1[102]-1466/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 1(102)-1466/2021

02.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

cinayət kollegiyasının

Q Ə R A R İ

Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Nazim

Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Fərhad
Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə,

məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın,
dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının

müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının
müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan
Məhəmmədəli oğlu Hüseynlinin iştirakı ilə,

Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 20 oktyabr 2020-ci il tarixli

qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə
baxaraq

MÜƏYYƏN ETDİ:

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim Oruc

Cəlilov, hakimlər Nizami Quliyev və Aqil Musayevdən ibarət tərkibdə) 1(099)-138/2020
saylı, 27 iyul 2020-ci il tarixli hökmü ilə

21 iyul 1971-ci ildə İmişli rayonun Gövhərli kəndində
anadan

olmuş,

Azərbaycan

Respublikasının

vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul
olan, məhkumluğu olan, İmişli rayonun Gövhərli
kəndində qeydiyyatda olan və yaşayan Məhkum

Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib, CM-in
126.2.4-cü maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in
221.3-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum
edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu
ilə ona qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin
edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı, eləcə də ev
dustaqlığında qaldığı müddəti, cəmi 4 (dörd) ay müddət təyin edilən cəzaya hesablanaraq
üzərində qəti olaraq 6 (altı) il 2 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası
saxlanılmış, İmişli Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli hökmü ilə Məhkum
təyin edilmiş və çəkilməmiş 1 (bir) il müddətinə islah işləri cəzası CM-in 68.1 və 68.1.3-cü
maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd günü
hesabı ilə hesablanmaqla 3 (üç) ay müddət azadlıqdan məhrumetmə cəzası hesab

edilməsi və CM-in 67.1-ci maddəsinə əsasən, yeni təyin edilmiş cəzaya qismən birləşdirilib
Məhkum hökmlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 3 (üç) ay müddətinə azadlıqdan
məhrumetmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində
çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 27 iyul 2020-ci il tarixdən hesablanmışdır.

İşin halları:

Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o,

silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanın qorunmasında
iştirak edən zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq, habelə
xuliqanlıq niyyəti ilə şəxsin sağlamlığına qəsdən ağır zərər vurma cinayətləri etmişdir.

Belə ki, o, 24 mart 2019-cu il tarixdə, saat 20 radələrində qohumu - bacısının əri

Zərərçəkmiş şəxs2 İmişli rayonunun Məzrəli kəndindəki evinin həyətində quraşdırılmış
ictimai yer hesab olunan mağarda keçirilən toy məclisi zamanı sərxoş vəziyyətdə
xuliqanlıq edərək heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub, öz
şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoyaraq, toy mağarının daxilində
cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək insanlarda qorxu və həyəcan hisslərinin
yaranmasına səbəb olmaqla zor tətbiq edərək qardaşı oğlu X5 qəflətən yumruqla zərbə
vurmaq istəmiş, lakin XXX əlləri ilə başını tutub zərbələrdən qorunaraq, həm də məlum
olmayan mənbədən əldə etdiyi göz yaşardıcı qazdan istifadə edib Məhkum üzünə
püskürtmüş, bu zaman XXXun atası Zərərçəkmiş şəxs1 toy şənliyi keçirilən mağarının
daxilində qarışıqlıq yarandığını və ictimai qaydanın pozulduğunu görərək ictimai qaydanın
qorunması üzrə vəzifəsini yerinə yetirib qardaşı Məhkum sakitləşdirib nizam-intizama
dəvət etmək istəyərkən, Məhkum heç bir əsas olmadan zor tətbiq edərək yumruğu ilə
qardaşı Zərərçəkmiş şəxs1 baş nahiyəsindən vuraraq onu yerə yıxmaqla ona alın
nahiyəsində sağda sıyrıq, sol gözün bayır bucaq nahiyəsində və boynun sol yan səthində
çənə sümüyünün sol qanadına kimi yayılmış qançırlardan ibarət sağlamlığa zərər
vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, bundan sonra o,
azğınlaşaraq öz qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib mağarda istifadə olunan 2
(iki) ədəd kauçuk materialdan hazırlanmış stulu, stolların üzərində düzülmüş 10 (on) ədəd
saxsı qabı, 10 (on) ədəd şüşə stəkanı aşırıb sındırmaqla, toy mağarının çadırının bir
hissəsini cırmaqla və məclis üçün bişirilmiş tortu əli ilə vurub aşırmaqla özgənin 500 (beş)
yüz manat dəyərində əmlakını qəsdən məhv edərək Zərərçəkmiş şəxs2 maddi ziyan
vurmuş, daha sonra qardaşı oğlu XXXu axtarmaq üçün toy mağarından çıxıb Zərərçəkmiş
şəxs2 evinin qarşısında-həyətdə qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək özündə
olan soyuq silah hesab edilməyən məişət təyinatlı zavod üsulu ilə hazırlanmış mətbəx
bıçağından silah qismində istifadə edərək xuliqanlıq niyyəti ilə qardaşı Zərərçəkmiş şəxs1
döş nahiyəsindən qəsdən bir dəfə zərbə vuraraq, ona xuliqanlıq niyyəti ilə döş qəfəsinin
sol yarısının

ön səthində döş boşluğuna keçən, diafraqmanı zədələyən və qarın

boşluğuna keçən, soltərəfli hemotoraksla müşayiət olunan yaradan ibarət, insan həyatı
üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur.

Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının (sədrlik edən və məruzəçi

hakim Etibar Camalov, hakimlər Rafiq Cəfərov və Kamil Bəşirovdan ibarət tərkibdə)
1(106)-516/2020 saylı, 20 oktyabr 2020-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər
Məhkəməsinin 27 iyul 2020-ci tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum
müdafiəçiləri Orxan Məmmədli və Ulduzə Əhmədova tərəfindən verilmiş apellyasiya
şikayətləri təmin edilməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum

müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində xahiş edir ki, Şirvan Apellyasiya
Məhkəməsinin cinayət kollegiyasının 20 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilsin və
Məhkum barəsində cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilsin.

Kassasiya şikayətinin dəlilləri:

Müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırır ki, apellyasiya

instansiyası məhkəməsi şikayətə baxarkən məhkəmədə sübutları lazımi qaydada
araşdırmamış, iş üçün xüsusi əhəmiyyət kəsb edən hallara qiymət verməmişdir.

Belə ki, Zərərçəkmiş şəxs1 istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə

araşdırması zamanı onu bıçaqla kimin vurmasını görmədiyini demiş, iş üzrə
təqsirləndirilən şəxsdən şikayət etməmişdir. Hətta o, öz ifadəsində tanımadığı şəxsin onu
vurmasını bildirmiş, qaranlıq olmasına baxmayaraq əgər, onu qardaşı vursaydı o,
qardaşını tanıyardı.

İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək,

Şövqinin sağ əlindəki bıçaqla Mustafanın sinəsindən vurmasını bildirmiş və bu ittiham
tərəfinin sübutu hesab edilmişdir. Lakin Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ifadə
verərək, ibtidai istintaqda yalan ifadə verməsini, Şövqinin Mustafanı bıçaqla vurmasını
görmədiyini, Şövqinin əlindən acıqlı olması üçün, belə bir ifadə verməsini bildirmişdir.
Yəni, artıq şahidin ibtidai istintaqda verdiyi ifadəsinə istinad etməkdə məhkəmə haqlı
olmamışdır. Çünki, məhkəmə yalnız məhkəmə iclasında tədqiq edilən sübutlara istinad
edə bilərdi.

Hətta, X1 ibtidai istintaqda ifadə verərək, Şövqinin əlində bıçaq olmasını

gördüyünü, bıçağı alıb əlüzyuyanın içinə atdığım, bıçağın üzərində qan ləkəsinin
olmasını xatırlamadığını bildirmişdir. Yəni, əgər Şövqi Mustafanı bıçaqla vursaydı o,
bıçağın üzərində qan ləkəsi olardı və hadisənin hər bir detalını xatırlayan X4 bu halı da
görmüş olardı.

X1 məhkəmə iclasında ifadə verərək, ibtidai istintaqda verdiyi ifadəsini təkzib etmiş,

yalan ifadə verməsini göstərmişdir. Əslində məhkəmə şahidlərin məhkəmə iclasında
verdiyi ifadələri əsas götürməli olduğu halda, məhkəmə bu ifadələrin ibtidai istintaq
zamanı verilən ifadələrlə təkzib edilməsini göstərmişdir. Yəni, məhkəmə şahidlərin
məhkəmə iclasında verdiyi ifadələrinin yalan olmasını, həmin ifadələrin həmin şəxslərin
ibtidai istintaq zamanı verdiyi ifadələrlə təkzib olunmasını göstərmiş, bununla da, cinayət
prosessual qanunvericiliyinin tələblərinə əməl etmədən qərar qəbul etmişdir

İşin hallarından da görünür ki, Zərərçəkmiş şəxs2 və X1 məhkəmə iclasında ifadə

verərək, ibtidai istintaqın gedişində verdiyi ifadənin yalan olduğunu könüllü olaraq
bildirmişlər.

İbtidai araşdırma zamanı çox sayda şahid dindirilmiş, lakin, heç bir şahid Məhkum

bıçaqla Zərərçəkmiş şəxs1 Əlhümbət oğluna xəsarət yetirməsini gördüyünü deməmişdir.
Bunu deyən yeganə şahid Zərərçəkmiş şəxs2 isə məhkəmə iclasında bunu Şövqinin
əlindən hirsli olduğu üçün dediyini bildirmişdir.

Zərərçəkmiş şəxs1 Əlhümbət oğluna bıçaqla xəsarət yetirilməsi faktı ilə əlaqədar

Məhkum təqsirli olması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Belə
olduqda isə, məhkəmə ibtidai araşdırma orqanının məhkəməyə təqdim etdiyi və
məhkəmədə öz təsdiqini tapmayan sübutlara istinad edərək ittihamedici hökm qəbul edə
bilməzdi.

Qeyd edilənlərdən əlavə, məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyirəm ki,

məhkəmə tərəfindən bir ailənin toy məclisinə ictimai yer kimi, orada toplanmış şəxslərə
cəmiyyət kimi istinad etməkdə məhkəmə haqlı olmamışdır. Belə ki, Zərərçəkmiş şəxs2
və X4 öz həyətlərində qızları üçün toy mərasimi keçirmiş və həmin toya öz qohum və
tanışlarım dəvət etmişlər, hadisə isə onların həyətində (yəni ictimai olmayan yerdə)
qohumların arasında baş vermişdir.

Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini

araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə
əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə

əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə

mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun
normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində
məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən,
bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara
hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə
birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən
hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət
qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır.

Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası

apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki,
məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara
hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər.
Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş
materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun
olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-
in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə
alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməlləri Azərbaycan
Respublikası CM-in 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini
yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini
məhkəmə kollegiyası düzgün sayır.

Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin dəlillərindən biri apellyasiya

instansiyası məhkəməsinin qərarının əsassız olmasıdır.

Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apellyasiya instansiyasında

apellyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun
çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası
CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol
verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini əsassız sayır.

Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin başlıca dəlili Məhkum hazırkı

cinayət işində təqsirinin sübuta yetirilməməsi, təqsirsiz olduğundan barəsində bəraət
hökmünün çıxarılmamasının və icraata xitam verilməməsinin qanunsuz olmasıdır.

Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1-

ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş
cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda
çıxarılır:

42.1.1. cinayət hadisəsi olmadıqda;
42.1.2. əməldə cinayət tərkibi olmadıqda;
42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda;
42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə.
Həmçinin məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 39.2-ci

maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə, həmçinin onun
cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam
verilir.

İş materiallarından görünür ki, Məhkum məhkəmə istintaqında özünü təqsirli bilməsə

də, onun qeyd edilən cinayət əməllərini törətməsi zərərçəkmiş şəxslərin və şahidlərin
ibtidai istintaq və məhkəmə icraat zamanı verdikləri ifadələrlə və işin digər materialları ilə
təsdiq edilir.

Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası

məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin
hökmündən görünür ki, məhkəmə Məhkum məhkəmədə verdiyi ifadəsini işin faktiki halları
ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onun həmin ifadəsinin işin
hallarına uyğun olmaması, digər sübutlarla təkzib edildiyi barədə nəticəyə gəlmişdir.
Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci
instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

“Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali

Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 2-ci bəndində izah edilir ki,
CM-in xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə
tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış,
adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən
edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai
qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə
əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış
və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa
düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər
üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq
göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və
mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir
üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür.

Həmin Qərarın 3-cü bəndində izah verilir ki, şəxsi münasibətlər zəminində

başlanılmış hərəkətlər (ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı
açıqcasına hörmətsizlik göstərmədən şəxsi münasibətlər zəminində olan mübahisə,
dalaşma və s. hərəkətlər) sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə
qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli
xuliqanlıq kimi qiymətləndirilə bilər.

Həmin Qərarın 5-ci bəndində göstərilir ki, xuliqanlıq cinayətini xuliqanlıq niyyəti ilə

törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma
cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin
motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır.
Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya
az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq CM-in 120.2.2,
yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən
cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai
qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik
etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin
şəxsin əməli cinayətlərin məcmusu qaydasında, həm də CM-in 221-ci maddəsi ilə tövsif
olunmalıdır.

Həmin Qərarın 6-cı bəndində izah edilir ki, CM-in 221.2.2-ci maddəsində göstərilən

ictimai qaydanın pozulmasının qarşısını almaqda iştirak edən digər şəxslər dedikdə
üzərinə ictimai vəzifələrin yerinə yetirilməsi öhdəliyi qoyulmuş, yaxud vətəndaşlıq borcunu
yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın qorunmasında iştirak edən, hakimiyyət
nümayəndəsi olmayan şəxs başa düşülür.

"Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan

Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 6-cı
bəndində verilmiş izahından irəli gələn müddəaları CM-in 126.2.4-cü maddəsinə aid
etməklə belə nəticəyə gəlmək olur ki, şəxsin əməlinin xuliqanlıq niyyəti ilə qəsdən
sağlamlığa ağır zərər vurma (CM-in 126.2.4-cü maddəsi) o vaxt tövsif oluna bilər ki, bu
zaman təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq
normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət
törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasına ağır
xəsarət yetirir). Habelə təqsirkar xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər
vurmaqla yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-
aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı
zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud
zədələmə və s.) belə əməl CM-in 126.2.4-cü maddəsi ilə yanaşı CM-in 221-ci maddəsinin
də tərkibini yaradır.

Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Zərərçəkmiş şəxs2

ifadəsi, Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi 28 mart və 08 iyul 2019-cu il
tarixli ifadələri, şahidlər XXX və XXXanın ibtidai istintaq zamanı verdikləri ifadələri,

üzləşdirmədə dindirmə protokolları, ekspert rəyləri, maddi sübutlar, birinci instansiya
məhkəməsində elan edilməklə tədqiq olunmuş digər sənədlərlə təqsirləndirilən şəxs
Məhkum silah qismində istifadə olunan əşyadan, yəni mətbəx bıçağından istifadə etməklə
ictimai qaydanın qorunmasında iştirak edən Zərərçəkmiş şəxs1 zor tətbiq olunması ilə
müşayiət olunan xuliqanlıq hərəkətləri etməsi, habelə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş
şəxs1 sağlamlığına qəsdən ağır zərər vurması sübuta yetirilmişdir, sonuncunun əməlləri
CM-in 221.3 və 126.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən
cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları
və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və
əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin məhkum
olunmuş şəxs Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud
deyildir.

Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və

apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret
sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini
şübhə altına almağa heç bir əsas yoxdur.

Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 126.2.4 və

221.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və
barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur.

Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci

instansiya

məhkəməsi,

apellyasiya

instansiyası

məhkəməsi

sübutların

araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər
hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul
edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə
Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların
mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir.

Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası

CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır.

Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət

prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması
üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə;
416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin
tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.21-ci maddəsinə əsasən
məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin
etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm
və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir.

İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki

qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş
hallardan heç biri iş üzrə müəyyən edilməmişdir.

Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya

şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya
Məhkəməsinin cinayət kollegiyasının 20 oktyabr 2020-ci il tarixli qərarının dəyişdirilmədən
saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir.

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci

maddəsini rəhbər tutaraq,

QƏRARA ALİR:

Məhkum Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.3-cü maddələri ilə məhkum

olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının
20 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Kassasiya şikayəti təmin edilməsin.