1[102]-1412/2022 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 1(102)-1412/2022

15.09.2022

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Cinayət kollegiyasının

Q Ə R A R İ

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov

İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Mövsümov
Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı -
Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə
idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik
təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə,

Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2022-ci il tarixli,

1(103)-575/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə
mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi.

I. İşin halları

1. Məhkum xx xxxxxxxx 1992-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş,

Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanda
qeydiyyatda olan və yaşayan, Xəzər Rayon Məhkəməsinin 13 may 2016-cı il tarixli
hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan
Respublikası CM”) 317-2.1, 67.1, 68.2-ci maddələri ilə 07 il müddətinə azadlıqdan
məhrum etmə və 300 manat cərimə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya
Məhkəməsinin 06 iyul 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Qaradağ rayon
Məhkəməsinin 06 aprel 2018-ci il tarixli qərar dəyişdirilmiş, ona qəti olaraq 03 il 06 ay
azadlıqdan məhrum etmə cəzası və 300 manat cərimə cəzası təyin edilmiş, 16 oktyabr
2019-cu il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 28 gün vaxtından əvvəl şərti
azad edilmiş, 13 oktyabr 2019-cu il tarixdə cəzanın müddəti başa çatdığından
qeydiyyatdan çıxarılmış, Ədliyyə Nazirliyi Lənkəran rayon icra və probasiya şöbəsinin
06 dekabr 2021-ci il tarixli amnistiyanın tətbiq edilməsi barədə qərarına əsasən cərimə
cəzasından azad edilmişdir.

2. 22 iyun 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası

CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.

3. 07 iyul 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hazırlıq

iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə
məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına

görə, Məhkum 04 mart 2021-ci il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Binəqədi
rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 43 ünvanının qarşısında Zərərçəkmiş
şəxs məxsus «Opel Astra» markalı, 99ES117 dövlət qeydiyyat nişanlı minik
avtomobilinin sağ arxa yan şüşəsini sındırmaqla avtomobilin salonuna daxil olub oradan
avtomobilə quraşdırılmış 255 manat dəyərində bir ədəd maqnitofon, salondakı qabaq
oturacaqların arasındakı 70 manat dəyərində bir ədəd «Samsung» markalı mobil
telefon, külqabının içərisindən 20 manat məbləğində xırda pul, içərisində 2 000 manat
nağd pul olan 10 manat dəyərində pul kisəsini gizli talayaraq Zərərçəkmiş şəxs
ümumilikdə 2.355 (iki min üç yüz əlli beş) manat məbləğində maddi ziyan vurmaqla
oğurluq etmişdir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 1(001)-

22/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi
ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə
azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 29 mart 2021-ci il tarixdən 31
mart 2021-ci il tarixədək həbsdə olduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-
cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1 (bir)
günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılmaqla ona qəti olaraq 01 il 11 ay 26
gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir.

6. Hökmdən Məhkum apellyasiya şikayəti verib işə yenidən baxılmasını və

barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2022-ci il tarixli,

1(103)-575/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri
Binəqədi Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli hökmü verilmiş apellyasiya
şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2022-ci il tarixli

qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir.

II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində törədilməyən cinayətə görə əsassız məhkum edildiyi iddia

edilərək, barəsində ədalətli qərar qəbul edilməsi xahiş edilmişdir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır

III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə

kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra –

“Azərbaycan

Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni

qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları
araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir.
Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya
apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya
qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-
Prosessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası

məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı
bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən
müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın
normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının

ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin
hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz
həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda,
apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud
dəyişdirilə bilər.

15. Məhkum kassasiya şikayətində törətmədiyi cinayətə görə əsassız məhkum

edildiyini iddia edərək, tələbini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin
416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və
yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini Azərbaycan

Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan
kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı
Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2022-ci il tarixli, 1(103)-
575/2022 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd
edir.

17. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də

razılaşdığı) cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan
Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş,
bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə
müəyyən edilmişdir.

18. Məhkum yuxarıda təsvir edildiyi əməli törətməsinin mübahisələndirilməsi üzrə

dəlilləri onun özü tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı
apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin
(onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə təkzib olunması
haqqında nəticəyə gəlmişdir.

19. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal

kimi onu da qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya
məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə
də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar
etməmiş, Məhkum qeyd edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan
Respublikası CM-nin 177.1-ci maddəsi dispozisiyasından və Cinayət Məcəlləsinin
ümumi hissəsinin müddəalarından çıxış edərək, sonuncunun əməlində Cinayət
Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu
maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası
CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında
nəticəyə gəlmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi

nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində
Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun olaraq tədqiq edilmiş sübutlara,
müvafiq

maddi

prosessual

cinayət-hüquqi

normalarının

düzgün

təfsirinə

əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası
məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və
apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməlinin Azərbaycan Respublikası

CM-nin 177.1-ci maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini
istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas
görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə
edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası
məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə
kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.

21. Məhkəmə

kollegiyası

eyni

zamanda

qeyd

edir

ki,

aşağı

instansiya

məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun,
ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun
təfsirini təqdim etməyə və müvafiq surətdə müdafiəsini qurmağa bütün mümkün olan
imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual
hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası
CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun ədalətli hökm
çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün
dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya
instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi
ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın
dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

22. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab

edir ki, Məhkum verdiyi kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya
Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2022-ci il tarixli, 1(103)-575/2022 nömrəli
qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci

maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.
Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2022-ci il tarixli,

1(103)-575/2022 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə
münasibətdə dəyişdirilmədən saxlanılsın.