1[102]-713/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 1(102)-713/2021

02.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Cinayət Kollegiyasının

Q Ə R A R İ

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov

Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və
Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə,

Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə,

dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət

ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət
ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs
oğlunun,

zərər çəkmiş şəxsin hüquqi varisi X58nun və onun nümayəndəsi Mehdiyev Dərgah

Hüseyn oğlunun iştirakları ilə,

Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli hökmü ilə Məhkum

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 120.1-ci
maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya
Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2020-ci il tarixli qərarından məhkumun
müdafiəçisi Salmanova Gülşən Arif qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən
işə baxaraq,

M Ü Ə Y Y Ə N E T D İ:

Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli hökmü ilə (hakimlər

Mirzəyev Nahid Namiq oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Rəşid İnqilab oğlu və
Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə)

Məhkum,

xxxxxxxxx

il

tarixdə

Qəbələ

rayonunun Corlu kəndində anadan olmuş,
Azərbaycan Respublikasının vətəndaşı, ali
təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları
olan, əvvəllər məhkum olunmamış, İlham
Kərimov adına Qəbələ rayonunun Mirzəbəyli
kənd tam orta məktəbində ingilis dili müəllimi

işləmiş, ünvan 1-də qeydiyyatda olmaqla
həmin kənddə yaşamış,

CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə
müəssisəsində çəkməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum
edilmişdir.

İşin halları:

Məhkəmənin hökmünə əsasən, Məhkum Qəbələ rayonunun Mirzəbəyli kəndində 06

yanvar 2006-cı ildən rəsmi nikah münasibətində olduğu arvadı 06.05.1986-cı il təvəllüdlü
X2, qonşusu xx xxxxxx 1987- ci il təvəllüdlü Şahid7 ilə 2019-cu ilin fevral ayının
əvvəllərindən gizli intim münasibətdə olmaqla, ona xəyanət etməsindən şübhələnərək
onları izləyib, 20 may 2019-cu il tarixdə, saat 09:30 radələrində Qəbələ rayonunun
Mirzəbəyli kəndində yaşadıqları evin həyətində yarımçıq tikilinin zirzəmisində x55 x56 cinsi
əlaqədə olmasını görüb zirzəmiyə daxil olarkən Şahid7 qaçmış, X55ni tutaraq üzünə bir
dəfə sillə ilə vurduqda, sonuncu qaçıb yaşadıqları evin mətbəxinə girdiyindən, arxasınca
gedib X55ni tutub nə üçün ona xəyanət etməsini soruşduqda, sonuncu “yaxşı etmişəm,
sən kişi olsaydın eləməzdim” deməsindən sonra onu qısqanclıq niyyəti ilə qəsdən
öldürmək məqsədi ilə mətbəxdən götürdüyü təsərrüfat təyinatlı bıçaqla ardıcıl olaraq
boğaz nahiyəsindən iki zərbə vuraraq, X55 boyunun sağ yuxarı hissəsində dəri və dərialtı
yumşaq toxumaların kəsilməsi ilə müşayiət olunan, sağlamlığın qısa müddətə
pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vuran və boyunun sağ orta hissəsində
döş körpücük-məməyəbənzər əzələnin və yuxu arteriyasının kəsilməsi ilə müşayiət olunan
kəskin xarici qanaxma, ondan sonra əmələ gələn şok kimi həyat üçün təhlükəli olan
sağlamlığa ağır zərər vuran iki ədəd deşilmiş-kəsilmiş yaralardan ibarət xəsarətlər
yetirərək X4 qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir.

Hökmdən məhkumun müdafiəçisi Əliyev Emil Namiq oğlu tərəfindən verilmiş

apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət
Kollegiyasının (hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Məlikov
Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə) 22 may
2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hökm dəyişdirilmiş,
Məhkum CM-nin 120.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının
müddəti 09 (doqquz) ilədək endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2020-ci il tarixli

qərarından məhkumun müdafiəçisi G.A.Salmanova kassasiya şikayəti verərək həmin
qərarın ləğv edilməsi, cinayət işini yenidən araşdırılması üçün Şəki Apellyasiya
Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir.

Kassasiya şikayətinin dəlilləri:

Müdafiəçi G.A.Salmanova kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həm

birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin məhkəmə kollegiyaları hazırki işin
konkret hallarını, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, hüquqlarını
müdafiə etdiyi şəxsin şəxsiyyətini, ailə vəziyyətini və cəzasını yüngülləşdirən halları kifayət
qədər nəzərə almamışlar. Müdafiəçi bildirir ki, Məhkum ona ittiham olunmuş cinayəti
törədərkən affekt vəziyyətində olmuşdur, bu vəziyyətdə isə insan düşünə bilmir, törətdiyi
bütün hərəkətlər onun iradəsindən xaric olur. Buna görə, məhkəmələr müvafiq ekspertiza
təyin edib keçirməli olsalar da, bunu etməmiş və nəticədə Məhkum əməlləinə düzgün
hüquqi qiymət verməmişlər. Həmçinin məhkəmələr Məhkum cəza təyini zamanı ədalətlilik
prinsipini pozaraq, heç bir əsas olmadan təqsirləndirilən şəxsə məhz maddənin
sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhru metmə cəzasının təyin edilməli olması
barədə nəticəyə gəlmişlər. Halbuki, hüquqlarını müdafiə etdiyi şəxs ona elan olunmuş
ittiham üzrə təqsirli bilinsə belə, onun barəsində cəza tədbiri seçilərkən CM-nin 62 və ya
70-ci maddələrinin tətbiq edilməsi üçün kifayət qədər əsaslar olmuşdur. Belə ki, Məhkum

ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmuş, ali təhsilli müəllim olmaqla, uzun müddət orta
məktəbdə müəllim işləmiş, hadisədən sonra yaranmış ağır psixoloji depressiyadan əziyyət
çəkir, onun təcridxana şəraitində saxlanılması həyatı üçün təhlükəlidir, iş və yaşayış yerləri
üzrə müsbət xarakterizə olunur, azyaşlı uşaqları hal-hazırda onun himayəsindədir, onun
cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə alaraq
müdafiəçi G.A.Salmanova kassasiya şikayətinin təmin edilməsini və Şəki Apellyasiya
Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2020-ci il tarixli qərarını ləğv edilməsi və
cinayət işini yenidən araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması
barədə qərar qəbul edilməsini xahiş edir.

Zərər çəkmiş şəxsin hüquqi varisi X58 kassasiya şikayətinə etiraz verərək həmin

şikayətin təmin edilməməsini, Məhkumin barəsindəki Şəki Apellyasiya Məhkəməsinin
Cinayət Kollegiyasının 22 may 2020-ci il tarixli qərarının isə dəyişdirilmədən qüvvəsində
saxlanılmasını xahiş etmişdir.

Hüquqi məsələlər:

Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin

Cinayət Kollegiyasının 02 noyabr 2021-ci il tarixli iclasına təyin edilmiş və bu haqda
cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə
məlumatlandırılmış, lakin müdafiəçi G.A.Salmanova məhkəməyə naməlum səbəblərdən
gəlməmiş və belə səbəblər haqqında məhkəmə kollegiyasına xəbər verməmiş, Məhkum
isə məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş və bu barədə məhkəməyə
müraciət etməmişdir.

Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısının rəyini dinləyərək və

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-
nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və onun
müdafiəçisi G.A.Salmanovanın iştirakları olmadan baxılmasını mümkün bilmişdir.

Belə

ki,

CPM-nin

419.4-cü

maddəsinə

əsasən

kassasiya

instansiyası

məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin
məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi
iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə
açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya
instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir.

İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsindən Məhkum ərizəsi
daxil olmuşdur. Ərizədə o, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may
2020-ci il tarixli qərarından müdafiəçisi G.A.Salmanova tərəfindən verilmiş kassasiya
şikayətini geri götürdüyünü bildirərək həmin şikayətin baxışdan çıxarılmasını xahiş
etmişdir.

Məhkumun ərizəsi Şəki Penitensiar Müəssisəsinin rəisi tərəfindən imzalanmış 27

oktyabr 2021-ci il tarixli 17/33-4766 saylı məktubla müşaiyət edilmişdir.

CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya

instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək
hüququna malikdir.

CPM-nin 414.5-ci maddəsinin müddəalarına görə, məhkum və ya bəraət almış şəxs

öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir.

CPM-nin 414.8-ci maddəsinin tələblərindən görünür ki, kassasiya şikayətini və ya

kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət
prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda
məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi
haqqında qərar çıxarır. 

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum ərizəsini

nəzərdə keçirib kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının, zərər
çəkmiş şəxsin hüquqi varisinin və onun nümayəndəsi çıxışlarını dinləyərək və

qanunvericiliyin tələblərinə əsaslanaraq hesab edir ki, CM-nin 120.1-ci maddəsi ilə təqsirli
bilinib məhkum olunmuş Məhkum barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət
Kollegiyasının 22 may 2020-ci il tarixli qərarından onun müdafiəçisi tərəfindən verilmiş
kassasiya şikayəti geri qaytarılmalı, kassasiya şikayəti üzrə icraata isə xitam verilməlidir.

Şərh

edilənlərə

əsasən

Azərbaycan

Respublikası

Cinayət-Prosessual

Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə R A R A

A L D İ:

Məhkum ərizəsi təmin edilsin.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib

məhkum olunmuş Məhkum barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət
Kollegiyasının 22 may 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi Salmanova Gülşən
Arif qızı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və kassasiya şikayəti üzrə
icraata xitam verilsin.