1[102]-269/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 1(102)-269/2021

08.10.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Cinayət kollegiyasının

Q Ə R A R İ

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov

İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov
Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X12

qızının, dövlət

ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi
üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və
analitik təhlil şöbəsinin böyük prokuroru X15, Məhkum2 və onun müdafiəçisi X1, Məhkum1
müdafiəçiləri X5 və Müdafiəçi2 iştirakları ilə,

Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2019-cu il tarixli,

1(106)-417/2019 nömrəli qərarından Məhkum1 müdafiəçisi X11 və Müdafiəçi2 və digər
Məhkum2 tərəfindən ayrı ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə
baxaraq, aşağıdakı qərarı qəbul etdi.

I.

İşin halları

1. Məhkum1 10 fevral 1977-ci il tarixdə Astara rayonu, Ərçivan kəndində anadan

olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə
məşğul olmuş, əvvəllər məhkum olunmamış, Astara rayonu, Ərçivan kəndində
qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır.

2. Məhkum2 13

may 1957-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş,

Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum
olunmamış, ünvan 2 ünvanda yaşamışdır.

3. 23 aprel 2019-cu il tarixli ittiham aktı ilə Məhkum1 və Məhkum2 Azərbaycan

Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM)
206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan
edilmişdir.

4. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Məhkum2 və Məhkum1 İran

İslam Respublikasının (bundan sonra – “İİR”) sakini – şəxsiyyəti məlum olmayan Mövsüm
adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə
qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddənin əldə edilməsi,
saxlanması və daşınması ilə bağlı razılığa gəlməklə yanaşı, şəxsiyyəti məlum olmayan
həmin şəxslərə bu məqsədlə İİR-dən Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni
Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar yolla
keçiriləcək həmin maddələri əldə edib müqəddəratına sərəncam verməyi qabaqcadan vəd
vermişlər, bundan sonra Mövsüm adlı şəxs onlarla 2019-cu ilin yanvar ayının əvvəllərində
mobil telefon nömrələri, eləcə də, “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxladıqdan
sonra müəyyən edilməmiş vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə
etdiyi külli miqdarda narkotik vasitələri – ümumi təmiz çəkisi 1 kq 087,88 qram heroini,
940,54 qram həşiş qətranını, 956,15 qram tiryəki, təsir maddəsinin ümumi miqdarı 7,22
qram təşkil edən 181 ədəd metadon dərman həblərini, tərkibində quru maddəsinin miqdarı
0,47 qram olan 470 ml metadon siropunu və külli miqdarda psixotrop maddəni – ümumi
təmiz çəkisi 296,5 qram metamfetamini iki ədəd sellofan paketdə qablaşdırmaqla
müəyyən edilməmiş vaxtda və müəyyən edilməmiş şəxslər vasitəsilə Azərbaycan
Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirib İİR-dən
Azərbaycan Respublikasına daşınaraq 10 yanvar 2019-cu ildə Astara rayonu Kijəbə
kəndinin yaxınlığındakı sahibsiz feyxoa bağlarının olduğu ərazidən bir qədər kənardakı iri
köklü ağacın gövdəsinə gizlədərək saxlanılmasını təşkil etmiş və bu barədə 11 yanvar
2019-cu ildə Məhkum1 mobil telefon vasitəsilə əlaqə saxlamaqla məlumat verdikdən
sonra, sonuncu qeyd olunan gün saat 20 radələrində həmin yerdən satış məqsədilə
qanunsuz olaraq əldə etdiyi iki ədəd sellofan paketdə qablaşdırılmış narkotik vasitələri və
psixotrop maddəni idarə etdiyi “Mercedes-Benz 180” markalı, 90ZS158 qeydiyyat nişanlı
avtomobillə yaşadığı Astara rayonu Ərçivan qəsəbəsinə daşıyıb evinin yaxınlığındakı
zibilxanada gizlətməklə saxlamış, buna dair Mövsüm adlı şəxsə və Məhkum2 mobil
telefonla məlumat verdikdən sonra, yəni 12 yanvar 2019-cu ildə saat 18 radələrində həmin
narkotik vasitələri və psixotrop maddəni sonuncunun yaşadığı Lənkəran şəhəri
V.Hüseynov küçəsi 35 yerləşən evə avtomobili ilə daşıyıb maddələrin ona çatacaq
hissəsini, yəni 1 (bir) ədəd sellofan paketdə olan külli miqdarda narkotik vasitələri – ümumi
təmiz çəkisi 632,15 qram olan heroini, 956,15 qram tiryəki, təsir maddəsinin ümumi
miqdarı 4,02 qram təşkil edən 101 ədəd metadon dərman həblərini və tərkibində quru
maddəsinin miqdarı 0,47 qram olan 470 ml metadon siropunu Məhkum2 təhvil verdikdən
sonra, sonuncu ona Mövsüm adlı şəxsə çatdırılması üçün narkotik vasitələrin bir
hissəsinin pulunu – 5.000 ABŞ dolları vermiş, daha sonra qanunsuz olaraq satış
məqsədilə əldə etdiyi külli miqdarda narkotik vasitələri yaşadığı evin qonaq otağında
masanın üzərinə qoyaraq saxladıqdan sonra metadon həbinin bir ədədinin məlum
olmayan çəkidə olan yarı hissəsini istifadə etmiş, təsir maddəsinin ümumi miqdarı 0,02
qram olan digər yarısını əynindəki şalvarın sağ cibində saxlamış, Azərbaycan
Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 12 yanvar 2019-cu
ildə həyata keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Məhkum2 yaşadığı ünvan 3
ünvanında yerləşən evindən 1 sellofan paketdə qablaşdırılmış külli miqdarda narkotik
vasitələr – ümumi təmiz çəkisi 632,15 qram olan heroin, 956,15 qram tiryək, təsir
maddəsinin ümumi miqdarı 4 qram təşkil edən 100 ədəd metadon dərman həbləri və
tərkibində quru maddəsinin miqdarı 0,47 qram olan 470 ml metadon siropu, Astara rayonu
ərazisində isə Məhkum1 idarə etdiyi «Mercedes-Benz 180” markalı, 90ZS158 qeydiyyat

nişanlı avtomobildən 1 sellofan paketdə qablaşdırılmış külli miqdarda narkotik vasitə –
ümumi təmiz çəkisi 455,73 qram heroin, 940,54 qram həşiş qətranı, təsir maddəsinin
ümumi miqdarı 3,2 qram təşkil edən 80 ədəd metadon dərman həbləri və külli miqdarda
psixotrop maddə – ümumi təmiz çəkisi 296,5 qram metamfetamin aşkar edilərək
götürülmüşdür.

5. Bundan başqa Məhkum2 13 yanvar 2019-cu il tarixdə Azərbaycan Respublikası

Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına qəbul
olunarkən üzərinə keçirilmiş baxış zamanı onun şalvarının sağ cibindən Məhkum1 satış
məqsədi ilə qanunsuz Lənkəran şəhərində əldə etdiyi təsir maddəsinin ümumi miqdarı
0,02 qram olan narkotik vasitə – metadon həbinin yarısı aşkar olunaraq götürülmüşdür.

6. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(99)-190/2019 nömrəli, 29 may 2019-cu

il tarixli hökmü ilə Məhkum2 Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2-ci maddəsi ilə
təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına,
Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 8
(səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi,
Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları
qismən toplamaq yolu ilə Məhkum2 qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan
məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində
çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 12 yanvar 2019-cu ildən hesablanması,
barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hazırkı hökm qanuni qüvvəyə
minənədək dəyişdirilmədən saxlanılması və ərazi narkoloji dispanserində qeydiyyata
alınması; Məhkum1 Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2-ci maddəsi ilə təqsirli
bilinərək 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan
Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il 6
(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan
Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq
yolu ilə Məhkum1 qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası
təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə
müddətinin başlanğıcı 12 yanvar 2019-cu ildən hesablanması, barəsində seçilmiş “həbs”
növündə qətimkan tədbirinin hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən
saxlanılması və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması hökm edilmiş,
həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir.

7. Təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi X8 apelyasiya şikayəti verərək,

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 may 2019-ci il tarixli, 1-(99)-190/2019-nömrəli
hökmünü dəyişərək, Məhkum1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və
234.4.3-cü maddələri ilə daha aşağı cəza verilməsi barədə hökm çıxarılmasını xahiş
etmişdir.

8. Hökmdən təqsirləndirilən şəxs Məhkum1 apelyasiya şikayəti verərək, Lənkəran Ağır

Cinayətlər Məhkəməsinin 29 may 2019-cu il tarixli hökmü dəyişdirilməsini və barəsində
qanunvericilikdə nəzərdə tutulmuş cəzadan daha yüngül cəza təyin edilməsi ilə bağlı qərar
qəbul olunmasını xahiş etmişdir.

9. Təqsirləndirilən şəxs Məhkum2 apelyasiya şikayəti verərək, birinci dəfə həbs

edildiyini, yaşını, ailə vəziyyətini nəzərə alıb onun barəsində olan hökmü dəyişdirib
cəzasının yüngülləşdirilməsini xahiş etmişdir.

10. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 avqust 2019-cu il tarixli

ilkin baxış iclasının qərarı ilə Məhkum1 müdafiəçisi X8, Məhkum1 və Məhkum2 tərəfindən

ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə cinayət işi məhkəmə baxışına təyin
edilmiş, məhkəmə baxışının açıq məhkəmə iclasında məhkəmə istintaqı aparılmadan
keçirilməsi qərara alınmışdır.

11. Apellyasiya instansiya məhkəməsinin qərarında müəyyən edilmişdir ki, birinci

instansiya məhkəməsinin mübahisə olunan hökmündən göründüyü kimi, məhkəmə ittiham
hökmü çıxararkən cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların
araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli,
tam və obyektiv baxılmasına əsaslanmaqla təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2
birinci instansiya məhkəmə verdikləri ifadələri, şahidlər X9, X13, X6, X3 ifadələri, 12
yanvar 2019cu il tarixli «Baxış» protokolları, Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti
saxlama yeri və istintaq təcridxanasının əməkdaşları tərəfindən tərtib olunmuş 13 yanvar
2019-cu il tarixli akt, Dövlət təhlükəsizlik Xidmətinin Vİ Baş İdarəsinin beşinci şöbəsi
tərəfindən 13 yanvar 2019-cu il tarixdə tərtib edilmiş 3 nömrəli arayış, 28 yanvar 2019-cu il
tarixli, 1613 nömrəli ekspert rəyi, 29 yanvar 2019-cu il tarixli 1614 nömrəli ekspert rəyi,
“Kompakt diskə baxış keçirilməsi barədə” 15 yanvar 2019-cu il tarixli protokol, 05 mart
2019-cu il tarixli 2776 nömrəli ekspert rəyi, “Giriş-çıxış və qeydiyyat” idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış sistemindən Məhkum2 və Məhkum1 barələrində 17
yanvar 2019-cu il tarixdə çıxarılmış sərhəd keçmə hesabatı, Azərbaycan Respublikasının
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X7 14 fevral 2019-cu il tarixli, 7-
451 nömrəli məktubuna əlavə edilmiş Azərbaycan Respublikasının mobil və şəhər
operatorları arasında aparılmış danışıqlar və sms yazışmalarının kompüter açıqlamalarına
və "xxxx" MMC-nin 08 fevral 2019-cu il tarixli 7-381 nömrəli məktubuna əlavə olunmuş
CD-yə baxış keçirilməsi haqqında 15 və 16 fevral 2019-cu il tarixli protokollar, "xxxx"
MMC-nin 26 fevral 2019cu il tarixli, 7-566 nömrəli və "xxxx" MMC-nin 02 mart 2019-cu il,
tarixli 7-606 nömrəli məktublarına əlavə olunmuş CD-yə baxış keçirilməsi haqqında 27
fevral və 02 mart 2019-cu il tarixli protokollar, məhkəmə-narkoloji ekspertizası ilə bağlı
tərtib olunmuş 24 yanvar 2019-cu il tarixli, 127 və 153 nömrəli rəyləri və iş üzrə toplanmış
digər təkzibedilməz sübutlarla Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin
32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərinə
aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxslərə ittiham olunan
əməllərinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onların cinayət
məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncuların həmin
maddələrlə təqsirili bilinib cəzalandırlmalı olmasına dair yekun nəticəyə gəlmişdir.

12. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Məhkum1 və Məhkum2

istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməlləri məhz
onların tərəfindən törədilmişdir, məhkum edilmiş şəxslərin hərəkətlərində qeyd olunan
cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində onlar
təqsirlidir və onların təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir və birinci instansiya
məhkəməsi tərəfindən düzgün olaraq Məhkum1 və Məhkum2 əməlləri Azərbaycan
Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir.

13. Nəticə etibarilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10

sentyabr 2019-cu il tarixli, 1(106)-417/2019 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər
Məhkəməsinin 1(99)-190/2019 nömrəli, 29 may 2019-cu il tarixli hökmündən məhkum
edilmiş şəxs Məhkum1, müdafiəçisi X8 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya
şikayətləri qismən və məhkum edilmiş şəxs Məhkum2 tərəfindən verilmiş apelyasiya
şikayət tam təmin olunmuş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(99)-190/2019
nömrəli, 29 may 2019-cu il tarixli hökmü apelyasiya şikayətlərinə əsasən dəyişdirilmiş,

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(99)-190/2019 nömrəli, 29 may 2019-cu il tarixli
hökmü ilə Məhkum1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri
ilə təyin olunmuş 8 (səkkiz) il 6 (altı) ay azadlıqdan mərhum etmə cəzasının müddəti 7
(yeddi) ilə endirilmiş və Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən
həmin cəza birinci instansiya məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin
32.5,206.3.2-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum
etmə cəzasına qismən toplanılmaqla Məhkum1 qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə
azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, eyni hökmlə Məhkum2 Azərbaycan
Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 8 (səkkiz) il 6
(altı) ay azadlıqdan mərhum etmə cəzasının müddəti 7 (yeddi) ilə endirilmiş və
Azərbaycan Respublikası

CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəza birinci

instansiya məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2-ci
maddəsi ilə təyin edilmiş 5 (beş) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına
qismən toplanılmaqla Məhkum2 qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan
məhrum etmə cəzası təyin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(99)-
190/2019 nömrəli, 29 may 2019-cu il tarixli hökmü apelyasiya şikayətlərinə əsasən qalan
hissədə dəyişdirilmədən saxlanılmışdır.

14. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2019-cu il

tarixli qərarından Məhkum1 müdafiəçiləri X11 və Müdafiəçi2 və digər Məhkum2 tərəfindən
ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. Həmçinin Məhkum1 müdafiəçiləri X11 və
Müdafiəçi2 tərəfindən kassasiya şikayətinə əlavə verilmişdir.

II.

Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar

15. Məhkum1 müdafiəçiləri X11 və Müdafiəçi2 tərəfindən birgə verilmiş kassasiya

şikayətində qeyd edilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin 10 sentyabr 2019-cu il
tarixli, 1(106)-417/2019 nömrəli qərarı ləğv edilməli, Məhkum1 Azərbaycan Respublikası
CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayətdə təqsirliliyi sübuta
yetirilmədiynə görə cinayət işinə bəraətverici əsasla xitam verilməsi barədə qərar qəbul
edilməlidir. Qeyd edir ki, Məhkum1 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2,
234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi Azərbaycan Respublikası Cinayət-
Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”)

8-36-cı

maddələrində təsbit olunmuş cinayət mühakimə icraatının vəzifələri, əsas prinsipləri və
şərtləri barədə müddəalarının, eləcə də həmin Məcəllənin 145-ci (sübutların
qiymətləndirilməsi), 146-cı (sübutların kifayət etməsi) maddələrin tələbinə uyğun deyildir.
Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, məhkuma təyin edilmiş cəza ədalətli
deyil. Məhkəmə kollegiyasından Şirvan Apellyasiya Məhkəməsinin 10 sentyabr 2019-cu il
tarixli, 1(106)-417/2019 nömrəli qərarının Məhkum1 münasibətdə ləğv edilərək, Məhkum1
Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsiri
sübuta yetirilmədiyinə görə cinayət işinə onunla bağlı hissədə bəraətverici əsasla xitam
verilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkum1 müdafiəçiləri X11 və
Müdafiəçi2 tərəflərindən verilmiş kassasiya şikayətinə əlavəyə hal şahidi X4 mütəmadi
olaraq hal şahidi kimi iştirak etməsini təsdiq edən məhkəmə aktları əlavə edərək,
məhkəmə kollegiyasından Şirvan Apellyasiya Məhkəməsinin 10 sentyabr 2019-cu il tarixli,
1(106)-417/2019 nömrəli qərarının Məhkum1 münasibətdə ləğv edilərək, Məhkum1
Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsiri
sübuta yetirilmədiyinə görə cinayət işinə onunla bağlı hissədə bəraətverici əsasla xitam
verilməsi haqqında qərar qəbul edilməsini xahiş edir.

16.Məhkum2 kassasiya şikayətində qeyd etmişdir ki, barəsindəki ittiham ibtidai istintaq

və məhkəmə istintaqı zamanı tam sübuta yetirilməyib. Məhkəmə istintaqı zamanı hal
şahidlərinin iştirakı tam təmin edilməmişdir. Məhkəmə kollegiyasından barəsində ədalətli
qərar qəbul edilməsini xahiş edir.

17. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

III.

Hüquqi məsələlər

18. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə

səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən
edir.

19. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni

qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları
araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir.
Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya
instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul
edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-
Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

20. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci

və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-
verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş
hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-
edilməməsi məsələlərinə öz münasibətini bildirir.

21. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası

məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin
hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz
həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali
Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud
dəyişdirməyə haqlıdır.

22. Məhkum1 müdafiəçisi X11 və Müdafiəçi2 kassasiya şikayətində və kassasiya

şikayətinə əlavədə məhkəmələr tərəfindən cinayət-prosessual qanunun sübutlar və
sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə hüquqlarını müdafiə etdiyi
şəxsin cinayət törətmədiyi, təqsirliliyi sübuta yetirilmədiyi halda Azərbaycan Respublikası
CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilindiyini iddia edərək,
Məhkum2 da kassasiya şikayətində eyni məsələləri mübahisələndirərək faktiki olaraq
apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici
əsasla xitam verilməsi haqqında kassasiya tələbini Cinayət-Prosessual Məcəlləsinin
416.1.1, 416.1.6 və 416.1.8-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında
ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla
əlaqələndirmişdir.

23. Odur ki, kollegiya Məhkum1 müdafiəçilərinin və digər Məhkum2 kassasiya

şikayətlərini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından
səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan
Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2019-cu il tarixli qərarının
qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

24. Məhkum1 və Məhkum2 ona hökmlə isnad edilən (apellyasiya instansiyası

məhkəməsinin də razılaşdığı), hazırki qərarda təsvir edilmiş cinayət əməlini törətməsi
birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı
maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi
təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.

25. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr (bax,

paraqraflar

11-13)

işin

hallarının

obyektiv

araşdırılmasına,

birinci

instansiya

məhkəməsində Cinayət-Prosessual Məcəlləsinin tələblərinə müvafiq qaydada tədqiq
edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün

təfsirinə

əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi
nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası
məhkəmələrinin Məhkum1 və Məhkum2 əməlinin Cinayət Məcəlləsinin 32.5,206.3.2,
234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini
və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına
almaq üçün əsas görmür.

26. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum1 cəza təyin edilməsi ilə bağlı

kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kоllеgiyаsı apellyasiya
instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki,
apellyasiya instansiya məhkəməsi məhkəmələrin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi
qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Apellyasiya instansiya məhkəməsi
birinci instansiya məhkəməsinin məhkum edilmiş şəxs Məhkum2 və Məhkum1 cəza təyin
edərkən Məhkum2 ahıl yaşda olmasını və Məhkum1 himayəsində 2 nəfər azyaşlı uşağının
olmasını və təyin ediləcək cəzanın ailələrinin ailəsinin həyat şəraitinə və onların islah
olunmalarına təsirini kifayət qədər nəzərə almadığını hesab edərək, məhkum edilmiş
şəxslərə CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum
etmə cəzasının müddətini 7 (yeddi) ilə endirərək qanunla müəyyən edilmiş məqsədinə
xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8,
41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası
məhkumlar barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

27. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-

nin

416.1-ci

maddəsi

ilə

ehtiva

olunan

pozuntulara

yol

verilmədiyini,

yəni

mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını
göstərir.

28. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara

görə hesab edir ki, Məhkum1 müdafiəçiləri X5 və Müdafiəçi2 və digər Məhkum2 kassasiya
şikayətləri təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının
oğlunun barəsində olan 10 sentyabr 2019-cu il tarixli, 1(106)-417/2019 nömrəli qərarı
dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-

ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A

A L D İ:

Məhkum1 müdafiəçiləri X5 və Müdafiəçi2 və digər Məhkum2 kassasiya şikayətləri

təmin edilməsin.

Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2019-cu il tarixli,

1(106)-417/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.