1[102]-1356/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 1(102)-1356/2021

02.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Cinayət Kollegiyasının

Q Ə R A R İ

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov

Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və
Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə,

Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə,

dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının

müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının
müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və

Məhkum iştirakları ilə,

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2019-cu il tarixli hökmü ilə

Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin)
32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair
cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 dekabr 2019-
cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə
baxaraq,

M Ü Ə Y Y Ə N E T D İ:

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2019-cu il tarixli hökmü ilə

(hakimlər Abdullayev Mehdixan Ədil oğlu (sədrlik edən və məruzəçi), Abdullayev X95
Qismət oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə)

Məhkum, xx xxxx il tarixdə Naxçıvan Muxtar
Respublikasının Naxçıvan şəhərində anadan
olmuş, Azərbaycan Respublikasının vətəndaşı,
evli, orta təhsilli, Xətai Rayon Məhkəməsinin 28
iyul 2016-cı il tarixli hökmü ilə CM-nin 178.2.4-cü
maddəsi ilə təqsirli bilinib cəzasını ümumi rejimli
cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il
müddətə azadlıqdan məhrum etmə cəzasına
məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin

Cinayət Kollegiyasının 21 sentyabr 2016-cı il
tarixli qərarı ilə Xətai Rayon Məhkəməsinin 28
iyul 2016-cı il tarixli hökmü dəyişdirilərək CM-nin
70.1, 70.3-cü maddələrinə əsasən CM-nin
178.2.4-cü maddəsi ilə təyin edilmiş 3 (üç) il
müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki)
il sınaq müddəti müəyyən edilməklə şərti olaraq
tətbiq edilmiş, heç yerdə işləməyən, ünvan 1-də
qeydiyyatda olan və yaşamış,

CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 32.5,
206.3.2-ci maddələri ilə 6

(altı)

il müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6

(altı)

il 6

(altı)

ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu

üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 7 (yeddi) il müddətə
azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 71.5-ci maddəsinə əsasən
Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2016-cı il tarixli qərarı
ilə barəsində tətbiq edilmiş şərti məhkum etmə ləğv olunmuş və CM-nin 67.1-ci
maddəsinin tələblərinə uyğun olaraq ona qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə
müəssisəsində çəkməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin
edilmişdir.

Həmin hökmlə həmçinin X15 CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə

və X18 CM-nin 177.2.2, 178.2.4, 234.1, 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə
təqsirli bilinərək müxtəlif cəzalara məhkum edilmişlər.

İşin halları:

Məhkəmənin hökmünə əsasən, Məhkum Azərbaycan Respublikası Cinayət

Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum
olunmuşdur ona görə ki, o, satış məqsədi ilə külli miqdarda psixotrop maddələri qanunsuz
olaraq əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən
gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə 28 fevral 2018-ci il
tarixdə Bakı şəhərində X15, X18, X16, X14 və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş
digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və
ümumi cinayətkar niyyətə uyğun olaraq 01 mart 2018-ci il tarixdə X7 idarə etdiyi
avtomobillə Biləsuvar Gömrük İdarəsinin qarşısına getdikdən sonra X22 avtomobili
dayanacaqda saxlayaraq həmin gün X16 və X14 ilə birlikdə piyada xətti ilə İran İslam
Respublikasına

getmiş,

04

mart

2018-ci il

tarixdə

X14

qrupun

İran

İslam

Respublikasındakı istintaqla müəyyən edilməmiş üzvlərindən Məhkum çatdırılması üçün 2
bükümdə, külli miqdarda ümumi təmiz çəkisi 49,583 qram təşkil edən metamfetamin
psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq əldə etmiş və cinsiyyət orqanında
gizlətmək üçün X11 vermiş, sonuncu 2 bükümdə, külli miqdarda ümumi təmiz çəkisi
49,583 qram təşkil edən metamfetamin psixotrop maddəsini malların aşkar edilməsini
çətinləşdirən üsullardan istifadə edərək cinsiyyət orqanında yerləşdirib saxlamış, daşımış
və Azərbaycan Respublikasına gətirib Məhkum çatdırılması üçün 04 mart 2018-ci il tarixdə
saat 17 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda Azərbaycan Respublikasının
gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail
olmuşdur.

Hökmdən məhkum X23 və onun müdafiəçisi Bağırova Janna Mirzə qızı tərəfindən

ayrı-ayrılıqda, məhkum X22in müdafiəçisi Məmmədli Ənnağı Əbdül oğlu və Məhkum
tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya
Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Cəfərov Rafiq Musa oğlu (sədrlik edən və
məruzəçi), Soltanov Fuad Kamil oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət
tərkibdə) 27 dekabr 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş,

hökm məhkum X22ə münasibətdə dəyişdirilmişdir, hökm qalan hissədə, o cümlədən
Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmışdır.

Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 dekabr 2019-cu il tarixli

qərarından məhkum X22 tərəfindən verilmiş

kassasiya şikayətinə əsasən işə baxan

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Nəsirov
İnqilab Maşallah oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov
Tahir Lələkişi oğlundan ibarət tərkibdə) 05 avqust 2020-ci il tarixli qərarı ilə həmin
kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının
27 dekabr 2019-cu il tarixli qərarı məhkum X22ə aid hissədə dəyişdirilmiş, qərar qalan
hissədə isə dəyişdirilmədən saxlanılmışdır.

Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 dekabr 2019-cu il tarixli

qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və ona
bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin dəlilləri:

Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həm ibtidai araşdırma

orqanı tərəfindən, həm də ki işə məhkəmələrdə baxılarkən işin faktiki hallarına düzgün
qiymət verilməmiş, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan
sonra mətndə CPM-nin) 143-146-cı maddələrinin tələbləri pozularaq işin halları tam,
hərtərəfli və obyektiv yoxlanılmamış, nəticədə ona qarşı CM-nin 32.5, 206.3.2, 234.4.1 və
234.4.3-cü maddələri ilə əsassız ittiham irəli sürülmüş və o, əsassız olaraq həmin ittiham
üzrə təqsirli bilinərək məhkum olunmuşdur. Məhkum bildirir ki, o, həmin maddələrlə özünü
təqsirli bilmir və hesab edir ki, onun barəsində qəbul edilmiş yekun məhkəmə aktları
qərəzli və qanunsuzdur. Göstərilənlərə əsaslanaraq Məhkum apellyasiya instansiyası
məhkəməsinin qərarının ləğv edilməsini və ona bəraət verilməsini xahiş edir.

Hüquqi məsələlər:

Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, Məhkum həmin şikayətinin

əsas dəlili ondan ibarətdir ki, ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi
sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş və o,
təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Bununla
da, məhkum apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv
edilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində
nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər.

CPM-nin

416.1.2,

416.1.3

416.1.11-ci

maddələrinin

tələblərinə

görə

isə,”kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası
məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək
hüququna malikdir:

416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq

olaraq sübutları tədqiq etmədikdə;

416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə

məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə;

416.1.11.”məhkəmə

cinayət

təqibini

istisna

edən

halların

mövcudluğuna

baxmayaraq ittiham hökmü çıxardıqda.

Odur ki, məhkəmə kollegiyası məhkumun şikayətini kassasiya qaydasında baxılmalı

müraciət kimi görür və buna görə Məhkum barəsindəki yekun məhkəmə aktlarını cinayət
işinin materialları ilə əlaqəli şəkildə yoxlayıb aşağıdakıları qeyd edir.

Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin

kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu
maddəsi müəyyən edir.

Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə

baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən,
kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə

mahiyyəti üzrə baxaraq”müraciətin dəlillərindən asılı olmayaraq”yalnız hüquq məsələləri
üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır.”

Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması,

mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya
instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin
həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin
deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir.

CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi

birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti
olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki,

kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya
qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq
və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş
məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan
qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını
dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni
apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da
onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının
icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya
instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul
edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə
nəticələnməsin).

Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə

baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən
edir.

Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası

məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı
maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından
həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya
instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud
dəyişdirməyə haqlıdır.

Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının

predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin
halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət
verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya
apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya
qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət
qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual

qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və
apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması
dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin
dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb
olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm
də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq
qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə
üstünlüyünün

müəyyən

edilməsi

onların

şəxsin

hər

hansı

cinayətin

törədilməsindətətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür.

Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci

maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini
dövlətin ali məqsədi olduğunu təsbit edir.

Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və

azadlıqlarının müdafiəsinə təminat verir.

Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən

Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət
prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına
hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol
verilməz olduğunu ehtiva edir.

CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir

ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət
tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin)
törədilməsi cinayət məsuliyyətini yaradır.

Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə,

məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının,
bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl
etməlidirlər.

CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən

orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş
insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər.

CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət

mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu
Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata
keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması
yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan
müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli
münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər
materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir.

CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni,

əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə
sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və

qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki,
məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll
edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni

əsaslı

olmalıdır.

(CPM-nin

349.3-cü

maddəsi)

...

Məhkəmə

hökmünün

əsaslılığınınşərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında
tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə
təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri
digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci
maddəsi)

Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə

faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası
məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin
tələblərinə

müvafiq

qaydada

mənsubiyyəti,

mümkünlüyü

mötəbərliyi

üzrə

qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməllərini
törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin
sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə
Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət
etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki,
birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür,
qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas
yoxdur.

Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd

edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir
şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə
edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni hazırki iş üzrə digər məhkumlar

X22in, X23in və şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, bir sıra istintaq
hərəkətlərinin aparılması haqqında protokollarla, habelə maddi sübutlarla və işə əlavə
edilmiş sənədlərlə tam təsdiq edilir.

İş materiallarından görünür ki, istər ilkin araşdırma, istərsə də ibtidai araşdırma

zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən, kassasiya şikayətində
göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması zamanı hər hansı bir qanun
pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq
protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki,
Məhkum satış məqsədi ilə külli miqdarda psixotrop maddələri qanunsuz olaraq əldə etmə,
saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük
nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə 28 fevral 2018-ci il tarixdə Bakı
şəhərində X15, X18, X16, X14 və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər
şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi
cinayətkar niyyətə uyğun olaraq 01 mart 2018-ci il tarixdə X7 idarə etdiyi avtomobillə
Biləsuvar Gömrük İdarəsinin qarşısına getdikdən sonra X22 avtomobili dayanacaqda
saxlayaraq həmin gün X16 və X14 ilə birlikdə piyada xətti ilə İran İslam Respublikasına
getmiş, 04 mart 2018-ci il tarixdə X14 qrupun İran İslam Respublikasındakı istintaqla
müəyyən edilməmiş üzvlərindən Məhkum çatdırılması üçün 2 bükümdə, külli miqdarda
ümumi təmiz çəkisi 49,583 qram təşkil edən metamfetamin psixotrop maddəsini satış
məqsədilə qanunsuz olaraq əldə etmiş və cinsiyyət orqanında gizlətmək üçün X11 vermiş,
sonuncu 2 bükümdə, külli miqdarda ümumi təmiz çəkisi 49,583 qram təşkil edən
metamfetamin psixotrop maddəsini malların aşkar edilməsini çətinləşdirən üsullardan
istifadə edərək cinsiyyət orqanında yerləşdirib saxlamış, daşımış və Azərbaycan
Respublikasına gətirib Məhkum çatdırılması üçün 04 mart 2018-ci il tarixdə saat 17
radələrində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən Biləsuvar
Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda Azərbaycan Respublikasının gömrük
sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olmuşdur.

Məhkəmə kollegiyası işin bu faktiki hallarının arxasında duran, ibtidai araşdırma

zamanı qanuni yolla əldə edilmiş, məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv
araşdırılmış sübutların bir hissəsinə müraciət etməyi zəruri bilir.

Belə ki, Məhkum heç bir təsir və təzyiq göstərilmədən ibtidai araşdırma zamanı

müdafiəçisinin iştirakı ilə şübhəli və 21 may 2019-cu il tarixdə təqsirləndirilən şəxs
qismində dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ətraflı
ifadələr verərək göstərmişdir ki, onun narkotik vasitələrin satışını təşkil etmək məqsədi
olmamışdır. Narkotik vasitələrdən yalnız marixuanadan 2008-ci ilədək istifadə etmiş, daha
sonra tərgitmiş, həmin vaxtdan istifadə etməmişdir. 2017-ci ilin sonunda məclislərin birində
ümumi tanışlarının vasitəsilə X14 ilə tanış olmuşdur. Həmin vaxtdan etibarən X88 ilə yaxın
münasibətdə olmuşdur. X88 gözündə ciddi problemlər olduğunü uzun müddət tanıdığı X15
ilə müzakirə edərkən X31 gedib-gəldiyini bilərək növbəti dəfə getdikdə müalicə məqsədilə
X24nı da özü ilə aparacağını xahiş etmişdir. 27 fevral 2018-ci il tarixdə əvvəllər tanıdığı
narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmuş X18 ona zəng vuraraq, yaşadığı qızın
qalması üçün yerinin olmadığını bildirərək, həmin qızın X24nın yaşadığı evdə qala bilib-
bilməməsi ilə maraqlanmışdır. O, isə öz növbəsində X24 icazə alaraq X91ə qızın X66 ə
birlikdə bir qədər müddət yaşaya biləcəyini bildirmişdir. 28 fevral 2018-ci il tarixdə X91 və
X95 ilə birlikdə X12 rayonunda yaşadığı evə gələrək X95nı onlarla tanış etmişdir. Həmin
vaxt X22 də oraya gəlmiş, X95 və X91lə tanış olmuşdur. O getdikdən sonra X1, X2 və X3
X4nin yaşadığı evdə qalaraq orada X77 özü ilə gətirdiyi narkotik vasitələrdən istifadə
etmişlər və İrandan külli miqdarda narkotik vasitələrin gətirilməsi barədə sövdələşmişlər.
01 mart 2018-ci il tarixdə o, X66 yaşadığı evə gedəndə ona bu barədə məlumatı X66
vermiş, o isə əsəbləşərək, X66 bunu etməməyi tapşırmış və yalnız gözünün müalicəsi
məqsədilə İrana gedəcəyini bildirmişdir. Daha sonra X22 idarə etdiyi “VAZ-21014” markalı
avtomobillə X66 yaşadığı ünvana gedərək X24 və X95nı avtomobilə mindirərək İran İslam
Respublikasına getmək məqsədilə Biləsuvar rayonuna aparmışdır. O, X66 tapşırmışdır ki,
İran İslam Respublikasına keçəndən sonra əvvəllər tanıdığı Həsən adlı şəxsə müraciət

etsin, Həsən də öz növbəsində X66 göz həkiminə aparsın. Bu barədə o, X13 iştirakı ilə
telefon vasitəsilə danışmışdır. X39 Respublikasına keçəndən sonra o, X66 ilə telefon
əlaqəsi yarada bilməmiş, X95 isə X96 ilə X66in telefonu vasitəsilə əlaqə saxlamışdır.
Sonra ona məlum olmuşdur ki, X38 Respublikasına keçəndən sonra X66 və X76 özünün
tanıdığı X adlı şəxsin evinə aparmışdır. Orada X98 həmin evdən külli miqdarda narkotik
vasitə oğurlayaraq qaçmış, ev sahibləri isə buna görə qəzəblənərək, X24 və X95m girov
saxlamaq istəmişlər. Bu barədə X24 ona telefon vasitəsilə bildirmiş, o isə telefonu X adlı
şəxsə ötürməsini tələb edərək, Xdən qadınları gömrük keçid məntəqəsinə gətirməsini
tələb etmiş, əks halda İranda yaşayan tanışları vasitəsilə bu barədə polisə məlumat
verəcəyini bildirmişdir. X qorxaraq onun tələbinə əsasən qadınları Biləsuvar şəhərindəki
“Qoşa təpə” gömrük postunun qarşısına düşürərək, ona bu barədə məlumat vermiş və
təkidlə X22in vurduğu ziyanı aradan qaldırılması məqsədilə X95 və X24ya narkotik vasitə
verdiyini, onun isə həmin narkotik vasitəni Bakı şəhərində satdıqdan sonra əldə edilən
pulu İrana göndərilməsini xahiş etmişdir. O razılaşaraq X narkotik vasitəni X95ya
ötürməsini demiş və X adlı şəxsdən qadınların sərhədyanı mehmanxanaların birinə
yerləşdirilməsini xahiş etmişdir. Daha sonra X qayıdaraq X95 ilə görüşüb verilən meyvə
səbətində narkotik vasitə yerləşdirərək daxili orqanında gizlədib keçirməsini xahiş etmişdir.
Bu barədə X24 ona məlumat verdikdə, o, X66 narahat olmamasını bildirərək, keçirəcəkləri
narkotik vasitəni satmayacağını, sadəcə X onların girov saxlamaq istədiyinə görə daha da
çox ziyan vurmaq məqsədilə X66, X87 və X88 özlərinin az-az istifadəsi üçün
saxlayacağını bildirmişdir.

Göstərilən dövrdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmiş məhkumlar

X22 və X23 də Məhkum ifadələrinə analoji olan ifadələr vermişlər.

Birinci instansiya məhkəməsinin məhkəmə iclasında təqsirləndirilən şəxslər ibtidai

araşdırma zamanı verdikləri ifadələrindən imtina edərək həmin ifadələrdə göstərdiklərini
inkar etsələr də məhkəmə onların sonuncu ifadələrinə tənqidi yanaşmış və məhkəmə
iclasında elan olunaraq tədqiq edilmiş təqsirləndirilən şəxslərin ibtidai araşdırma zamanı
verdikləri ifadələrə üstünlük vermişdir.

Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin bu hərəkəti qanuni olmuş, çünki

digər sübutlarla yanaşı məhkumların ibtidai araşdırma zamanı verdikləri ifadələrin
qanunsuz yolla əldə edilməsi, yəni ibtidai aradırma orqanı tərəfindən CPM-nin 125.2-ci
maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə sübutların əldə edilməsi halı iş
materialları ilə müəyyən edilmir.

CPM-nin 125.2-ci maddəsinə əsasən isə, yalnız aşağıdakı hallarda əldə edilmiş

məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə
yol verilmir:

125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud

bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla
təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu
sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda;

125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani,

yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə;

125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət

mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə;

125.2.4. cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah

edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış
başa düşməsindən istifadə etməklə;

125.2.5. cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual

hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə;

125.2.6. cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli

olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə;

125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud

pozuntularla aparıldıqda;

125.2.8. sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini,

mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda;

125.2.9. məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan

mənbədən alındıqda;

125.2.10. müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda.
X16 ibtidai istintaq zamanı 06 mart 2018-ci il tarixdə təqsirləndirilən şəxs qismində

verdiyi ifadəsində göstərmişdir ki, 2018-ci ilin fevral ayının 26-da əvvəllər tanıdığı, qeyri-
rəsmi olaraq ər-arvad münasibətində olduğu X95 adlı şəxs ona zəng edərək işi olduğunu
bildirib, Xgilə qonaq çağırmış, onunla razılaşmış və X95 bir neçə saat sonra X974ın
maşını ilə onu götürməyə gəlmiş, onunla birlikdə Suraxanı qəsəbəsində X974ın yaşadığı
evə gəlmişdir. X974ı bir neçə il öncədən tanımışdır. Oraya gəldikdə X95 söhbətinin uzun
olacağını, ona görə də qalmasını bildirmiş, sonradan həmin mənzilin X974ın qeyri-rəsmi
nikahda olduğu X66 adlı şəxsin evi olduğunu öyrənmişdir. X974 X66nin gözünü müalicə
etdirmək üçün İrana gedəcəyini bildirmiş, onlara İrana getməkdə məqsədlərinin X66nin
gözünü müalicə etdirmək, yoxsa bu bəhanə ilə narkotik vasitə gətirmək olduğunu
soruşmuşdur. Onlar X66nin gözünü müalicə etdirəcəyini və geri qayıdarkən özü ilə
birlikdə narkotik vasitə gətirəcəyini bildirmiş, X95 ona X66 ilə birlikdə İrana getməyi,
orada X66yə köməklik etməyi, geri qayıdarkən gömrükdə diqqət çəkməmək üçün ona
yardım etməsini tapşırmışdır. X95lə razılaşıb gecəni X95lə birlikdə orada keçirmiş, evdə
olarkən X974ın telefonuna “whatsapla” zəng gəlmiş, X974 videogörüntü vasitəsilə iranlı
bir şəxslə danışmış, iranlı X974dan gəlib-gəlməyəcəyini soruşmuş, X974 da qızların
hazır olduğunu bildirmişdir. Ertəsi gün X95 X adlı bir nəfərlə gələrək onun da onlarla
İrana gedəcəyini, narkotik vasitəni nisyə alacaqlarına görə X99ın orada girov qalacağını
bildirmiş, bundan sonra onlar birlikdə X974ın dalınca onun yaşadığı evə getmişlər.
Məhkum axşam radələrində X95lə birlikdə qayıtmışdır. Sonra X99 adlı şəxs də oraya
gəlmiş, X gəldikdən sonra 28 fevral 2018-ci il tarixdə gecə səhərə qədər İrana getmələri,
orada kimlərin qarşılayacağı, harada qalacaqları barədə söhbətlər aparılmış, səhər
tezdən X99ın avtomobili ilə onun evinə getmiş, orada X yol tədarükü gördükdən sonra 01
mart 2018-ci il tarixdə özü və X66 Xın avtomobili ilə Biləsuvar Gömrük İdarəsinin
qarşısına gəlmişlər. Piyada xətti ilə gömrük nəzarəti nəyata keçirilən salona daxil olmuş,
pasport qeydiyyatından keçərkən X66ni bir müddət saxlayıb sorğu-sual etmişlər.
Təxminən yarım saat sonra X66 də gəlmiş, onlar İran tərəfə keçdikdən sonra gömrüyün
qarşısında onları bir nəfər iranlı qarşılamış, həmin şəxs Xnı tanımış, bir avtomobilə minib
Ərdəbil şəhərinə, həmin şəxsin evinə getmişlər. İranlının adı X69 olmuş, həmin gün
orada gecələdikdən sonra ertəsi gün X44 narkotik vasitə almaq üçün evdən çıxmış və
axşam radələrində geri qayıtmışdır. X planın dəyişdiyini və alacaqları narkotik vasitəni
X66 yox, onun gömrükdən keçirəcəyini bildirmiş, səbəbini soruşanda X İrana gələrkən
X66ni saxlayıb sorğu-sual etdiklərinə görə narkotik vasitəni onun apara bilməyəcəyini
demişdir. Bu barədə X974la telefonla danışmış, X974 da X dediklərini bildirmiş və eyni
zamanda, narkotik vasitəni Bakıya gətirdikdən sonra ona da pul verəcəyini bildirmiş, pula
ehtiyacı olduğuna görə razılaşmışdır. X69 geri qayıtdıqdan sonra onlara lazım olan
narkotik vasitəni gecə saatlarında alacağını və onları səhər tezdən yola salacağını
bildirmiş, gecə saatlarında X69 dediyinə görə 70 qram “kakos” və 150 qram “şüşə”
narkotik vasitəsi gətirmiş, X99 həmin narkotik vasitələrdən istifadə etmiş və kefiyyətinin
yaxşı olduğunu demişdir. Sabahı gün yola çıxmağa razılaşmışlar. Gecəni yatıb səhər
qalxarkən X99ın artıq qaçıb getdiyini öyrənmiş, X66 X974la əlaqə, saxlayaraq X99ın
qaçdığını və X69in narkotik vasitə vermək istəmədiyini bildirmişdir. X974 X69ə onlara heç
nə verməməyi və geri qayıtmalarına kömək etməyi xahiş etmişdir. X69 taksi tutaraq
onları yolun yarısına qədər aparmış və orada başqa taksi tutaraq gömrüyə getmələrini
tapşırmışdır. İran İslam Respublikasının Biləsuvar şəhərinə gələndə orada onları bir nəfər
iranlı qarşılamış, gömrüyün artıq bağlandığını bildirib gecəni qalmaq üçün onları
yaxınlıqdakı otellərdən birinə aparmış, həmin iranlının adı X12 olmuş və həmin şəxs də
X974ın tanışı olmuşdur. X974 onlara narkotik vasitəni X12ın verəcəyini demiş, gecə
oteldə olarkən X974 zəng edərək, X12ın otelin qarşısında olduğunu və narkotik vasitəni

ondan götürməsini bildirmiş, aşağı düşdükdə onu oteldən buraxmamışlar. Buna görə
X12la ertəsi gün görüşməli olmuş, səhər 9 radələrində həmin iranlı otelin yanına gəlmiş
və birlikdə bir evə getmişlər. Orada iranlı narkotik vasitə gətirərək, onu X66yə vermiş,
X66 onu yanına çağıraraq iki ədəd bağlama verib ondan onları gömrükdən keçirməsini
bildirmiş, onunla razılaşıb iki bağlamanı götürmüş, həmin bağlamaların içərisində “şüşə”
olmuş, içərisində "şüşə”olan bağlamaları cinsiyyət orqanında gizlətmişdir. Bundan sonra
həmin iranlı öz avtomobili ilə onları İran gömrüyünün qarşısına gətirmiş, ondan ayrılaraq
İran gömrüyünü keçib saat 17 radələrində “Qoşa Təpə” gömrük postunun gömrük
nəzarəti zonasına daxil olmuşlar. Gömrüyə daxil olmazdan əvvəl X66 ona diqqət
çəkməmələri üçün ayrılıqda keçmələrini bildirmiş və ona gömrüyü ondan əvvəl keçməsini
tapşırmışdır. Gömrük nəzarətindən keçmək üçün əl yüklərini orada olan rentgen
qurğusuna qoymuş, gömrük əməkdaşı sorğu-sual apararaq, üzərində və əl yüklərində
yoxlama aparacağını bildirmişdir. Yoxlama zamanı qorxduğu üçün ağlamağa başlamış,
gömrük əməkdaşları onun davranışından şübhələndiyi üçün onu hal şahidlərinin iştirakı
ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparmış, orada həkim müayinəsi zamanı
cinsiyyət orqanında gizlətdiyi iki ədəd bağlamanın aşkar ediləcəyini başa düşdüyü üçün
özü həmin bağlamaları çıxarıb gömrük əməkdaşına vermiş, bundan sonra aşkar edilmiş
iki ədəd bağlamaya baxış keçirilmiş və həmin bağlamalarda metamfetamin psixotrop
maddəsi olduğu müəyyən edilmiş, bu barədə protokol tərtib edilmiş, həmin protokolu
imzalamışdır. İrandan narkotik vasitə əldə edərək ölkə ərazisinə gətirməyi X974 ona təklif
etmiş, X974gildə olarkən sonuncu İrandan narkotik vasitə gətirmək lazım olduğunu
demiş, lakin narkotik vasitəni X66 gətirməli və özü ancaq X66nin yanında olmalı idi. Belə
razılaşmanın olmasına baxmayaraq sonradan, yəni İranda olarkən plan dəyişmiş və
X974 telefonda ona narkotik vasitəni özünün gətirməsini demiş, X974 onunla söhbət
edən zaman X95 də yanlarında olmuş və onun da onların İrana narkotik vasitə gətirmək
üçün getmələri barədə məlumatı olmuşdur. X974ın narkotik vasitələrin alqı-satqısı ilə
məşğul olduğunu bilir, eyni zamanda, özü də narktik vasitə istifadə ədir. X18 narkotik
vasitələrin alqı-satqısı ilə məşğul olmuşdur. Eyni zamanda, onlar İrana gedərkən X95
narkotik vasitə gətirəcəkləri halda yaxşı pul qazanacaqlarını demişdir.

X14 təqsirləndirilən şəxs qismində dindirlərkən göstərmişdir ki, fevral ayının 26-da

X974 X95 adlı dostu ilə onlarda olarkən X95 öz tanışı X92 adlı qızın ev problemi
olduğunu bildirmiş, X974 bunu eşitdikdən sonra ondan X92nin 2-3 gün evində qala bilib-
bilməyəcəyini soruşduqda onunla razılaşmışdır. X95 X974ın maşını ilə X92ni gətirmiş,
oturub söhbət etməyə başlamışlar. Söhbət zamanı o, gözünü müalicə etdirmək üçün
İrana gedəcəyi barədə danışarkən X974 X92nin onunla birlikdə gedəcəyini, gələrkən
narkotik vasitə də gətirəcəyini, gedərkən dostu X99ın da onlarla gedəcəyini bildirmişdir.
Onların təklifi ilə razılaşmışdır. 28 fevral 2018-ci il tarixdə axşam saatlarında X99 onlara
gəlmiş, X99 gəldikdən sonra gecə İrana getmələri, orada onları kimlərin qarşılayacağı,
harada qalacaqları barədə danışılmışdır. Səhər, yəni 01 mart 2018-ci il tarixdə X92 ilə
X99ın avtomobilində Biləsuvar Gömrük İdarəsinin qarşısına gəlmişlər. Gömrük
nəzarətində pasport qeydiyyatından keçərkən onu bir müddət saxlayıb sorğu-sual
etmişlər. İran tərəfə keçdikdən sonra birlikdə gömrük məntəqəsinin qarşısında onları
gözləyən iranlının yanına getmişlər. Həmin şəxs X99ın tanışı X69 adlı şəxs olmuşdur.
Sonra avtomobilə minib X69in evinə getmiş, gecəni orada qalmışlar. Ertəsi gün X69
narkotik vasitə almaq üçün evdən çıxmış və axşam radələrində geri qayıtmış, hələ
narkotik vasitə tapa bilmədiyini bildirmişdir. Məcbur qalıb həmin axşamı X69in evində
qalmışlar. Səhəri gün onlar X99ın artıq getdiyini öyrənmiş, X69 X99ın qaçdığını bildikdən
sonra onları girov saxlayacağını bildirmişdir. O, yəni X71 Məhkumla əlaqə saxlayaraq
X99ın qaçdığını və X69in narkotik vasitə müqabilində onları girov saxlamaq istədiyini
bildirmişdir. X974 X69ə onların geri qayıtmalarına kömək etməyi xahiş etmiş və bu
barədə razılığa gəlmiş, bundan sonra X69 taksi tutaraq onları yolun yarısına qədər
aparmış və orada onları başqa taksiyə mindirərək yola salıb özü isə geri qayıtmışdır.
Taksi ilə İran İslam Respublikasının Biləsuvar şəhərinə gəldikdə onları X974ın tanışı olan
X12ın qardaşı Güloğlan adlı İranlı qarşılamışdır. O, gömrük məntəqəsinin artıq

bağlandığını bildirdikdən sonra gecəni qalmaqdan ötrü onları yaxınlıqda yerləşən
otellərdən birinə aparmışdır. Oteldə olarkən X974 zəng edib ona meyvənin içərisində
onlara narkotik vasitə gətirəcəklərini və həmin narkotik vasitəni götürməsini demişdir. X92
narkotik götürmək üçün aşağı düşmüş, lakin oteldən buraxmadıqlarına görə geri
qayıtmışdır. Bundan sonra Məhkum növbəti gün gəlib onları oteldən götürəcəklərini və
narkotik vasitəni də həmin gün verəcəklərini bildirmişdir. Ertəsi gün üç nəfər iranlı onları
oteldən götürüb bir evə aparmış, həmin şəxsləri də X974 göndərmişdir. Evdə olarkən
onlardan biri iki bükümdə narkotik vasitə gətirmiş, X92 narkotik vasitəni götürüb tualetə
getmiş və orada iki ədəd bağlamada olan narkotik vasitəni cinsiyyət orqanına
yerləşdirmişdir. Bundan sonra həmin iranlılardan biri öz avtomobili ilə onları İranın
gömrük məntəqəsinin qarşısına gətirmiş, X92 birinci olaraq məntəqədən keçmiş, həmin
məntəqəni sonra “Qoşa Təpə" gömrük postunun piyada xəttinə daxil olub, pasport
nəzarətindən keçmiş və gömrük nəzarəti zonasına daxil olmuş, orada olan gömrük
orqanının əməkdaşı şifahi sorğu-sual apararaq üzərində və əl yükündə qanunla qadağan
edilmiş hər hansı predmetin olub-olmadığını soruşmuş, varsa könüllü təhvil verməsini
təklif etmiş, o, da üzərində və əl yüklərində qanunla qadağan edilmiş hər hansı predmetin
olmadığını bildirmiş, gömrük orqanının əməkdaşı üzərində şəxsi yoxlama aparmaq üçün
onu yoxlama otağına aparıb orada hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirilmiş,
lakin qanunla qadağan edilmiş hər hansı predmet aşkar edilməmişdir. Bundan sonra
gömrük orqanının əməkdaşları X92ni Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparmış,
yolda həmin əməkdaşlardan biri yoxlama zamanı X92nin cinsiyyət orqanından narkotik
vasitə aşkar edildiyini bildirmişdir. Xəstəxanada həkim tərəfindən onun da daxili orqanları
müayinə edilmiş, müayinə zamanı hər hansı qadağan edilmiş predmet aşkar
edilməmişdir. X71 həmçinin göstərmişdir ki, X31nın narkotik vasitə gətirməsi barədə
məlumatı evində olarkən X974ın X95lə bu barədə danışıqlarından eşitmişdir. X92 onunla
söhbəti zamanı həmin narkotik vasitəni birlikdə yaşadığı X95 adlı şəxsin qazanc əldə
etməsi üçün gətirəcəyini bildirmişdir. X69 adlı şəxsi İrana gedərkən görmüş, lakin X69in
X99 və X974ın tanışı olduğunu bilmiş, hətta X69 bir neçə dəfə onlarla videogörüntü
vasitəsilə danışarkən özü də onunla danışmışdır.

Cinayət işinin materiallarında olan 03 may 2018-ci il tarixli telefon məlumatlarına

baxış keçirilməsi haqqında protokoldan görünür ki, X4 istifadəsində olan ***-***-**-** saylı
mobil telefon nömrəsi ilə Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil nömrə
arasında 03 mart 2018-ci il tarixdən saat 19:37-dən 04 mart 2018-ci il tarixə saat 23:27-
yə kimi telefon danışıqları olmuşdur.

11 noyabr 2018-ci il tarixli vahid avtomatlaşdırılmış idarəetmə sisteminə baxış

keçirilməsi haqqında protokoldan göründüyü kimi, X1 dəfə 01 mart 2018-ci il tarixdə saat
15:28-də Biləsuvar sərhəd nəzarət məntəqəsində pasport nəzarətindən keçməklə
Azərbaycan Respublikasının ərazisini tərk etmiş, 03 mart 2018-ci il tarixdə, saat 13:24-də
Biləsuvar sərhəd nəzarət məntəqəsində pasport nəzarətindən keçməklə Azərbaycan
Respublikasına geri qayıtmışdır. 11 noyabr 2018-ci il tarixdə, saat 14:05-də ölkəni tərk
etmək istəyərkən saxlanılaraq Dövlət Gömrük Komitəsinə təhvil verilmişdir.

Məhkəmə fiziki-kimyəvi ekspertizasının 06 aprel 2018-ci il tarixli rəyinə əsasən,

tədqiqata təqdim edilmiş üzərində X16 barəsində...” sözləri yazılmış, içərisində iki ədəd
bükümdə ağ rəngli kristallik formada təmiz çəkisi ayrı-ayrılıqda 27,245 qram və 22,288
qram (ümumi 49,533 qram) maddələr dövriyyəsi qadağan edilən psixotrop maddə
metamfetamindir. Təqdim edilmiş maddələrin ilkin təmiz çəkisi ayrı-ayrılıqda 27,275 qram
və 22,308 qram (ümumi 49,583 qram) müəyyən edilmişdir (05.03.2018-ci il tarixli arayış
№ 5723). Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş,
məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə
Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və
istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahısı”nın 1-ci
siyahılarına daxildir.

12 iyun 2019-cu il tarixli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən

görünür ki, müayinə zamanı Məhkum çətənə bitkisi preparatlarından istifadə etmə halları
olmuşdur, lakin hal-hazırda onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, o,
narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı
yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür.

Sonradan, o cümlədən işə birinci instansiya məhkəməsində baxılarkən,

məhkumların, o cümlədən Məhkum əvvəllər verdiyi ifadələrindən imtina etmələrinə və
heç bir cinayət əməli törətmədiklərini bəyan etmələrinə baxmayaraq, məhkəmələr
tamamilə haqlı olaraq məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla yanaşı həmçinin
adları çəkilən təqsirləndirilən şəxslərin və şahidlərin ibtidai araşdırmanın ilkin
mərhələsində verdikləri ifadələrinə də əsaslanmışlar.

CPM-nin 28.5-ci maddəsinin tələbi ondan ibarətdir ki, şəxsin cinayət törətməkdə

təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri
digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

CPM-nin 146.1-ci maddəsində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış

sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir
həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər
və yekun nəticəyə gəlməyə imkan versin.

CPM-nin 349.5-ci maddəsinin tələblərinə görə aşağıdakı hallarda məhkəmənin

hökmü əsaslı hesab edilir:

349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş

sübutlara əsaslandıqda;

349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə;
349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun

gəldikdə.

Əvvələ məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, cinayət işinin materialları ilə

istər ibtidai araşdırma zamanı sübutların toplanması, istərsə də həmin sübutların
məhkəmə iclaslarında tədqiq edilməsi zamanı CPM-nin 125.2-ci maddəsində nəzərdə
tutulmuş hər hansı pozuntulara yol verilməsi müəyyən edilmir.

Digər tərəfdən, CPM-nin 349.5-ci maddəsinin tələblərindən çıxış edərək məhkəmə

kollegiyası hesab edir ki, “məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında
tədqiq edilmiş sübutlara əsaslandıqda” müddəası təqsirləndirilən şəxsin, zərərçəkmişin və
ya şahidin təkcə onların məhkəmədə verdiyi ifadələrini deyil, həmçinin həmin şəxslərin
ibtidai araşdırma zamanı verdikləri ifadələrini də nəzərdə tutur o şərtlə ki, həmin ifadələrin
qanunsuz yolla (CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol
verilməklə) alınması müəyyən edilməmiş olsun, buna görə belə ifadələr məhkəmə
tərəfindən sübutlar siyahısından çıxarılmasın, bu ifadələr digər sübutlarla təsdiq edilsin və
və qanuni yolla alınmış ifadələr kimi məhkəmə iclasında tədqiq edilərək onlara yekun
məhkəmə aktlarında məcmu qaydasında qiymət verilsin.

İş materiallarından görünür ki, Məhkum ibtidai araşdırma zamanı fiziki və ya psixi

təsirlər altında ifadələr verməsi, onun dindirilməsi zamanı CPM-nin 90 və 91-ci
maddələrində nəzərdə tutulmuş müvafiq olaraq şübhəli və ya təqsirləndirilən şəxsin
hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması müəyyən edilməmiş və həmin
ifadələr digər sübutlarla, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması
haqqında protokollarla, məhkəmə ekspertizalarının rəyləri ilə və başqa sübutlarla tam
təsdiq edilmişdir.

Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək hesab edir ki, işə baxan

məhkəmələr CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış
sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin
146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətlərin
törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında
qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməllərini CM-nin 32.5, 206.3.2, 234.4.1 və
234.4.3-cü maddələri ilə düzgün tövsif etmişlər.

Bu səbəbdən məhkəmə kollegiyası vurğulayır ki, baxılan işdə CPM-nin 42-ci

maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası

məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-nin 416-cı maddəsində
göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir.

Məhkumun kassasiya şikayətində Məhkum həm təqsirli bilindiyi CM-nin ayrı-ayrı

maddələri ilə, həm də cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaların həddindən artıq
ağır olması mübahisələndirilmədiyindən və bu cəzanın yüngülləşdirilməsi barədə tələb irəli
sürülmədiyindən, birinci instansiyası məhkəməsi isə adı çəkilən məhkumun barəsində
cəza tədbiri seçərkən iş üzrə müəyyən olunmuş bütün halları nəzərə alaraq bu məsələnin
həlli zamanı maddi hüquq normalarının – CM-nin 8, 41, 58 və 59-cu maddələrinin
tətbiqində pozuntuya yol vermədiyindən, apellyasiya instansyası məhkəməsi də düzgün
olaraq bununla razılaşdığından məhkəmə kollegiyası göstərilən məsələnin təkrarən
müzakirə edilməsinə ehtiyac görmür və kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq
məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi və ya həmin cəzanın şərti olaraq tətbiq
edilməsi üçün əsaslar tapmır.

Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan

qaydada təhlil edib Məhkum kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və
sonuncunun həmin şikayətin təmin edilməsi, dövlət ittihamçısı H.B.İmranovun isə
kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki,
kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 32,5, 206.3.2, 234.4.1 və 234.4.3-cü
maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya
Məhkəməsinin Cinayət Kollegiyasının 27 dekabr 2019-cu il tarixli qərarı isə kassasiya
şikayətinə münasibətdə və Məhkum aid olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

Şərh

edilənlərə

əsasən

Azərbaycan

Respublikası

Cinayət-Prosessual

Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali
Məhkəməsinin Cinayət Kollegiyası

Q Ə R A R A

A L D İ:

Kassasiya şikayəti təmin edilməsin.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü

maddələri ilə təqsirlibilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Şirvan
Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 dekabr 2019-cu il tarixli qərarı
kassasiya şikayətinə münasibətdə və Məhkum aid olan hissədə dəyişdirilmədən
saxlanılsın.