1[102]-1411/2022 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 1(102)-1411/2022

15.09.2022

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Cinayət kollegiyasının

Q Ə R A R İ

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər

Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və
Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət
ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının
müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının
müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə,

Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 aprel 2022-ci il tarixli,

1(103)-843/2022 nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğu
DİMİ-nin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə
şöbəsinin prokuroru Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə
mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi.

I. İşin halları

1. Məhkum xx xxxxxx 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş,

Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, orta
təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda
yaşamışdır.

2. 22 sentyabr 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan

Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”)
126.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.
İttiham aktına əsasən o, 20 yanvar 2021-ci il tarixdə, saat 02:30 radələrində
şəxsiyyətləri istintaqa məlum olmayan bir qrup şəxs halında birləşərək əvvəllər
tanımadığı Zərərçəkmiş şəxs ilə ünvan 3 ünvanında küçədə mübahisə edib ictimai
qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar
üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, əxlaq
normalarına zidd, ictimai maraqlara əhəmiyyətli dərəcədə laqeydlik göstərib
sonuncunu qəsdən döyüb yerə yıxaraq ona sağlamlığa zərər vurmayan xəsarətlər
olduğu üçün dərəcəsi təyin edilməyən sol əlin, sağ və sol diz oynağının sıyrıqları

xəsarətləri yetirib qərəzli xuliqanlıq hərəkətləri edib, sonra isə Zərərçəkmiş şəxs onun
ünvanına nalayiq küçə söyüşləri söyüb, boğazından tutaraq boğaraq yerə yıxmaq
istədiyi üçün, Məhkum üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən bıçaqla
Zərərçəkmiş şəxs bel nahiyəsinə bir dəfə qəsdən vuraraq ona onurğa ətrafı arteriya
şaxəsinin zədələnməsi və hemopnevmotoraksla müşayiət olunan kürək nahiyəsinin
döş boşluğuna nüfuz edən yetirildiyi anda insan həyatı üçün təhlükəli olan qəsdən
sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir.

3. 07 oktyabr 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq

iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə
məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 1(101)-217/2022

nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə
nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və həmin maddə
ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan
Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin
törədilməsində təqsiri sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilməsi,
cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin
əvvəlinin 03 mart 2021-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə həmçinin
maddi sübutların taleyi də həll edilmişdir.

5. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib, məhkəmənin gəldiyi

nəticələrin işin faktiki hallarına uyğun olmadığını, nəticədə Azərbaycan Respublikası
CM-nin 221.3-cü maddəsi ilə olan ittihama bəraət verildiyini, təqsirləndirilən şəxsin
törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyi, xarakteri və şəxsiyyətini nəzərə
alınmadan təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin
sanksiyasında nəzərdə tutulan ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası
təyin edildiyini qeyd etməklə, hökmün müvafiq hissələrdə ləğv edilməsini,
Azərbaycan Respublikası CM-nin 126.1 və 221.3-cü maddələri ilə təqsirli bilinməklə
X4 cinayət qanunvericiliyin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə qəti
cəza təyin edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 aprel 2022-ci tarixli,

1(103)-843/2022 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır
Cinayətlər Məhkəməsinin 17 fevral 2022-ci il tarixli hökmü verilmiş apellyasiya
protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 aprel 2022-ci il

tarixli, 1(103)-843/2022 nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti
vermişdir.

II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

8. Kassasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmələr X2 əməlinin

hüquqi tövsifi ilə bağlı düzgün nəticəyə gəlməmişlər. Məhkəmələr hansı səbəbdən
zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaqda, eləcə də məhkəmədə verdikləri
ifadələrini sübut kimi qəbul etməməsi və buna hüquqi qiymət vermədən belə bir
nəticəyə gəlməsinin motivlərini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində
göstərməmiş, onların gəldiyi nəticələri işin faktiki hallarına uyğun olmamışdır.
Məhkəmələr bir sübutun qəbul, ittihamın əsaslandırılması üçün göstərilmiş digər
sübutların rədd edilməsinin motivlərini göstərmədən, ibtidai istintaq zamanı
təqsirləndirilən şəxsin verdiyi səmimi və etirafedici ifadəsinə, eləcə də şahidlərin
ibtidai istintaq zamanı verdikləri obyektiv ifadələrinə və məhkəmə iclasında tədqiq
edilmiş sübutlara əsaslanmadan qərar qəbul etmişlər. Azərbaycan Respublikası

Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”)
353.2.2-ci maddəsinə görə isə məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı
sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri ittiham
hökmünün təsviri əsaslandırıcı hissəsində göstərilməlidir. Məhkəmələrin gəldiyi
nəticələr işin faktiki hallarına uyğun olmamış, bu da ictimai təhlükəli əmələ hüquqi
qiymət verilməsinə dair cinayət qanunvericiliyinin tətbiqinin düzgünlüyünə təsir edən
hal olmuşdur. Məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət
kollegiyasının 28 aprel 2022-ci il tarixli, 1(103)-843/2022 nömrəli qərarının ləğv
edilməsi, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş edilir.

9. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır.

III. Hüquqi məsələlər

10. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin

kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan
Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

11. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni

qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları
araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir.
Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya
apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və
ya qərar qəbul edilərkən maddi və ya prosessual cinayət-hüquqi normalara, yəni
Cinayət və Cinayət-Prosessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-
edilməməsi yoxlanılır.

12. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası

məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər
hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr
tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual
qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz
münasibətini bildirir.

13. Belə

yoxlamanın

nəticəsində

apellyasiya

instansiyası

məhkəməsinin

qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin
səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi
müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin
əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya
qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

14. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiya məhkəməsi

tərəfindən sübutların tədqiqinə dair cinayət-prosessual qanunvericiliyinin tələblərinin
pozulduğunu, nəticədə məhkumun əməlinin tövsifində səhvə yol verildiyini iddia
edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına
təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv
edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan
Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş
hallarla əlaqələndirmişdir.

15. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini

Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından
səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar
Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 aprel 2022-ci il tarixli,

1(103)-843/2022 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın
nəticələri olaraq aşağıdakıları qeyd edir.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi

mövqeyinə görə, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası CM-nin 221-
ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da,
onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai
qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca
hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması
ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv
edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Konstitusiya Məhkəməsinin
Plenumu daha sonra qeyd etmişdir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-
müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və
başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv
cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca
hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu
hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud
özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu
arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir.
Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş
etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-
ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir (“Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair
” Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı, 20 may 2011-ci il).

17. Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsinin təhlili nəticəsində müvafiq vahid

məhkəmə praktikasının formalaşdırılması məqsədi ilə qəbul etdiyi Qərarında
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Cinayət
Məcəlləsinin xuliqanlığa görə məsuliyyəti müəyyən edən 221-ci maddəsinin mətnində
nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında
təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan
qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının
sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai
və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında
bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında
ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə
isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli
dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul
olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq,
bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan
hərəkətlər etməsi basa düşülür (“Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarı, № 1, § 2, 23 mart
2004-cü il).

18. Eyni məqsədlə qəbul etdiyi digər sənəddə Azərbaycan Respublikası Ali

Məhkəməsi müəyyən etmişdir ki, xuliqanıq formal tərkibli cinayət olduğundan və
başa çatmış cinayət tərkibinin mövcud olması üçün ictimai təhlükəli nəticələrin baş
verməsi tələb olunmadığından, kifayətdir ki, təqsirkar qərəzli hərəkətlərinin (digər
şəxsə zor tətbiq etməsinin, zor tətbiq etməklə hədələməsinin, özgə əmlakını məhv
etməsinin və yaxud zədələməsinin) xuliqanlıq kimi alçaq niyyətdən, yəni məhz ictimai
qaydanı pozmaq istəyindən, bu qaydalara etinasızlığından, cəmiyyətin qəbul etdiyi
dəyərlərə hörmətsizliyindən irəli gəlidiyini dərk etsin və məhz bu şəkildə (özünün

ictimai qaydalardan, cəmiyyətin təqdir etdiyi dəyərlərdən üstün olduğunu nümayiş
etdirməklə) şəxsə qarşı zor tətbiq etməsini, zor tətbiq etməklə hədələməsini, özgə
əmlakını məhv etməsini və yaxud zədələnməsini arzu etsin (belə olan halda,
təqsirkarın qərəzli hərəkətləri xuliqanlıq niyyətindən irəli gəlməklə xaraktercə də, yəni
özü-özlüyündə ictimai qaydaları pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən
məzmun

daşıdığından,

təqsirkarın

əməlində

xuliqanlıq

cinayətinin

tərkibini

şərtləndirən bütün zəruri əlamətlər mövcud olur). Bu səbəbdən (yəni, əgər təqsirkarın
qərəzli hərəkətləri xuliqanlıq motivindən irəli gəlirsə və xaraktercə ictimai qaydanın,
hamılıqla qəbul edilmiş davranış qaydalarının kobud şəkildə pozulması, cəmiyyətə
qarşı açıqca hörmətsiziliyin ifadə edilməsi kimi təzahür edirsə) vacib deyil ki, əməl
ictimai yerdə, başqalarının gözü qarşısında törədilsin (“Xuliqanlıq və xuliqanlıq niyyəti
ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya
qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında
” Azərbaycan Respublikası
Ali Məhkəməsinin İcmalı).

19. Baxılan cinayət işinin hallarından göründüyü kimi, məhkum X5 tanışı (cinayət

işi üzrə şahid) Şahid1 oğlu ilə aralarında müəyyən miqdarda pul vəsaiti üzərində
yaranmış mübahisəni səbəb edib, ətrafına şəxsiyyəti məlum olmayan bir neçə şəxsi
toplamaqla saat 01 radələrində Şahid1, onun tanışları olan zərərçəkmiş və digər
şəxslərlə birlikdə qonaq olduqları mənzilin yerləşdiyi evin həyətinə gəlmiş və
yaranmış mübahisəni həll etmək məqsədilə Şahid1 həyətə düşməsini təkidlə tələb
etmişdir. Şahid1 və tanışları bunu etməkdən əvvəl boyun qaçırsalarlar da, gecə vaxtı
həyətyanı sahədə yaranan narahatçılığın qarşısını almaq məqsədilə Zaur Salamovun
tələbini icra etmişlər. Bundan sonra onlar arasında dava-dalaşlı münaqişə yaranmış
(həmin dava-dalaş zamanı zərərçəkmişə həmçinin digər xəsarətlər yetirilmiş) və
nəticədə Zaur Salamov üzərində gəzdirdiyi bıçaqla zərərçəkmişi vurub, sonuncuya
insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən
xəsarətləri yetirmişdir.

20. Təsvir edilənlər belə nəticəyə gəlməyə imkan verir ki, Şahid1lə aralarında

borca görə hər hansı narazılıq olsa belə, yaranmış vəziyyəti qüvvədə olan
qanunvericiliklə müəyyən edilən qayda və ya cəmiyyətdə insanlar arasında təşəkkül
tapmış normalara uyğun həll etmək əvəzinə, Zaur Salamov özünün ictimai
qaydalardan üstün olduğunu zən etməklə və bunu açıq formada göstərməklə Şahid1
“məsələyə aydınlıq gətirmək” məqsədini daşıyan görüşdə təkidlə iştirak etməsini
tələb etmiş, üstəlik qanunazidd hərəkətlərindən irəli gələn mümkün nəticələri
gerçəkdən dərk etdiyini həmin görüşə üzərində bıçaq aparmaqla nümayiş etmişdir,
belə olan halda isə əməlin hətta ictimai yerdə, başqalarının gözü qarşısında
törədilməsi halı vacib amil təşkil etmir.

21. Cinayət hadisəsinin məhz bu tərzdə baş verməsi Zərərçəkmiş şəxs, şahidlər

Şahid1 oğlu, Şahid3 və Şahid2 Arif oğlunun ifadələri, eləcə də keçirilmiş məhkəmə-
tibbi ekspertizalarının rəyləri ilə təsdiqlənsə də, məhkəmələr Azərbaycan
Respublikası CPM-nin 353.2 və 353.2.2-ci maddələrinin tələbinə (məhkəmənin
nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd
edilməsinin motivləri məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində
göstərilməlidir
) riayət etməmiş, məhkum X2 ifadəsinə üstünlük verib, qeyd edilən
şəxslərin ifadələrinin nəzərə almadıqlarını heç bir formada əsaslandırmamışlar.

22. Bu məqamda məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmələr

qərarlarında ibtidai araşdırma orqanı tərəfindən məhkum X4 Azərbaycan
Respublikası CM-nin 126.1 və 221.3-cü maddələri ilə verilmiş ittihamı təsvir etsələr

də, onların özünün hazırki cinayət işi üzrə müəyyən və sübuta yetirilmiş hesab
etdikləri cinayət əməlinin təsvirini ümumiyyətlə əks etdirməmişlər.

23. Halbuki, Azərbaycan Respublikası CPM-nin 353.2 və 353.2.1-ci maddələrinin

tələblərinə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyinə
görə, ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri,
vaxtı, onun törədilmə üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri
göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin
təsviri verilməlidir (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali
Məhkəməsinin Plenumunun Qərarı, № 15, § 29, 24 dekabr 2021-ci il).

24. Azərbaycan Respublikası CPM-nin 398.2-ci maddəsinə əsasən isə

apellyasiya instansiyası məhkəməsinin hökmü həmin Məcəllənin 353-cü maddəsinin
tələblərinə uyğun olmalıdır.

25. Qeyd edilənlərin nəticəsi olaraq, hazırki cinayət işində məhkəmələr

qərarlarının təsviri-əsaslandırıcı hissələrində yalnız cinayət işi üzrə dindirilmiş
şəxslərin ifadələrini əks etməklə kifayətlənərək, Məhkum ictimai qaydanı kobud
surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq
olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməməsi və zərərçəkmiş şəxsin
sağlamlığına ağır zərər vurarkən, xuliqanlıq niyyətində olmadığı 
barədə nəticəyə
gəlmiş, buna dair hər hansı əsaslandırmanın təfsirinin verilməsini təmin etməmiş,
eyni zamanda Zərərçəkmiş şəxs döyülməsi nəticəsində sağlamlığa zərər vurmayan
xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən sol əlin, sağ və sol diz oynağının
sıyrıqları xəsarətlərinin yetirilməsi halını ümumiyyətlə nəzərdən qaçırıb, cinayət işinin
bu halına dair heç bir münasibətini bildirməmişlər.

26. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin Məhkum hazırki

qərarın 19-cu paraqrafında cinayət işinin müəyyən edilmiş hallarına uyğun olaraq
təsvir edilən əməlində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin
tərkibinin olmaması haqqında nəticəsi, sübutların Azərbaycan Respublikası CPM-nin
143-146-cı maddələrinə müvafiq surətdə, yəni tam, hərtərəfli və obyektiv
araşdırılmasına, eləcə də cinayət qanunvericiliyi normalarının, o cümlədən Cinayət
Məcəlləsinin 221.3-cü maddəsinin düzgün təfsir olunmasına əsaslanan yekun qənaət
kimi qiymətləndirilə bilməz.

27. Qeyd edilənlər kassasiya protestinin əsaslı olduğunu, apellyasiya instansiyası

məhkəməsinin

Azərbaycan

Respublikası

CPM-nin

416.1.2

416.1.15-ci

maddələrində nəzərdə tutulan, məhkəmə qərarının kassasiya qaydasında ləğv
edilməsini tələb edən pozuntulara yol verdiyini göstərir.

28. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən

əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməli, Bakı Apellyasiya
Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 28 aprel 2022-ci il
tarixli, 1(103)-843/2022 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya
məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir.

Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci

maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Kassasiya protesti təmin edilsin.
Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan

28 aprel 2022-ci il tarixli, 1(103)-843/2022 nömrəli qərarı ləğv edilsin, cinayət işi

apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.