilsə də, əvvəlki epizod ilə müqayisədə axırıncı əməl
heç də başqa növ cinayətin törədilməsinə dəlalət etmir və deməli CM-nin müxtəlif
maddələri ilə tövsif edilməli olan cinayət sayıla bilməz. Mahiyyət etibarı ilə eyni cinayətin
tərkibini təşkil edən cinayət əməllərindən hər hansı birinin müxtəlif səbəblərdən başa
çatdırılmaması CM-nin müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsi
kimi qiymətləndirilməməli və cəza təyini zamanı CM-in 66.2, 66.3 və 66.5-ci maddələri ilə
müəyyən olunan normaların tətbiqinə səbəb olmamalıdır. Bu dəlili əsaslandırarkən dövlət
ittihamçısı 2007-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin Büllütenində dərc
edilmiş naməlum qərarında Ali Məhkəmənin Cinayət Kollegiyasının ifadə etdiyi mövqeyə
istinad etmişdir. Həmin qərara görə də, mahiyyət etibarı ilə eyni olan bir neçə cinayət
hadisəsi törədildikdə və bu əməllərdən hər hansı biri başa çatmadıqda (cinayət etməyə
cəhd), başa çatmamış cinayət başa çatmış cinayətə görə daha yüngül hesab olunur və
cəza təyini zamanı yüngülləşdirici hal kimi nəzərə alınır. Şəxsə başa çatmış və başa

çatmamış cinayət epizodları üzrə ayrı-ayrılıqda cəza təyin edilərək CM-nin 66-cı
maddəsinə əsasən həmin cəzalar qismən və ya tam toplama yolu ilə birləşdirildikdə
təqsirləndirilən şəxsin vəziyyəti ağırlaşdırılmış olur. Bu isə o deməkdir ki, təqsirləndirilən
şəxs üçün eyni növ bütün cinayət əməllərini başa çatdırması daha sərfəlidir, nəinki hər
hansı səbəbdən yarımçıq qoyması. Konkret halda Mohammad Diliebana eyni xarakterli
başa çatmış və başa çatmamış cinayət əməllərinə görə ayrı-ayrılıqda cəza təyin edən
birinci instansiya məhkəməsinin həmin cəzaları CM-nin 66.3-cü maddəsi ilə qismən
toplayaraq sonuncuya qəti cəza təyin etməsi və apelyasiya instansiyası məhkəməsinin
hökmü dəyişdirmədən saxlaması faktiki olaraq təqsiləndirilən şəxsin vəziyyətinin
pisləşməsinə səbəb olmuşdur. Ona görə də, Məhkum CM-nin 32.5,206.3.1, 234.4.1,
234.4.3, 29,234.4.1, 29,234.4.2 və 29,234.4.3-cü maddələri ilə məhkum olunmasına dair
cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli
hökmü Məhkum həm CM-nin 32.5,206.3.1, 32.5,206.3.2-ci maddələri, həm də CM-in
234.4.1, 234.4.3, 29,234.4.1, 29,234.4.2, 29,234.4.3-cü maddələri ilə birlikdə (həm
bitmiş, həm də başa çatmayan cinayətə görə) cəza təyin edilərək CM-nin 66.3-cü
maddəsinə əsasən təyin ediləcək cəzaları qismən toplamaqla ona qəti cəza təyin edib
cinayət qanununun norması düzgün tətbiq edilməklə dəyişdirilməlidir.

Qeyd olunanları nəzərə alaraq dövlət ittihamçısı İ.Ə.Əsədov kassasiya protestinin

təmin edilməsini və apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək cinayət
işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir.

Kassasiya protestinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət

Kollegiyasının 02 noyabr 2021-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət
prosesinin

iştirakçıları

qanunda

nəzərdə

tutulmuş

qaydada

müddətdə

məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş
və bu barədə məhkəməyə müraciət etməmişdir.

Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və

CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə Məhkum
iştirakı olmadan baxılmasını mümkün bilmişdir.

Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin

iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə
daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak
etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi
qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının
davam etdirilməsini istisna etmir.

Hüquqi məsələlər:

Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı İ.Ə.Əsədov

apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin protestində Məhkum
cəza təyin edilərkən CM-in 66.3-cü maddəsinə tələblərini pozulması nəticəsində qəti
cəzanın düzgün təyin edilməməsini iddia edərək bu əsasla apellyasiya instansiyası
məhkəməsinin qərarının ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.21-ci
maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.

CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran

və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası
məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya
qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir.

Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini kassasiya

qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin
materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir.

Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə

səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir.

Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə

baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən,

kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə
mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri
üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. 

CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası

məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının
predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni

qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları
araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir.
Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya
instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul
edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin
normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması

və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə
aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa
malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli
sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin
aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması,
onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun
digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür.

Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual

qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya
kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və
dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən
edir. Məhz həmin maddədə nəzərdə tutulmuş əsaslar (ən azından həmin əsaslardan biri)
olduqda, Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin
hökmünü və ya qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə
haqlıdır.

Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci

maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini
dövlətin ali məqsədi olduğunu təsbit edir.

Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin

hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən

Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət
prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına
hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol
verilməz olduğunu ehtiva edir.

Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş

insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra
və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və
azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla,
ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail
olur.

Qanunvericiliyin təsvir edilən tələblərinə əsaslanaraq kassasyia protestinin

dəlillərinə cavab verən məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hökmdən verilmiş
apellyasiya protesti ilə eyni məzmunda olan həmin protestin məzmununa görə, onun
müəllifi olan dövlət ittihamçısı İ.Ə.Əsədov öz müraciətində iş üzrə sübutların natamam
araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş
faktları, Məhkum təqsirli bilindiyi cinayət əməlini törətməsinin sübuta yetirilib-
yetirilməməsini və bu əməlin hüquqi tövsifini mübasiləndirmir və məhkəmələr tərəfindən
onun barəsində cəza təyin elilməsində cinayət qanunu normalarının düzgün tətbiq
edilməməsini iddia edir. Məhkəmə kollegyiası qeyd etməyi zərur bilir ki, dövlət ittihamçısı

kassasiya

protestinin

təsvir-əsaslandırıcı

hissəmində

apellyasya

instansiyası

məhkəməsinin qərarına münasibət bildirməyi deyil, birinci instansiya məhkəməsi
tərəfindən çıxarılmış hökmün dəyişdirilməsini zəruri hesab etməklə faktiki apellyasiya
protestində irəli sürülmüş tələbi təkrarlamış, bununla tərtib edilmiş kassasiya protestini
apellyasiya protestindən köçürməklə özünün kassasiya protesti vermək hüquqnun həyata
keçirilməsinə formal yanaşmışdır. Hərçənd, ona məlum olmalıdır ki, CPM-nin 419-cu
maddəsinin və kassasiya icraatına aid digər normalarının tələblərinə uyğun olaraq
kassasiya şikayəti və ya kassasiya protesti vermək hüququna malik olan şəxslər belə
protest və ya şikayət verməklə apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış
hökmü və ya qəbul edilmiş qərarı kassasiya qaydasında mübahisələndirə bilərlər və
kassasiya instansiyası məhkəməsi də belə müraciətlərə baxaraq həmin hökmə və ya
qərara münasitəini bildirir.

Ona görə də məhkəmə kollegiyası məhkum еdilmiş şəхs Məhkum təqsirliliyi,

əməlinin hüququ tövsifi və bu kimi digər məsələlərlə əlaqədar sübutların şərh edilməsini
zəruri hesab etmir və qeyd edir ki, kassasiya protestinin əsas dəlilinə görə, şəxsin eyni
xarakterli həm başa çatmış, həm də başa çatmamış cinayət törətməsi cinayətlərin
məcmusunu yaratmır və belə olan halda həmin şəxs təörətdiy əməllərə görə CM-nin 66.2
və ya 66.3-cü maddələrinə əsasən cinayətlərin məcmusu üzrə deyil, vahid bir cəza təyin
olunmalıdır. Əks halda, yəni başa çatmış və başa çatmamış cinayət törədən şəxsə
cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi onun hüquqi vəziyyətinin pisləşməsinə
səbəb olur. Öz dəlilini dövlət ittihamçısı İ.Ə.Əsədov Azərbaycan Respublikası Ali
Məhkəməsinin Bülletenində 2007-ci ildə dərc olunmuş naməlum qərarına istinad etməklə
əsaslandırmışdır.

Kassasiya protestinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə

qeyd edir ki,

CM-nin 41.1-ci maddəsinin müddəalarına görə, cəza məhkəmə hökmü ilə

təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab
edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən
məhrumiyyətlər

yaradılmasından

ya

onun

hüquq

azadlıqlarının

məhdudlaşdırılmasından ibarətdir.

CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah

edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin
törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan

Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair”
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli
Qərarında göstərilmişdir ki, cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır,
digər tərəfdən isə cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-
hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət
qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyə görə təyin edilə
bilər.

 Cinayət qanunvericiliyində cəzanın anlayışı ilə yanaşı cinayət törətmiş şəxslərə təyin

edilən cəzanın növləri, cəza təyin edilməsinin prinsipləri də müəyyən edilmişdir.

 Cinayətlərin məcmusunun anlayışı və cinayətlərin məcmusuna görə cəza təyin

edilməsi qaydası isə CM-nin 17 və 66-cı maddələrində nəzərdə tutulmuşdur.

Belə ki, 17.1-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllənin müxtəlif maddələri ilə

nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs
onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar
üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə
görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu
yaradır.

Bu normanın mənasına görə, məcmuya daxil olan hər bir cinayət təqsirkarın ayrı-

ayrı əməli ilə yaranır, yəni təqsirkar müxtəlif hərəkətlərlə (hərəkətsizliklə) bir qayda olaraq
müxtəif vaxtlarda bir cinayət tərkibinin çərçivəsində sığmayan iki və ya daha artıq müstəqil
cinayət törədir.

CM-nin

17.2-ci maddəsinin tələblərindən görünür ki, bir hərəkətlə (hərəkətsizliklə)

bu Məcəllənin iki və daha çox maddəsi ilə nəzərdə tutulmuş iki və daha çox cinayətin
törədilməsi cinayətlərin ideal məcmusunu yaradır.

CM-nin 17.3-cü maddəsinə əsasən, şəxs bu Məcəllənin müvafiq maddələrinə

uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə
cəlb edilir.

  Cinayətlərin çoxluğunun müstəqil növü hesab edilən cinayətlərin məcmusunun iki

növü – ideal və real məcmu fərqləndirilir. Cinayətlərin məcmusunun hər iki növü yalnız o
halda mövcud olur ki, şəxs törətdiyi cinayətlərin heç birinə görə məhkum olunmamış olsun
və qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti
keçməmiş olsun. Törədilmiş hər bir cinayət əməli (məcmunun hər iki növündə) CM-nin bu
əmələ görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif olunmalıdır.

 Cinayətlərin

məcmusunun

anlayışına

müvafiq

olaraq

qanunverici

məcmu

qaydasında törədilən cinayətlərə görə cəzanın təyin edilmə qaydasını da xüsusi norma ilə
tənzimləmişdir.

  Belə ki, CM-nin

66.1-ci maddəsində müəyyən edilmişdir ki, cinayətlərin məcmusu

üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha
ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən
toplamaq yolu ilə qəti cəza təyin edir.

CM-nin 66.2-ci maddəsinə görə, cinayətlərin məcmusuna böyük ictimai təhlükə

törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə
etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti
cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin
olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-
ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya
qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan
məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə
görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu
Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən
artıq ola bilməz.

CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə

ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən
toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti
cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan
cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il
müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi
cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir

.

Göründüyü kimi, cinayətlərin məcmusu üzrə məhkəmə cəza təyin edərkən, CM-nin

66.1-ci maddəsində nəzərdə tutulmuş hansı qaydanı tətbiq etməsindən asılı olmayaraq,
hər bir cinayətə görə, ayrılıqda cəza təyin edir və məcmu üzrə qəti cəza müəyyənləşdirir.
Bu normasının mənasından belə bir nəticə hasil olur ki, şəxs CM-nin Xüsusi hissəsinin
eyni maddəsi və ya maddələri ilə tövsif edilməli olan əməli törətdiyi halda (bir halda başa
çatmış, digər halda isə başa çatmamış eyni xarakterli cinayətlərin törədilməsi halları istisna
olmaqla) əməl təkrarlıq əlaməti ilə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi iə
(maddələr) ilə tövsif ediləcək və bu vaxt həmin şəxsə cinayətlərin məcmusuna görə (CM-
nin 66.2 və ya 66.3-cü maddələrinə əsasən) cəzanın təyin edilməsinə ehtiyac
qalmayacaq.

Məhkəmə kollegiyası bu qənaətə gələrkən hazırki işin faktiki hallarına da müraciət

etməyi zəruri bilir.

İşin müəyyən edilmiş faktiki halları isə ondan ibarətdir ki,

Məhkum qabaqcadan

əlbir olmuş bir qrup şəxsin törətdiyi narkotik vasitələrin qaçaqmalçılığında köməkçi
qismində iştirak etmiş, habelə 03 yanvar 2020-ci il tarixdə qabaqçadan əlbir olmuş bir qrup
şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 174,977 qram olan narkotik
vasitə olan heroini əldə edərək saxlamış və daşımışdır.

Bundan başqa o, istintaqla müəyyən edilməmiş şəxslərlə təkrarən qabaqcadan

əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik
vasitə - heroin və psixotrop maddə - metamfetaminin əldə edilməsi, saxlanması və
daşınması ilə bağlı 23 yanvar 2020-ci razılığa gəlməklə yanaşı, yenə də həmin vasitə və
maddələrin qaçaqmalçılığında köməkçi qismində iştirak etmiş və təkrarən satış məqsədi
ilə qanunsuz olaraq külli miqdarda - üç ədəd bağlamada ayrı-ayrılıqla təmiz çəkiləri 1700
qram, 1650 qram və 1650 qram olmaqla ümumi təmiz çəkisi 5000 qram olan narkotik
vasitə olan heroini və külli miqdarda - təmiz çəkisi 380 qram olan psixotrop maddə olan
metamfetamini 24 yanvar 2020-ci il tarixdə saat 19 radələrində gizlədildiyi yerdən
götürməyi planlaşdırsa da, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Rasim
Hüseynovun yaşadığı fərdi yaşayış evində saxlanıldığına görə narkotik vasitələrin
qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməlini başa çatdıra bilməmiş, yəni cinayətə cəhd
etmişdir.

Məhkumn bu əməlləri 32, 206.3.1-ci maddəsi ilə yanaşı birinci epizod üzrə - CM-

nin 234.4.1 və 234.4.3-cü maddələri ilə, ikinci epizod üzrə isə - CM-nin 29, 234.4.1, 29,
234.4.2 və 29, 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Ayra-ayrı vaxtlarda törədilmiş
müxtəlif cinayət əməllərinin bu cür tövsifi ittiham tərəfindən mübahisələndirməmiş və bu
hal da ona dəlalət edir ki, dövlət ittihamçıları da razılaşmışlar ki, adı çəkilən məhkumun
narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı əməllər
törətməsi cinayətlərin real məcmusunu yaratmışdır.

Məhkumnin əməllərinin belə tövsifi və cinayətlərin real məcmusunun yaranmasına

ilə bağlı məhkəmə kollegiyası xüsusilə onu vurğulamağı lazım bilir ki, adı çəkilən
məhkumun törətdiyi cinayətlər təkcə vaxt baxımından, habelə birinci əməlin başa
çatırılması, ikinci əməlin isə başa çatırılmamasına görə deyil, həm də cinayətlərin
predmetinə görə də fərqlənirlər. Yuxarıda şərh edilmiş hallara görə, Məhkumn törətdiyi
birinci əməlin predmetini külli miqdarda – 174,977 qram narkotik vasitə olan heroin, ikinci
halda isə - həm külli miqdarda – 5000 qram çəkidə narkotik vasitə olan heroin, həm də
külli miqdarda – 380 qram çəkidə psixotrop maddə olan metamfetamin təşkil etmişdir ki,
bu hal da adı çəkilən məhkumun törətdiyi əməllərin ictimai təhlükəliliyinin müxtəlif dərəcə
olmasına işarə verir.

Qeyd olunan hallar ümumilikdə isə nəinki hər iki əməlin müstəqil olaraq tövsif

edilməsini, həm də onlara görə ayrı-ayrılıqda və cinayətlərin məcmusu üzrə (CM-nin 66.3-
cü maddəsinə əsasən) cəzaların təyin edilməsini tələb etmişdir ki, burada da məhkəmə
maddi hüquq normalarının tələblərinin hər hansı şəkildə pozulmasını müəyyən etmir.

Bu nəticəyə gələrkən məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya

Məhkəməsi Plenumunun “

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci

maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” 25 yanvar 2021-ci il tarixli
Qərarında ifadə etdiyi hüquqi mövqeyə, habelə başa çatmış və başa çatmamış cinayətlərə
görə cəzaların təyin edilməsi qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin
normalarına və cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsi ilə bağlı 01 sentyabr
2000-ci il tarixdən formalaşmış məhkəmə təcrübəsinə müracət etməyi məqsədə uyğun
hesab edir.

Belə ki, “

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin

bəzi müddəalarının şərh edilməsinə dair” 25 yanvar 2021-ci il tarixli Qərarında

Azərbaycan

Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

aşağıdakıları qeyd etmişdir:

“Cinayətlərin çoxluğuna dair ətraflı açıqlama Konstitusiya Məhkəməsi Plenumunun

“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh
edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında verilərək qeyd edilmişdir
ki, cinayətlərin çoxluğu dedikdə, təqsirli şəxs tərəfindən cinayət məsuliyyətinə səbəb olan
ardıcıl əməllərin törədilməsi və ya əvvəllər törədilmiş hərəkətlərə görə cinayət
məsuliyyətinə cəlb olunması ilə bağlı məhdudiyyət müddəti ərzində yeni cinayətlərin
törədilməsi halları başa düşülür.

Cinayətlərin çoxluğunun struktur elementi kimi konkret cinayətlər çıxış edir. Çoxluq,

hər biri müstəqil cinayət tərkibi yaradan iki və ya daha artıq cinayət əməlinin törədilməsini
nəzərdə tutur.

Konkret cinayətlər, onların obyektiv və subyektiv tərəflərinin əlamətləri əsasında

qurulur. Bu nöqteyi-nəzərdən oğurluq, xuliqanlıq, soyğunçuluq, rüşvətxorluq və s. ayrıca
cinayətlər hesab olunurlar.

Çoxluğun elementi olan konkret cinayətlərin müxtəlif növləri mövcuddur və

nəzəriyyədə onlar sadə və mürəkkəb növlərə bölünürlər.

Sadə konkret cinayət o halda mümkündür ki, bir əməlin müvafiq olaraq cinayət

qanununda təsvir olunan bir nəticəsi olur. Məsələn, oğurluqda bir əməl - əmlakı gizli yolla
talama və bir nəticə - mülkiyyətçinin əmlakına vurulmuş ziyan mövcuddur.

Sadə konkret cinayət həmçinin cinayət qanununda nəzərdə tutulmuş bir neçə

nəticəyə səbəb olan vahid əməldən də ibarət ola bilər. Belə ki, Cinayət Məcəlləsinin 222-
1.2

221-1.3-cü

maddələri

özbaşına

tikinti

işlərini

aparma

nəticəsində

ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərərin vurulmasına,
həmçinin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda müvafiq məsuliyyəti nəzərdə
tutur. Burada bir əməl və bir neçə nəticə mövcuddur.

Konkret cinayətlərə alternativ tərkibli cinayətlər də aiddir. Belə ki, Cinayət

Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, onun
obyektiv cəhətini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya
psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama,
hazırlama, emal etmə, daşıma təşkil edir.

Beləliklə, sadə konkret cinayət bir hərəkətin (və ya hərəkətsizliyin) və bir nəticənin

və ya bir hərəkətin və bir neçə nəticənin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə
səciyyələnir.

Mürəkkəb konkret cinayətlər sadə konkret cinayətlərlə müqayisədə daha qəliz

struktura malikdirlər. Bu cinayətlərdə törədilmiş əməlin mürəkkəb obyektiv və subyektiv
tərəfi olur.

Nəzəriyyədə mürəkkəb konkret cinayətlərin növü kimi uzanan, davam edən,

mürəkkəb tərkibli cinayətlər, həmçinin, əlavə ağır nəticələrin baş verməsi ilə tövsif olunan
cinayətlər (onları bir çox hallarda nəticələrinə görə tövsif olunan cinayətlər də adlandırırlar)
qəbul edilirlər...

Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 18 mart tarixli Qərarında qeyd

edilmişdir ki, cinayət qanunvericiliyində cinayətlərin çoxluğu termininin adı çəkilməsə də,
Cinayət Məcəlləsinin 16, 17 və 18-ci maddələrində cinayətlərin çoxluğuna aid olan
cinayətlərin təkrar törədilməsi, cinayətlərin məcmusu, cinayətlərin residivi və onların
növləri ilə bağlı olan məsələlər tənzimlənir.

Təkrarlıq institutu cinayətlərin çoxluğunun ən mürəkkəb formasıdır və Cinayət

Məcəlləsində dar mənada istifadə olunur.

Cinayətlərin təkrar törədilməsinin özünəməxsus əlamətlərinin araşdırılması mühüm

əhəmiyyət kəsb edir.

Əvvəlki cinayət qanunvericiliyindən fərqli olaraq, cinayətlərin təkrar törədilməsi

Cinayət Məcəlləsinin Ümumi hissəsində müstəqil normada nəzərdə tutulmuşdur. Əvvəlki
Cinayət Məcəlləsində cinayətlərin təkrar törədilməsi Məcəllənin Xüsusi hissəsinin
normalarında cinayət tərkibinin əlaməti kimi və ağırlaşdırıcı halları nəzərdə tutan zəruri
tərkib əlaməti kimi müəyyən edilmişdir. Hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 16-cı
maddəsində ümumi təkrarlıq anlayışından imtina edilmiş, xüsusi təkrarlığın isə iki müstəqil
növü müəyyən olunmuşdur:

- Məcəllənin eyni maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən

çox törədilməsi (Cinayət Məcəlləsinin 16.1-ci maddəsi);

- yalnız Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda, Məcəllənin

müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi (Cinayət
Məcəlləsinin 16.2-ci maddəsi).

Maddənin mahiyyətindən göründüyü kimi, təkrar cinayətlər eyni və həmcins

cinayətlərə bölünür.

Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin

təkrar törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya
ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa
nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir).

Həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan cinayətlərin qəsdən və

ya ehtiyatsızlıqdan təkrar törədilməsi kimi qəbul edilir (Cinayət Məcəlləsinin 177-185-ci
maddələri).

Beləliklə, Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq:
- həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı;
- cinayətləri təkrar törətmiş şəxs, onlardan heç birinə görə məhkum olunmadığı

halda;

- şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı;
- eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır.
Təkrarlıqla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası

Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 2017-ci il 2
iyun tarixli Qərarında qeyd edilmişdir ki, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər
birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə
cinayət tərkibi olmalıdır.

Qeyd etmək lazımdır ki, təkrarlıq, cinayətlərin real məcmusu və davam edən

cinayətlər anlayışları ilə müəyyən qarşılıqlı əlaqədədir.

Həm təkrarlıqda, həm cinayətlərin real məcmusunda iki və daha artıq cinayət

törədilir. Bu anlayışlardan əmələ gələn cinayətlər müəyyən zaman fərqi ilə törədilir.
Bundan əlavə, təkrarlığa daxil olan və ya real məcmunu yaradan bütün cinayətlər şəxs
məhkum olunana qədər törədilir.

Bununla belə, təkrarlıq ilə cinayətlərin real məcmusu arasında ciddi fərqlər də var.
Belə ki, eyni cinayətlərin təkrarlığı zamanı, bu cinayətlərə aid olan cinayət əməlləri

başa çatmış olduqda və ya cinayətə cəhd təşkil etdikdə, törədilənlərin hamısı Cinayət
Məcəlləsinin eyni maddəsi ilə əhatə olunur. Real məcmuda isə hər bir cinayət əməli
Cinayət Məcəlləsinin fərqli maddələrinin təsiri altına düşür.

Təkrarlıq ilə davam edən cinayətləri birləşdirən odur ki, hər ikisində eyni növdən

olan iki və daha çox cinayət törədilir. Bundan əlavə, bu əməllər arasında müəyyən zaman
kəsiyi var.

Lakin həmin anlayışlar arasında müraciətdə qaldırılan məsələ üçün böyük

əhəmiyyət kəsb edən fərq ondan ibarətdir ki, davam edən cinayətdə təkrarlıq istisna
olunur və şəxsin əməli vahid cinayət kimi tövsif olunur (məsələn, oğurluq yolu ilə davam
edən talama). Eyni növdən olan cinayətlərin təkrarlığı zamanı isə daha sərt cəzanın təyin
edilməsini nəzərdə tutan Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi tətbiq olunur.

Beləliklə, davam edən cinayət vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil

edən əməllər ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Həmcins cinayətlərin
təkrarlığı zamanı isə vahid, tək cinayətlər deyil, cinayətlərin çoxluğu əhəmiyyət daşıyır.
Burada hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur, təkrarlıq zamanı ona daxil olan
cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir.”

Konstitusiya Məhkəməsinin şərh olunan hüquqi mövqeyinin hazırki işə tətbiqi ilə

əlaqədar məhkəmə kollegiyası vurğulayır ki, Məhkumnin təqsirli bilindiyi əməllər nəinki
zaman baxımından müxtəlif vaxtlarda törədilmiş, həmçinin həmin əmələri birləşdirən vahid
niyyətin və ümumi məqsədin olması da iş üzrə toplanmış və araşdırılmış sübutlarla
müəyyən edilmir. Məhz buna görə də onun törətdiyi sonuncu əməl cinayətlərin təkrarlığı
əlaməti ilə CM-nin 29, 234.4.2-ci maddəsi ilə tövsif edilmişdir.

Dövlət ittihamçısı ibtidai araşdırma orqanının və məhkəmələrin bu haqda gəldikləri

nəticəni mübahisələndirməmiş və yekun olaraq Məhkumn ona itiham olunmuş əməlləri
törətməsi nəticəsində cinayətlərin real məcmusunun yaranması ilə razılaşmışdır. Bu isə

Məhkumyə törətdiyi cinayətlərə görə həm ayrı-ayrılıqda, həm də cinayətlərin məcmusu
üzrə qəti cəzanın təyin edilməsi üçün əsas yaratmışdır.

Qeyd olunanlarla yanaşı məhkəmə kollegiyası başa çatmış və başa çatmamış

cinayətlərə görə cəzaların təyin edilməsinin müxtəlifliyinə dair cinayət qanunvericiliyinin
normalarına diqqət yetirməyi vacib sayır.

Belə ki, məhkəmə başa çatmış cinayətə görə cəza təyin edərəkən törədilmiş

cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmin cinayətin hallarını, təqsirkarın
şəxsiyyətini, onun cinayətin törədilməsində rolunu, həm cinayət törədənə qədər, həm də
bundan sonrakı davranışını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və
bütün sadalanların məcmusundan çıxış edərək şəxsin təqsirli bilindiyi CM-nin Xüsusi
hissəsinin müvafiq maddəsinin sanksiyası həddində, yaxud bundan az həddə və ya daha
yüngül növdə ədalətli cəza təyin edir (CM-nin 8, 41, 58, 59, 60, 61, 62 və digər maddələri).

Başa çatmayan cinayətə görə isə yuxarıda sadalanan bütün hallar, o cümlədən

cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınmaqla cəzanın təyin
edilməsi qaydaları CM-nin 63-cü maddəsində təsbit edilmişdir.

Belə ki, CM-nin

63.1-ci maddəsinə əsasən, başa çatmayan cinayətə görə cəza

təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır.

CM-nin 63.2-ci maddəsində müəyyən edilmişdir ki, cinayətə hazırlığa görə cəzanın

müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış
cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin yarısından çox
ola bilməz.

CM-nin 63.3-cü maddəsinə görə, cinayət etməyə cəhdə görə cəzanın müddəti və

ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə
müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola
bilməz.

Məhkəmə kollegiyası yuxarıda şərh edilənlərə əsaslanaraq dövlət ittihamçısının

kassasiya protestində ifadə etdiyi mövqeyi ilə razılaşmır ona görə ki, həm başa çatmış,
həm də başa çatmamış cinayətə görə şəxsə onun təqsirli bilindiyi maddələrin sanksiyası
həddində, yəni həmin maddənin sanksiyasının yuxarı həddinin dörddə üçündən də çox
vahid cəzanın təyin edilməsi CM-nin 63-cü maddəsinin pozulmasına gətirib çıxarır və
beləliklə təqsirkarın vəziyyətinin ağırlaşması ilə nəticələnir.

Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayətlərin tövsifi, cəza təyini ilə bağlı

məhkəmə təcrübəsinin öyrənilməsi göstərir ki, başa çatmış və başa çatmamış eyni
xarakterli cinayətlər törətmiş şəxslərin əməlləri nəinki ayrı-ayrılıqda CM-nin Xüsusi
hissəsinin müvafiq maddələri ilə tövsif edilir (başa çatmamış cinayətlər CM-nin 28 və ya
29-cu maddəsinə istinad edilməklə), həm də belə cinayətlərə görə əvvəl ayrı-ayrılıqda,
sonra isə CM-nin 66.2 və ya 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti
cəzalar təyin edilir, bu haqda kifayət qədər hökmlər və qərarlar, o cümlədən Ali
Məhkəmənin Cinayət Kollegiyasının qərarları mövcuddur və hal hazıradək birinci
instansiya məhkəmələrinin belə hökmləri apellyasiya qaydasında və ya apellyasiya
instansiyası

məhkəmələrinin

qərarları

(hökmləri)

kassasiya

qaydasında

mübahisələndirilməmişdir.

Qeyd olunanlar bütövlükdə kassasiya protestinin bütün dəlillərinin əsassız və

qəbul edilməz olmasını, digər tərəfdən isə apellyasiya instansiyası məhkəməsi tərəfindən
CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni
apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının cəza təyin etmənin
qaydalarına aid hissədə qanuni və əsaslı olduğunu, onun kassasiya protestinə
münasibətdə kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların
olmadığını göstərir.

Buna görə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini və cinayət işinin

materiallarını bir daha təhlil edib kassasiya protestinin təmin edilməsi haqda dövlət
ittihamçısı H.B.İmranovun, həmin protestin təmin edilməməsi barədə isə müdafiəçi
R.A.Qocayevin çıxışlarını dinləyərək hesab edir ki, kassasiya protesti təmin edilməməli,
Məhkum CM-nin 32.5, 206.3.1, 234.4.1, 234.4.3, 29, 234.4.1, 29, 234.4.2 və 29, 234.4.3-

cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan
Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 mart 2021-ci il tarixli qərarı isə
kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

Şərh

edilənlərə

əsasən

Azərbaycan

Respublikası

Cinayət-Prosessual

Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə R A R A

A L D İ:

Kassasiya protesti təmin edilməsin.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.1, 234.4.1, 234.4.3, 29,

234.4.1, 29, 234.4.2 və 29, 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş
Məhkum barəsindəki cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət
Kollegiyasının 31 mart 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə
dəyişdirilmədən saxlanılsın.