1[102]-1353/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 1(102)-1353/2021

02.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Cinayət Kollegiyasının

Q Ə R A R İ

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov

Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Seyidov
Əziz Cəfər oğlundan ibarət tərkibdə,

Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə,

dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət

ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət
ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs
oğlunun və

məhkumun müdafiəçisi Əzizov Azər Mirzə oğlunun iştirakları ilə,

Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli hökmü ilə

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci
maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə
Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2021-ci il tarixli
qərarından dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassasiya
protestinə əsasən işə baxaraq,

M Ü Ə Y Y Ə N

E T D İ:

Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli hökmü ilə (hakimlər

Abasov Əliövsəd Məzahir oğlu (sədrlik edən və məruzəçi), Ağalarov Mahmud Muradxan
oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə)

Məhkum, xx xxxxxxx il tarixdə Sumqayıt
şəhərində

anadan

olmuş,

Azərbaycan

Respublikasının vətəndaşı, evli, himayəsində iki
azyaşlı uşağı olan, orta təhsilli, heç yerdə
işləməyən, əvvəllər Azərbaycan Respublikası
Ali Məhkəməsinin 17 sentyabr 1999-cu il tarixli
hökmü ilə 1 sentyabr 2000-ci il tarixədək
qüvvədə

olmuş

Azərbaycan

Respublikası

Cinayət Məcəlləsinin 226-cı maddəsinin 1-ci
hissəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə
azadlıqdan məhrum etmə cəzasına məhkum
edilmiş, 06 fevral 2001-ci il tarixdə “Azərbaycan
Respublikasının Avropa Şurasının üzvlüyünə
qəbul

edilməsi

münasibətilə

amnistiya

haqqında”

Azərbaycan

Respublikası

Milli

Məclisinin 01 fevral 2001-ci il tarixli Qərarının
1.5-ci bəndinə əsasən cəzasının çəkilməmiş
hissəindən azad olunmuş, Sumqayıt Şəhər
Məhkəməsinin 05 aprel 2002-ci il tarixli hökmü
ilə CM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinərək
160 (yüz altmış) saat ictimai işlər cəzasına,
Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr
2004-cü il tarixli hökmü ilə CM-nin

127.2.3,

221.3, 263.1, 221.2.1-ci maddələri ilə təqsirli
bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən
cinayətlərin məcmusu üzrə təyin olunmuş
cəzaları qismən toplamaq yolu ilə qəti olaraq
cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində
çəkməklə 05 (beş) il müddətinə azadlıqdan
məhrum etmə cəzasına məhkum olunmuş, 15
aprel 2009-cu il tarixdə “Novruz bayramı
münasibəti

ilə

Amnistiya

elan

edilməsi

haqqında”

Azərbaycan

Respublikası

Milli

Məclisinin 17 mart 2009-cu il tarixli Qərarının
1.1-ci bəndinə əsasən cəzasının çəkilməmiş
hissəsindən azad olunmuş, Sumqayıt Şəhər
Məhkəməsinin 28 sentyabr 2011-ci il tarixli
hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli
bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə
müəssisəsində çəkməklə 02 (iki) il müddətə
azadlıqdan məhrum etmə cəzasına məhkum
olunmuş,

Bakı

şəhəri

Xəzər

Rayon

Məhkəməsinin 18 mart 2013-cü il tarixli qərarı
ilə cəzasının çəkilməmiş hissəsindən şərti
olaraq vaxtından əvvəl azad edilmiş, Sumqayıt
Şəhər Məhkəməsinin 15 may 2014-cü il tarixli
hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli
bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə
müəssisəsində çəkməklə 02 (iki) il müddətinə
azadlıqdan məhrum etmə cəzasına, Hacıqabul
Rayon Məhkəməsinin 11 aprel 2017-ci il tarixli
hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli
bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə
müəssisəsində çəkməklə 02 (iki) il müddətə
azadlıqdan məhrum etmə cəzasına məhkum
olunmuş,

Bakı

şəhəri

Nizami

Rayon

Məhkəməsinin 16 iyul 2018-ci il tarixli qərarı ilə
cəzasının çəkilməmiş 04 (dörd) ay 27 (iyirmi
yeddi) gün müddətində hissəsindən şərti olaraq
vaxtından əvvəl azad edilmiş, məhkumluğu
ödənilməmiş və götürülməmiş, ünvan 1-də
qeydiyyatda olan və yaşamış,

CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək
cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətə azadlıqdan
məhrum etmə cəzasına məhkum edilmişdir.

İşin

halları:

Məhkəmənin hökmünə əsasən, məhkum CM-nin 234.1-ci maddəsi ilə təqsirli

bilinərək məhkum edilmişdir ona görə ki, o, 04 fevral 2020-ci il tarixdə saat 13:41
radələrində Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin və 1-ci Polis
Bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Təzə Corat qəsəbəsi ərazisində
keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq üzərinə şəxsi axtarış
keçirilərkən əynindəki göy rəngli qolsuz gödəkcənin sol döş cibində saxladığı 30 ədəd
bükümdə ümumi çəkisi 2,11 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə
heroin, 1 ədəd bükümdə çəkisi 0,04 qram olan narkotik vasitə metadon, 10 ədəd bükümdə
ümumi çəkisi 0,333 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək
götürülmüşdür.

Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı

Kəngərli Orxan İlqar oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan
Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Cəfərov Vidadi
Cəfər oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rzayev
Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə) 05 may 2021-ci il tarixli qərarı ilə
apellyasiya protesti təmin edilməmiş, apellyasiya şikayəti isə təmin edilmiş, Bakı Ağır
Cinayətlər Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilmiş, məhkum CM-
nin 234.1-ci maddəsi ilə ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 02
(iki) il 6 (altı) ayadək endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2021-ci il tarixli

qərarından dövlət ittihamçısı T.H.Əsədov kassasiya protesti verərək həmin qərarın ləğv
edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini
xahiş etmişdir.

Kassasiya protestinin dəlilləri:

Əsasən iş üzrə toplanmış və məhkəmə iclaslarında aradırılmış sübutları şərh

edərək işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı T.H.Əsədov kassasiya
protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi məhkum
barəsindəki cinayət işinə baxarkən Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 416-cı maddəsində nəzərdə tutulan
nöqsanlara yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə
uyğun tətqiq etməmiş, məhkumun əməli düzgün tövsif edilməmiş, nəticədə ona əsassız və
qanunsuz olaraq yüngül cəza təyin edilmişdir. Məhkəmələr məhkum törətdiyi əməlinin CM-
nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməli olması qənaətinə
gələrkən cinayət qanunu normasını düzgün tətbiq etməmiş və əsassız olaraq məhkumun
şəxsi istehlak və külli miqdardan dəfələrlə çox olan və müxtəlif çeşidlərdə olan narkotik
vasitələri və psixotrop maddələri – heroini, metadonu və metamfetamini əldə etməsini
satış məqsədi olmadan, şəxsi istehlakı üçün qanunsuz əldə etmə və saxlama kimi
qiymətləndirmişdir. Lakin həm birinci instansiya məhkəməsinin, həm də onunla razılaşan
apellyasiya instansiyası məhkəməsinin qeyd olunan mövqeyi əsassız olmaqla,
məhkəmələrin gəldikləri nəticə işin faktiki hallarına uyğun deyil. Dövlət ittihamçısı
kassasiya

müraciətində

“Narkotik

vasitələrin,

psixotrop

maddələrin

ya

onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi
haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin  Plenumunun 04 mart 2011-ci il
tarixli Qərarına istinad edərə bildirir ki, məhkum məhz satış məqsədi ilə qanunsuz olaraq
əldə edib saxladığı narkotik vasitə heroinin 30 ədəd bükümlərdə, külli miqdarda olmaqla

ümumilikdə miqdarının 2,11 qram təşkil etməsi, psixotrop maddə metamfetaminin
miqdarının 0,333 qram olmaqla 10 ədəd bükümdə olması, 1 ədəd bükümdə metadon
həbinin aşkar edilməsi məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Həmçinin məhkum
əvvəllər də dəfələrlə CM-nin müxtəlif maddələri ilə, həmçinin 2011, 2014-cü illərdə
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə, 2017-ci ildə isə Hacıqabul Rayon
Məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum
etmə cəzasına məhkum edilmişdir. Bu hal məhkum şəxsiyyətini səciyyələndirən hal kimi
nəzərdən keçirildikdə belə qənaətə gəlmək olur ki, onun əvvəllər də dəfələrlə narkotik
vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə görə
məhkum olunması məhkumun cəmiyyət üçün təhlükə yaratmasının göstəricisidr.

Qeyd olunanlara əsaslanaraq kassasiya protestinin müəllifi Sumqayıt Apellyasiya

Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2021-ci il tarixli qərarının ləğv edilməsini və
işin yeni apellyasiya baxışına təyin olunması haqqında qərar qəbul edilməsini xahiş edir.

Kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında

məhkum qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmasına baxmayaraq,
məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş və bu barədə Ali
Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının və müdafiəçi
A.M.Əzizovun bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə
əsaslanaraq kassasiya protestinə məhkumun iştirakı olmadan baxılmasını mümkün
bilmişdir.

Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin

iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə
daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak
etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi
qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının
davam etdirilməsini istisna etmir.

Hüquqi məsələlər:

Göründüyü kimi, işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı T.H.Əsədov

öz kassasiya protestində sübutların qanuna müvafiq qaydada tədqiq edilməməsini,
məhkum əməlinin düzgün tövsif edilməməsini və nəticədə ona yüngül cəzanın təyin
edilməsini iddia edərək bunlarla bağlı apellyasiya instansiyası məhkəməsinin qərarının
ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci
maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən isə məhkəmə bu

Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə,
törədilmiş əməlin tövsifində səhvə yol verdikdə və məsuliyyəti ağırlaşdıran və ya
yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası
məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya
qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir.

Belə olan halda, məhkəmə kollegiyası dövlət ittihamçısı T.H.Əsədovun protestini

kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Təqsirləndirilən şəxs
barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb
aşağıdakıları qeyd edir.

Məhkəmə kollegiyası əvvəlki qərarlarında olduğu kimi yenə xatırladır ki, kassasiya

instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin
hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir.

Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə

baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən,
kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə
mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri
üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. 

Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması,

mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya
instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin
həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin
deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir.

CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi

birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti
olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki,

kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya
qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq
və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş
məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan
qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını
dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni
apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da
onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının
icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya
instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul
edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə
nəticələnməsin).

Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə

baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən
edir.

Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası

məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı
maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından
həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya
instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud
dəyişdirməyə haqlıdır.

Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının

predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin
halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət
verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya
apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya
qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət
qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması

və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə
aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa
malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli
sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin
aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması,
onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun
digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür.

Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual

qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya
kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və
dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən
edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri)
olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv
etməyə və yaxud dəyişdirməyə haqlıdır.

Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının

predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin

halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət
verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya
apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya
qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət
qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual

qanunvericiliyinin tələblərinə görə, istər şəxsin ona elan olunmuş ittiham üzrə təqsirli olub-
olmamasına, istərsə onun barəsində cəza tədbirinin seçilməsinə dair sübutların
araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin
səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında
prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib
keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər
istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış
sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və
qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və
onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-
etməməsi başa düşülür.

Kassasiya protestinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki,

CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi,
qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair
məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun
gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan

CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata
keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən
qiymətləndirirlər.

CPM-nin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata

keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması
yolverilməzdir.

CPM-nin 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir

sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

CPM-nin 33.4-cü maddəsinə əsasən, hakimlərin  sübutlara və sair materiallara

qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut
və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi
yolverilməzdir.

CPM-nin 139.0-cı maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı

aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir:

139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları;
139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi;
139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri;
139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin

təqsirliliyi;

139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran

hallar;

139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi

iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı
hallar.

Qanunun bu normasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPM-

nin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə
nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və
ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt)
yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin
düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olub-
olmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur.

CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o

cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv
yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə
müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi
müəyyənləşdirilir.

CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü,

mötəbərliyi üzrə qiymətləndirilməlidir.

CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların

məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb
edir.

Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən

edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə
predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin
(CPM-nin 146.1-ci maddəsi).

Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi,

cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və
sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün
əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət
işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə
belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi
hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti,
mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə
əsaslandırsın.

Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi,

məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində
təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə
əsaslı sayıla bilər.

CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı

olmalıdır.

CPM-nin 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda

məhkəmənin hökmü əsaslı hesab edilir:

- 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş

sübutlara əsaslandıqda;

- 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə;
- 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun

gəldikdə.

CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü

təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza
tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun
barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə
baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.

CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara

əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta
yetirildiyi halda çıxarılır.

CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu

Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab
verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə
alınmaqla sübuta yetirilmiş hesab edilə bilər:

351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq;
351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında

ittihamın baxılması nəticələrinə əsaslanaraq;

351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara

əsaslanaraq;

351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri

onun xeyrinə şərh edərək.

CM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət

tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin)
törədilməsi cinayət məsuliyyəti yaradır.

CM-nin 7.1-ci maddəsimnin tələblərindən görünür ki, yalnız törətdiyi ictimai təhlükəli

əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş
şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh

edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart
2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət
əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib
əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini
tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.
Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət
Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu
tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi
proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan
davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli
öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah
edilməsini tələb edir.

Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki,

hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün
tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət
törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə
həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks
hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli
olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb
ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun
qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin
pozulmasına gətirib çıxara bilər.

Birinci və apellyasiya instansiyası məhkəmələrinin iş üzrə gəldikləri nəticəyə görə,

məhkum üzərində aşkar edilmiş külli miqdarda narkotik vasitələri və psixotrop maddəni o,
satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək gəzdirmiş və buna görə onun əməli
CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilmişdir.

Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 234.1-ci maddəsində

satış məqsədi

olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak
miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma ya
görə, CM-nin

234.4.3-cü maddəsində isə satış məqsədilə qanunsuz olaraq

külli miqdarda

narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, istehsal etmə,
emal etmə, daşıma, göndərməyə, yaxud qanunsuz olaraq həmin miqdarlarda narkotik
vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyəti nəzərdə
tutulmuşdur.

Bu normaların müqayisəli təhlili göstərir ki, şəxsin CM-nin 234.1-ci maddəsi ilə

təqsirli bilinməsi üçün onun həmin maddənin dispoziyasında nəzərdə tutulmuş əməli satış
məqsədi olmadan (cinayətin subyektiv cəhətinə aid olan əlamət) törətməsi, CM-nin
234.4.3-cü maddəsi ilə məsluyyət məsələsinin həlli üçün isə, narkotik vasitələrin və ya
psixotrop maddələrin külli miqdarda olması və eyni zamanda təqsirkarın eyni əməlləri
(CM-nin 234.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş) satış məqsədilə
törətməsi, yaxud da narkotik vasitələri və ya psixotrop maddələri satması müəyyən
edilməlidir.

Hazırkı iş üzrə məhkum CM-nin 234.4.3-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə

müəyyən edilmiş faktiki hal ondan ibarətdir ki, polis əməkdaşları tərəfindən Sumqayıt
şəhəri, Təzə Corat qəsəbəsi ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində

məhkum saxlanılaraq üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli qolsuz
gödəkcənin sol döş cibində satış məqsədilə saxladığı 30 ədəd bükümdə ümumi çəkisi 2,11
qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə
çəkisi 0,04 qram olan narkotik vasitə metadon, 10 ədəd bükümdə ümumi çəkisi 0,333
qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.

İbtidai araşdırma orqanının qənaətinə, görə törədilmiş cinayətin bütün əlamətləri, o

cümlədən cinayətin subyektiv cəhətinə aid olan məhkum narkotik vasitələri və psixotrop
maddəni satmaq məqsədində olması kimi hal toplanmış sübutlarla təsdiq edilmişdir.

Lakin, birinci instansiyası məhkəməsi və onunla razılaşan apellyasiya instansiyası

məhkəməsi hesab etmişlər ki, ibtidai istintaq orqanı bu nəticəyə gələrkən iş materiallarında
olan hər hansı təkzibolunmaz sübuta istinad etməmiş və iş üzrə toplanmış sübutlarla
təqsirləndirilən şəxsin üzərində aşkar edilmiş narkotik vasitələri və psixotrop maddəni satış
məqsədi ilə əldə etməsi, saxlaması və gəzdirməsini təsdiq edən heç bir hal mövcud
deyildir.

Belə ki, məhkum ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsində

dindirilərkən göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitə heroindən istifadə edir
və onun üzərində aşkar edilmiş narkotik vasitələri və psixotrop maddəni o, 26 yanvar
2020-ci il tarixdə əmisi oğlu X2 öz şəxsi istifadəsi üçün almışdır. Eyni zamanda o
göstərmişdir ki, Sənan Abdullayev narkotik vasitələrin satışı ilə məşğul olur.

Yalnız məhkum bu ifadələrinə əsaslanan, lakin işin müəyyən edilmiş obyekiv

hallarına və bu halları təsdiq edən sübutlara nəzər yetirməyən məhkəmələr belə nəticəyə
gəmişlər ki, məhkum onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələri və
psixotrop maddəni hər-hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən
kimlərləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi istər ibtidai araşdırma
zamanı, istərsə də işə birinci instansiya məhkəməsində baxılarkən müəyyən edilməmiş və
sübuta yetirilməmişdir.

Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələrinin

gəldikləri nəticə yanlışdır və bununla bağlı ilk növbədə vurğulamağı lazım bilir ki, şəxsin
CM-nin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə
təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb
edilir:

-

şəxs CM-nin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış
məqsədilə etməlidir;

-

şəxs belə hərəkətləri qanunsuz etməlidir;

-

narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır.

Belə tələb həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların

prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli
Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya
onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi
haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi  Plenumunun 04 mart 2011-ci il tarixli
Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir.

Belə ki, göstərilən Qanunun 1.0.11-ci maddəsinin əsasən, narkotik vasitələrin və

psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla
narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər
şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. 

“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz

dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan
Respublikası Ali Məhkəməsinin  Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci
bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına
Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu
nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd edilərək məhkəmələrə izah
edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının

maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-
əmlak xarakterli mənfəət əldə etmə başa düşülür.

Qərarın 9-cu bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci

maddəsinin dispozisiyasına görə (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və
ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə,
daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri
satma) narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu
maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama,
istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini
yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə
edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm
əhəmiyyət kəsb edir.

Təqsirkarın  narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa

sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə
edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması
üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 

Məhkəmələrin gəldikləri nəticənin təhlili isə göstərir ki, aşağıdakı əsaslara görə

həmin nəticə həm işin faktiki (obyektiv) hallarına, həm də narkotik vasitələrin və psixotrop
maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işlərinə baxılması üzrə Ali Məhkəmə
tərəfindən formalaşdırılmış vahid məhkəmə təcrübəsinə uyğun olmamışdır.

Belə ki, cinayət işi üzrə qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin

məhkəmə iclasında isə araşdırılmış sübutlara əsasən, 04 fevral 2020-ci il tarixdə
Təqsirləndirilən şəxs üzərindən müxtəlif növ narkotik vasitələr və psixotrop maddə aşkar
edilib götürülmüş, həmin narkotik vasitələrdən bir hissəsi – heroin külli miqdarda olmuş, bu
vasitələr və maddə isə çoxlu sayda bağlamalara bükülmüşdür (cinayət işinin materiallarına
görə, Təqsirləndirilən şəxs üstündən 30 ədəd bükümdə ümumi çəkisi 2,11 qram (külli
miqdar) olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə
çəkisi 0,04 qram olan narkotik vasitə metadon və 10 ədəd bükümdə ümumi çəkisi 0,333
qram olan psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür).

Bundan başqa, məhkum ibtidai araşdırmanın bütün dövrü ərzində onun üzərindən

aşkar edilərək götürülmüş narkotik vasitələrin və psixotrop maddənin 26 yanvar 2020-ci il
tarixdə Gorat qəsəbəsində yaşayan və narkotik vasitələrin satışı ilə məşğul olan əmisi oğlu
Sənan Abdullayevin ona verməsini, həmin vaxtdan 04 fevral 2020-ci il tarixədək əldə etdiyi
narkotik vasitələri və psixotrop maddələri üstündə gəzdirməsini göstərsə də, Sənan
Abdullayevin məhz 26 yanvar 2020-ci il tarixdə vəfat etməsi haqda ibtidai araşdırma
orqanına və məhkəməyə məlum olmasını bildikdə məhkəmə iclasında əvvəlki ifadələrdən
bir qədər fərqli ifadələr verərək göstərmişdir ki, o, yuxarıda göstərilən narkotik vasitələri və
psixotrop maddəni Sənan Abdullayev vəfat etdikdən sonra 26 yanvar 2020-ci il tarixdə
onun yaşadığı evdən götürmüş və həmin tarixdən 04 fevral 2020-ci il tarixədək üstündə
gəzdirmişdir. İstər əvvəlki, istərsə də sonrakı ifadələrində məhkum narkotik vasitələri və
psixotop maddəni müxtəlif şəraitdə əldə etdiyini göstrsə də, onların hər hansı hissəsini
istifadə etməsini heç vaxt bildirməmişdir.

Məhkəmə kollegiyası ümumiyyətlə məhkum ifadələrinin həqiqətə uyğun olmasına

şübhə ilə yanaşır ona görə ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən tiryək
alkoloidlərini

tərkibində saxlayan maddələrdən sui-istifadə etməsi nəticəsində

narkomaniya xəstəliyindən əziyyət çəkən, əvvəllər öz şəxsi istifadəsi üçün narkotik
vasitələri əldə etməsinə, saxlamasına və gəzdirməsinə görə dəfələrlə məhkum olunmuş,
belə vasitələrin aludəçisi olan şəxsin doqquz gün ərzində üstündə gəzdirdiyi narkotik
vasitələri və psixotrop maddəni istifadə etməməsi inandırıcı görünmür və hesab edir ki, bu
hal məhkum olunmuş şəxsin həmin vasitələri və maddəni başqa məqsədlər üçün
saxlamasına və gəzdirməsinə dəlalət edir.

Bu baxımdan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Azərbaycan Respublikası

Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələb etdiyi kimi, iş üzrə bütün hallar
üzrə həqiqətin müəyyən edilməsi üçün məhkum verdiyi biri-birindən fərqlənən ifadələr

yoxlanılmalı, onlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq digər
sübutlarla birlikdə müqayisəli şəkildə qiymətləndirilməli və yalnız bundan sonra məhkumun
bu və ya digər cinayət əməlini törətməsi barədə nəticə verilməlidir.

Bundan başqa, məhkəmə kollegiyası iş üzrə təkrar araşdırmanın aparılmasını

həmçinin ona görə zəruri hesab edir ki, Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət-axtarış
şöbəsi rəisinin ibtidai araşdırma orqanına ünvanladığı 21 aprel 2020-ci il tarixli 123-14265-
2020 saylı məktubunda Təqsirləndirilən şəxs ətrafında zəruri əməliyyat-axtarış tədbirlərinin
keçirilməsi, bu tədbirlər nəticəsində sonuncunun narkotik vasitələrin üzərində daşımasının,
istifadəsinin və satışı ilə məşğul olmasının müəyyən edilməsi barədə əməliyyat
məlumatının əldə edilməsi göstərilmişdir.

Lakin bu məlumatla əlaqədar da məhkəmələr heç bir araşdırma aparmamış və

məhkum ziddiyyətli ifadələrini əsas götürüb bununla kifayətlənərək onun əməlinin CM-nin
234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini mümkün bilmişlər.

Məhkəmə kollegiyası hesab edir ki, bütün yuxarıda qeyd olunanlarla yanaşı

Təqsirləndirilən şəxs şəxsiyyətini səciyyələndirən hallar da onun törətdiyi əməlin düzgün
qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edir.

Belə ki, cinayət işinin materiallarında olan məlumatlara və müxtəlif məhkəmələrin

hökmlərinə və qərarlarına əsasən, Təqsirləndirilən şəxs əvvəllər də Azərbaycan
Respublikası Ali Məhkəməsinin 17 sentyabr 1999-cu il tarixli hökmü ilə 1 sentyabr 2000-ci
il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 226-cı
maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə
cəzasına məhkum edilmiş, 06 fevral 2001-ci il tarixdə “Azərbaycan Respublikasının
Avropa Şurasının üzvlüyünə qəbul edilməsi münasibətilə amnistiya haqqında” Azərbaycan
Respublikası Milli Məclisinin 01 fevral 2001-ci il tarixli Qərarının 1.5-ci bəndinə əsasən
cəzasının çəkilməmiş hissəindən azad olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel
2002-ci il tarixli hökmü ilə CM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinərək 160 (yüz altmış)
saat ictimai işlər cəzasına, Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2004-cü il tarixli
hökmü ilə CM-nin 127.2.3, 221.3, 263.1, 221.2.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin
66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən
toplamaq yolu ilə qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 05
(beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 15 aprel 2009-
cu il tarixdə “Novruz bayramı münasibəti ilə Amnistiya elan edilməsi haqqında”
Azərbaycan Respublikası Milli Məclisinin 17 mart 2009-cu il tarixli Qərarının 1.1-ci bəndinə
əsasən cəzasının çəkilməmiş hissəsindən azad olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin
28 sentyabr 2011-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək
cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il müddətə azadlıqdan
məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18
mart 2013-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından
əvvəl azad edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 15 may 2014-cü il tarixli hökmü ilə
CM-nin

234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə

müəssisəsində çəkməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına,
Hacıqabul Rayon Məhkəməsinin 11 aprel 2017-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci
maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02
(iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami
Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 04 (dörd) ay
27 (iyirmi yeddi) gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş,
onun məhkumluğu isə ödənilməmiş və götürülməmişdir.

Bu məlumatlardan belə nəticəyə gəlmək olar ki, məhkum məhkum cinayət

törətməyə meyilli şəxsdir, əvvəlki məhkumluqlarından özü üçün heç bir nəticə çıxarmamış,
islah yoluna qədəm qoymamış və cəmiyyətə qovuşmaq, islah olunmaq, ictimai faydalı
əməklə məşğul olmaq, ailəsinə, o cümlədən azyaşlı uşaqlarına himayəçilik etmək əvəzinə
yenidən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətmişdir.

Yuxarıda sadalanan halların məcmusundan görünür ki, məhkəmələr kifayət

etməyən sübutlar əsasında Təqsirləndirilən şəxs

satış məqsədi olmadan qanunsuz olaraq

narkotik vasitələri və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə
etməsi, saxlaması və daşıması 

ilə bağlı düzgün olmayan nəticəyə gəlmiş, iş

materiallarında olan sübutları bir-biri ilə müqayisə etməklə təhlillər aparmamış, məhkuma
elan olunmuş ittiham üzrə müəyyən edilmiş halların inkar edilməsi üçün toplanmış
sübutların fərqli şəkildə qiymətləndirilməsinin şərtlərini kifayət qədər əsaslandırmamış,
bununla da kifayət etməyən sübutlara əsasən Təqsirləndirilən şəxs əməlini Azərbaycan
Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif etmişlər.

Həm qanunvericiliyin tələblərindən, həm də Konstitusiya Məhkəməsi Plenumunun

hüquqi mövqeyindən, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən çıxış
edən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşaraq onları qəbul edilən
hesab edir və qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təsdiq edərək
qərar qəbul etmiş apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutetməyə dair
prosessual qanunvericilinin tələblərinə əməl olunmamış, yəni həmin məhkəmə 416-cı
maddəsində göstərilən pozuntulara yol vermişdir ki, bu pozuntular da məhkəmənin qəbul
etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi çıxış edir.

Məhkəmə kollegiyası CPM-nin 419-cu maddəsinin tələblərinə uyğun olaraq

həmçinin kassasiya protestinin dəlillərindən asılı olmayaraq apellyasiya instansiyası
məhkəməsi tərəfindən prosessual qanunvericiliyinin digər normalarına da əməl edilməsini
yoxlayaraq həmin məhkəmə tərəfindən həm cinayət mühakimə icraatının həyata
keçirilməsinə, həm də apellyasiya icraatına aid olan normaların pozulmasına yol verildiyini
müəyyən etmişdir.

Belə ki, iş materiallarına əsasən Bakı Ağır Cinayət Məhkəməsinin 10 sentyabr

2020-ci il tarixli hökmündən verilmiş apellyasiya şikayətinə və apellyasiya protestinə
məhkəmə baxışı hakimlər V.C.Cəfərov, N.R.Mövsümov və R.O.Əsgərovadan ibarət
məhkəmə tərkibi tərəfindən 03 mart 2021-ci il tarixdə məhkum məhkum, onun müdafiəçisi
A.M.Əzizovun və dövlət ittihamçısı T.H.Əsədovun iştirakları ilə başlamış, həmin tarixli
məhkəmə iclasında dövlət ittihamçısının, müdafiəçinin və təqsirləndirilən şəxsin dəlilləri
dinlənilmiş və dövlət ittihamçısı məhkəmə çıxışlarına hazırlaşmaq üçün ona vaxt verilməsi
barədə vəsatət qaldırdığından, onun vəsatəti isə təmin edildiyindən məhkəmə baxışı iclası
19 mart 2021-ci il tarixədək təxirə salınmışdır.19 mart 2021-ci il tarixdə keçirilən iclasa
müdafiəçi A.M.Əzizov gəlmədiyindən məhkəmə baxışı iclası 05 may 2021-ci il tarixədək
təxirə salınmış və həmin tarixdə işə artıq başqa tərkibdə - hakimlər V.C.Cəfərov,
N.R.Mövsümov və M.Ə.Rzayevdən ibarət tərkibdə, məhkum iştirakı olmadan baxılmış,
həmin iclasda dövlət ittihamçısının və müdafiəçinin çıxışları dinlənilmiş, bu baxışın
nəticəsində isə yekun qərar qəbul edilmişdir.

Əvvəla, CPM-nin 308.1-ci maddəsinə əsasən, cinayət işinə, məhkəməyədək

sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə hakimlərin
eyni tərkibində baxılır.

CPM-nin 308.2-ci maddəsinin tələblərinə görə, hakimlərdən birinin məhkəmə

baxışında iştirakı davam etdirmək imkanı olmadıqda o, digər hakimlə əvəz edilir, cinayət
işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham
qaydasında şikayətə baxılması isə bu Məcəllənin 309-cu maddəsində nəzərdə tutulmuş
hallar (ehtiyatda olan hakimin iştirakı ilə bağlı normalar) istisna olmaqla, əvvəldən başlanır.

Hazıki işdən göründüyü kimi, əvvəlki məhkəmə iclaslarında iştirak etmiş hakim

R.O.Əsgərova 05 may 2021-ci il tarixli iclasda hakim M.Ə.Rzayevlə əvəz olunmuş, lakin
CM-nin 308-ci maddəsinin tələblərinə zidd olaraq işə əvvəldən baxılması təmin
olunmamışdır.

Bundan başqa, 05 may 2021-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki,

həmin iclasda məhkum iştirakı təmin olunmamış, ona məhkəmə çıxışlarında iştirak etmək
imkanı yaradılmamış, bununla da onun bu hüququ və eyni zamanda CPM-nin 392.2-ci
maddəsinin tələbləri pozulmuşdur. Məhkum sonuncu məhkəmə iclasında iştirak
etməməsinin əsası kimi isə işə onun iştirakı olmadan baxılması barədə ərizəsi
göstərilmişdir.

Halbuki, CPM-nin 392.2-ci maddəsinin tələblərinə əsasən, apellyasiya şikayətində

və ya apellyasiya protestində məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətinin
pisləşməsi barədə məsələ qoyulduqda, yaxud məhkəmə istintaqının aparılması
apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri hesab edildikdə, məhkum edilmiş və
ya bəraət almış şəxs, onların qanuni nümayəndələri apellyasiya instansiyası
məhkəməsinin iclasına mütləq çağırılmalıdırlar. Belə hallarda dövlət ittihamçısı və cinayət
prosesində iştirakı məcburi olan müdafiəçilər də çağırılırlar. Apellyasiya şikayəti və ya
apellyasiya protesti vermiş şəxsin, habelə apellyasiya instansiyası məhkəməsinin iclasına
mütləq çağırılan digər şəxslərin məhkəmə baxışında iştirakı və onların gəlməməsinin
nəticələri bu Məcəllənin 311-316-cı maddələrinin tələblərinə müvafiq olaraq müəyyən
olunur.

Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında

dövlət ittihamçısının, həmin protestin təmin edilməməsi barədə isə müdafiəçi
A.M.Əzizovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara
görə kassasiya protesti təmin edilməli və məhkum CM-nin 234.1-ci maddəsi ilə nəzərdə
tutulmuş cinayəti törətməkdə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə
Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2021-ci il tarixli qərarı
ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir.

Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual

Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali
Məhkəməsinin Cinayət Kollegiyası

Q Ə R A R A

A L D İ:

Kassasiya protesti təmin edilsin.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib

məhkum olunmuş məhkum barəsindəki cinayət işi Sumqayıt Apellyasiya Məhkəməsinin
Cinayət Kollegiyasının 05 may 2021-ci il tarixli qərarı ləğv edilsin və cinayət işinin
apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilsin.