1[102]-1345/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 1(102)-1345/2021

02.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

cinayət kollegiyasının

Q Ə R A R İ

Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Nazim

Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Fərhad
Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə,

məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın,
dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının

müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının
müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan
Məhəmmədəli oğlu Hüseynlinin iştirakı ilə,

Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 07 aprel 2021-ci il tarixli

qərarından dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya
protesti üzrə işə baxaraq

MÜƏYYƏN ETDİ:

Şəmkir Rayon Məhkəməsinin (hakim Zaman İmanov) 1(076)-174/2020 nömrəli, 16

sentyabr 2020-ci il tarixli hökmü ilə

23 oktyabr 1970-ci ildə Şəmkir rayonunda anadan olmuş,
Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu
olmayan, orta təhsilli, ünvan 1 ünvanda yaşamış
Məhkum

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə
təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına
məhkum edilmiş, 10 avqust 2020-ci il tarixdən 12 avqust 2020-ci il tarixədək həbsdə
saxlanıldığı 3 (üç) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 1
(bir) günü azadlığın məhdudlaşdırması cəzasının 2 (iki) gününə bərabər tutularaq təyin
edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (bir) il 5 (beş) ay 24 (iyirmi dörd) gün
müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır.

İşin halları:

Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum

olunmuşdur ona görə ki, o, 2020-ci il aprel ayının axırlarında Şəmkir rayonu ərazisində

yerləşən “Şəmkir Səbət” bazarından çıxıb Bakı-Qazax-Gürcüstan dövlət sərhəddi
avtomobil yolunun kənarı ilə piyada gedərkən yolun kənarından sellofan torbacıqa
bükülmüş vəziyyətdə tapdığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 13,533 qram
çəkidə narkotik vasitə olan həşiş qatranını satış məqsədi olmadan qanunsuz olaraq əldə
edib üzərində saxlayaraq daşımış və 10 avqust 2020-ci il tarixdə saat 23 radələrində
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı
Şəmkir şəhəri, Qarabağ küçəsində yaşadığı evin yaxınlığında narkotik vasitələrin
qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılaraq Şəmkir RPŞ-nin inzibati
binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins
şalvarın sağ ön cibindən iki ədəd şəffaf rəngli polietilen kəsiyinə bükülmüş vəziyyətdə eyni
xassəli və eyni tərkibli şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkiləri 9,992 qram və
3,541 qram, ümumi təmiz çəkisi 13,533 qram olan Azərbaycan Respublikasının 28 iyun
2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik
vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə
siyahılarının təsdiq edilməsi haqqında” 961- İİQ nömrəli qanunu ilə təsdiq edilmiş “Şəxsin
cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop
maddələrin miqdarına görə İ siyahısı” və “Azərbaycan Respublikası ərazisində dövriyyəsi
qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin İ siyahısı” ilə müəyyən edilmiş
narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə
olan həşiş qatranı aşkar edilərək götürülmüşdür.

Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının (sədrlik edən və məruzəçi

hakim Teyyub Muxtarov, hakimlər Çingiz Məmmədov və Elçin Xasməmmmədovdan ibarət
tərkibdə) 1(104)-55/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qərarı ilə Şəmkir Rayon
Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum
ibtidai istintaq zamanı 10 avqust 2020-ci il tarixdən 12 avqust 2020-ci il tarixədək həbsdə
saxlanıldığı 3 gün müddət və apellyasiya instansiyası məhkəməsində icraat zamanı 22
fevral 2021-ci il tarixdən 07 aprel 2021-ci il tarixədək həbsdə saxlanıldığı 1 ay 16 gün
müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 1 (bir) günü azadlığın
məhdudlaşdırması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla 3 (üç) ay 8 (səkkiz)
gün təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 22 (iyirmi iki) gün
müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanmış, dövlət ittihamçısı tərəfindən
verilmiş apellyasiya protesti təmin edilməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan dövlət

ittihamçısı R.N.Alıkişiyev verdiyi kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin
cinayət kollegiyasının 07 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işi üzrə
yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya protestinin dəlilləri:

Kassasiya protestinin dəlillərini dövlət ittihamçısı Rəşad Alıkişiyev onunla

əsaslandırır ki, Gəncə Apellyasiya Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qərarı
əsassızdır.

Belə ki, Məhkum cəza təyin edərkən onun tərəfindən törədilən cinayətin xarakteri və

ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmamış, onun gələcəkdə islah olunması üçün ona
yüngül cəza deyil, məhz CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan
azadlıqdan məhrum etmə cəzasının təyin edilməli olmasını nəzərə almamışdır.

Məhkəmə cinayət qanunvericiliyinin və Ali Məhkəmənin müvafiq Plenum qərarının

tövsiyələrini, cəza təyin edərkən Məhkum təmiz çəkisi 13,533 qram çəkidə narkotik vasitə
olan həşiş qatranını satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində
saxlamasını və işin digər faktiki hallarını nəzərə almamış, təqsirli bilindiyi CM-nin 234.1-ci

maddəsi ilə ona təyin edilmiş 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılmasından ibarət
olan yüngül cəza onun tərəfindən törədilən cinayətin xarakterinə və ictimai təhlükəlilik
dərəcəsinə uyğun olmamaqla ədalətsiz olmuşdur.

Məhkəmə cəza təyini zamanı cinayət qanununda nəzərdə tutulmayan halları cəzanı

yüngülləşdirən hallar kimi qəbul etsə də, onların qəbul edilməsinin motivlərini ittiham
hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir.

Məhkəmə təqsirləndirilən şəxsin hansı cəhətlərinə görə müsbət xarakterizə

olunması və bunun nədə ifadə olunması, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət
mənada

ehtiva

edən

səciyyələndirən

hansı

cəhətlərin

olmasını

hökmdə

göstərməmişdir. Məhkəmə Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını
cəzanı yüngülləşdirici hal kimi qiymətləndirərkən nəzərə almamışdır ki, yaşayış yerindən
müsbət xarakterizə olunmaq təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən haldır,
əməli və ya niyyəti xarakterizə etmir. Yaşayış yerindən müsbət xarakterizə olunma
cəmiyyətdə qəbul edilmiş ümumi davranış qaydasının nəticəsidir və məhkəmə CM-nin
59.2-ci maddəsinin tələbini pozaraq həmin halı məhz nəyə görə cəzanı yüngülləşdirən hal
kimi qəbul etməsini hökmdə əsaslandırmamışdır.

Bundan başqa məhkəmə Məhkum ilk dəfə az ağır cinayət törətməsini və təqsirini

etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul
edib cəza təyin edərkən bu yüngülləşdirici halın hansı qaydada Məhkum cəzasına necə
təsir etməsini hökmdə əsaslandırmamışdır.

Bundan əlavə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının 10 fevral

2021-ci il tarixli 1(104)-55/2021 saylı qərarından görünür ki, Məhkum barəsində axtarış
elan olunmuş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri
dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Qeyd olunan qərarın icrası ilə
əlaqədar Məhkum 22.02.2021-ci il tarixdə tutularaq Şəmkir RPŞ-in MSY-nə təhvil
verilmişdir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsində icraat zamanı
Məhkum məhkəmədən qaçıb gizləndiyindən barəsində axtarış elan edilmiş və tutulduqdan
sonra 22 fevral 2021 ci il tarixdən 07 aprel 2021-ci il tarixədək, yəni 1 ay 19 gün müddətdə
Şəmkir RPŞ-in MSY-də və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar
Xidmətin 02 saylı istintaq təcridxanasında saxlanılmışdır.

Məhkəmə kollegiyası Məhkum şüurlu surətdə cinayət məsuliyyətindən boyun

qaçırmasını və bunun nəticəsində cinayət prosesini həyata keçirən orqanların onun
axtarışını aparmaga məcbur olmasını “Axtarış elan edilməsi, barəsində həbs qətimkan
tədbiri seçilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” 10 fevral 2021-ci il
tarixli qərarında qəbul etsə də, 07 aprel 2021-ci il tarixli qərarda buna münasibət
bildirməmiş və nəticədə əsassız olaraq apellyasiya protestinin təmin olunmaması
qənaətinə gəlmişdir.

Beləliklə, məhkəmə cinayət qanunvericiliyinin yuxarıda qeyd olunan normalarının

tələblərini və Plenum qərarının tövsiyələrini, törədilmiş cinayətin xarakterini və ictimai
təhlükəlilik dərəcəsini nəzərə almadan, cinayət qanunvericiliyində göstərilməmiş halları
əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi qəbul edib cinayət qanunu normasını
düzgün tətbiq etməyərək, törədilən cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə,
onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun
olmayan cəza təyin etmişdir.

Belə mövqe hal-hazırda Respublikada bu qəbildən olan, ətrafdakı insanların həyat

və sağlamlığına etinasızlıq bu cinayətlərlə mübarizədə məsuliyyət hissinin artırılmasına
mənfi təsir göstərməklə cəzanın ümumi xəbərdaredici məqsədə nail olma imkanını
mümkünsüz edir.

Beləliklə, birinci instansiya məhkəməsi CM-in 2, 8, 41.2, 58.1, 58.3 və 59.2-ci

maddələrinin tələblərinə formal yanaşaraq törədilmiş cinayətin xarakterini və ictimai

təhlükəlilik dərəcəsini nəzərə almamış, cinayət qanununda nəzərdə tutulmayan halları
əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi qəbul etmiş və nəticədə cinayət qanunu
normasını düzgün tətbiq etməyərək azadlıgın məhdudlaşdırılması cəzası təyin etmiş,
apellyasiya instansiyası məhkəməsi də həmin mövqe ilə əsassız olaraq razılaşmışdır.

Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini

araşdırıb, məruzəçini, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda
göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə

əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya
protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi
məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin
düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya
instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə
və ya onları sübuta yetirmiş hesab edə bilməz.

Kassasiya protestinin başlıca dəlili Məhkum cəza təyin edilərkən cinayətin xarakteri

və ictimai təhlükəlilik dərəcəsinin, həmçinin cəzanı yüngülləşdirən halların düzgün
nəzərə alınmaması və nəticədə ona yüngül cəzanın təyin edilməsidir.

Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-

ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər
cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-
təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən
şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin

bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən
yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın
məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə
təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir.

Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza

təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o
cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın
şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı
qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların
təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın
məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının
həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən
bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza
cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə,
təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin
obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə
hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır.

İşdən görünür ki, birinci instansiya və apellyasiya instansiyası məhkəmələri müvafiq

olaraq hökm və qərarın əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə
istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə təqsirləndirilən şəxs
Məhkum təqsirini etiraf edərək peşmançılıq çəkməsini, ilk dəfə az ağır cinayət
törətməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən

hallar kimi nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası (1
ildən 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum
etmə cəzası) həddində olan 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması
cəzasını təyin etmişdir.

Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə

təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla
Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin
edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o
halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.

Məhkəmə kollegiyasının fikrincə Məhkum təyin edilmiş cəza cinayətin xarakterinə

və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və məhkumun şəxsiyyətinə
uyğun gəlir və bu cür cəzanı heç də yüngül cəza kimi qiymətləndirmək mümkün deyildir.

Belə ki, iş materiallarından görünür ki, Məhkum şəxsi istifadə üçün qanunsuz əldə

etdiyi, daşıdığı və saxladığı narkotik vasitə olan həşiş qatranının miqdarı 13,533 qram
olmuşdur. Məhkəmə kollegiyası Məhkum törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini
müzakirə edərək qeyd edir ki, həmin cinayət əməli analoji kateqoriya cinayətlərdən daha
yüksək ictimai təhlükəlilik dərəcəsi ilə fərqlənmir.

Cinayət işi üzrə Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmuş, yaşayış yeri üzrə müsbət

xarakterizə olunur. Məhkəmə kollegiyası məhkumun şəxsiyyətini xarakterizə edən bu
halların onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınması üçün əsas
görməsə də və kassasiya protestinin bu dəlili ilə razılaşsa da, məhz məhkumun
şəxsiyyətini və törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq
ona təqsirli bilindiyi maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə
cəzanın təyin edilməsini zəruri saymır.

Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, İnsan Hüquqları üzrə

Avropa Məhkəməsi qəbul etdiyi qərarlarında

Milli Məhkəmələrə dəfələrlə tövsiyə

etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda
məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza
növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən
təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai
maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər.

Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr Məhkum cəmiyyətdən qismən

təcrid edilməklə islah oluna biləcəyi barədə nəticəyə gələrkən həm milli qanunvericiliyinin
normalarına, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin tövsiyəsinə düzgün
əməl etmişlər.

Qərardan görünür ki, məhkəmə Məhkum təyin edəcək cəzanın növünü müəyyən

edərkən məhkumun şəxsiyyətini və işin hallarını kifayət qədər nəzərə almışdır. İşin
materiallarında da Məhkum cəzasının ağırlaşdırılması üçün digər əsaslar müəyyən
edilməmişdir. Odur ki, kassasiya protestinin bu dəlili də əsassızdır.

Kassasiya protestinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər

apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri
obyektiv araşdıraraq protestin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna
dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş
materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır.

Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası

kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilmədən, Gəncə
Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 07 aprel 2021-ci il tarixli Məhkum
haqqındakı qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını
qanuni olmaqla ədalətli və əsaslı hesab edir.

Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət

kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq,

QƏRARA ALİR:

Kassasiya protesti təmin edilməsin.
Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə

məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin cinayət
kollegiyasının 07 aprel 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə
dəyişdirilmədən saxlanılsın.