1[102]-1386/2022 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 1(102)-1386/2022

15.09.2022

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Cinayət kollegiyasının

Q Ə R A R İ

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər

Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və
Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5,
Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası
məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6,
Məhkum1 iştirakı ilə,

Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2022-ci il tarixli,

1(103)-66/2022 nömrəli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş
X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı4 tərəfindən verilmiş
kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi.

I. İşin halları

1. Məhkum1 xx xxxxx 1991-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş,

Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum
olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmuşdur.

2. 07 dekabr 2020-ci il tarixli ittiham aktına görə Məhkum1 qarşı Azərbaycan

Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”)
181.2.1, 181.2.5, 228.1 və 263-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham
verilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, silah qismində
istifadə olunan əşyadan istifadə etməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə
hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya
belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə quldurluq etmiş,
qanunsuz olaraq odlu silah əldə edib saxlamaqla daşımış, sürücülük hüququ
olmadan nəqliyyat vasitəsi idarə edərək yol hərəkəti və nəqliyyat vasitələrinin
istismarı qaydalarım pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az
ağır zərər yetirilməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir.

Belə ki, Məhkum1 özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Məhkum2,

X9, X11 və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 21 may 2020-ci il
tarixdə saat 00:15 radələrində istifadəsində olan «Hyundai Sonata” markalı, 90RJ102
dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 2 ünvanın qarşısına gələrək tanışları

Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs2 həmin yerə gətirdikdən soma aralarında olan
vəzifə bölgüsünə əsasən Məhkum2 qrupun digər üzvü Cahandar Əliyev ilə birlikdə
Zərərçəkmiş şəxs2 zorla onun idarə etdiyi «Hyundai Sonata» markalı, 90RJ102
dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirdikdən sonra avtomobilin içərisində
hücuma məruz qalmış Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün təhlükəli
zorakılıqla bağlı olan basqın edib Məhkum2, Cahandar Əliyev və X18 İsgəndərovun
sifət və bədəninin müxtəlif nahiyələrinə əl zərbələri ilə vuraraq sonuncuya üst
dodağın selikli qişa səthinin, boynun sıyrıqları, sol baldırın qançırları ilə nəticələnən
sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş,
Məhkum2 üzərində gəzdirdiyi, soyuq silah hesab edilən zavod üsulu ilə istehsal
edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağını
Zərərçəkmiş şəxs2 göstərib nümayiş etdirməklə həmin bıçaqla sonuncuya zor tətbiq
edəcəyi ilə hədələyib əlindəki içərisində arvadı Zərərçəkmiş şəxs1 qızma məxsus
500 manat nağd pul və 1 ədəd 5 manat dəyərində balansında pul olmayan «Viza»
kartı olan 1 ədəd 10 manat dəyərində «Bont Blanc» markalı pul qabısını, əynindəki
şalvarının sol cibində olan arvadı Zərərçəkmiş şəxs1 məxsus 150 manat, sağ cibində
olan özünə məxsus 15 manat nağd pulunu, Tofiq Fərəcov isə 150 manat dəyərində
«Swatch» markalı qol saatını və əlində olan Röyal İsgərdərovun arvadı Zərərçəkmiş
şəxs1 məxsus, 600 manat dəyərində «Samsung A30» markalı mobil telefon aparatını
ələ keçirərək, əldə etdikləri pul vəsaitindən 20 manatını idarə etdiyi avtomobilinə
yanacaq doldurması üçün ona verməklə ümumilikdə zərərçəkmiş şəxslər
Zərərçəkmiş şəxs2 175 manat, Zərərçəkmiş şəxs1 isə 1255 manat məbləğində
maddi ziyan vurmaqla quldurluq etmişdir.

Bundan başqa, Məhkum1 «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası

Qanununun 37-d maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq Bakı
şəhər DYPİ-nin qərarı ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müddətə
sürücülük hüququndan məhrum edildiyi halda sürücülük hüququ olmadan 21 may
2020-ci il tarixdə saat 04 radələrində, idarə etdiyi, atası Şahid10 məxsus «Hyundai
Sonata» markalı, 90RJ102 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami
rayonu, R.Rüstəmov küçəsi ilə Bakıxanov qəsəbəsi istiqamətdə hərəkətdə olarkən,
həmin gün saat 00:15 radələrində Zərərçəkmiş şəxs2 qarşı quldurluq cinayəti
törədilməsi ilə əlaqədar Nizami RPİ-nin PPXB-nin əməkdaşlarının saxla işarəsinə
tabe olmayaraq avtomobilin sürətini artırmaqla eyni istiqamətdə hərəkətini davam
etdirərək, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı
maddəsinin 1-ci hissəsinin 3- cü bəndinin tələblərini pozaraq, yəni hərəkət üçün
təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə
qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyərək
yol hərəkəti və nəqliyyat vasitəsilərinin istismarı qaydalarını pozub avtomobili yüksək
sürətlə hərəkət etdirərək idarəetməni itirməklə əks yol ilə hərəkətdə olan
avtomaşınların yoluna çıxmış, bu zaman Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov
küçəsi 2445-ei məhəllədə yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin
qarşısında, əks istiqamətdən hərəkətdə olan Zərərçəkmiş şəxs4 Əhzamin oğlunun
idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «QAZ-33021» markalı 10NS281
dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması nəticəsində ehtiyatsızlıqdan idarə
etdiyi avtomobildə qabaq sağ oturacaqda əyləşmiş sərnişin Zərərçəkmiş şəxs3 sağ
diz qapağının cisminin qapalı yerini dəyişmiş sınığı ilə müşayiət olunan, sağlamlığa
az ağır zərər vurmaya aid xəsarətlər, avtomobilin arxa oturacağında əyləşmiş digər
sərnişin Məhkum2 təpə nahiyəsinin şişkinlik halında əzilməsi, sol gözaltı nahiyəsinin,
sol qulaq seyvanının arxa səthinin, sol baldırın ön səthinin qançırları, sol yanaq

nahiyəsinin, boynun sağ-ön səthinin, döş qəfəsinin arxa səthinin sağ yarısının
sıyrıqları ilə müşayiət olunan, sağlamlığa zərər vurmadıqlarından dərəcələri təyin
edilməyən xəsarətlər, «QAZ-33021» markalı avtomobilin sürücüsü Zərərçəkmiş
şəxs4 hərəkət məhdudluğu ilə müşaiyət olunan sağ diz oynağının şişkinlik halında
əzilməsi ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül
zərərvurmaya aid xəsarətlər almasına və «QAZ-33021» markalı 10NS281 dövlət ,
qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs4 2870
manat maddi ziyan dəyməsinə səbəb olmuşdur.

Bundan əlavə, Məhkum1 istintaqa məlum olmayan vaxtda və mənbədən

qanunsuz olaraq odlu silah hesab edilən, zavod üsulu ilə, keçmiş «SSRİ» dövlətində,
1955-ci ildə Tula silah zavodunda istehsal olunmuş 114814 nömrəli, 16 kalibrli TOZ-
B modelli hamar qoşalüləli çaxmaqlı, lüləsi və qundağı kustar üsulu ilə kəsilməklə öz
təyinatım itirmiş texniki cəhətdən saz və atəş üçün yararlı olan ov tüfənginin kəsiyini
(obrezi) və 2 ədəd zavod üsulu ilə, xarici dövlətdə istehsal olunmuş 16x70 kalibrli,
həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov
sursatı hesab olunan patronlar əldə edərək idarə etdiyi «Hyundai Sonata» markalı,
90RJ102 dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, 21 may 2020-ei il
tarixdə saat 04 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 2445-ci
məhəllədə yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin qarşısında Nizami
RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən, həmin gün saat 00:15-də Zərərçəkmiş
şəxs2 qarşı quldurluq cinayəti törədilməsi ilə əlaqədar şübhəli şəxs qismində
saxlanılaraq idarə etdiyi «Hyundai Sonata» markalı, 90RJ102 dövlət qeydiyyat
nişanlı avtomobilə baxış keçirilərkən, avtomobilin yük yerindən həmin təyinatım
itirmiş 16 kalibrli TOZ-B modelli ov tüfənginin kəsiyim (obrezi) və 2 ədəd 16/70 kalibrli
ov sursatı hesab olunan patronlar aşkar edilərək götürülmüşdür.

Bununla da, Məhkum1 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.5, 228.1

və 263-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.

3. 09 fevral 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq

iclasının qərarı ilə Məhkum1 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham
üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına

görə, Məhkum1 tanışları Məhkum2, X10, X11 ilə 21 may 2020-cı il tarixdə, saat
00:15 radələrində, idarə etdiyi «Hyundai Sonata» markalı, 90RJ102 dövlət qeydiyyat
nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Y.Səfərov küçəsi ilə gedərkən
avtomobildə olan və yuxarıda adları çəkilən şəxslərin xahişi ilə həmin küçədə 5 saylı
ünvanın qarşısında olarkən onun idarə etdiyi avtomobildə əyləşən şəxslər
əvvəlcədən tanıdıqları Şahid1 vasitəsilə yaxınlıqda yaşayan X3 olduqları yerə
çağırtdırıb, sonra isə onu avtomaşında əyləşməyə dəvət edib oturtduqdan sonra
avtomobilin içərisində Məhkum1 etirazlarına baxmayaraq Zərərçəkmiş şəxs2 qarşı
zorakı hərəkətlər edərək onun həyatı və sağlamlığı üçün təhlükəli zorakı hərəkətlər
edib Məhkum2, Cahandar Əliyev və Tofiq Fərəcov Zərərçəkmiş şəxs2 sifət və
bədəninin müxtəlif nahiyələrinə əl zərbələri ilə vuraraq üst dodağın selikli qişa
səthinin, boynunun sıyrıqları sol baldırın qançırları ilə nəticələnən sağlamlığa zərər
vurmadıqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmişdir. Məhkum2
üzərində gəzdirdiyi, soyuq silah hesab edilən zavod üsulu ilə istehsal edilmiş, bir
tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağını Royal
İsgəndərova göstərib nümayiş etdirməklə həmin bıçaqla sonuncuya zor tətbiq
edəcəyi ilə hədələyib əlində olan içərisində arvadı Zərərçəkmiş şəxs1 məxsus 500
manat nağd pul və 1 ədəd 5 beş manat dəyərində balansında pul olmayan «Viza»

kartı olan 1 ədəd 10 manat dəyərində «Bont Blanc» markalı pul qabını, əynindəki
şalvarının sol cibində olan arvadı Nəimin Qulivevaya məxsus 150 manat, sağ cibində
olan özünə məxsus 15 manat nağd pulunu, Tofiq Fərəcov isə 150 manat dəyərində
«Swatch» markalı qol saatını və əlində olan Zərərçəkmiş şəxs2 arvadı Zərərçəkmiş
şəxs1 məxsus 600 manat dəyərində «Samsung A30» markalı mobil telefon aparatını
ələ keçirərkən Məhkum1 onlara qarşı etdiyi etirazlara məhəllə qoymayıb ümumilikdə
zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 175 manat, Nərminə Quliyevaya 1.255
manat məbləğində maddi ziyan vurmaqla quldurluq edərkən, avtomobili idarə edən
Məhkum1 avtomobildə əyləşən Məhkum2, Cahandar Əliyev və Tofiq Fərəcovun
quldurluq hərəkətlərini qarşını almağa cəhd etsə də, buna nail ola bilməmiş və
avtomaşını idarə edərkən həyəcanlanıb Azərbaycan Respublikası «Yol hərəkəti
haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-
ci bəndinin tələblərini pozaraq Bakı şəhər DYPİ-nin qərarı ilə xx.xx.2020-ci il tarixdən
xx.xx.2020-ci il tarixədək müddətə sürücülük hüququndan məhrum edildiyi halda
sürücülük hüququ olmadan 21 may 2020-ci il tarixdə, saat 04 radələrində, idarə
etdiyi, atası Şahid10 məxsus «Hyundai Sonata» markalı 90RJ102 dövlət qeydiyyat
nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ilə Bakıxanov
qəsəbəsi istiqamətdə hərəkətdə olarkən, həmin gün saat 00:15-də Zərərçəkmiş
şəxs2 qarşı quldurluq cinayəti törədilməsi ilə əlaqədar Nizami RPİ-nin PPXB-nin
əməkdaşlarının saxla işarəsinə tabe olmayaraq avtomobilin sürətini artırmaqla eyni
istiqamətdə hərəkətini davam etdirərək «Yol hərəkəti haqqında» Azərbaycan
Respublikası qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə
riayət etməyərək, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin
surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli
olduğu halda bunu etməyərək yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı
qaydalarını pozub avtomobili yüksək sürətlə hərəkət etdirərək idarəetməni itirməklə
əks yol ilə hərəkətdə olan avtomaşınların yoluna çıxmış, bu zaman Bakı şəhəri,
Nizami rayonu, R.Rüstəmov küçəsi, 2445-cı məhəllədə yerləşən “Azpetrol” yanacaq
doldurma məntəqəsinin qarşısında, əks istiqamətdən hərəkətdə olan Zərərçəkmiş
şəxs4 idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «QAZ-33021» markalı,
10NS281

dövlət

qeydiyyat

nişanlı

avtomobil

ilə

toqquşması

nəticəsində

ehtiyatsızlıqdan idarə etdiyi avtomobildə qabaq sağ oturacaqda əyləşmiş sərnişin
Zərərçəkmiş şəxs3 sağ diz qapağının sınığı ilə müşayiət olunan, sağlamlığa az ağır
zərər vurmaya aid xəsarətlər, avtomobilin arxa oturacağında əyləşmiş digər sərnişin
Məhkum2 təpə nahiyəsinin şişkinlik halında əzilməsi, sol gözaltı nahiyəsinin, sol
qulaq seyvanının arxa səthinin, sol baldırın ön səthinin qançırları, sol yanaq
nahiyəsinin, boynun sağ-ön səthinin, döş qəfəsinin arxa səthinin sağ yarısının
sıyrıqları ilə müşayiət olunan, sağlamlığa zərər vurmadıqlarından dərəcələri təyin
edilməyən xəsarətlər, «QAZ-33021» markalı avtomobilin sürücüsü Zərərçəkmiş
şəxs4 hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz oynağının şişkinlik halında
əzilməsi ilə nəticələnən, sağlamlığa qısa müddətə pozulmasına səbəb olan yüngül
zərərvurmaya aid xəsarətlər almasına və «QAZ-33021» markalı, 10NS281 dövlət
qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs4 2.870
manat maddi ziyan dəyməsinə səbəb olmuş və avtomobildə əyləşən şəxslərin
Məhkum2, X10, X7 Zərərçəkmiş şəxs2 qarşı zorakı quldurluq hərəkətləri edərək ağır
cinayət törətmələrini görməsinə baxmayaraq həmin cinayət barədə müvafiq
orqanlara məlumat verməyərək cinayəti gizlətmişdir.

Bundan əlavə, Məhkum1 istintaqa məlum olmayan vaxtda və mənbədən

qanunsuz olaraq odlu silah hesab edilən, zavod üsulu ilə, keçmiş «SSRİ» dövlətində,

1955-ci ildə Tula silah zavodunda istehsal olunmuş 114814 №, 16 kalibrli TOZB
modelli hamar qoşalüləli çaxmaqlı, lüləsi və qundağı kustar üsulu ilə kəsilməklə öz
təyinatını itirmiş texniki cəhətdən saz və atəş üçün yararlı olan ov tüfənginin kəsiyini
(obrezi) və 2 ədəd zavod üsulu ilə, xarici dövlətdə istehsal olunmuş 16x70 kalibrli,
həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov
sursatı hesab olunan patronlar əldə edərək idarə etdiyi «Hyundai Sonata» markalı,
90RJ102 dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, 21 may 2020-ci il
tarixdə, saat 04 radələrində, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 2445-ci
məhəllədə yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin qarşısında Nizami
RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən, həmin gün saat 00.15 radələrində
Zərərçəkmiş şəxs2 qarşı quldurluq cinayəti törədilməsi ilə əlaqədar şübhəli şəxs
qismində saxlanılaraq idarə etdiyi «Hyundai Sonata» markalı, 90RJ102 dövlət
qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən, avtomobilin yük yerindən həmin
təyinatını itirmiş 16 kalibrli TOZ-B modelli ov tüfənginin kəsiyini (obrezi) və 2 ədəd
16/70 kalibrli ov sursatı hesab olunan patronlar aşkar edilərək götürülmüşdür.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 1(101)-543/2021

nömrəli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası CM-nin 228.1, 263-1.1 və
307.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş,
Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ona 01 (bir) il müddətə
azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 263-1.1-ci
maddəsi ilə 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan
məhrum edilməklə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası,
Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə 06 (altı) ay müddətə
azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin
66.3 və 66.4-cü maddələrinin tələblərinə əsasən təyin olunmuş əsas cəzaları qismən
toplamaqla, əlavə cəzanı isə tam birləşdirməklə Məhkum1 qəti olaraq 02 (iki) il
müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il
02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, 21 may 2020-ci
il tarixdən həbsdə saxlanılması nəzərə alınaraq cəzasının çəkmiş hesab edilməsi,
barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməsi və onun dərhal məhkəmə
iclas zalında həbsdən azad edilməsi hökm edilmiş, hökmlə digər məsələlər də həll
edilmişdir.

6. Həmin hökmlə həmçinin Məhkum2 da təqsirli bilinərək məhkum edilmişdir.
7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən Məhkum2, onun

müdafiəçisi Müdafiəçi4, Məhkum1 müdafiəçisi Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda
apellyasiya şikayətləri və Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti
verilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2022-ci il

tarixli, 1(103)-66/2022 nömrəli qərarı ilə verilmiş apellyasiya şikayətləri və apellyasiya
protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli,
1(101)-543/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır.

9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2022-ci il

tarixli, 1(103)-66/2022 nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti
vermişdir.

II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

10. Kassasiya protestində qeyd edilmişdir ki, Məhkum1 qrupun digər üzvləri

Məhkum2

,

Tofiq Fərəcov və Cahandar Əliyev tərəfindən Zərərçəkmiş şəxs2 qarşı

quldurluq cinayəti törədəcəklərindən əvvəlcədən xəbərdar olması və özünün də

həmin şəxslərlə qabaqcadan əlbir olub qeyd olunan cinayətin törədilməsində
bilavasitə, icraçı kimi iştirak etməsi tam təsdiqini tapmışdır. Lakin məhkəmələr iş
materialları ilə təsdiq olunan halları nəzərə almadan, toplanılmış sübutları tam,
hərtərəfli və obyektiv qiymətləndirmədən, mövcud sübutların düzgün təhlili üzrə
Məhkum1 barəsində ona ibtidai istintaq zamanı verilmiş ittihamda göstərilən
maddələr üzrə ittiham hökmünün çıxarılmasından ibarət nəticəyə gəlməli olduğu
halda,

hüquqi

baxımdan

əsaslandırılmamış

nəticəyə

gəlmişlər.

Məhkəmə

kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart
2022-ci il tarixli, 1(103)-66/2022 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin
yeni apelyasiya baxışına təyin edilməsini xahiş edir.

11. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır.

III. Hüquqi məsələlər:

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin

kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan
Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni

qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları
araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir.
Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya
apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və
ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-
Prosessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası

məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər
hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr
tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual
qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz
münasibətini bildirir.

15. Belə

yoxlamanın

nəticəsində

apellyasiya

instansiyası

məhkəməsinin

qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin
səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi
müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin
əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya
qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Dövlət

ittihamçısı

kassasiya

protestində

apellyasiya

instansiyası

məhkəməsinin qərarını qəbul edərkən sübutların tədqiqinə dair cinayət və cinayət-
prosessual qanunvericiliyinin tələblərini pozduğunu, nəticədə Məhkum1 törətdiyi
əməlin tövsifində səhvə yol verdiyini iddia edərək, kassasiya tələbini Azərbaycan
Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində təsbit olunmuş
apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi
haqqında hallarla əlaqələndirmişdir.

17. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası

CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya
müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin
Cinayət kollegiyasının 03 mart 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını
yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.

18. Baxılan cinayət işinin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən

edilmiş mübahisəsiz hallarından görünür ki, Məhkum2, olduqları yerin müəyyən
edilməsi mümkün olmadığına görə barələrində Azərbaycan Respublikası CM-nin
181.2.1 və 181.2.5-ci maddələri ilə cinayət işi ayrılmış digər şəxslər X9 və X11 ilə
birlikdə 21 may 2020-cı il tarixdə, saat 00:15-də zərərçəkmiş şəxs X3 Məhkum1
sahibliyində olan “Hyundai Sonata” markalı, 90RJ102 dövlət qeydiyyat nişanlı
avtomobilə əyləşdirmişlər. Avtomobil hərəkətdə olarkən, Məhkum2, Cahandar Əliyev
və Tofiq Fərəcov Zərərçəkmiş şəxs2 qarşı həyatı və sağlamlığı üçün təhlükəli zorakı
hərəkətlər edib sifət və bədəninin müxtəlif nahiyyələrinə əl zərbələri ilə vurmaqla və
üst dodağının selikli qişa səthinin, boynunun sıyrıqları sol baldırın qançırları ilə
nəticələnən sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən xəsarətlər
yetirməklə, sonuncudan əlində olan içərisində arvadı Zərərçəkmiş şəxs1 məxsus 500
manat nağd pul və 1 ədəd 5 beş manat dəyərində balansında pul olmayan «Viza»
kartı olan 1 ədəd 10 manat dəyərində “Bont Blanc” markalı pul qabını, əynindəki
şalvarının sol cibində olan arvadı Nəimin Qulivevaya məxsus İ50 manat, sağ cibində
olan özünə məxsus 15 manat nağd pulunu, 150 manat dəyərində “Swatch” markalı
qol saatını və əlində olan Zərərçəkmiş şəxs1 məxsus 600 manat dəyərində
“Samsung A30” markalı mobil telefon aparatını ələ keçirib, ümumilikdə zərərçəkmiş
şəxslər X4 175 manat və Zərərçəkmiş şəxs1 1.255 manat məbləğində maddi ziyan
vurmaqla quldurluq etmişlər. Cinayət hadisəsi davam edərkən, Məhkum1
zərərçəkmiş şəxs Royal İsgəndərova məxsus pul vəsaitindən istifadə etməklə “Maşın
bazarı” adlanan əraziyə çatmamış yerləşən “SOCAR” yanacaq məntəqəsində
avtomobilinə 20 manat dəyərində yanacaq doldurmuşdur. Qeyd edilən epizod üzrə
cinayət əməli başa çatdıqdan sonra, Məhkum1 21 may 2020-ci il tarixdə, saat 04
radələrində idarə etdiyi “Hyundai Sonata” markalı, 90RJ102 dövlət qeydiyyat nişanlı
avtomobillə hərəkətdə olarkən, zərərçəkmiş şəxs X4 qarşı quldurluq cinayətinin
törədilməsi ilə əlaqədar Nizami RPİ-nin PPXB-nin əməkdaşlarının saxla işarəsinə
tabe olmayaraq avtomobilin sürətini artırmaqla eyni istiqamətdə hərəkətini davam
etdirərək, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 2445-cı məhəllədə
yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin qarşısında əks istiqamətdən
hərəkətdə olan Zərərçəkmiş şəxs4 idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan
“QAZ-33021” markalı, 10NS281 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur.
Həmin yol nəqliyyat hadisəsindən sonra məhkum Zərərçəkmiş şəxs2 idarə etdiyi
avtomobilə baxış keçirilərkən, avtomobilin yük yerindən təyinatını itirmiş 16 kalibrli
TOZ-B modelli ov tüfənginin kəsiyi (obrez) və 2 ədəd 16/70 kalibrli ov sursatı hesab
olunan patronlar aşkar edilərək götürülmüşdür.

19. Məhkəmə baxışı dövründə zərərçəkmiş şəxs X8 ibtidai istintaq dövründə

verdiyi ifadəsini dəyişərək bildirmişdir ki, ona hədə qorxu ediləndə Məhkum1 iştirak
etməmiş, əksinə Röyalı sürücü kimi maşını sürdürən və cinayət əməlini törədən digər
şəxslərin qarşısını almağa cəhd etmişdir. O, Məhkum1 orada hər hansı bir hərəkətdə
əlaqəsi olmasını hiss etməmişdir. Məhkum1 əvvəlcədən bilməmişdir ki, ona qarşı
belə hərəkət edəcəklər. Məhkum1 demişdir ki, “yaxşı deyil aparıb düşürək” lakin Tofiq
Fərəcov sonuncunun üzərinə qışqırmışdır ki, “sən maşını sür sənlik deyil”. Məhkum1
sürücü kimi yalnız digər şəxslərin dediyini yerinə yetirmiş, ona heç bir hörmətsizlik və
ya başqa nəsə bir hərəkət etməmişdir.

20. Aşağı instansiya məhkəmələri yalnız zərərçəkmiş şəxs X2 qeyd edilən

ifadəsini əsas götürərək hesab etmişlər ki, aparılan ibtidai istintaq zamanı
təqsirləndirilən şəxs Məhkum1 digər təqsirləndirilən şəxslərlə qabaqcadan əlbirliyi
barədə hər hansı bir sübut və ya fakt müəyyən edilməmişdir. İbtidai və məhkəmə
istintaqı müddətində nə zərərçəkmiş şəxsin ifadəsində, nə təqsirləndirilən şəxslərin
ifadələrində, nə də digər şahidlərin ifadələrində Məhkum1 quldurluq cinayəti

törətməsi faktını təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. Bundan
əlavə, təqsirləndirilən şəxs Məhkum1 elan edilmiş quldurluq epizodu üzrə məhkəmə
istintaqı zamanı dindirilmiş digər təqsirləndirilən şəxs Məhkum2 özü də ifadəsində,
həmçinin, zərərçəkmiş Zərərçəkmiş şəxs2 və dindirilmiş digər şahidlər də vermiş
olduqları ifadələrində təqsirləndirilən şəxs Məhkum1 quldurluq faktında iştirakını
tamamilə inkar etmişlər, onun törədilmiş cinayətlə əlaqəsinin olmadığını bildirmişlər.
Məhkum1 yalnız avtomaşının sürücüsü kimi iştirak etməsini təsdiq etmişlər. Nəticə
olaraq məhkəmələr hesab etmişlər ki, məhkəmə istintaq zamanı toplanmış sübutlarla
təqsirləndirilən şəxs Məhkum1 Zərərçəkmiş şəxs2 qarşı quldurluq cinayətinin
törətməməsi kifayət qədər təsdiq olunur, aparılmış məhkəmə araşdırması ilə bir daha
müəyyən olunur ki, təqsirləndirilən şəxs Məhkum1 Zərərçəkmiş şəxs2 qarşı quldurluq
cinayəti törətməsə də, törədilmiş quldurluq cinayətini görmüş, lakin bu cinayət barədə
hüquq mühafizə orqanlarına məlumat verməmişdir
.

21. Məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxs X8 ibtidai istintaq

dövründə verdiyi və aşağı instansiya məhkəmələrinin qərarlarında əksini tapmadığı
ifadəsində (cild 1, səh. 69-72) bildirmişdir ki, 20 may 2020-ci il tarixdə, təxminən saat
23:45-də evdən çıxmaq üzrə idi, bu zaman evin qapısı döyüldü və qapını açan
arvadı Nərmin Şahid1 onun çağırmasını bildirmişdir. O, evdən çıxaraq Rahil ilə
görüşmüş və Rahildən nə lazım olmasını soruşduqda, Rahil ona bildirmişdir ki,
“buralardan keçirdim, istədim səninlə görüşüm”. Bundan sonra o, taksi sifariş etmiş
və piyada Babək prospektinə doğru getməyə başlamış, Rahil də onun ardınca gəlirdi,
telefonla taksi ilə əlaqə saxlamış və taksi sürücüsü ona bildirmişdir ki, artıq
«Madeyra» mağazanın qarşısındadır. Piyada ara yolla gedərkən Məhkum1 idarə
etdiyi “Hyundai Sonata” markalı, 90RJ102 dövlət qeydiyyat nişanlı avtomobili ara
yolda üzü Babək prospekti istiqamətində dayandığını görmüşdür. O, Royalın
avtomobilinə yaxınlaşan zaman avtomobilin qapıları açılmış və sükanın
arxasından Röyal, onun yanından qabaq oturacaqdan Tofiq, arxadan isə
Şahmar və sonradan yanında adını Cahan dediklərindən bildiyi şəxs düşüb ona
yaxınlaşmış və heç nə demədən Şahmarla Tofiq onun qoluna girib, onu Royalın
avtomaşınına əyləşdirmişlər
Şahmar ondan solda Cahan isə sağda, Tofiq yenə də
qarşıda əyləşmiş, Röyal isə sükan arxasına keçmişdir.

22. Zərərçəkmiş şəxs X2 qeyd edilən ifadəsində Məhkum1 quldurluq epizodu ilə

bağlı cinayət əməlini törədən digər şəxslərin qarşısını almağa cəhd etməsi, ona qarşı
törədilən əməllə Məhkum1 hər hansı əlaqədə olmadığının hiss etməməsi, Məhkum1
əməli törədən digər şəxslərə iradının bildirməsi, hərəkətlərini həmin şəxslərin təzyiqi
altında davam etməsi barədə hər hansı məlumat əksini tapmamışdır.

23. Quldurluq epizodu ilə bağlı cinayət hadisəsinin məhz zərərçəkmiş şəxs X2

ibtidai istintaq dövründə verdiyi ifadəsinə uyğun şəkildə baş verməsi, məhkəmə
istintaqı zamanı elan edilmiş Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsi ilə də
təsdiqlənir. Həmin ifadəsində Şahid1 bildirmişdir ki, 20 may 2020-ci il tarixdə,
təxminən saat 23:30-da evdə olan zaman onun mobil telefonuna ***-***-**-** nömrəli
mobil telefonundan “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə zəng gəlmişdir. O, ilk dəfə
zəngi görsə də, nömrəni tanımadığı üçün cavab verməmiş, lakin ikinci dəfə təkrar
ona zəng gəldiyində telefona cavab verərək zəng edən şəxsin kimliyini soruşduqda,
həmin şəxs ona Cahan olmasını bildirmiş və o, da Cahanın səsini tanıdığından
sonuncuya nə baş verməsi barədə sual vermişdir. Cahan ona harada olduğunu sual
etmiş, o, isə evdə olduğunu dedikdə, Cahan ondan həyətə düşməsini istəmiş, o,
Cahana gec olmasını bildirsə də, Cahan təkidlə ona həyətə düşməsini demişdir.
Həyətə düşdükdə Röyalın idarə etdiyi avtomaşının orada olmasını görmüşdür.
O, həyətə düşdükdən sonra Röyal sükan arxasından, adını sonradan bildiyi

Tofiq qabaq sağ oturacaqdan, Şahmarla Cahan isə arxa oturacaqdan enmişlər
və Cahan ona Zərərçəkmiş şəxs2 evinə gedərək sonuncunu bayıra çağırmaq
lazım olmasını bildirmiş
, o, isə sonuncuya etiraz etdikdə, Tofiq avtomaşının
«bardaçokunda»n bıçaq çıxartmışdır. Qaranlıq olduğundan o, bıçağın digər
əlamətlərini dəqiq görməsə də, tiyəsini görmüşdür. Tofiq ona “Röyalı çağırmaq
istəmirsən?” deyə sual verdikdə, o, sonuncunun sifət cizgilərinin dəyişməsini
görüb onu vura biləcəyindən ehtiyat edərək razılaşmışdır. Ancaq onlardan nə
səbəbə

Röyalı

axtarmalarını

soruşduqda,

Şahmar,

Röyal

Cahan

“Zərərçəkmiş şəxs2 bizə pul verməlidi” demişlər. O, belə başa düşmüşdür ki,
sonuncuların Royalın pul verməli olmasını demələri, Röyalı “yükləmək” niyyəti
ilə deyirmişlər
.

24. Bununla yanaşı, birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində

dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, hadisə günü Röyal evə ağzı burnu qanın
içində gəlmiş, nə baş verdiyini soruşduqda Röyal heç nə deməmişdir. Röyalın
telefonun adapterin götürüb apardığını görmüşdür. Hara getdiyini soruşmuş, Röyal
heç nə deməmişdir. Başa düşmüşdür ki, onlar bunu döyüb telefonun, pulun alıb
telefonun adapterinin gətirməsi üçün evə göndəriblər. O, Röyalın ardı ilə
çıxmış, maşını görüb ardı ilə qaçmışdır ki, maşını sürüb uzaqlaşmışlar
.

25. Zərərçəkmiş şəxs X2 ibtidai istintaq dövründə verdiyi ifadəsinin törədilmiş

cinayət əməlinin həqiqi hallarına, yəni Məhkum1 törədilməsi hazırlanan quldurluq
cinayəti barədə əvvəlcədən məlumatının olması, onun özünün həmin əməlin
icrasında iştirak etməsi arzusunda olması və əməli törətmiş digər şəxslərlə
qabaqcadan əlbir olub qeyd olunan cinayətin törədilməsində bilavasitə, icraçı kimi
iştirak etməsi yuxarıda qeyd edilənlərlə yanaşı, həmçinin hazırki qərarın 18-ci
paraqrafında sadalanan, aşağı instansiya məhkəmələrinin müəyyən etdiyi cinayət
işinin mübahisəsiz halları – cinayət əməli törədildikdən bilvasitə sonra X19 İdarəsinin
yox, Nizami RPİ-nin PPXB-nin əməkdaşlarının saxla işarəsinə tabe olmayaraq,
əksinə avtomobilin sürətini artırması, törətdiyi yol nəqliyyat hadisəsindən sonra isə
onun idarə etdiyi avtomobilə baxış keçirilərkən, avtomobilin yük yerindən təyinatını
itirmiş 16 kalibrli TOZ-B modelli ov tüfənginin kəsiyi (obrez) və 2 ədəd 16/70 kalibrli
ov sursatı hesab olunan patronlar aşkar edilərək götürülməsi ilə daha uyğun olması
təsdiqlənsə də, məhkəmələr Azərbaycan Respublikası CPM-nin 353.2 və 353.2.2,
353.2.4 və 353.2.5-ci-ci maddələrinin tələblərinə (məhkəmənin nəticəyə gəlməsi
üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin
motivləri; ittihamın bir hissəsi əsassız hesab edildikdə, bunun əsasları; təqsirli şəxsin
hərəkətlərinin

tövsifi

məhkəmə

tərəfindən

dəyişdirildikdə

bunun

motivləri

məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir) riayət
etməmiş, Royal İsgəndərovun məhkəmə baxışında verdiyi ifadəsinə üstünlük vermiş,
yuxarıda

təsvir

edilən

sübutların

nəzərə

almadıqlarını

heç

bir

formada

əsaslandırmamışlar.

26. Azərbaycan Respublikası CPM-nin 398.2-ci maddəsinə əsasən isə

apellyasiya instansiyası məhkəməsinin hökmü həmin Məcəllənin 353-cü maddəsinin
tələblərinə uyğun olmalıdır.

27. Bununla yanaşı, Azərbaycan Respublikası CPM-nin 144 və 145-ci

maddələrinin ümumi məzmunu ilə də müəyyən edilir ki, cinayət təqibi üzrə toplanmış
sübutlar təhlil olunub bir-biri ilə müqayisə edilməli, hakim qanunu və vicdanını rəhbər
tutaraq

sübutların

məcmusunun

hərtərəfli,

tam

obyektiv

baxılmasına

əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.

28. Məhkəmə kollegiyası İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan

sonra – “Avropa Məhkəməsi”) şahid ifadələrinin təhlili ilə bağlı hüquqi mövqeyinə də

istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin yanaşmasına görə,
prinsip etibarilə, bunun əksini tələb edən əsaslı səbəblər yoxdursa, çəkişmə
əsasında aparılan ədalətli məhkəmə araşdırması anlayışı məhkəmələrdən ittiham
tərəfinin təqdim etdiyi şahidin məhkəməyədək dövrdə aparılmış dindirmə protokolu
ilə müqayisədə daha çox sonuncunun bilavasitə onlar qarşısında iclasda verdiyi
ifadəsinə əhəmiyyət verməsini tələb edir. Digərləri ilə yanaşı, bunun səbəbi ondan
ibarətdir ki, ibtidai istintaq dövründə dindirmə nəticəsində əldə edilmiş ifadə ittiham
tərəfinin məhkəmədə ittihamı müdafiə etmək üçün toplanılan məlumatların hissəsini
təşkil edir, məhkəmə istintaqını aparan tribunalın vəzifəsi isə müttəhimin təqsirinin
məhkəmədə faktiki olaraq təqdim edilmiş bütün sübutların bilavasitə tədqiqinə
əsaslanan 
ədalətli qiymətləndirmə nəticəsində müəyyən edilməsindən ibarətdir
(Hüseyn və Digərləri Azərbaycana qarşı, № 35485/05 və s., § 211, 26 iyul 2011).

29. Qeyd edilənlərin nəticəsi olaraq, məhkəmələr qərarlarının təsviri-əsaslandırıcı

hissələrində yalnız zərərçəkmiş şəxs X2 məhkəmə baxışı dövründə verdiyi ifadəsini
əsas götürməklə kifayətlənərək, həmin ifadənin sonuncunun ibtidai istintaq dövründə
verdiyi ifadəsi, müəyyən etdikləri cinayət işinin mübahisəsiz halları və iş üzrə
toplanmış digər sübutlarla müqayisəli təhlilini aparmamış, hansı səbəblərə görə
Royal İsgəndərovun yeni ifadəsinə üstünlük verdiklərini izah etməmiş, Məhkum1
sonuncuya qarşı quldurluq cinayətinin törətməsinin sübuta yetirilmədiyi, onun digər
şəxslər tərəfindən törədilmiş quldurluq cinayətinin görmədiyi, lakin həmin cinayət
barədə hüquq mühafizə orqanlarına məlumat vermədiyi barədə 
nəticəyə gələrək,
buna dair lazımi əsaslandırmanın təfsirinin verilməsini və belə nəticənin əksinə
dəlalət edən mövcud sübutlara münasibətinin bildirməsini təmin etməmişlər.

30. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin hazırki kassasiya

protesti ilə mübahisələndirilən qərarında gəldiyi Məhkum1 tərəfindən Azərbaycan
Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət
əməlinin törədilməsinin sübuta yetirilməməsi haqqında nəticə, sübutların Azərbaycan
Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq surətdə, yəni tam, hərtərəfli
və obyektiv araşdırılmasına, eləcə də cinayət qanunvericiliyi normalarının, o
cümlədən Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrinin düzgün təfsir
olunmasına əsaslanan yekun qənaət kimi qiymətləndirilə bilməz.

31. Qeyd edilənlər kassasiya protestinin əsaslı olduğunu, apellyasiya instansiyası

məhkəməsinin

Azərbaycan

Respublikası

CPM-nin

416.1.2

416.1.15-ci

maddələrində nəzərdə tutulan, məhkəmə qərarının kassasiya qaydasında ləğv
edilməsini tələb edən pozuntulara yol verdiyini göstərir.

32. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə

hesab edir ki, kassasiya protesti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin
Cinayət kollegiyasının Məhkum1 barəsində olan 03 mart 2022-ci il tarixli, 1(103)-
66/2022 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni
məhkəmə baxışına təyin edilməlidir.

Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci

maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Kassasiya protesti təmin edilsin.
Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1 barəsində olan

03 mart 2022-ci il tarixli, 1(103)-66/2022 nömrəli qərarı ləğv edilsin, cinayət işi
apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.