1[102]-743/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 1(102)-743/2021

02.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Cinayət Kollegiyasının

Q Ə R A R İ

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov

Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və
Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə,

Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə,

dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət

ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət
ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs
oğlunun iştirakı ilə,

Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 may 2019-cu il tarixli hökmü ilə Məhkum

Azərbaycan Respublikası CM-nin 181.2.5, 228.4 və 310-cu maddələri ilə təqsirli bilinib
məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət
Kollegiyasının 29 iyul 2019-cu il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş
kassasiya şikayətinə əsasən işə baxaraq,

M Ü Ə Y Y Ə N E T D İ:

Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 may 2019-cu il tarixli hökmü ilə (hakimlər

İsmayılov Eldar Herov oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Cavid İbadulla oğlu və
Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə)

Təqsirləndirilən şəxs, xx xxx il tarixdə Masallı
rayonunun Səmidxan kəndində anadan olmuş,
Azərbaycan Respublikasının vətəndaşı, orta
təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları
olan, əvvəllər məhkum olunmamış, heç yerdə
işləməyən, ünvan 1 ünvanda yaşamış,

CM-nin 181.2.5, 228.4 və 310-cu maddələri ilə təqsirli bilinərək, CM-nin 181.2.5-ci
maddəsi ilə 8 (səkkiz) il müddətə, CM-nin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə, CM-
nin 310-cu maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə
cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq

cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) il müddətə
azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

İşin halları:

Məhkəmənin hökmünə əsasən, məhkum 2018-ci ilin may-iyun aylarında naməlum

mənbədən qanunsuz olaraq əldə edib gəzdirdiyi zavod üsulu ilə istehsal edilmiş göz
yaşardıcı, bihuşedici, özünümüdafiə təyinatlı aerozol qurğu olan qaz silahını əynindəki
gödəkçənin cibində saxlamaqla, 19 sentyabr 2018-ci il tarixdə saat 21 radələrində Bakı
şəhəri, Xətai rayonu, “Ukrayna” dairəsi yaxınlığında, Neapol küçəsi ilə N.Tusi küçəsinin
kəsişməsində yerləşən Heydər Əliyev adına istirahət parkında əyləşib söhbət edən Şahid1
ilə Zərərçəkmiş şəxs yaxınlaşmış, sonuncunu söhbət etmək adı ilə kənara çəkib ona
özbaşına özünü vəzifəli şəxs kimi, yəni polis işçisi kimi təqdim edərək Zərərçəkmiş şəxs
hüquqlarını və qanuni mənafelərini əhəmiyyətli dərəcədə pozaraq, sonuncunun ictimai
qaydanı pozduğunu bildirib ondan pul tələb etmiş və vermədiyi təqdirdə polis bölməsinə
aparmaqla hədələmiş, Zərərçəkmiş şəxs heç bir qanunsuz hərəkətlərə yol vermədiyini
dedikdə, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirtmək məqsədi ilə gödəkçəsinin
cibində olan qaz silahını çıxardıb tətbiq edərək Zərərçəkmiş şəxs üzünə doğru
istiqamətləndirib püskürtməklə hədələmiş, hücuma məruz qalmış şəxsin sağlamlığı üçün
təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək sonuncudan pul
tələb etmiş, Zərərçəkmiş şəxs özünü qaz silahından qorumaq üçün əlləri ilə üzünü
tutduqda, Təqsirləndirilən şəxs yumruqla onu sifətindən vurub yerə yıxdıqdan sonra əpiklə
də vuraraq Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan olduğundan dərəcələri təyin
etdilməyən üst dodağın iç səthinin ağızın selikli qişasının səthi əzilmiş yarası, başın təpə
niyəsinin və sol diz oynağı nahiyəsinin qançırları xəsarətləri yetirmiş və Zərərçəkmiş şəxs
əynindəki şalvarın sağ yan cibində olan iki ədəd 50 (əlli) manatlıq əsginasları ələ keçirib
talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 100 (yüz) manat maddi ziyan vurmaqla quldurluq
etmişdir.

Hökmdən məhkum məhkum və onun müdafiəçisi Quliyev Valeh İbiş oğlu tərəfindən

verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin
Cinayət Kollegiyasının (hakimlər Rəhimov Elmar Eldar oğlu (sədrlik edən və məruzəçi),
Abbasov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) 29 iyul
2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə
dəyişdirilmədən saxlanılmışdır.

Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2019-cu il tarixli

qərarından məhkum Məhkum kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilməsini və
ona CM-nin 228.4 və 310-cu maddələri ilə bəraət verilməsini, cinayət əməlinin CM-nin
181.2.5-ci maddəsindən CM-nin 180.2.4-cü maddəsinə tövsif edilməsi və bu maddə
əsasında yüngül cəzanın təyin olunması haqqında qərarın qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin dəlilləri:

Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun barəsində olan

cinayət işi üzrə ibtidai araşdırma düzgün aparılmamış, həmçinin məhkəmələr də öz
növbəsində əhəmiyyətli sübutlara düzgün qiymət verməyərək, cinayət qanunvericiliyinin
tələlərini nəzərə almayaraq nəticədə onun barəsində adalətsiz hökm çıxartmış və qərar
qəbul etmişlər. Məhkum bildirir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yalan və zidiyyətli
ifadələr vermiş və məhkəmələr onun ifadələrinə əsaslanaraq düzgün nəticəyə
gəlməmişlər. Həmçinin Təqsirləndirilən şəxs kassasiya şikayətində qeyd edir ki, onun
üzərində olan qaz balonu, demək olar ki, boş olmuş, o, həmin qaz balonundan istifadə
etməmiş və Zərərçəkmiş şəxs özünü vəzifəli şəxs kimi təqdim etməmişdir. Məhkəmələrin
istinad etdiyi sübutların, o cümlədən ekspertiza rəylərinin həqiqiliyi və qərəzsizliyi şübhə
doğurduğundan məhkum hesab edir ki, ona CM-nin 228.4 və 310-cu maddələri ilə bəraət
verilməli, törətdiyi əməl isə CM-nin 181.2.5-ci maddəsindən CM-nin 180.2.4-cü maddəsinə
tövsif edilməli və bu maddə əsasında ona yüngül cəzanın təyin olunmalıdır. Belə ki, o, ilk

dəfə cinayət törətmiş, onun himayəsində iki azyaşlı uşağı var, ailədə yeganə qazanc
gətirən şəxsdir, zərər çəkmiş şəxsə dəymiş ziyan isə tam həcmdə ödənilib.

Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə baxılması üzrə məhkəmə

iclasının keçiriləcəyi yer və vaxt barədə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə
məlumatlandırılmalarına baxmayaraq, məhkum Təqsirləndirilən şəxs həmin iclasda iştirak
etmək arzusunu bildirməmiş və bu haqda məhkəməyə müraciət etməmiş, zərər çəkmiş
şəxs Zərərçəkmiş şəxs isə məhkəməyə naməlum səbəblərdən gəlməmişdir.

Məhkəmə kollegiyası qeyd olunan məsələ ilə bağlı dövlət ittihamçısı H.B.İmranovun

rəyini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin (bundan sonra
mətndə CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə
məhkumun və zərər çəkmiş şəxsin iştirakları olmadan baxılması mümkün hesab etmişdir.

Belə ki, CPM-nin 419.4-cü maddəsinin tələblərinə görə, kassasiya instansiyası

məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin
məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi
iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə
açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya
instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir.

Hüquqi məsələlər:

Məhkum Məhkumun kassasiya şikayətindən göründüyü kimi, həmin şikayətin əsas

dəlilləri ondan ibarətdir ki, məhkumun ona elan olunmuş ittiham üzrə cinayət əməllərini
törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət
verməmiş və o, təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum
edilmiş, həmçinin onun əməli CM-nin 180.2.4-ci maddəsi ilə - insanların həyatı və ya
sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq, yəni özgənin əmlakını
açıq talama cinayəti kimi tövsif edilməli olduğu halda, həmin əməl əsassız olaraq CM-nin
181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət kimi qiymətləndirilmiş və ona həmin
maddə ilə həddindən artıq ağır cəza təyin edilmişdr. Bununla da Məhkum öz kassasiya
tələblərini CPM-nin 416.1.2, 416.1.11, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə
tutulmuş hallarla əlaqələndirmişdir.

CPM-nin 416.1.2, 416.1.11, 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən

isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası
məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək
hüququna malikdir:

416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq

olaraq sübutları tədqiq etmədikdə;

416.1.11. məhkəmə

cinayət

təqibini

istisna

edən

halların

mövcudluğuna

baxmayaraq ittiham hökmü çıxardıqda;

416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə;
416.1.21-ci və məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan

cəza təyin etdikdə.

Odur ki, məhkəmə kollegiyası məhkum Məhkumun şikayətini kassasiya qaydasında

baxılmalı olan müraciət kimi görür və buna görə, onun barəsindəki cinayət işinin
materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları
qeyd edir.

Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə

səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir.

Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə

baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən,
kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə
mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri
üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. 

Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması,

mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya

instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin
həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin
deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir.

CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi

birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti
olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki,

kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya
qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq
və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş
məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan
qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını
dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni
apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da
onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının
icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya
instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul
edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə
nəticələnməsin).

Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə

baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən
edir.

Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası

məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı
maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından
həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya
instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud
dəyişdirməyə haqlıdır.

Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının

predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin
halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət
verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya
apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya
qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət
qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual

qanunveiciliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və
apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması
dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin
dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb
olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm
də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq
qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə
üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində
tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür.

Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci

maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini
dövlətin ali məqsədi olduğunu təsbit edir.

Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində təsbit edilmişdir ki, dövlət hər kəsin

hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən

Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət
prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına
hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol

verilməz olduğunu ehtiva edir. Eyni zamanda bu tələb, yəni hər bir şəxsin hüquq və
azadlıqlarının dövlət tərəfindən müdafiə edilməli olması haqda tələb cinayətkar qəsdlərdən
zərər çəkmiş şəxslərin də bütün hüquqlarının təmin edilməsini nəzərdə tutur və müvafiq
orqanların, o cümlədən məhkəmələrin üzərlərinə hər hansı vətəndaşa qarşı törədilmiş
cinayətlərin vaxtında aşkar edilməsi, təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə
cəlb olunmaları, cinayət məsuliyyətinə cəlb olunaraq cinayət törətmələri sübuta yetirilmiş
şəxslər haqqında bu əməllərə və onların şəxsiyyətlərinə uyğun cinayət hüquqi xarakterli
tədbirlərin tətbiq edilməsi və sair vəzifələri qoyur.

Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə,

məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının,
bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl
etməlidirlər.

CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən

orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş
insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər.

CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət

mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu
Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata
keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması
yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan
müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli
münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər
materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir.

CPM-nin 138.1-ci maddəsində göstərilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı

və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə
sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.

CM-nin 3-cü maddəsində nəzərdə tutulmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə

tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya
hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

CM-nin 7.1-ci maddəsinə görə isə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət

və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət
məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi

Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə
məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun
əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə
olunmuş olsun.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və

qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki,
məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll
edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni
və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi) ... Məhkəmə hökmünün əsaslılığının
şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş
sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına
dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn
mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi).

Məhkumun barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə

faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası
məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin
tələblərinə

müvafiq

qaydada

mənsubiyyəti,

mümkünlüyü

mötəbərliyi

üzrə

qiymətləndirməklə adı çəkilən məhkumun hökmün təsviri-əsaslandırıcı hissəsində və
hazırki qərarın “İşin halları” hissəsində təsvir edilən cinayət əməllərini törətməsi barədə
nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən

araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkumun təqsirli
olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab
edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və
apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu
baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur.

Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçnin qeyd

edir ki, cinayət işinin materiallarına əsasən, məhkum Məhkumun təqsirliliyinin mötəbərliyi
heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq
əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni Məhkumun ibtidai araşdırma
zamanı heç bir təsir göstərilmədən müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrlə yanaşı, zərər
çəkmiş şəxsin, şahidlərin ifadələri, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında
protokollarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir.

Həmin sübutların hər birisi ayrı-ayrılıqda birinci instansiya məhkəməsinin hökmündə

ətraflı şərh edildiyindən məhkəmə kollegiyası təkrarən onların hazırki qərarda təsvirinə
ehtiyac görmür.

Azərbaycan

Respublikası

Konstitusiyasının

12-ci

maddəsindən,

“İnsan

Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı
maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə
kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından
verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin
tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını
təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməlin bütün
hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq
edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür.

Odur ki, Məhkumun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası

məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və həmin qərarın ləğv edilməklə ona
hissəvi bəraət verilməsi haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə
kollegiyası işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə
apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər
tutacaqdır.

İşə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin ibtidai araşdırma

zamanı hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında
tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsasən müəyyən etdikləri faktiki hallar isə
ondan ibarətdir ki, Məhkum qanunsuz olaraq qaz silahını əldə edib gəzdirmiş, özbaşına
özünü vəzifəli şəxs kimi təqdim etmiş və qaz silahını tətbiq etməklə hücuma məruz qalmış
şəxsin sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib
özgənin əmlakını ələ keçirməklə quldurluq etmişdir.

İş materiallarından göründüyü kimi, bu nəticənin əsasında duran sübutlar qanuni

prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və
sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş,
o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun
qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə
Məhkumun, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, şahidlərin dindirilmələri, müxtəlif istintaq
hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması
zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin
əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun
pozuntusuna yol verməmişlər.

Bundan başqa, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri işə

baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının
hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə
cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları
zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa
Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə
baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş

şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmiş, nəticə etibarı ilə
isə ibtidai aradırma orqanı tərəfindən Məhkumun əməllərinin CM-nin 181.2.5, 228.4 və
310-cu maddələri ilə tövsif edilməsi ilə razılaşaraq onun bu maddələrlə təqsirli bilinərək
cəzalandırmasını qanuni və əsaslı saymışlar.

Birinci instansiya məhkəməsinin hökmünün qüvvədə saxlanılması barədə

apellyasiya instansiyası məhkəməsinin qərarını mübahisələndirən məhkum Məhkum
kassasiya şikayətində quldurluq əməlini törətmədiyini, soyuq silah olan qaz balonundan
istifadə etmədiyini, qaz balonunun boş olaraq istifadəyə yararsız olmasını, zərər çəkmiş
şəxsə yetirilmiş xəsarətlərin onun sağlamlığına heç bir təsir göstərmədiyini, pulun ələ
keçirilməsini zərər çəkmiş şəxs ilk andan bilməsini və özünü vəzifəli şəxs kimi təqdim
etmədiyini, buna görə ona CM-nin 228.4 və 310-cu maddələri ilə bəraət verilməli olmasını,
törətdiyi əməlin isə CM-nin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş soyğunçuluq cinayət
kimi qiymətləndirilməli olmasını iddia etsə də, iş üzrə məhkəmədə tam və obyektiv
araşdırılmış sübutlar bu iddiaların əksinə olan nəticəyə gəlmək üçün kifayət qədər əsas
verir.

Məhkəmə kollegiyası bununla əlaqədar aşağıdakı sübutlara müraciət etməyi zəruri

bilir.

Belə ki İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs cinayət

təqibinin bütün mərhələlərində, o cümlədən məhkəmə iclasında dindirilərkən ardıcıl və
eyni cür ifadələr verərərk göstərmişdir ki, o, 19 sentyabr 2018-ci il tarixdə saat 19
radələrində nişanlısı

ilə birlikdə işdən çıxıb Ukrayna dairəsi yaxınlığındakı H.Əliyev

parkına gəlmiş və orada bir ağacın altında oturub söhbət edərkən saat 20 radələrində
sonradan adının Məhkum olduğunu bildiyi şəxs onlara yaxınlaşıb ona bir dəqiqəlik kənara
çəkilməyi təklif etmişdir. O, yerindən durub həmin oğlana yaxınlaşmış, sonuncu özünü
polis əməkdaşı leytenant Məmmədov kimi ona təqdim edərək burada nə etdiklərini
soruşmuşdur. O, söhbət etdiklərini bildirdikdə, məhkum parkın söhbət yeri olmadığını
deyib, onunla mübahisə etməyə başlamışdır. O, qohumlarının polis əməkdaşları olduğunu,
buna görə də qanunlardan xəbəri olduğunu dedikdə, Məhkum onu özündən kənara
itələyərək cibindən gözyaşardıcı qaz balonu çıxardıb onun üzünə tutmuş, o, ehtiyat edib
qolunu gözünə tutduğu zaman məhkum yumruqla onun sifətindən bir dəfə vurmuşdur.
Zərbənin təsirindən o, arxası üstə yerə yıxılmış, həmin oğlan 1-2 dəfə təpiklə onun başına
vurmuş, həmçinin qaz balonunu tətbiq edəcəyi ilə hədələyib ondan pul tələb etmiş və onu
polis bölməsinə aparmaqla qorxuzmuşdur. O, pul verməyəcəyini dedikdə, Təqsirləndirilən
şəxs onun halsızlığından istifadə edib əlini cibinə salaraq zorla sağ cibində olan iki ədəd
50 manatlıq əsginasları götürmüşdür. Həmin vaxt X55 qışqıraraq oğlanı itələməyə cəhd
etsə də, gücü çatmamışdır. Pulu götürdükdən sonra Təqsirləndirilən şəxs oradan qaçıb
getmiş, bundan sonra o, ayağa qalxmış və X55ni evə yola salıb həmin yerə qayıtmışdır.
Lakin ondan pul götürən oğlanı orada tapa bilməmiş, dostu Cavidə və qardaşı İlkinə zəng
edib başına gələnləri bildirməklə onları H.Əliyev parkına çağırmışdır. Onlar gəldikdən
sonra birlikdə ona qarşı cinayət əməllərini törətmiş şəxsi axtarsalar da, onu tapa bilməmiş
və buna görə də hadisə barədə DİN-nin «102» xidmətinə zəng edib məlumat verərək eyni
zamanda 35-ci polis bölməsinə gedib baş vermiş hadisə barədə ərizə yazmışdır.

Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərmişqdir ki, 19 sentyabr

2018-ci il tarixdə saat 20 radələrində nişanlısı Zərərçəkmiş şəxs ilə “Ukrayna” dairəsi
yaxınlığındakı H.Əliyev parkına gəlmiş və orada bir ağacın altında oturub söhbət edərkən
saat 20 radələrində bir nəfər tanımadığı oğlan onlara yaxınlaşmışdır. Həmin oğlan x66
kənara çəkmiş, o, üzünü çevirib onlardan bir qədər aralanaraq kənarda durmuş və birdən
səs eşitdikdə baxarkən X56nin yerdə uzandığını, həmin oğlanın isə X56ni vurduğunu,
əlində olan qaz balonunu X56nin üzünə tuşlayıb X56dən pul tələb etdiyini görmüşdür.
Sonra tanımadığı, lakin istintaq vaxtı adının Məhkum olduğunu bildiyi həmin oğlan əlini
salıb X56nin cibindən 2 ədəd 50 manatlıq əskinazları çıxardıb öz cibinə qoyaraq oradan
uzaqlaşmışdır. Hadisə baş verən vaxt o, qışqıraraq həmin şəxsi X56dən kənarlaşdırmaq
istəsə də, buna gücü çatmamışdır.

Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, hadisə baş

verən gün saat 22 radələrində evdə olduğu vaxt qardaşı X56 onun mobil telefonuna zəng
vuraraq «Ukrayna» dairəsi yaxınlığındakı H.Əliyev parkına gəlməsini xahiş emişdir. O,
həmin parka gəldikdə X56 nişanlısı X55 ilə oturub söhbət etdikləri vaxt bir nəfərin ona
yaxınlaşıb özünü polis əməkdaşı kimi təqdim edərək ondan pul istədiyini, pul vermədikdə
həmin şəxsin qaz balonu çıxarıb X56yə hədə-qorxu gələrək vurub yerə yıxdığını və
cibindən 100 manat pulunu götürüb getdiyini bildirmişdir. Bundan sonra onlar hadisə
yerinə gələn Cavidanla birlikdə ətrafı gəzsələr də, həmin şəxsi tapa bilməmişlər. Buna
görə də, X56 «102» xidmətinə zəng edib baş verənlər barədə polisə məlumat vermiş,
həmçinin 35-ci Polis bölməsinə gedərək ərizə yazmışdır.

Göründüyü kimi, həm bu ifadələrllə və onları tamamlayan digər sübutlarla –

məhkəmə ekspertizalarının rəyləri ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında
protokollarla Məhkumun kassasiya şikayətində irəli sürdüyü dəlillər tamamilə təkzib edilir
və onun hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarında təsvir edilmiş
cinayət əməllərini törətməsi tamamilə təsdiq olunur. Eyni zamanda məhkəmə kollegiyası
qeyd edir ki, zərər çəkmiş şəxsin və şahidlərin yuxarıda şərh olunan və biri-birinə uyğun
olan ifadələri hər hansı təsir və təzyiq altında vermələri, ekspertiza rəyəlrinin qeyri-
obyektiv olması, digər sübutların qanunsuz yolla əldə edilməsi iş materialları ilə müəyyən
edilmir.

Məhkəmə kollegiyası vurğulayır ki, şəxsin əməlində bu və ya digər cinayətin

tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə
gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri
nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə
edilməsi tələb olunur.

Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun

“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair”
17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin
cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri
arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və
cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

«Oğurluq, soycunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında»

Azərbaycan Respublikası Ali Məhkəsinin Plenimunun 3 mart 2005-ci il tarixli qərarının 23-
cü bəndində aşağıdakılar izah edilir ki, soyğunçuluq cinayətində həyat və ya sağlamlıq
üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-nin 180.2.4-cü maddəsi) dedikdə, döymə və
ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının
məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əl-ayağını bağlama, qollarına qandal
keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir.

CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq

ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər
vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm
sözlərlə, həm də hərəkətlərlə ifadə oluna bilər.

Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə

zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər
vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin
cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun.

Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və

ya sağlamlığı üçün tahlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə
tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı
və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun.

Həmin qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin əməli CM-nin

181.2.5-ci maddəsi ilə tövsif edildikdə, məhkəmələr basqın zamanı tətbiq edilmiş
predmetin canlı qüvvənin və ya digər hədəfin vurulması üçün yararlı silah olub-olmamasını
ekspert rəyi əsasında müəyyən etməlidir. Qanunda göstərilən hallar mövcud olduqda, belə
şəxsin əməli, əlavə olaraq CM-nin 228-ci maddəsi ilə də tövsif edilməlidir.

Silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı

üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx
bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi
halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn,
mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və
digər qurğular) başa düşülməlidir.

Şəxs silahı yalnız nümayiş etdirmişsə və ya aşkar yararsız və ya doldurulmamış

silahla zərərçəkmişin həyatı və ya sağlamlığı üçün təhlükəli olan xəsarət yetirmək niyyəti
olmadan həmin predmetlərlə onu hədələmiş və ya silah tətbiq etmə görüntüsü yaratmışsa,
(məsələn, silah maketi, oyuncaq xəncəl və i.a.), digər ağırlaşdırıcı hallar olmadıqda işin
konkret hallarından asılı olaraq onun hərəkətləri CM-nin 181.1-ci maddəsində nəzərdə
tutulan quldurluq kimi tövsif edilməlidir. Zərərçəkmiş silahın yararsız və ya doldurulmamış
olmasını, yaxud da silah tətbiq etmə görüntüsü yaradılmasını başa düşmüşsə, dərk
etmişsə, əməl soyğunçuluq kimi tövsif edilməlidir.

Özgə əmlakını talamaq məqsədilə zərərçəkmişi köməksiz vəziyyətə salmaq üçün

onun iradəsinə zidd, yaxud aldatma yolu ilə orqanizminə güclü təsiredici, zəhərli və ya
bihuşedici vasitələr yeridilməsi quldurluq kimi tövsif edilməlidir. Həmin məqsədlə
zərərçəkmişin orqanizminə onun həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan vasitələr,
maddələr yeridilmişsə, o zaman əməl, nəticəsindən asılı olaraq, zor tətbiq etməklə
törədilən soyğunçuluq kimi tövsif olunmalıdır. Qeyd edilən cinayətlər törədilərkən, tətbiq
olunmuş vasitələrin, maddələrin təsirinin xüsusiyyəti və xarakteri, lazım gəldikdə müvafiq
mütəxəssis və ya ekspert vasitəsilə müəyyən oluna bilər.

Özgə əmlakını talamaq məqsədilə, insanın həyatı və ya sağlamlığı üçün təhlükə

yaradan itlərdən və ya digər heyvanlardan istifadə edən, yaxud bu yolla zor tətbiq etmək
hədəsindən istifadə edən şəxsin əməli, işin konkret hallarından asılı olaraq, CM-nin
181.2.5-ci maddəsi ilə tövsif edilməlidir.

Məhkəmə kollegiyası quldurluğun törədilməsi zamanı tətbiq edilmiş qaz balonundan

istifadə etməməsini və həmin balonun boş olması ilə bağlı məhkumun kassasiya
şikayətində göstərdiyi dəlilə cavab olaraq əvvəla qeyd edir ki, zərərçəkmiş Zərərçəkmiş
şəxs bütün ifadələrində ona qarşı edilmiş basqın zamanı onun pulunu ələ keçirmiş şəxs
tərəfindən gözyaşardıcı qaz balonu çıxardıb onun üzünə tutmaqla, ona hədə qorxu
gəlməsini, yumruqla onun sifətindən vurmasını, onu yerə yıxıb təpiklə vurmasını və pulu
ələ keçirdikdən sonra hadisə yerindən qaçmasını göstərmişdir. Bu halların təhlili onu
göstərir ki, Zərərçəkmiş şəxs ona qarşı qaz balonundan istifadə oluna biləcəyini və bunun
onun həyat və sağlamlığı üçün təhlükə törədəcəyini dərk etmiş, Məhkum isə həqiqətən
talama cinayətini maneəsiz törətməsi üçün həmin qaz balonundan istifadə edə biləcəyi
bara zərər çəkmiş şəxsi hədələmişdir. Eyni zamanda iş materialları ilə Məhkumun istifadə
etdiyi qaz balonunun yararlı olması da məhkəmə-kriminalistik ekspertizasnın 14 dekabr
2018-ci il tarixli 32682/32683 saylı rəyi ilə təsdiq olunur.

Həmin rəyə əsasən, tədqiqata təqdim edilmiş, zavod üsulu ilə qablaşdırılmış,

üzərində “Condor Spray GL 108 CS...0,5 qr/80 ml lndustria...Brasil” əmtəə göstəriciləri
olan 1 ədəd aerozol tipli balonun içərisindəki maddənin tərkibi bibər qoxusuna bənzər
sarımtıl rəngli yanar maddədən (o-xlorobenzilidenemalononitril), etil spirtindən və digər
qaz qarışıqlarından ibarət olub, istifadəyə yararlıdır. Təqdiqata təqdim edilmiş bir ədəd
predmet - zavod üsulu ilə istehsal edilmiş, göz yaşardıcı, bihuşedici, özünümüdafiə
təyinatlı aerozol qurğudur, qaz silahıdır.

Məhkəmə-tibbi ekspertizasının 22 sentyabr 2018-ci il tarixli 896 saylı rəyindən

görünür ki, Zərərçəkmiş şəxs üst dodağın iç səthinin ağızın selikli qişasının səthi əzilmiş
yarası, başın təpə nahiyəsinin və sol diz oynağı nahiyəsinin qançırları müəyyən edildi.
Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş
19 sentyabr 2018-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər
olduğundan dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə qeyd edilən
xəsarətlərin yıxılma nəticəsində alınması, eləcə də özünün- özünə yetirməsi nəticəsində
əmələ gəlməsi inkar olunur).

Bu rəylərin təhlili məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki,

birincisi, ekspertizaların keçirilməsi zamanı hər hansı bir pozuntuya yol verilməmiş və
həmin ekspertizaların nəticələri elmi əsaslandırılmış, ikincisi, ekspertizanın keçirilməsi
zamanı ekspertlərə hər hansı təzyiq və ya təsirin göstərilməsi müəyyən edilməmiş,
üçüncüsü, rəylərin nəticələri digər sübutlarla da üst-üstə düşür.

Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən rəylərin şübhə altına

alınması üçün heç bir əsas yoxdur, Məhkumun istifadə etdiyi qaz balonu yararlı vəziyyətdə
olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası bunlara dair birinci və apellyasiya
instansiyası məhkəmələrinin gəldikləri nəticələri də əsaslı sayır.

Məhkəmə kollegiyası bu qənaətə gələrkən ekspertizanın aparılmasına dair CPM-

nin XXXV fəslində təsbit edilmiş normaların tələbləri ilə yanaşı həmçinin İnsan Hüquqları
üzrə Avropa Məhkəməsinin presedent hüququnu da nəzərə alır.

Belə ki, “Yevgeniya Lazar Ruminyaya qarşı iş üzrə” 16 fevral 2010-cu il tarixli

qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi
cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə
inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə
ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən,
xüsusilə də ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin
edilməlidir.

Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclaslarında

araşdırılmış sübutlara, o cümlədən ekspertizalarının rəylərinə əsaslanaraq, birinci və
apellyasiya

instansiyası

məhkəmələrinin

sübutları

araşdırıb

onlara

verdikləri

qiymətləndirmə əsasında Məhkumun cinayəti məhz ona elan olunmuş ittihamda
göstərilmiş şəraitdə törətməsi barədə gəldikləri nəticəni əsaslı hesab edir və eyni zamanda
qeyd edir ki, işin faktiki hallarının başqa cür müəyyən edilməsi üçün apellyasiya
instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə və iş üzrə əlavə araşdırmanın
aparılmasına heç bir əsas yoxdur.

Məhkəmə kollegiyası CM-nin 181.1-ci maddəsində nəzərdə tutulmuş “basqın”

əlamətinə dair təfsir verərək həmçinin onu qeyd etməyi zəruri bilir ki, özgənin əmlakını ələ
keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli
zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın həm əmlak ələ
keçirilməzdən əvvəl, həm də əmlak digər üsullarla (məsələn, açıq və ya gizli talama,
aldatma və ya etibardan sui-istifadə yolu ilə) ələ keçirildikdən sonra da baş verə bilər. Bu o
deməkdir ki, təqsirkar özgə əmlakını oğurluq, soyğunçuluq, yaxud da dələduzluq yolu ilə
ələ keçirdikdən sonra onu özündə saxlamaq məqsədilə əvvəlki niyyətindən kənar
hərəkətlər etdikdə, yəni əmlak mülkiyyətçisinə və ya onun istifadəçisinə (zərər çəkmiş
şəxsə) onun həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etdikdə və ya belə
zorakılıq tətbiq ediləcəyi hədəsi söylədikdə onun əməlləri artıq əmlakın ələ keçirilməsi ilə
bağlı bundan əvvəl törətdiyi əməl kimi deyil, quldurluq əməli kimi qiymətləndirilməli və
müəyyən edilmiş digər əlamətlərdən asılı olaraq CM-nin 181.1, 181.2 və 181.3-cü
maddəsi ilə tövsif edilməlidir. Bu nəticə həmçinin ona görə hasil olur ki, basqın əlamətini
quldurluq cinayətinin digər tərkib əlamətlərindən ayırmaq, yəni əmlakın ələ keçirməsini bir
cür və istər bundan əvvəl, istərsə də bundan sonra edilmiş basqını başqa cür
qiymətləndirmək mümkün deyil.

Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarını milli və beynəlxalq

qanunvericiliyin yuxarda şərh edilən normalarının tələbləri, Konstitusiya Məhkəməsinin
hüquqi mövqeyi və Ali Məhkəmənin tövsiyələri ilə müqayisə etməklə apellyasiya
instansiyası məhkəməsinin qərarını yoxladıqda həmin yekun məhkəmə aktının yuxarıda
qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı
maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-nin 349.5-ci
maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında
tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün
kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla
uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur.

Bundan başqa, bu halların əsasına qoyulmuş mümkünlüyü və mötəbərliyi təkzib

edilməmiş sübutlardan Məhkumun hərəkətlərində

silah və ya silah qismində istifadə edilən

əşyalar tətbiq edilməklə

törədilmiş quldurluq cinayətinin tərkibinin mövcud olması görünür.

Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr

hökmdən verilmiş apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan
işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-nin
tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual
normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə
apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə
kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkumun törətdiyi əməlin
CM-nin 181.2.5, 228.4 və 310-cu maddələri ilə tövsif edilməsini, onun bu maddə ilə təqsirli
bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə
altına almaq üçün əsas görmür.

Buna görə məhkəmə kollegiyası hesab edir ki, baxılan işdə CPM-nin 42-ci

maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası
məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini tələb edən CPM-nin 416-cı
maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir.

Məhkuma birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəza da

apellyasiya qaydasında yoxlanılarkən məhkəmə tərəfindən hər hansı pozuntuya yol
verilməsi müəyyən edilməmişdir.

Belə ki, apellyasiya instansiyası məhkəməsinin Məhkumun törətdiyi cinayətin

xarakterindən

ictimai

təhlükəlilik

dərəcəsindən,

şəxsiyyətini

səciyyələndirən

məlumatlardan, dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsindən, ilk dəfə cinayət
məsuliyyətinə cəlb edilməsindən, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasınıdan,
himayəsində iki nəfər azyaşlı uşağın olmasınından, CM-nin 61-ci maddəsində cəzanı
ağırlaşdıran halların olmamasından, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin
həyat şəraitinə təsirindən çıxış edib, məhkumun hökmlə CM-nin 181.2.5, 228.4 və 310-cu
maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətini müəyyən
etməsindən görünür ki, məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın
təyin edilməsinin ümumi əsaslarına, o cümlədən CM-nin olaraq 59, 61, 58.3-cü
maddələrinin tələblərinə əməl etmiş və ona CM-nin 8-ci maddəsində nəzərə tutulmuş
ədalət prinsipinə, CM-nin 41.2-ci maddəsində göstərilən cəzanın məqsədlərinə cavab
verən, təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş cəzanın aşağı
hədlərində ədalətli cəza təyin etmişdir.

Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin nəzərə aldığı

halları

fərqli

şəkildə

qiymətləndirmək,

onları

məhkumun

cəzasının

daha

da

yüngülləşdirilməsini mümkün edən hallar kimi səciyyələndirmək üçün əsaslar görmür.

Təsvir olunanlar, ümumiyyətlə baxılan cinayət işinin materiallarında kassasiya

şikayəti ilə ehtiva olunan CPM-nin 416.1.2, 416.1.11, 416.1.15 və 416.1.21-ci
maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini göstərir.

Belə olan halda, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsi

haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyib, yuxarıda göstərilən əsaslara görə
hesab edir ki, məhkum Məhkumun kassasiya şikayəti təmin edilməməli və onun CM-nin
181.2.5, 228.4 və 310-cu maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət
işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2019-cu il tarixli
qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

Şərh

edilənlərə

əsasən

Azərbaycan

Respublikası

Cinayət-Prosessual

Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə R A R A

A L D İ:

Kassasiya şikayəti təmin edilməsin.
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5,

228.4 və 310-cu maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı

Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2019-cu il tarixli qərarı kassasiya
şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.