1[102]-1346/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 1(102)-1346/2021

02.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Cinayət Kollegiyasının

Q Ə R A R İ

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov

Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və
Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə,

Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə,

dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət

ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət
ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs
oğlunun,

Məhkum müdafiəçisi Mirzəbəyov Zaur Əzizağa oğlunun iştirakları ilə,

İmişli Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli hökmü ilə Məhkum

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 221.3-cü
maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya
Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2021-ci il tarixli qərarından məhkum
Məhkum müdafiəçisi Z.Ə.Mirzəbəyov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə
baxaraq,

M Ü Ə Y Y Ə N E T D İ:

İmişli Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli hökmü ilə (sədrlik edən

hakim Qənbərov Ülvi Oktay oğlu)

Məhkum, xx xxxx il tarixdə İmişli şəhərində
anadan olmuş, Azərbaycan Respublikasının
vətəndaşı, orta təhsilli, subay, heç yerdə
işləməyən,

əvvəllər

məhkum

olunmamış,

ünvan 1-də qeydiyyatda olan və həmin
ünvanda yaşayan,

CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə
cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 12 yanvar 2020-ci

il tarixdən 14 yanvar 2020-ci il tarixədək həbsdə saxlandığı 3 (üç) gün nəzərə alınıb təyin
olunmuş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 27 (iyirmi
yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və CM-nin 70-ci
maddəsinə əsasən həmin cəza 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq
tətbiq edilmişdir.

İşin halları:

Məhkəmənin hökmünə əsasən, Məhkum CM-nin

221.3-cü maddəsi ilə təqsirli

bilinərək məhkum olunmuşdur ona görə ki, o, ictimai qaydanı kobud surətdə pozan,
cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan
istifadə edilməklə şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli
hərəkətlər, yəni xuliqanlıq etmişdir.

Belə ki, o, 11 yanvar 2020-ci il tarixdə saat 15:00 radələrində İmişli şəhəri, H.Əliyev

prospektində yerləşən “İldırım kafe”nin həyətyanı sahəsində həmin kafedə kassir işləyən
X2 ona pul verməməsini bəhanə etməklə aralarında yaranmış mübahisə zamanı ictimai
qaydanı kobud surətdə pozaraq, ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və
cəmiyyətdə insanlar arasında bərqərar olan birgəyaşayış və ədəb qaydalarının qərəzli
surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə, özünü cəmiyyətin fövqündə
qoyaraq, digərlərindən fərqləndiyini nümayiş etdirib, insanlarda qorxu və narahatçılıq
hisləri yaratmaqla cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək üzərində gəzdirdiyi, soyuq
silah hesab edilməyən bıçaqla X22un üzərinə hücum çəkərək, sonuncu ilə əlbəyaxa
olarkən əlində olan həmin bıçağı silah qismində istifadə edib zor tətbiq edərək, X22u
bıçaqla vurub sağ əlin ovuc səthində 5-ci daraq sümüyü proyeksiyasında, sifətin sol
yarısında, orta xətt boyunca bel fəqərələri proyeksiyasında yaralar ilə müşayiət olunan,
orta xətt boyunca bel fəqərələri proyeksiyasında yara dərəcəsinə görə sağlamlığın qısa
müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran və sağlamlığa zərər
vurmayan xəsarətlər yetirməklə ətrafda olan şəxslərin narahatçılığına səbəb olub ictimai
qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, X22un üzərində
zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir.

Hökmdən dövlət ittihamçısı Həsənov Vidadi Səxavət oğlu tərəfindən verilmiş

apelyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət
Kollegiyasının (hakimlər Cəfərov Rafiq Musa oğlu (sədrlik edən və məruzəçi), Camalov
Etibar Əli oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə) 02 mart 2021-ci il tarixli qərarı
ilə apellyasiya protesti təmin edilmiş, hökm dəyişdirilərək Məhkum barəsində CM-nin 70-ci
maddəsinin tətbiq edilməsinə dair müddəalar həmin hökmdən xaric edilmiş və onun
hökmlə təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan
məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən
olunmuşdur.

Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2021-ci il tarixli

qərarından məhkum Məhkum müdafiəçisi Z.Ə.Mirzəbəyov kassasiya şikayəti verərək
apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və Məhkum barəsində CM-
nin 70-ci maddəsinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin dəlilləri:

Müdafiəçi Z.Ə.Mirzəbəyov kassasiya şikayətini onunla əsaslandırmışdır ki,

apellyasiya instansiyası məhkəməsi Məhkum barəsindəki cinayət işinə baxarkən düzgün
və ədalətli qərar qəbul etməmişdir. Belə ki, məhkəmə onun barəsində cəza tədbirinin
seçilməsi məsələsini həll edərkən cəzanı yüngülləşdirən halları, özünü təqsirli bilməsini,
əməlindən peşman olmasını, zərərcəkmiş şəxlə barışmasım nəzərə almamış və nəticədə
əsassız olaraq onun barəsindəki hökmdən CM-nin 70-ci maddəsinin tətbiq edilməsinə dair
müddəaların xaric edilməklə ədalətsiz və qeyri humanist qərar qəbul etmişdir. Müdafiəçi
bu dəlillərini əsaslandırarkən işin halları ilə yanaşı həmçinin cəza təyininin prinsipləri,
şərtləri və qaydaları, habelə şərti məhkum etmənin tətbiqi üçün əsaslar təsbit edilmiş

cinayət qanunvericiliyinin müvafiq normalarına istinad etmişdir. Kassasiya şikayətində
göstərdiyi həmin dəlillərdən çıxış edərək müdafiəçi kassasiya şikayətinin təmin edilməsini
xahiş edir.

Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin

Cinayət Kollegiyasının 02 noyabr 2021-ci il tarixli iclasına təyin edilmiş və bu haqda
cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə
məlumatlandırılmış, lakin məhkum Məhkum məhkəmə iclasında iştirak etmək istəməsini
bildirməmiş və bu barədə məhkəməyə müraciət etməmiş, zərər çəkmiş şəxs X5 isə
naməlum səbəblərdən məhkəməyə gəlməmişdir.

Məhkəmə kollegiyası dövlət ittihamçısının və müdafiəçinin bununla bağlı rəylərini

dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-
nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkumun və
zərər çəkmiş şəxsin iştirakları olmadan baxılmasını mümkün bilmişdir.

Belə

ki,

CPM-nin

419.4-cü

maddəsinə

əsasən,

kassasiya

instansiyası

məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin
məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi
iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə
açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya
instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir.

Hüquqi məsələlər:

Kassasiya

şikayətinin

məzmunundan

göründüyü

kimi,

məhkum

Məhkum

müdafiəçisi Z.Ə.Mirzəbəyov apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi
həmin şikayətində məhkuma cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmadan
həddindən artıq ağır cəzanın təyin edilməsini iddia edərək ona təyin edilmiş cəzanın
yüngülləşdirilməklə barəsində azadlıqdan məhrum etməmə ilə bağlı olmayan cəzanın
təyin edilməsi haqqında qərarın qəbul olunması barədə tələbini CPM-nin 416.1.21-ci
maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.

CPM-nin 416.1.21-ci maddəsinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya

yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası
məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya
qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir.

Odur ki, məhkəmə kollegiyası müdafəçinin şikayətini kassasiya qaydasında

baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin
materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir.

Əvvəla məhkəmə kollegiyası vurğulayır ki, CPM-nin 419.1-ci maddəsinə əsasən,

kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə
mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri
üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. 

Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması,

mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya
instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin
həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin
deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir.

Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası

məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir
faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən
müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının
düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki,

kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya
qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və
bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş
məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan

qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını
dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni
apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da
onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının
icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya
instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul
edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə
nəticələnməsin).

Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə

baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən
edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası
məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı
maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından
həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya
instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud
dəyişdirməyə haqlıdır.

Əvvəla, kassasiya şikayətinin məzmunundan görünür ki, müdafiəçi Z.Ə.Mirzəbəyov

həmin şikayətində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya
instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, Məhkum ittiham olunduğu
cinayət əməllərini törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməlin hüquqi tövsifini
mübahisələndirmir və apellyasiya instansiyası məhkəməsi tərəfindən onun barəsində cəza
təyini ilə bağlı qeyri-humanist və ədalətsiz yekun aktının qəbul edilməsini iddia edir.

Buna görə də məhkəmə kollegiyası məhkum Məhkum təqsirliliyinə dair sübutların

şərh edilməsini zəruri hesab etmir və məhkumun barəsində cəza tədbirinin seçilməsi ilə
əlaqədar ilk növbədə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə
xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bu tələb cinayət
qanunvericiliyinin aşağıdakı normalarının tələblərindən, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən, habelə Ali Məhkəmənin
Plenumunun tövsiyələrindən irləi gəlir.

Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq

edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin
xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət
törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü

ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab
edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən
məhrumiyyətlər

yaradılmasından

ya

onun

hüquq

azadlıqlarının

məhdudlaşdırılmasından ibarətdir.

CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası,

məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni
cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə,

bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq
maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.

CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş

cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən
cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah
olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü

maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində
nəzərdə tutulmuşdur.

Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə

əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş
başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.

CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər

məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən
və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki,
məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və
ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası
olmayan mülahizə xarakteri daşımamalıdır.

CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o

cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv
yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə
müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi
müəyyənləşdirilir.

CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü,

mötəbərliyi üzrə qiymətləndirilməlidir.

CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı

hesab edilir:

- məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara

əsaslandıqda;

- bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə;
- məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə.
Qanunu bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş

sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət
edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər
şəkildə təsir edə biləcək sübutlar da başa düşülür.

Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi,

cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və
sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün
əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət
işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə
belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi
hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti,
mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə
əsaslandırsın.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra

qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunan
cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-
nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci
maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq
23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları).

“Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası

Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında
göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm
olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət
edilməsinin qarşısını almaq məqsədi daşıyır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan

Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh
edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət
qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi
məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin
edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə
cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin
xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı
yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah
olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı

yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir.

Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı

yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq
cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır.

Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və

Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh
edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart
2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki,
cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət
edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl
törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin
reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin
cinayət-hüquqi nəticəsidir.

Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi

haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il
tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin
edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs
edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə
edilmişdir.

Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət

prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq
edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə
şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin
xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci
maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai
təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata
keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı,
iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir.

«Məhkəmə

hökmü

haqqında»

Azərbaycan

Respublikası

Ali

Məhkəməsi

Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 13-cü bəndində qeyd olunur ki,
məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından
açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza
təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın
şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır.
Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai
təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların
nəzərə alındığı göstərilməlidir.

Məhkum barəsində seçilmiş cəza tədbirinin onun şəxsiyyətinə və cəzanı

yüngülləşdirən hallar kimi nəzərə alınmalı olan işin digər hallarına uyğun olmaması barədə
kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, onun
törətdiyi cinayət əməllərinə görə təqsirli bilindiyi CM-nin 221.3-cü maddəsinin
sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə
tutulmuşdur.

Məhkum barəsindəki apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki,

həmin məhkəmə məhkuma təyin olunmuş cəzanı real olaraq çəkməli olması və onun
haqqında şərti məhkum etmənin tətbiqinə dair müddəaların hökmdən xaric edilməsi haqda
nəticəyə gələrkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı
məhkum olunmuş şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən
hal kimi qiymətləndirmiş və eyni zamanda iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını
kifayət qədər nəzərə almışdır.

Lakin eyni zamanda apellyasiya instansiyası məhkəməsi Məhkum heç bir əsas

olmadan üzərində deşici-kəsici alət hesab edilən bıçaq gəzdirməsini, ona ittiham olunmuş
cinayət əməlini onun tərəfindən məhz həmin bıçaqdan istifadə edilməklə törədildiyini və
bununla da onun özünün ictimai təhlükəli şəxs olmasını da nəzərə alaraq hesab etmişdir

ki, məhkum edilmiş şəxsin cəmiyyətdən təcrid olunmadan islah edilməsi qeyri-mümkündür.

Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh

edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may
2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-
müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və
başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini
birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə aşıqca hörmətsizlik
göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində
zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv
ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv
cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı
qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meylilik, ədəbsizliyin
qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.

Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi - ondan

birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı
üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə
edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı
sübuta yetirilərsə, bu əməl CM-nin 221.3-cü maddəsi ilə tövsif olunmalıdır.

Bundan başqa, iş materiallarından görünür ki, hökmdən verilmiş apellyasiya

protestinə baxılarkən Məhkum apelyasiya instansiyası məhkəməsinin çağırışlarına məhəl
qoymayaraq, üzrlü səbəblər olmadan məhkəmə iclaslarına gəlməkdən qəsdən yayınmış
və yalnız barəsində 30 noyabr 2020-ci il tarixdə məcburi gətirmə haqqında qərar
çıxarıldıqdan sonra o, İmişli rayon Polis Şöbəsi tutularaq onun məhkəmə iclasında iştirakı
təmin olunmuşdur.

Məhkəmə kollegiyasının qənaətinə görə, bu hal da Məhkum islah yoluna qədəm

qoymaq niyyətində olmamasına dəlalət edir və onun islah olunması məhz cəmiyyətdən
təcrid edilməsi yolu ilə mümkündür.

Kassasiya şikayətinin müəllifi həmçinin şikayətində məhkəmə tərəfindən Məhkum

zərərçəkmiş şəxslə barışıq əldə etməsini kifayət qədər nəzərə alınmamasını bildirsə də,
sonuncuya təyin olunmuş cəzanın həddi bu dəlilin də əsassız olmasını göstərir.

Məhkəmə kollegiyası bu hala ona görə diqqət yetirməyi lazım bilir ki, CM-nin

59.1.12-ci maddəsində zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə
barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal kimi müəyyən edilmişdir və CM-nin 60.1-ci
maddəsinə əsasən belə hal olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin
olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq
maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə
üçündən artıq ola bilməz. 

Belə ki, CM-nin 221.3-cü maddəsinin sanksiyasında iki ildən beş ilədək azadlıqdan

məhrum etmə cəzası nəzərdə tutulmuşdur və apellyasiya instansiyası məhkəməsi
Məhkum tərəfindən 1 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətində azadlıqdan
məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olması barədə
nəticəyə gələrkən məhkumun zərər çəkmiş şəxslə barışmasını nəzərə almış və CM-nin
60.1-ci maddəsinin tələblərinə riayət edərək həmin maddədə müəyyən edilmiş həddi
aşmamışdır.

Cinayət qanunvericiliyinin normaları təqsirkara onun təqsirli bilindiyi maddələrin

sanksiyalarında nəzərdə tututlmuş cəzadan daha yüngül cəzanın təyin edilməsi üçün isə
həmin şəxsin barəsində CM-nin 62-ci maddəsində göstərilən müstəsna halların müəyyən
edilməsini tələb edir.

Belə ki, CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın

cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun
davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli
dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin
iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin
müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya

məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər,
yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.

CM-nin 62.2-ci maddəsinin tələblərinə görə, cəzanı yüngülləşdirən həm ayrı-ayrı

hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər.

Göründüyü kimi Məhkum

bıçaqla X22un üzərinə hücum çəkərək, sonuncu ilə

əlbəyaxa olarkən əlində olan həmin bıçağı silah qismində istifadə edib zor tətbiq edərək,
X22u bıçaqla vurub sağ əlin ovuc səthində 5-ci daraq sümüyü proyeksiyasında, sifətin sol
yarısında, orta xətt boyunca bel fəqərələri proyeksiyasında yaralar ilə müşayiət olunan,
orta xətt boyunca bel fəqərələri proyeksiyasında yara dərəcəsinə görə sağlamlığın qısa
müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran və sağlamlığa zərər
vurmayan xəsarətlər yetirməişdir. Cinayəti silah istifadə etməklə törədilməsi və cinayətin
nəticələrinin ağırlığı onun ictimai təhlükəlilik dərəcəsini xarakterizə edir.

Məhkəmə kollegiyası işin hallarından, Məhkum törətdiyi cinayətin xarakterindən və

ictimai təhlükəlilik dərəcəsindən, habelə birinci və apellyasiya instansiyası məhkəmələri
tərəfindən cəza təyini zamanı nəzərə alınmış cəzanı yüngülləşdirən hallardan çıxış edərək
belə qənaətə gəlir ki, bütün bunlar cinayət işi üzrə toplanmış sübutlarla birlikdə Məhkum
hərəkətlərində müstəsna xarakter daşıyan cəzanı yüngülləşdirən halların müəyyən
edilməməsinə, yəni onun barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməklə ona təyin
olunmuş cəzaların təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş
cəzalardan daha yüngül cəzalarının təyin edilməsi üçün əsasların olmamasına və bu
baxımdan

kassasiya

şikayətində

irəli

sürülmüş

tələbin

təmin

edilməsinin

mümkünsüzlüyünə dəlalət edir.

Eyni zamanda, Məhkum təyin olunmuş cəzanın CM-nin 70-ci maddəsinə əsasən

şərti olaraq tətbiq edilməsi barədə kassasiya şikayətində irəli sürlümüş tələbə gəldikdə,
məhkəmə kollegiyası bu tələbin də təmin olunmasını məqsədə uyğun hesab etməyərək
aşağıdakıları vurğulayır.

CM-nin 70.1-ci maddəsində təsbit edilmişdir ki, islah işləri, hərbi xidmət üzrə

məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə
azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza
çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi
haqqında qərar çıxara bilər.

Qanunun bu normasının mənasına görə, azadlıqdan mərum etmə cəzasına

məhkum olunmuş təqsirkar barəsində şərti məhkum etmə o vaxt tətbiq oluna bilər ki, cəza
təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymış olsun.

İş materiallarından göründüyü kimi, faktları araşdıran və sübutları tədqiq edən istər

birinci, istərsə də apellyasiya instansiyası məhkəmələri işə baxarkən Məhkum cəza
çəkmədən islah oluna biləcəyini təsdiq edən heç bir sübut əldə etməmiş və düzgün olaraq
ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul etməkdən
imtina etmişlər.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən

cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının
25-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmənin təyin
edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir.

Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olub-

olmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır:

1.məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü;
2.törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi;
3.məhkumun şəxsiyyəti;
4.cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar.
Göründüyü kimi, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs

barəsində CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşlar
ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq
hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün
olsun.

İş materiallarından göründüyü kimi, faktları araşdıran və sübutları tədqiq edən

apellyasiya instansiyası məhkəməsi işə baxarkən Məhkum cəza çəkmədən islah oluna
biləcəyini təsdiq edən heç bir sübut əldə etməmiş və düzgün olaraq ona təyin olunmuş
cəzanın şərti olaraq tətbiq edilməsi haqqında hökmü qüvvədə saxlamaqdan imtina
etmişdir.

Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə

razılaşır, onun gəldiyi nəticəni ədalətli və qanuni hesab edir və CM-nin 70-ci maddəsinə
əsasən Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün əsaslar görmür.

Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi haqqında

müdafiəçi Z.Ə.Mirzəbəyovun, həmin şikayətin təmin edilməməsi barədə isə dövlət
ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyib yuxarda göstərilənlərə əsaslanaraq hesab
edir ki, kassasiya şikayəti təmin edilməməklə Məhkum CM-nin 221.3-cü maddəsi ilə
təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya
Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2021-ci il tarixli qərarı kassasiya şikayətinə
münasbətdə dəyişdirilmədən saxlanılmalıdır.

Şərh

edilənlərə

əsasən

Azərbaycan

Respublikası

Cinayət-Prosessual

Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali
Məhəməsinin Cinayət Kollegiyası

Q Ə R A R A A L D İ:

Kassasiya şikayəti təmin edilməsin.
Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə

təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin
Cinayət Kollegiyasının 02 mart 2021-ci il tarixli qərarı kassasiya şikayətinə münasbətdə
dəyişdirilmədən saxlanılsın.