1[102]-1403/2022 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 1(102)-1403/2022

15.09.2022

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Cinayət kollegiyasının

Q Ə R A R İ

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər

Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və
Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət
ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının
müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının
müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X7, Məhkum və onun müdafiəçisi
Müdafiəçi3 iştirakı ilə,

Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-50/2022

nömrəli, 06 aprel 2022-ci il tarixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi3
tərəfindən verilmiş kassasiya şikayətinə, dövlət ittihamçısı tərəfindən verilmiş
kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi.

I. İşin halları

1. Məhkum xx xxx 1973-cü il tarixdə Siyəzən şəhərində anadan olmuş,

Azərbaycan Respublikasının vətəndaşı, ailəli, fərdi qaydada əmək fəaliyyəti ilə
məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla
yaşayır.

2. 13 aprel 2020-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası

Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 228.1-ci
maddəsi ilə təqsirləndirilməsinə dair ittiham verilmişdir ona görə ki, o, qanunsuz
olaraq istintaqa məlum olmayan mənbədən 01 (bir) ədəd zavod üsulu ilə istehsal
edilmiş 5,6 mm kalibrli, seriya nömrəsi pozulmuş, saz vəziyyətdə olmaqla atəş
açmaq üçün yararlı “TOZ-8M” modelli yivli odlu idman-ov silahını əldə edib Siyəzən
rayonu, Köhnə Quşçu kəndində yerləşən evinin otaqlarından birində açıq vəziyyətdə
saxlamış, qeyd olunan silah X1, Şahid1 və X8 tərəfindən qabaqcadan əlbir olan bir
qrup şəxs şəklində 21 avqust 2019-cu il tarixdə, saat 03 radələrində ona məxsus
evdən talanmaqla Xızı rayonu, Altıağac qəsəbəsinə aparılaraq qanunsuz
saxlanılması üçün X3 verilmiş, Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş

əməliyyat-axtarış tədbirləri nəticəsində həmin silah 23 avqust 2019-cu il tarixdə saat
16 radələrində Sapar Bağırovun yaşadığı Xızı rayonu, Altıağac qəsəbəsində
yerləşən evin həyətində hasarın bir küncündə yığılmış dəmir və taxtaların arasından
aşkar edilərək götürülmüşdür.

3. 20 may 2020-ci il tarixdə Siyəzən Rayon Məhkəməsinin hazırlıq iclasının

qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə
məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.

4. Siyəzən Rayon Məhkəməsinin 1(059)-1/2021 nömrəli, 21 sentyabr 2021-ci il

tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə
təqsirsiz bilinmiş və ona bəraət verilmişdir.

5. Hökmdən Dövlət ittihamçısı1 apellyasiya protesti verib, hökmün ləğv

edilməsini, Məhkum Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli
bilinməsini və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə ittiham
hökmünün çıxarılmasını xahiş etmişdir.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-50/2022

nömrəli, 06 aprel 2022-ci il tarixli hökmü ilə apellyasiya protesti təmin edilmiş,
Siyəzən Rayon Məhkəməsinin 1(059)-1/2021 nömrəli, 21 sentyabr 2021-ci il tarixli
hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə
təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması
cəzasına məhkum edilmiş, barəsində “8 noyabr – Zəfər günü münasibəti ilə
amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin
Qərarının 5, 9.2.3, 9.3-cü bəndləri tətbiq edilməklə təyin edilmiş cəza 1 (bir) il
azaldılmış və üzərində qəti olaraq 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması
cəzası saxlanılmışdır, hökmlə həmçinin digər məsələlər həll edilmişdir.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-50/2022

nömrəli, 06 aprel 2022-ci il tarixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi3
tərəfindən kassasiya şikayəti və dövlət ittihamçısı tərəfindən kassasiya protesti
verilmişdir.

II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

8. Kassasiya şikayətində qeyd edilir ki, apellyasiya instansiya məhkəməsi cinayət

işi üzrə toplanmış sübutlara səhv qiymət vermiş, nəticədə Məhkum cinayətdə
təqsirinin olması sübuta yetirilməsə də, barəsində ittiham hökmü qəbul edilmişdir.
Məhkəmə

kollegiyasından

Sumqayıt

Apellyasiya

Məhkəməsinin

Cinayət

kollegiyasının 1(105)-50/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli hökmünün ləğv
edilməsi, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə
göndərilməsi xahiş edilir.

9. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkum

edilmiş şəxsə təyin edilmiş cəzanın yüngüllüyü mübahisələndirilmiş, bununla bağlı
dəlillərin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra –
Azərbaycan Respublikası CPM) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı
yaradan pozuntu kimi qiymətləndirməsi və həmin əsasla Sumqayıt Apellyasiya
Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-50/2022 nömrəli, 06 aprel 2022-ci il
tarixli hökmünün ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində
yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilir.

10. Kassasiya şikayətinə və kassasiya protestinə qarşı etiraz daxil olmamışdır.

III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin

kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan
Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni

qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları
araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir.
Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya
apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və
ya qərar qəbul edilərkən maddi və ya prosessual ciayət-hüquqi normalarına, yəni
Cinayət və Cinayət-Prosessual Məcəllələrinin müddəalarının tələblərinə əməl edilib-
edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası

məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər
hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr
tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual
qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz
münasibətini bildirir.

14. Belə

yoxlamanın

nəticəsində

apellyasiya

instansiyası

məhkəməsinin

qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin
səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi
müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin
əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya
qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkum

müdafiəçisi

Müdafiəçi3

kassasiya

şikayətində

apellyasiya

instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin
143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyini və hüquqlarını
müdafiə etdiyi şəxs Məhkum təqsirinin sübuta yetirilmədiyini iddia edərək, kassasiya
tələbini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.1, 416.1.2 və 416.1.6-
cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud
dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

16. Dövlət ittihamçısı kassasiya protestində Məhkum təyin edilmiş cəzanın açıq-

aydın yüngül cəza olduğunu iddia edərək, apellyasiya instansiyası məhkəməsinin
mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin
edilməsi barədə tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində
məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini
şərtləndirən əsas kimi nəzərdə tutulmuş halla əlaqələndirmişdir.

17. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini və dövlət

ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu
maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi
görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət
kollegiyasının 06 aprel 2022-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb,
araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Hazırki kassasiya müraciətləri ilə mübahisələndirilən apellyasiya instansiyası

məhkəməsinin qərarından görünür ki, Məhkum Azərbaycan Respublikası CM-nin
228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirini
müəyyən edilərkən, faktiki olaraq aşağıda qeyd edilənlər əsas götürülmüşdür:

Məhkum Siyəzən RPŞ-nin rəisinə ünvanlandığı, Siyəzən rayonunun köhnə

Quşçu kəndində yerləşən yaşayış evindən daxil olmaqla iki ədəd ov tüfənginin
oğurlanması barədə məlumatın verilməsi və bununla bağlı tədbir görülməsi
haqda 22 avqust 2019-cu il tarixli ərizəsi (c.1 səh.11);

Məhkum baş vermiş oğurluq hadisəsi ilə bağlı 22 avqust 2019-cu il tarixdə
verdiyi izahatı (c.1 səh.17-19);

Məhkum Şahid1, X8 və X2 barələrində Azərbaycan Respublikası CM-nin
232.2.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işində zərərçəkmiş
şəxs qismində tanınması (bu barədə müvafiq qərar iş materiallarında yoxdur)
və həmin iş üzrə qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin müvafiq
qərarında zərərçəkmiş şəxs olaraq əks edilməsi.

19. Bu əsaslarla apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə qəbul edilmiş

qərarında hesab etmişdir ki, “təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilməsə
də, o, ərizəsində iki ədəd ov tüfənginin atasına məxsus olmasını göstərməmişdir.
Ancaq ərizəsində Siyəzən rayonunun köhnə Quşçu kəndində yerləşən yaşayış evinə
daxil olmaqla iki ədəd ov tüfənginin oğurlandığını, tədbir görülməsini xahiş etmişdir.
Həmin iş üzrə zərərçəkmiş şəxs qismində Məhkum tanınmış, Şahid1, Cəmaləddin
Cavadov və Teymur Əliyev isə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və
barələrində ittiham hökmü çıxarılmışdır. Təqsirkar şəxslərin təqsirli bilinərək məhkum
olunmalarına dair epizodlarından biri Məhkum məxsus evdən hazırkı ittihamın
predmeti təşkil edən bir ədəd yivli atəş üçün yararlı idman ov tüfənginin talanması
təşkil edir. Həmin işə baxılarkən ov tüfənginin Məhkum məxsus olması və təqsirkar
şəxslər tərəfindən talanması əsaslı şübhə yaratmayan mötəbər sübutlarla təsdiq
edilmişdir. Həmin hökm apellyasiya qaydasında mübahisələndirilsə də, apellyasiya
qaydasında gəlinən nəticə dəyişdirilmədən saxlanılmışdır
”.

20.Davam edərək, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki,

Şahid1 və qeyrilərinin barəsində cinayət işi üzrə ... qeyd edilən epizod üzrə Məhkum
zərərçəkmiş şəxs qismində tanınmışdır ki, bu da həmin əməlin törədilməsi
nəticəsində bir başa zərərə məruz qalan şəxs olduğunu, yəni həmin əməl nəticəsində
zərərçəkmiş şəxs qismində tanındığını ehtiva edir. Bunun məntiqi nəticəsidir ki, o da,
həmin iş üzrə ifadəsində onun məhrum babası Pənahdan atasına qalmış iki ədəd
tüfənginin olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs həmin iş üzrə cinayət
əməlinin nəticəsində zərər məruz qalan şəxs kimi zərərçəkmiş şəxs statusunda
tanınması, hazırkı iş üzrə ictimai təhlükəli əməlin predmeti olan silahların ona
məxsus olduğunu ehtiva edir. Bu isə iş üzrə şahid qismində məhkəmədə dindirilmiş
şəxslərin ifadələrinin mötəbərliyini şübhə altına almaqla, Şahid1 ilkin istintaq zamanı
vermiş olduğu ifadənin əsaslı olmasını qaçılmaz edir
”.

21. Halbuki, Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsində nəzərdə

tutulmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv
yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur
və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların
mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

22. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələblərindən görünür ki, şəxsin təqsirli

olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu
Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın
sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən
şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual
qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll
olunmalıdır.

23. Həmin Məcəllənin 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayətin

törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə
borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin
müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə
düşür.

24. Həmin Məcəllənin 126.6-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət

törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə
təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.

25. Məhkəmə kollegiyası həmçinin xatırladır ki, Azərbaycan Respublikası CPM-

nin 145.1-ci maddəsində nəzərdə tutulmuş norma hər bir sübutun mənsubiyyəti,
mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, cinayət təqibi üzrə toplanmış
bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən
qiymət verilməsini tələb edir.

26. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbi isə ondan ibarətdir ki, ittihamın

sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün
olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

27. Həmçinin məhkəmə kollegiyası vurğulayır ki, CPM-nin 146.1-ci maddəsinə

əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən
edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut
etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan
versin.

28. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 349.3-349.4-ci

maddələrinin tələblərindən çıxış edərək onu da qeyd etməyi zəruri bilir ki,
məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və həmin hökm Azərbaycan
Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət
və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir.

29. Həmin Məcəllənin 349.5.1-349.5.3-cü maddələrinin ümumi məzmununa

tələblərinə görə isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında
tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün
kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara
uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir.

30. Həmin Məcəllənin 351.2-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin

ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı
təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.

31. Həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrinin ümumi məzmununa

əsasən, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən
məsələlərə

təsdiqedici

cavab

verdikdə,

təqsirləndirilən

şəxsin

cinayətin

törədilməsində təqsiri təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, bu Məcəllədə
nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması
nəticələrinə və məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara
əsaslanaraq sübuta yetirilmiş hesab edilə bilər.

32. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ittihamın həlli üçün cinayət təqibi

üzrə toplanılmış bütün sübutların məcmusuna əsaslanmaqla qiymət verilməsini və
sübutların bir-biri ilə müqayisəli şəkildə təhlil edilməsini tələb edən milli cinayət
prosessual qanunvericiliyinin tələbləri İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin
(bundan sonra – “Avropa Məhkəməsi”) yanaşması ilə də uzlaşır. Avropa
Məhkəməsinin

hüquqi

mövqeyinə

görə,

ədalətli

məhkəmə

araşdırmasının

Konvensiyanın 6-cı maddəsinin müvafiq tələblərinə uyğun olduğu müəyyən

edilərkən, hər hansı hal və yaxud hadisə ayrı-ayrılıqda əsas götürülməməli,
məhkəmə prosesinin ümumi araşdırmasının nəzərdən keçirilməsi zəruridir (məsələn,
Fariz Əhmədov Azərbaycana qarşı, № 40321/07, § 53, 14 yanvar 2021-ci il).

33. Həmçinin, Avropa Məhkəməsinin presedent hüququ ilə müəyyən edilir ki,

cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə
sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə
təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar
Məmmədov Azərbaycana qarşı
, № 919/15, § 92, 16 noyabr 2017-ci il).

34. Baxılan cinayət işinin materialları istinad edilən prosessual cinayət-hüquqi

normalarının tələbləri və məhkəmə praktikasını tənzimləyən Avropa Məhkəməsinin
presedent hüququ baxımından təhlil edildikdə, Məhkum ona törədilməsi ittiham
olunan Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş
cinayət əməlinin törədilməsində təqsirinin müəyyən edilməsinə təsir edən halların
apellyasiya instansiya məhkəməsi tərəfindən məhkəmə baxışında tam tədqiq
edilməməsi, nəticədə Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin
tələblərinə riayət edilməməsi aşkar edilir.

35. Belə ki, cinayət işinin materiallarından müəyyən edildiyi kimi, Məhkum

edilməsi ilə nəticələnmiş hazırki cinayət işi Şahid1, X8 və X2 barələrində Azərbaycan
Respublikası CM-nin 232.2.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət
işindən ayrılmış, Məhkum məxsus olması ittiham edilən bir ədəd zavod üsulu ilə
istehsal edilmiş 5,6 mm kalibrli, seriya nömrəsi pozulmuş, saz vəziyyətdə olmaqla
atəş açmaq üçün yararlı “TOZ-8M” modelli yivli odlu idman-ov silahının həqiqətən
kimə məxsus edilməsi istiqamətində ibtidai istintaq orqanının həyata keçirdiyi yeganə
əməliyyat tədbiri Məhkum Siyəzən rayonu, Köhnə Quşçu kəndində yerləşən
evlərində yaşayıb-yaşaması və həmin evdə təsərrüfat işləri ilə məşğul olub-
olmamasının yoxlanılması barədə 2 mart 2020-ci il tarixdə müstəntiq tərəfindən qəbul
edilmiş əməliyyat tapşırığından ibarət olmuşdur.

36. Bundan başqa ibtidai istintaq dövründə aparılmış prosessual hərəkətlər

aşağıdakılardan ibarətdir:

1) 190850047 nömrəli cinayət işində zərərçəkmiş şəxs, baxılan işdə isə əvvəl

şahid, daha sonra təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ifadəsində
bildirmişdir ki, o, hazırda Siyəzən şəhərinin Sabir küçəsindəki 49 nömrəli evdə
valideyni və ailə üzvləri ilə birlikdə yaşayır. Bundan başqa, Siyəzən rayonu,
Köhnə Quşçu kəndində valideynlərinin yaşamış olduğu həyətyanı torpaq
sahələri və həmin torpaq sahəsində bir mərtəbə, 3 otaq və 1 eyvandan ibarət
evləri vardır. 2019-cu ilin may ayınadək atası Şahid2 və anası Şahid3 da həmin
evdə yaşamışlar. Lakin, sonradan atası Şahid2 beyin insultu keçirdiyindən
əvvəlcə atasını, bir müddət sonra isə anasını ünvan 4 ünvanında yerləşən
evinə aparmışdır. 2019-cu ilin may ayından etibarən Siyəzən rayonu, Köhnə
Quşçu kəndində yerləşən evlərinin bütün işləri ilə özü məşğul olmağa başlamış,
həmçinin, həmin evdə mərhum babası Pənah Cabbarovdan qalma iki ədəd ov
tüfəngləri də olmuşdur. Mərhum babası Pənah Cabbarov da vaxtilə həmin iki
ədəd tüfəngi bu məqsədlə evdə saxlamış, babası rəhmətə getdikdən sonra
həmin tüfənglərlə tası Şahid2 maraqlanmışdır. Atası Şahid2la söhbətləri zamanı
sonuncu ona cavanlığında həmin tüfəngləri silib-təmizlədiyini bildirmişdir. 21
avqust 2019-cu il tarixdə heyvanlara yem vermək üçün Köhnə Quşçu kəndində
yerləşən evlərinə getdiyində oradan oğurluq olduğunu və həmin evdə
saxlanılan 2 (iki) ədəd ov tüfənglərinin oğurlandığını müəyyən etmişdir. Daha
sonra, bu barədə atası Şahid2 məlumat verdiyində sonuncu ona səhhətində

baş vermiş ağrılar ucbatından polisə gedə bilməyəcəyini, bu səbəbdən də, baş
vermiş oğurluq hadisəsi ilə bağlı polisə ərizə yazmasını tövsiyə etmişdir.
Bundan sonra, Siyəzən RPŞ-yə gedərək baş vermiş oğurluq hadisəsi ilə bağlı
ərizə yazmış, orada olarkən o, nə tüfənglərin, nə də ki, tüfəng saxlanan fərdi
yaşayış evinin özünə məxsus olmamasını, ata-baba mirası olduğunu, özünün
ünvan 4 nömrəli evdə yaşadığını bildirsə də, polis əməkdaşları ona “sənin qoca
atanın arxasınca sürünəsi halımız yoxdur” deyərək ərizəni ona yazdırmışlar.
Bundan əlavə, bildirir ki, hüquqi savadı olmadığından ərizə tərəfindən yazılsa
da, polis əməkdaşlarının diktəsi ilə yazılmışdır
.

2) Şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Məhkum doğma

oğludur. 2019-cu ilin may ayınadək arvadı Şahid3 ilə birlikdə Siyəzən rayonu,
Köhnə Quşçu kəndində yerləşən evlərində yaşamış və həmin müddət ərzində
oğlu Məhkum ara-sıra yanlarına gəlib-getmişdir. 2019-cu ilin may ayından sonra
insult keçirtdiyindən oğlu Məhkum onu oradan Siyəzən şəhərində yerləşən
evlərinə, yəni, Siyəzən şəhərinin Sabir küçəsindəki 49 saylı evə gətirsə də,
arvadı Şahid3 bir müddət Siyəzən rayonu, Köhnə Quşçu kəndindəki evdə
qalmışdır. Ağlı kəsən vaxtdan həmin evdə biri təklülə, digəri isə qoşalülə
olmaqla iki ədəd tüfəng olduğunu görmüşdür. Həmin tüfənglər babasından
qalmış, daha sonra atası Pənah Cabbarovun sərəncamında olmuş, sonununcu
vəfat etdikdən sonra isə evdə otaqların birində, qapının arxasında divara
söykədilmiş vəziyyətdə saxlanılmışdır. İnsult xəstəliyi keçirtdiyindən və həmin
xəstəlik onda yaddaş dağınıqlığı yaratdığından tüfəngin gah yataq otağında,
gah da anbar kimi istifadə etdikləri otaqda saxlandığı barədə qeyri-dəqiq
xatırlamaları olmuşdur. Xəstəliyi ilə əlaqədar Siyəzən şəhərindəki evdə yaşadığı
vaxtdan bəri Köhnə Quşçu kəndində yerləşən evin təsərrüfat işləri ilə oğlu
Məhkum məşğul olmuş, sonuncu təsərrüfat işlərinə kömək məqsədilə
qonşuluqda yaşayan Elxan adlı şəxsi də, oraya aparmış və sonuncu bir müddət
orada qalaraq oğluna kömək etmişdir. Dəqiq deyə bilməsə də, xatırladığı qədəri
ilə təxmini 2019-cu ilin avqust ayının axırlarında oğlu Rövşən ona Siyəzən
rayonu, Köhnə Quşçu kəndində yerləşən evdən tüfənglərin oğurlandığını
bildirdikdə, o, səhhəti ilə əlaqədar polisə gedib məlumat verə bilməyəcəyindən
Rövşənə baş vermiş hadisə ilə əlaqədar polisə gedərək ərizə yazmasını
tapşırmışdır
.

3) Şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, ünvan 6 ünvanda ailə üzvləri

ilə birlikdə yaşayır. Məhkum doğma oğludur. 1970-ci ildən etibarən həmin evdə
biri təklülə, digəri isə qoşalülə olmaqla iki ədəd tüfəng olduğunu görmüşdür.
Həmin tüfənglər ərinin babasından qalmış, daha sonra qayınatası Pənah
Cabbarovun sərəncamında olmuş, sonununcu vəfat etdikdən sonra isə evdə
anbar kimi istifadə etdikləri otaqda qapının arxasında divara söykədilmiş
vəziyyətdə saxlanılmışdır. 2019-cu ilin may ayınadək əri Şahid2la birlikdə
Siyəzən rayonu, Köhnə Quşçu kəndində yerləşən evlərində yaşamış, həmin
müddət ərzində oğlu Məhkum ara-sıra yanlarına gəlib-getmişdir. 2019-cu ilin
may ayından sonra əri Əhməd insult keçirtdiyindən oğlu Məhkum onu oradan
Siyəzən şəhərində yerləşən evlərinə, yəni, Siyəzən şəhərinin Sabir küçəsindəki
49 saylı evə aparmış, o, isə bir müddət qonşuluqda yaşayan və Rövşənə
təsərrüfat işlərində kömək edən Elxan adlı şəxslə qalmışdır. Elxanla qalarkən
sonuncu həmin tüfəngləri görmüş və tüfənglərdən istifadə etmək üçün ondan
icazə istəsə də, o, Elxana tüfəngləri verməmişdir. Sonradan o, da səhhətində
yaranmış problemlə əlaqədar Siyəzən şəhərinə oğlunun yaşadığı evə gəlmişdir.
Daha sonra, ona evdən silahların oğurlanması barədə məlumatı oğlu Rövşən

vermiş, silahlar əri Əhməd tərəfindən mütəmadi olaraq sökülüb təmizlənərək
yenidən yerinə qoyulmuşdur
.

4) 190850047 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş

Şahid1 bildirmişdir ki, qonşuluqda yaşayan Məhkum kiçik yaşlarından
tanımışdır. Rövşən onlarla qonşuluqda yaşamış, münasibətləri normal
olmuşdur. O, işsiz olduğundan Rövşən ona birlikdə işləməyi, Rövşənə işlərində
kömək etməyi təklif etmişdir. O da razılaşmışdır. Rövşənin Siyəzən rayonunun
köhnə Quşçu kəndində evi və həyətyanı torpaq sahəsi vardır. 2019-cu ilin
təxminən iyun ayından etibarən Rövşənlə birlikdə Siyəzən rayonu Köhnə Quşçu
kəndinə getmişlər. Orada Rövşənə məxsus heyvanlar üçün ot biçməyə
başlamışlar. Rövşən anası xəstə olduğundan Rövşən bir müddətlik çıxıb
Siyəzən şəhərinə getmişdi. O, kənddə Rövşənin evində tək qalmış və
heyvanlarına da baxmışdır. 2019-cu ilin təxminən iyun ayında təsərrüfatda iş
görən zaman onun ayağı əzilmişdir. Əvvəl buna fikir verməsə də bir gündən
sonra ağrılarının çox olduğunu görüb o, Rövşənə zəng edib Rövşəndən gəlib
onu aparmasını xahiş etmişdir. Rövşən də cavabında gələ bilməyəcəyini, lakin
ona gəlmək üçün maşın tapacağı halda benzin pulunu özünün verəcəyini
demişdir. O da zəng edib Camaləddindən kömək istəmişdir. Camaləddin onu
Siyəzən şəhərinə aparmaq məqsədi ilə gecə saatlarında Siyəzən rayonu Köhnə
Quşçu kəndinə gəlmişdir. Camaləddin gəlib gecə onunla Rövşənin evində
qalmışdır. Gecə qalarkən Camaləddin Rövşənə məxsus evin otağında saxladığı
bir ədəd tək lülə, bir ədəd isə qoşa lülə tüfəngi görüb əlinə alaraq baxmış, sonra
isə yerinə qoymuşdur. O, həmin tüfənglərin Rövşənə məxsus olduğunu
demişdir. Səhəri gün isə o, Rövşənin heyvanlarını orada yaxınlıqda yaşayan
Rəvan adlı çobana tapşırmış və Camaləddinə məxsus avtomobil ilə Siyəzən
şəhərinə evinə gəlmişdir. Bu hadisədən sonra onun ayağı sağalmışdır. O, yenə
də Rövşənin yanına kömək etməyə getmişdir. Bu müddət ərzində o,
Camaləddinlə və həmçinin onunla bir məhəllədə yaşayan Teymurla görüşmüş,
lakin onların üçü birlikdə heç vaxt yaxın olmamışlar, yəni o, Camaləddin və
Teymurla ayrı-ayrılıqda görüşməmişdir. Avqust ayının əvvəllərində Rövşənin ot
biçməklə bağlı işləri qurtarmışdır. Bundan sonra o, Siyəzən şəhərində evlərinə
qayıtmışdır
.

37. İbtidai istintaq orqanı Məhkum yuxarıda göstərilən Siyəzən rayonunun köhnə

Quşçu kəndində yerləşən yaşayış evindən iki ədəd ov tüfənginin oğurlanması barədə
məlumatın verilməsi haqda 22 avqust 2019-cu il tarixli ərizəsini, eyni tarixdə verdiyi
izahatını, ********* nömrəli cinayət işində zərərçəkmiş şəxs qismində dindirilərkən
verdiyi ifadəsini əsas götürərək, 8 aprel 2020-ci il tarixdə qəbul etdiyi “Cinayət işi üzrə
toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərarında həmin tüfənglərin ona
məxsus olmasına dair nəticəyə gəlmiş, baxılan işdə isə əvvəl şahid, daha sonra
təqsirləndirilən şəxs qismində verdiyi Məhkum ifadələrini vəsatət kimi qəbul edərək,
özünümüdafiə kimi qiymətləndirib rədd olunması barədə qərar vermişdir (c.1
səh.212-213).

38. Bununla yanaşı, həmin qərarda ibtidai istintaq orqanı şahid qismində

dindirilmiş Şahid2 ifadəsini qeyri obyektiv, oğlu Məhkum cinayət məsuliyyətindən
kənar qalmağa imkan yaradılması üçün verilmiş, eyni zamanda tüfənglərin onun
özünə məxsus olması ilə bağlı qeyd etdiyi xüsusatlari özünümüdafiə kimi
qiymətləndirmiş və vəsatət kimi qəbul edərək rədd etmişdir (c.1 səh.213).

39. Bununla belə, ibtidai istintaq orqanı qeyd edilən qərarında şahid qismində

dindirilmiş Məhkum anası, Şahid3 ifadəsini tərəfindən ümumiyyətlə əks edib nəzərə

almamış, bir yaşayış sahəsindən - Siyəzən rayonunun köhnə Quşçu kəndində
yerləşən evdən istifadə etmiş üç şəxsdən ikisinin (Məhkum ifadəsi nəzərə alındıqda
hətta hər üçünün), Şahid2 və Şahid3 ifadələrində oğurlanmış tüfənglərin Şahid2
məxsus olmasını bildirildiyini kənara qoymuş, Məhkum 22 avqust 2019-cu il tarixdə
təqdim etdiyi oğurluq cinayətinin törədilməsi haqqında ərizəsini və cinayət-prosessual
qanunvericiliyi ilə müəyyən edilən təminatlardan istifadə etmək hüquqları izah
edilmədən alınmış ilkin izahatını əsas götürməklə, oğurlanmış tüfənglərin məhz
sonuncuya məxsus olması barədə gəlinmiş nəticəyə dair hər hansı əsaslandırmanın
(bu və digər şəxsin ifadələrinin özünümüdafiə xarakteri daşıdığından başqa)
verilməsini təmin etməmişdir.

40. Üstəlik, qeyd edilən qərarı ilə ibtidai istintaq orqanı Şahid2 ifadəsində

oğurlanmış tüfənglərin onun özünə məxsus olması barədə verdiyi məlumatı, faktiki
olaraq onun tərəfindən cinayət əməlinin törədilməsində etirafını naməlum səbəblə
özünümüdafiə kimi qiymətləndirmiş, silahların əldə edilməsi mənbəsinin və şəraitinin
müəyyən edilməsi istiqamətində ümumiyyətlə heç bir tədbir görmədən gəldiyi
nəticəni yalnız şahid ifadələri əsasında formallaşdırmış, bu zaman üç şəxsin, o
cümlədən cinayəti törətməsi ehtimal edilə bilən şəxsin özünün bu barədə etirafını və
verdiyi ifadəsində əməlin məhz bu şəxs, Şahid2 tərəfindən törədilməsi barədə əldə
edilən məlumata əhəmiyyət verməyib, cinayətin törədilməsini təkidlə inkar edən,
hansı səbəblərdən və necə şəraitdə alındığının izahı verilən və sonradan imtina
edilən, hər hansı obyektiv sübutla təsdiqlənməyən və prosessual qüvvəsi olmayan
ilkin izahatını əsas götürməklə əməlin digər şəxs, Məhkum tərəfindən törədilməsi
barədə nəticəyə gəlmiş, belə nəticəyə də dair hər hansı ağlabatan əsaslandırmanın
verilməsini təmin etməmişdir.

41. Cinayət işinin yuxarıda qeyd edilən mövcud xüsusatlarına daha sonra 11

aprel 2020-ci il tarixli ittiham aktında hər hansı obyektiv qiymət verilməmiş, sadəcə iş
üzrə dindirilmiş şəxslərin ifadələri və ekspertiza rəylərinin nəticələri sadalanmaqla
Məhkum verdiyi ifadəsi özünümüdafiə xarakterli hesab edilmiş və ona qarşı
Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayətin
törədilməsi barədə ittiham irəli sürülmüşdür.

42. Apellyasiya protesti əsasında işə baxan apellyasiya instansiyası məhkəməsi

öz növbəsində cinayət işinin yuxarıda təsvir edilən hallarını nəzərdən qaçırmış və
ittiham mövqeyini əksərən ibtidai istintaq orqanının təsvir etdiyi cinayət əməlinin
törədilməsinə dair ehtimalı ilə əsaslandırmışdır.

43. Əlavə olaraq, apellyasiya instansiyası məhkəməsi ********* nömrəli cinayət işi

üzrə məhkum edilmiş Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini birinci
instansiya məhkəməsi qarşısında məhkəmə iclasında şahid qismində verdiyi
ifadəsindən üstün tutub, Şahid1 birinci ifadəsini Məhkum təqsirini təsdiqləyən sübut
kimi qiymətləndirmişdir.

44. Lakin, hətta həmin ifadə həqiqətə daha uyğun hesab edilsə belə, oğurlanmış

tüfənglərin olduğu Siyəzən rayonunun köhnə Quşçu kəndində yerləşən yaşayış evinə
cəmi 2 ay müddətə yaxın, ifadəsinə görə “2019-cu ilin təxminən iyun ayından
etibarən” oğurluğun törədildiyi 22 avqust 2019-cu il tarixədək dövrdə gediş-gəliş
imkanı olan şəxsin silahların kimə məxsus olması haqda verdiyi ifadəsinin həmin
evdən illər boyu istifadə edən üç şəxsin - Məhkum, Şahid2 və Şahid3nin eyni
məzmunlu ifadələrindən üstün tutulmasının izahı apellyasiya instansiyası məhkəməsi
tərəfindən kifayət qədər əsaslandırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi
həmçinin nəzərə almamışdır ki, işin mübahisələndirilməyən hallarına görə, Şahid2
insult keçirdiyindən sonra Şahid3 ilə birlikdə Məhkum tərəfindən 2019-cu ilin may

ayında ünvan 4 ünvanında yerləşən evə aparıldığından, Şahid1 isə Siyəzən
rayonunun köhnə Quşçu kəndində yerləşən yaşayış evinə 2019-cu ilin təxminən iyun
ayından etibarən gedib-gəlməyə başladığından, onun həmin evdən birgə istifadə
etdikləri dövrdə Cabbarovlar ailəsinin məhz hansı üzvünün oğurlanmış tüfənglərə
sahiblik etməsi barədə şəxsən özünün, bilavasitə şahidi olduğu məlumatı ola
bilməzdi.

45. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası nəzərə alır ki, zərərçəkmiş şəxs

qismində tanındığı ********* nömrəli cinayət işi üzrə Məhkum atasına məxsus Siyəzən
rayonunun köhnə Quşçu kəndində yerləşən yaşayış evindən iki ədəd tüfəngin
oğurlanması barədə könüllü olaraq polis orqanına məlumat vermişdir. Məhkəmə
kollegiyasının fikrincə, qanunsuz olaraq odlu silahın saxlamasına görə cinayət
məsuliyyətinə cəlb edilə biləcəyini dərk edən şəxsin buna baxmayaraq könüllü gəlib
həmin silah haqqında polis orqanına məlumat verməsi halı, oğurlanmış tüfənglərin
həqiqətən ona yox, atası Şahid2 məxsus olmasına dəlalət edən amil kimi
qiymətləndirilə bilər.

46. Apellyasiya instansiyası məhkəməsinin ********* nömrəli cinayət işi üzrə

zərərçəkmiş şəxs qismində və hazırki cinayət işinin müəyyən mərhələlərində verdiyi,
Məhkum təqsirinin etirafı hesab edilə bilən ifadələrinin ona qarşı istifadəsinə gəldikdə
məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad edildiyi kimi, Azərbaycan
Respublikası CPM-nin 126.6-ci maddəsinə əsasən yalnız iş üzrə bütün sübutların
məcmusu ilə təsdiq edildiyi halda belə məlumat ona qarşı ittihamın əsası kimi qəbul
edilə bilərdi, baxılan işdə isə toplanmış sübutların apellyasiya instansiyası
məhkəməsi tərəfindən aparılan təhlil və bir-biri ilə müqayisəli qiymətləndirmə
Məhkum təqsirinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə
imkan vermir.

47. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi Məhkum qarşı

Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə
yekun nəticəyə gələrkən, həmin ittihama hərtərəfli, tam və obyektiv baxılması üçün
mühüm əhəmiyyət kəsb edən sübutların qiymətləndirilməsinə dair Azərbaycan
Respublikası CPM-nin 144, 145 və 146-cı maddələrinin tələblərinə əməl etməməklə,
məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən Cinayət-
Prosessual Məcəlləsinin 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş
pozuntulara yol vermişdir.

48. Kassasiya protestinin Məhkum yüngül cəza təyin edilməsinə dair iddiasına

(Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsi) gəldikdə, apellyasiya
instansiyası məhkəməsinin hökmünün yuxarıda qeyd olunan – Azərbaycan
Respublikası CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrində təsbit olunmuş əsaslara
görə ləğv edilməsi, sübutların yenidən araşdırılması və təqsirliliyin müəyyən edilməsi
kimi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən münasibətin
bildirilməsini labüd etdiyindən, məhkəmə kollegiyası hazırki mərhələdə kassasiya
protestinin dəlillərin araşdırılmasını və həmin dəlillər üzrə kassasiya protestinin təmin
olunmasını mümkün hesab etmir.

49. Beləliklə, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə

hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti təmin edilməli,
dövlət ittihamçısının kassasiya protesti təmin edilməməli, Sumqayıt Apellyasiya
Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-50/2022 nömrəli, 06 aprel 2022-ci il
tarixli hökmü ləğv edilməli, iş yeni apelyasiya baxışına təyin olunmalıdır.

Yuxarıda təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin

419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin

edilsin.

Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin.
Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-50/2022

nömrəli, 06 aprel 2022-ci il tarixli hökmü ləğv edilsin, cinayət işi apellyasiya
instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.