1[102]-988/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 1(102)-988/2021

02.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Cinayət Kollegiyasının

Q Ə R A R İ

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov

Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və
Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə,

Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə,

dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət

ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət
ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs
oğlunun və

məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Namazov Alim Knyaz oğlunun iştirakları

ilə,

Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 avqust 2020-ci il tarixli hökmü ilə Məhkum

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 12.1,
218.2 və 12.1, 279.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi
üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli
qərarından məhkumun müdafiəçisi A.K.Namazov tərəfindən verilmiş kassasiya şikayətinə
əsasən işə baxaraq,

M Ü Ə Y Y Ə N E T D İ:

Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 avqust 2020-ci il tarixli hökmü ilə (hakimlər

İsmayılov Eldar Herov oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Cavid İbadulla və Əliyev
Samir İmamverdi oğlundan ibarət tərkibdə)

Məhkum, xx xxxxxxx

il tarixdə Bakı

şəhərində

anadan

olmuş,

Azərbaycan

Respublikasının

vətəndaşı,

ailəli,

himayəsində iki azyaşlı uşaqları olan,
natamam

ali

təhsilli,

heç

işləməyən,

əvvəllər məhkum olunmamış, ünvan 1

ünvanında qeydiyyatda olan və həmin
ünvanda yaşamış,

CM-nin 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 12.1, 218.2-ci
maddəsi ilə 8 (səkkiz) il müddətə, CM-nin 12.1, 279.1-ci maddəsi ilə 4 (dörd) il müddətə,
CM-nin 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları
qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində
çəkməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur.

İşin halları:

Məhkəmənin hökmünə əsasən, Məhkum Azərbaycan Respublikası vətəndaşı

olmaqla qəsdən Azərbaycan Respublikasının hüdudlarından kənarda, digər Azərbaycan
Respublikası vətəndaşlarının da iştirak etdiyi ağır və ya xüsusilə ağır cinayətlər törətmək
məqsədilə yaradılmış Suriya Ərəb Respublikası ərazisində həmin dövlətin və Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan “Cəbhət-an Nusra” («X26») adlı
cinayətkar birliyin (təşkilatın) tabeçiliyində olan Azərbaycan Respublikası vətəndaşı X11
rəhbərlik etdiyi qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etmiş, eləcə də həmin
cinayət əməlinə görə həm Suriya Ərəb Respublikasında, həm də Azərbaycan
Respublikasında məhkum olunmamışdır. Belə ki, Məhkum qəsdən Suriya Ərəb
Respublikası ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə
nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etmək məqsədilə 31 avqust
2013-cü il tarixdə Rusiya Federasiyasına, oradan isə 2013-cü ilin oktyabr ayında Türkiyə
Respublikasına gedərək, Türkiyənin Hatay şəhəri istiqamətindən sərhəddən qanunsuz
yolla Suriya Ərəb Respublikası ərazisinə keçərək, həmin dövlətin, eləcə də Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ağır və ya xüsusilə ağır cinayətlər
törətmək məqsədilə yaradılmış “Cəbhət-an Nusra” («X26») adlı cinayətkar birliyin
(təşkilatın) tabeçiliyində olan Azərbaycan Respublikası vətəndaşı X11 rəhbərlik etdiyi
qanunsuz silahlı birləşmənin tərkibinə digər Azərbaycan Respublikasının vətəndaşları ilə
birlikdə qoşularaq, qanunsuz silahlı birləşməyə aid təlim düşərgələrində müxtəlif hərbi
təlimlərdə iştirak etdikdən sonra ona təhkim edilmiş döyüş sursatı ilə birlikdə “UZİ” tipli
avtomat silahla 2014-cü ilin mart ayınadək həmin qanunsuz silahlı birləşmənin
nəzarətindəki ərazilərdə yerləşən postların mühafizəsində iştirak etmiş və bu cinayət
əməlinə görə xarici ölkədə - Suriya Ərəb Respublikasında məhkum olunmamışdır.
Təqsirləndirilən şəxs 2014-cü ilin mart ayında Suriya-Türkiyə sərhədini qanunsuz olaraq
keçməklə Türkiyə Respublikasına qayıtmış, 05 oktyabr 2019-cu il tarixdə isə Türkiyədən
Azərbaycan Respublikasına deportasiya edilmişdir.

Hökmdən məhkum Məhkum müdafiəçisi A.K.Namazov tərəfindən verilmiş

apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət
Kollegiyasının (hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi),
Seyfəliyev Əli Səlim oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə) 21 oktyabr
2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən
saxlanılmışdır.

Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli

qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi A.K.Namazov kassasiya şikayəti
verərək apellyasiya instansiyası məhkəməsinin qərarın ləğv edilməsini, Təqsirləndirilən
şəxs elan olunmuş ittiham isə öz təsdiqni tapmadığına və sübuta yetirilmədiyinə görə isə
onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

Kassasiya şikayətinin dəlilləri:

İşin

faktiki

hallarını

mübahisələndirən

Azərbaycan

Respublikasının

Konstitusiyasına, Cinayət və Cinayət-Prosessual Məcəllələrinin bir sıra normalarına istinad
edən müdafiəçi A.K.Namazov kassasiya şikayətini onunla əsaslandırmışdır ki,
məhkəmələr Məhkum barəsində cinayət işinə baxarkən saxta sübutlara əsaslanaraq onun

barəsində ədalətsiz və qanunsuz qərarlar qəbul etmişlər. Müdafiəçi A.K.Namazov bildirir
ki, Məhkum heç bir cinayət törətməmiş, onun barəsindəki cinayət işi üzrə ibtidai araşdırma
qərəzli aparılmış, ona işgəncələr verilməklə ondan istintaqa lazım ifadələr alınmış, cinayət
işinin materiallarında olan sənədlər də saxtalaşdırılmışdır. Məhkəmələr iş üzrə müəyyən
olunmuş zidiyyətlərə fikir verməmiş, işin hallarını düzgün araşdırmamış və nəticədə
Məhkum barəsində ədalətsiz qərarlar qəbul etmişlər. İş materiallarında Məhkum Türkiyə -
Suriya sərhədini qanunsuz olaraq keçməsi bir neçə dəfə vurğulanır. Məhkum özünün və
onun atasının məhkəmədə verdiyi ifadəyə görə həmin sərhəd daimi açıq olmuşdur, sərhəd
keçid məntəqələrindən yüzlərlə insan sərbəst hərəkət edir, hər iki tərəfə gediş-gəliş üçün
şərait yaradılmışdır. Sərhədlər Suriya tərəfdən açıq olmuş, orada sərhədçilər olmamış,
Türkiyə sərhədçiləri isə ancaq pasport (və ya kimlik) yoxlamaqla nəinki insanların sərhədi
keçməsinə mane olmamış, hətta onlara müəyyən köməkliklər də göstərmişlər. Əks halda
Türkiyə kimi bir dövlətin sərhəddini dəfələrlə qanunsuz olaraq keçmək mümkün deyil.
Digər tərəfdən iş materiallarında Məhkum Türkiyə-Suriya sərhədini qanunsuz keçməsini
təsdiq edən heç bir sənəd (və va arayış) yoxdur. Məhkum öz ifadəsində göstərir ki, o, dini
təhsil almaq, islam elminə dərindən bələd olmaq məqsədilə əvvəl Misir ƏR-na getmək
istəmiş, lakin Misirdə “Ərəb bahan” adı altında yaranmış qarşıdurmaya görə fikrini
dəyişərək Suriya ƏR-na getmək qərarına gəlmişdir. Orada olduğu 3 ay müddətində, tam
əmin-amanlıq şəraitində, münasib təhsil ocağı axtarmış və həmin dövrdə ərəb əlifbasını
mükəmməl öyrənmişdir. Çox təəssüflər olsun ki, onun ərəb əlifbasını öyrənməsi iş
materiallarında “Dini təlimlərdə iştirak” kimi qiymətləndirilmişdir. Kassasiya şikayətinin
müəllifi qeyd olunanları nəzərə alaraq apellyasiya instansiya məhkəməsinin qərarının ləğv
edilməsini və Məhkums barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir.

Kassasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada və

müddətdə məlumatlandırılmasına baxmayaraq məhkum Məhkum məhkəmə iclasında
iştirak etmək arzusunu bildirməyərək bunun üçün məhkəməyə müraciət etməmişdir.

Məhkəmə kolegiyası bununla əlaqədar dövlət ittihamçısının və müdafiəçinin

rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan
sonra mətndə CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya
şikayətinə məhkum Təqsirləndirilən şəxs iştirakı olmadan baxılmasını mümkün bilmişdir.

Belə

ki,

CPM-nin

419.4-cü

maddəsinə

əsasən

kassasiya

instansiyası

məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin
məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi
iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə
açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya
instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir.

Hüquqi məsələlər:

Göründüyü kimi, müdafiəçi A.K.Namazovun kassasiya şikayətinin əsas dəlili ondan

ibarətdir ki, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta
yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş və o, təqsiri
sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Bununla da,
müdafiəçi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli
olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə
tutulmuş hallarla əlaqələndirmişdir.

CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrinə əsasən isə, kassasiya

instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm
və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir:

416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq

olaraq sübutları tədqiq etmədikdə;

416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə

məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə;

416.1.11. məhkəmə

cinayət

təqibini

istisna

edən

halların

mövcudluğuna

baxmayaraq ittiham hökmü çıxardıqda;

Odur ki, məhkəmə kollegiyası müdafiəçi A.K.Namazovun şikayətini kassasiya

qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin
materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir.

Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kolleiyası yenə də vurğulamağı lazım

bilir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə
səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir.

Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə

baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən,
kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə
mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri
üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. 

Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması,

mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya
instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin
həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin
deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir.

CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi

birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti
olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki,

kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya
qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq
və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş
məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan
qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını
dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni
apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da
onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının
icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya
instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul
edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə
nəticələnməsin).

Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə

baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən
edir.

Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası

məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı
maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından
həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya
instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud
dəyişdirməyə haqlıdır.

Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının

predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin
halları araşdırılmır (kassasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılmır və işin
faktiki hallarfərqli şəkildə müəyyən edilmir), yeni sübutlar təqdim edilmir və mövcud
sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi,
başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və
mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq
normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-
edilməməsi yoxlanılır.

Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual

qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi, bu
araşıdırma və qiymətləndirmə nəticəsində işin faktiki hallarının müəyyən edilməsi birinci və
apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması

dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin
dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb
olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm
də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq
qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə
üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində
tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür.

Kassasiya kollegiyasının vəzifəsi isə ondan ibarətdir ki, işə məhkəmələrdə

mahiyyəti üzrə baxılarkən aşağı instansiya məhkəmələri tərəfindən toplanmış sübutların
araşdırılması və qiymətləndərilməsi, işin faktiki hallarının müəyyən edilməsi, cinayət
əmələinin hüquqi tövsifi, cəza tədbirinin seçilməsi və bu kimi digər məsələlərin həlli zamanı
cinayət və cinayət-prosessual qanunvericiliyi normalarının düzün tətbiq

edilib-

edilməməsini yoxlasın və bu yoxlama nəticəsində CPM-nin 416.1-ci maddəsində nəzərdə
tutulmuş pozuntulara yol verilməsini aşkar etdikdə apellyasiya instansiyası məhkəməsinin
qərarının (hökmünün) ləğv edilməsi və ya dəyişdirilməsi haqqında qərar qəbul etsin.

Belə nəticə həmçinin cinyət-prosessual qanunun digər tələblərindən də irəli gəlir.
Belə ki, CPM-nin 33.1-33.4-cü maddələrinə görə, hakimlər cinayət mühakimə

icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin
tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu
Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət
prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi
yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud
hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə
nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir.

CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni,

əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə
sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.

CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o

cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv
yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə
müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi
müəyyənləşdirilir.

CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü,

mötəbərliyi üzrə qiymətləndirilməlidir.

CPM-nin 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət

etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə
tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun
nəticəyə gəlməyə imkan versin.

CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı

hesab edilir:

- məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara

əsaslandıqda;

- bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə;
- məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə.
Qanunu bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş

sübutlara əsaslanmalı olması tələbi təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən
sübutların deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər
şəkildə təsir edə biləcək sübutlara da aiddir.

Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi,

cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və
sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün
əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət
işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə
belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi

hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti,
mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə
əsaslandırsın.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və

qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki,
məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll
edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni
və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi) ... Məhkəmə hökmünün əsaslılığının
şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş
sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına
dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn
mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi)

Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə

faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası
məhkəməsi təqdim olunan (ibtidai araşdırma zamanı toplanmış) sübutları araşdırmaqla və
onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti,
mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir
edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası
məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək,
araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə
gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə
kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu
nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün
heç bir qanuni əsas yoxdur.

Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki,

cinayət işinin materiallarına əsasən, məhkum Məhkum təqsirliliyinin mötəbərliyi heç bir
şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə
edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, cinayət əməlini törətdiyinə görə Bakı
Ağır Cinayətlər Məhkəməsinin 07 avqust 2020-ci il tarixli hökmü ilə CM-nin 12.1, 218.2 və
12.1, 279.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuş Təqsirləndirilən şəxs ibtidai
araşdırma zamanı heç bir təsir göstərilmədən müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrlə
yanaşı, şahidlərin ifadələri ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında
protokollarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir.

Müdafiəçi A.K.Namazov kassasiya şikayətində Məhkum ibtidai araşdırma zamanı

etirafedici ifadələri təsir və təzyiq altında verməsini, sübutların isə saxtalaşdırılmasını
iddia etsə də, iş materiallarından belə halların olmasına dəlalət edən hər hansı əsasın
olması görünmür.

Birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökmdə və apellyasiya

instansiyası məhkəməsinin qərarında araşdırılmış sübutların hər birisi ayrı-ayrılıqda şərh
edildiyindən məhkəmə kollegiyası təkrarən həmin sübutların bütövlükdə hazırki qərarda
təsvirinə ehtiyac görmür

Odur ki, müdafiəçi A.K.Namazovun kassasiya şikayətində irəli sürdüyü apellyasiya

instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın
çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası işin faktiki
hallarının kassasiya şikayətində mücərrəd şəkildə əksini tapmış təsvirini deyil, iş üzrə
birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən müəyyən olunmuş faktiki halları
rəhbər tutacaqdır.

İşə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin ibtidai araşdırma

zamanı hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında
tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsasən müəyyən etdikləri faktiki hallar isə
ondan ibarətdir ki, İ.R.X21 Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan “Cəbhət-an Nusra” («X26») adlı
cinayətkar birliyin (təşkilatın) tabeçiliyində olan Azərbaycan Respublikası vətəndaşı X11
rəhbərlik etdiyi qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etmiş, eləcə də həmin

cinayət əməlinə görə həm Suriya Ərəb Respublikasında, həm də Azərbaycan
Respublikasında məhkum olunmamışdır. Belə ki, o, Suriya Ərəb Respublikası ərazisində
həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan
silahlı birləşmənin fəaliyyətində iştirak etmək məqsədilə 31 avqust 2013-cü il tarixdə
Rusiya Federasiyasına, oradan isə 2013-cü ilin oktyabr ayında Türkiyə Respublikasına
gedərək, Türkiyənin Hatay şəhəri istiqamətindən sərhəddən qanunsuz yolla Suriya Ərəb
Respublikası ərazisinə keçərək, həmin dövlətin, eləcə də Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmayan ağır və ya xüsusilə ağır cinayətlər törətmək
məqsədilə yaradılmış “Cəbhət-an Nusra” («X26») adlı cinayətkar birliyin (təşkilatın)
tabeçiliyində olan Azərbaycan Respublikası vətəndaşı X11 rəhbərlik etdiyi qanunsuz silahlı
birləşmənin tərkibinə digər Azərbaycan Respublikasının vətəndaşları ilə birlikdə qoşularaq,
qanunsuz silahlı birləşməyə aid təlim düşərgələrində müxtəlif hərbi təlimlərdə iştirak
etdikdən sonra ona təhkim edilmiş döyüş sursatı ilə birlikdə “UZİ” tipli avtomat silahla
2014-cü ilin mart ayınadək həmin qanunsuz silahlı birləşmənin nəzarətindəki ərazilərdə
yerləşən postların mühafizəsində iştirak etmiş və bu cinayət əməlinə görə xarici ölkədə -
Suriya Ərəb Respublikasında məhkum olunmamışdır.

İş materiallarından göründüyü kimi, bu nəticənin əsasında duran sübutlar qanuni

prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və
sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş,
o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq məhkəmələr
yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş
üzrə məhkum Məhkum, şahidlərin dindirilmələri, zəruri olan ekspertizalar keçirilərək həmin
ekspertizaların rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı,
habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam
şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci
maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər.

Bundan başqa, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri işə

baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının
hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə
cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları
zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa
Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə
baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş
şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmiş, nəticə etibarı ilə
isə ibtidai aradırma orqanı tərəfindən məhkumun əməllərinin cinayətin törədildiyi, iş üzrə
ibtidai araşdırmanın aparıldığı, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən
yekun məhkəmə aktlarının qəbul edildiyi zamanda Təqsirləndirilən şəxs əməllərini 12.1,
218.2 və 12.1, 279.1-ci maddələri ilə tövsif edilməsi ilə razılaşaraq onun bu maddələrlə
təqsirli bilinərək cəzalandırmasını qanuni və əsaslı saymışlar.

İş materialları ilə müəyyən edilir ki, məhkum Məhkum

məhkəmə iclaslarında

özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməsə də, ibtidai araşdırmanın ilkin
mərhələsində hazırki qərarın “İşin halları” hisəsində təsvir edilən cinayət əməllərini özü
tərəfindən törədilməsini etiraf edərək həmin cinayətlərin halları barədə göstərmişdir ki, o,
xx xxxxxxx ildə Bakı şəhərində doğulmuşdur. 1998-ci ildən 2006-cı ilədək Bakı şəhəri,
Yasamal rayonunda yerləşən Respublika İncəsənət Gimnaziyasında orta təhsil almış,
daha sonra 2006-2009-cu illərdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində orta
təhsilini davam etdirmişdir. 2009-cu ildə orta məktəbdən məzun olduqdan sonra Rusiya
Federasiyasının

Moskva

şəhərində

yerləşən

Xalqlar

Dostluğu

universitetində

hüquqşünaslıq ixtisası üzrə əyani təhsilə qəbul olmuş, lakin 2-ci kursdan təhsilini qiyabi
davam etdirmişdir. 2013-cü ildə Şahid2 ilə dini nikaha daxil olmuşdur. 2012-ci ildə onun 5-
ci sinifdən tanıdığı dostu X23 onunla dini söhbətlər etməklə əhli sünnəyə etiqad etməsinə
səbəb olmuşdur. Daha sonra ona məlum olmuşdur ki, X23 da sələfilərin “Sumqayıt
camaatı” adlanan qrupuna daxildir. O, 2012- 2013-cü illərdə həmin camaatlığın üzvləri ilə
görüşərək dini müzakirələr aparmışdır. X23 2013-cü ilin avqust-sentyabr aylarında Suriya

Ərəb Respublikasına cihad etmək məqsədilə getmişdir. Həmin vaxtlarda o, da, həm cihad
etmək, həm də hicrət etmək məqsədilə Suriyaya getməyi planlaşdırmışdır. Bu vaxtlar o,
“Sumqayıt camaatının” üzvü olan Qəbələli Davuda (Əzimli Məhəmməd) hicrət etmək üçün
müraciət etmiş, lakin ona gözləməyi və səbr etməyi tövsiyə etmişlər. Aldığı qiyabi təhsili ilə
bağlı Moskvaya gedərkən oradan Suriyaya getmək məqsədilə 2013-cü ilin oktyabr ayında
Türkiyə Respublikasının İstanbul şəhərinə getmişdir. Qısa müddət sonra oradan Hatayda
yerləşən Reyhanlı sərhəd məntəqəsindən Suriyanın Atma şəhərinə keçmişdir. İlin sonuna
kimi o, Atmada qalmışdır. Həmin dövrdə həyat yoldaşı X22ya Azərbaycandan Türkiyə
gəlməyi tapşırmış, X22 da təxminən 2013-cü ilin sonlarında Türkiyəyə İstanbula gəlmişdir.
O, Atmadan İstanbula gələrək X22nı qarşılamış və onlar qısa müddət İstanbulda qalaraq
sonra yenidən Reyhanlı sərhəd məntəqəsinin yaxınlığından Atma şəhərinə keçmişlər.
Orada bir müddət qaldıqdan sonra o, “Sumqayıt camaatının” əmiri x64 Suriyada olduğunu
öyrənmiş, həmin şəxslərin olduğu yerə, yəni Hələb şəhərinin yaxınlığında yerləşən Rif
Mühəndisin qəsəbəsinə getmiş və onlara qoşularaq orada qalmışdır. Göstərilən qəsəbədə
olarkən o, X23u, X24i, X25nı, X23un qardaşı x1, x2, x3, x4, x5, x6, x7, x8i tanımış və
onları 2 ay ribata, yəni qarovula çıxarmışlar. Ribata çıxarkən Rif Mühəndisin qəsəbəsində
yerləşən yaşadıqları binaları mühafizə etmişlər. Onun istifadəsində “UZİ” markalı silah
olmuşdur. O, həmin silahı Suriyada olduğu vaxtlarda öz puluna - təxminən 500 ABŞ
dollarına almışdır. Orada olanda onlara silahla bağlı təlimləri “X” ləqəbli şəxs keçmişdir.
Daha sonra qaldıqları X şəhərinin yaxınlığında İŞİD və X22 arasında vəziyyət
gərginləşdiyinə görə həyat yoldaşlarını Suriya-Türkiyə sərhədində İdlibdə yerləşən X55
adlı yerə göndərmiş, vəziyyət sakitləşəndən sonra isə həyat yoldaşını geri qaytarmışdır.
Həyat yoldaşı orada yalnız ev işləri ilə məşğul olmuş, onun oradakı fəaliyyəti ilə heç bir
əlaqəsi olmamışdır. O, Suriyada olduğu müddətdə atası 2 dəfə onu geri qaytarmaq üçün
oraya gəlmiş, lakin o, imtina edərək qayıtmamışdır. 2014-cü ilin mart ayında X22 və
Cəbhə ən-Nüsra onların qaldıqları yerə gələrək onların camaatlığının üzvlərini girov
götürmüşdür. 15 gün əsirlikdə qaldıqdan sonra camaatın əmiri X88, misirli din müəllimini
və tərcüməçisi X89 saxlamaqla onları azad etmişlər və ailələri ilə birlikdə sərhəddən
Türkiyəyə keçirmiş, onların silahlarını isə əllərindən almışlar. Daha sonra X88 qətlə
yetirildiyini eşitmişlər. Türkiyəyə keçdikdən sonra o, həyat yoldaşı ilə Gaziantep şəhərində
bir müddət qalmış, sonra 2014-cü ilin yay aylarında İstanbula köçmüşlər. Məqsədi isə
Türkiyə hakimiyyət orqanlarının onları deportasiya etməməsini təmin etmək olmuşdur.
2015-ci ildə onu Türkiyədə polis saxlamış və ona ölkəni tərk etmək üçün 1 ay vaxt
verilmişdir. O, isə oranı tərk etməmişdir. Türkiyədə olarkən 2015-ci ildə oğlu X87 və 2017-
ci ildə qızı Məryəm anadan olmuşlar. Daha sonra 2019-cu ilin avqust ayının 7-də
İstanbulda polis əməkdaşları onu yaşadığı evdə tutmuş və 2 ay saxladıqdan sonra həmin
ilin oktyabrın əvvəlində Azərbaycana deportasiya etmişlər.

Məhkum sonradan heç bir qruplaşmanın üzvü olmamasını, heç bir döyüşdə iştirak

etməməsini və heç vaxt silahdan istifadə etməməsini bildirsə də, məhkəmələr haqlı olaraq
məhkum tərəfindən ifadələrini dəfələrlə dəyişməsini, bu ifadələrin həm biri-biri ilə, həm də
araşdırılmış digər sübutlarla ziddiyət təşkil etməsini nəzərə alaraq onun inkaredici
ifadələrini məsuliyyətdən yaxa qurtarmaq məqsədilə verilmiş ifadələr kimi qiymətləndirmiş,
məhkum olunmuş şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadələri elan edib tədqiq
etməklə həmin ifadələri, habelə şahidlərin ifadələrini və digər sübutları isə yekun
məhkəmə aktlarının əsası kimi qəbul etmişlər.

Məhkəmə kollegiyası Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməllərini

törətməsini təsdiq edən digər sübutların da bir qisminə hazırki qərarda da istinad etməyi
zəruri sayır.

Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək,

bildirmişdir ki, 2013-cü ilin avqust ayında o, X5ı təhsilini davam etdirmək üçün Moskva
şəhərinə yola salmış, lakin təxminən 15 gündən sonra onunla telefon əlaqəsi kəsilmişdir.
O, buna aydınlıq gətirmək üçün  həmin ilin sentyabr ayında Moskva şəhərinə uçaraq 
Xalqlar Dostluğu Universitetinin tələbə şəhərciyinə getmiş və  oğlunun orada olmadığını
müəyyən etmişdir. Həmin müddətdə arvadı ona zəng edərək bildirmişdir ki, X5 onlardan

xəbərsiz qonşusu Şahid2 ilə qeyri-rəsmi evlənərək Türkiyəyə köçmüşdür. Bundan sonra o,
Bakıya qayıtmış, həmin ilin sonunda oğlu X5 anasına zəng edərək X22 ilə birlikdə
Suriyaya gedəcəklərini bildirmiş, səbəb kimi atasının əlindən qaçmaq istədiyini
göstərmişdir. O, bunu eşidən kimi Azərbaycanın aidiyyəti dövlət qurumlarına müraciət
edərək oğlunun geri qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. Bundan
sonra, oğlunu geri gətirmək üçün Suriyaya getmək qərarına gəlmişdir. Həmin müddətdə
kütləvi informasiya vasitələrinin yaydıqları xəbərlərdə qeyd olunmuşdur ki, Azərbaycan
vətəndaşları X10 vilayətindən gedirlər. Bu səbəbdən o, 16 oktyabr 2013-ci ildə Türkiyənin
Hatay vilayətinə getmiş və orada hazırda adını və xarici görkəmini xatırlamadığı taksi
sürücüsü ilə tanış olmuş, sonuncu, müəyyən pul müqabilində onu Türkiyə-Suriya
sərhədinə gətirərək Suriya ərazisinə keçməyə köməklik göstərmişdir. Həmin sərhədi
keçərkən o, hər hansı gömrük və ya sərhəd keçid məntəqəsinə rast gəlməmişdir. Suriya
ərazisinə keçdikdən sonra sərhədə yaxın olan Atma şəhərinə gəlmiş və orada yaşayan
insanlardan oğlunun tapılması ilə bağlı hansı quruma müraciət edə bilməsini soruşmşdur
Ona izah olunmuşdur ki, hazırda Suriyada vətəndaş müharibəsi getdiyi üçün o, olduğu
ərazidə Suriyanın prezidenti Bəşər Əsədə qarşı vuruşan silahlı qruplaşmalar İslam Dövləti
yaratmış və bu səbəbdən həmin ərazidə Şəriət Məhkəməsindən başqa hər hansı başqa
dövlət qurumu fəaliyyət göstərmir. O, Şəriət Məhkəməsi adlanan binaya gələrək özü ilə
gətirdiyi X5ın fotoşəkillərini orada olan şəxslərə göstərmişdir. Əslən Dağıstandan olan iki
nəfər ona X5ı gördüklərini bildirmiş və onun xahişi ilə oğlunun qaldığı yerin ünvanını taksi
sürücüsünə izah etmişlər. Bundan sonra taksi sürücüsü onu Atma şəhərinə yaxın Hələb 
istiqamətində olan X27 adlanan qəsəbəyə gətirmişdir. Həmin qəsəbənin girişində silahlı
postlar qurulmuş və həmin postları silahlı şəxslər mühafizə etmişlər. O, həmin qəsəbədə
oğlunu və Şahid2 tapmışdır. Onlar yarımtikilinin zirzəmisində yaşamışlar və o, x33 yanında
iki gün qalmışdır. Orada olarkən oğlu X5 ona bildirmişdir ki, o, Suriyaya İslam qanunlarına
uğun yaşamaq məqsədi ilə gəlmiş və hər hansı silahlı qrupunun tərkibinə daxil olmaq və
ya hər hansı silahlı münaqişədə iştirak etmək məqsədi olmamışdır. O, X5ın yanında
olarkən onda hər hansı silah görməmişdir. Oğlu onunla geri qayıtmaqdan imtina etdiyinə
görə Bakıya tək qayıtmışdır. 2013-cu ilin dekabr ayının sonunda oğlunu qaytarmaq
məqsədi ilə həmin qaydada o, yenidən X25 Kobra adlanan qəsəbəsinə gedərək X5ın
yaşadığı evdə 1 gün qalmışdır. Bu dəfə əvvəlkinə nisbətdə oğlunun xeyli dəyişdiyini və
Suriyaya gəldiyinə görə peşman olduğunu hiss etmişdir. Lakin x34 bu dəfə də
Azərbaycana qayıtmaqdan imtina etmiş, o,isə tək Bakıya qayıtmışdır. Bir müddət sonra
yenidən həmin məqsədlə X25 Kobra adlanan qəsəbəsinə getmək qərarına gəlmiş və 12
yanvar 2014-cü il tarixdə yola düşmüşdür. Növbəti gün o, Türkiyənin Hatay vilayətinə
çatmış və orada olarkən arvadı onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq x34
hazırda Suriya ərazisində, Suriya-Türkiyə sərhədinə yaxın olan ərazidə olduğunu
bildirmişdir. Belə ki, həmin gün X5 anasına zəng edərək bildirmişdir ki, onları, yəni X5ı,
X22nı və onların ətrafında yaşayan digər insanları orada olan silahlı qruplaşmalar “TİR”
deyilən yük maşınlarına mindirərək həmin ərazidən qovmuş və onları Suriya-Türkiyə
sərhədinə gətirmişlər. Bundan sonra onlar özləri həmin sərhədi keçərək Türkiyənin
Qaziantep şəhərinə gəlmişlər. O, bunu eşidən kimi Bakıya qayıtmışdır. Bir müddət sonra
arvadı ilə birlikdə Türkiyənin Qaziantep şəhərinə gedərək oğlunu tapmışdır. Həmin
şəhərdə o, oğlu üçün kirayə ev tutmuş və oğlu həmin şəhərdə çalışan bir dəmirçi yanında
çalışmağa başlamışdır. Daha sonra, o, X və X22nı İstanbul şəhərinə gətirərək orada onlar
üçün kirayə ev tutmuş və həmin evdə oğlu gəlini ilə təxminən beş il yarım, 2019-cu ilin
oktyabr ayınadək yaşamışlar. Orada onların iki uşağı anadan olmuşdur. Təxminən bir il X5
İstanbulda yaşayan dostu vəkil X23 vəkil bürosunda köməkçi kimi işləmiş, sonradan X
internet üzərindən kitab alqı-satqısı ilə məşğul olmuşdur. Təxminən 2019-cu ilin avqust
ayında X5 Türkiyənin polis orqanları tərəfindən tutulmuş, onda hər hansı sənəd
olmadığına görə Türkiyənin Köç (miqrasiya) idarəsində saxlanılmış və  04 oktyabr 2019-cu
ildə X5 Azərbaycana deportasiya olunaraq Azərbaycan Respublikasının Dövlət
Təhlükəsizliyi Xidmətinə təhvil verilmişdir.

Kassasiya şikayətində, həmçinin, Təqsirləndirilən şəxs dini təhsil almaq, islam

elminə dərindən bələd olmaq məqsədi ilə Suriya ƏR-na getdiyini, onun ərəb əlifbasını
öyrənməsinin iş materiallarında “dini təlimlərdə iştirak” kimi qiymətləndirildiyi, onun
Suriyadakı qanunsuz silahlı birləşmələrin tərkibində olmasını sübut edən heç bir faktın
olmadığı göstərilsə də, iş materiallarında olan 05 noyabr 2019-cu il tarixli əməliyyat
tapşırığının icrası ilə bağlı ibtidai araşdırma orqanına daxil olan 18 dekabr 2019-cu il tarixli
məktubdan görünür ki, Təqsirləndirilən şəxs Suriya Ərəb Respublikası ərazisində
qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmişdir.

Bununla yanaşı, iş materiallarında olan Təqsirləndirilən şəxs barəsində

“Sərhədkeçmə hesabatı”nın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs 31 avqust
2013-cü il tarixdə Azərbaycan Respublikasının hüdudlarını Heydər Əliyev adına
Beynəlxalq Aeroportdan təyyarə ilə tərk edərək Rusiya Federasiyası istiqamətində getmiş
və 05 oktyabr 2019-cu il tarixdə İstanbul-Bakı reysi ilə Azərbaycan Respublikasına
gətirilərək DTX-nə təhvil verilmişdir.

Dövlət Təhlükəsizliyi Xidmətinin V baş idarəsindən daxil olmuş 22 oktyabr 2019-cu

il tarixli 5/5949 saylı məktubdan göründüyü kimi, təqsirləndirilən şəxs Quliyev X8 məhv
edilmiş X11 rəhbəri olduğu “Sumqayıt camaatı” adlı cinayətkar birliyin üzvləri ilə birlikdə
«Cəbhət-an Nusra»nın tabeçiliyində olmuşlar.

 Bundan başqa, cinayət işinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 01

iyul 2015-ci il tarixli, 07 iyul 2015-ci il tarixli və 22 avqust 2019-cu il tarixli hökmlərinin
surətlərindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs beyət etdiyi X11 rəhbərlik etdiyi
“Sumqayıt camaatı” adlı cinayətkar birlik “Cəbhət-an Nusra”nın («X26») tabeçiliyində
olmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi etirafedici ifadələrində
adı çəkilən və onunla bir yerdə Suriyada olduğu bildirilən X7 və X4 2013-cü ilin avqust
ayından 2014-cü ilin aprel ayına qədər Suriya ərazisində “Cəbhət-an Nusra” adlı
cinayətkar birliyin (təşkilatın) üzvləri kimi qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak
etmiş və onlar da həmin əməllərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
12.1, 279.1, 12.3, 28, 214.2.1, 12.3, 28, 214.2.3 və 12.1, 218.2-ci maddələri ilə təqsirli
bilinib, X23 Qulyiev qəti olaraq 13 il müddətə, Tural Şahverdiyev isə 9 il 6 ay müddətə
azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər.

İstər təsvir edilən arayışların, istərsə də işdə olan digər sübut əhəmiyyətli sənədlərin

və ya istintaq hərəkətlərinin aparılması haqqında protokolların hər hansı şəkildə
saxtalaşdırılması, təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilki mərhələsində və
şahidlərin verdikləri ifadələrinin kiminsə təsiri və ya təzyiqi altında vermələri də iş
materialları ilə müəyyən edilmir.

Göründüyü kimi, istər Məhkum, istərsə də şahidlərin ibtidai araşdırma zamanı fiziki

və ya psixi təsirlər altında həqiqətə uğun olmayan ifadələr vermələri, onların dindirilmələri
zamanı hüquqlarının pozulması müəyyən edilməmiş, şahidlərin ifadələri

iş üzrə

araşdırılmış və hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında əksini tapmış
başqa sübutlara uyğun olmuş və məhkəmələr haqlı olaraq məhkumun ifadələrini
özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirib qəbul etdikləri yekun məhkəmə
aktlarının əsasına araşdırılmış başqa sübutları qoymuşlar.

Bu baxımdan, məhkəmə kollegiyası Məhkum həmin əməlləri törətməsinin sübuta

yetirilməsi ilə yanaşı onların həm də CM-nin

12.1, 218.2 və 12.1, 279.1-ci

maddələri ilə tövsif

edilməsi barədə məhkəmələrin gəldikləri nəticəni düzgün sayır və buna görə də bu məsələ
ilə bağlı da kassasiya şikayətinin dəlillərini qəbuledilməz hesab edir.

Ümumiyyətlə isə, məhkəmə kollegiyası kassasiya şikayətinə məhkəmə baxışının

yekunu olaraq belə qənaətə gəlir ki, müdafiəçi A.K.Namazovun həmin şikayətində
göstərdiyi dəlilləri işdə olan sübutlarla təkzib edilir və buna görə onun bu dəlilləri məhkum
olunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi
qiymətləndirilməlidir.

Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə

araşdırmaları zamanı CPM-nin 10 (qanunçuluq), 11 (hər kəsin qanun və məhkəmə
qarşısında hüquq bərabərliyi), 12 (Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq

və azadlıqlarının təmin olunması), 13 (şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi), 14
(azadlıq hüququnun təmin edilməsi), 19 (hüquqi yardım almaq və müdafiə hüqununun
təmin edilməsi), 27 (cinayət mühakimə icraatının aşkarlığı), 28 (cinayət mühakimə
icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cinayət prosesində tərəflərin
çəkişməsi) maddələrində təsbit edilmiş cinayət mühakimə icraatının prinsip və şərtlərinə
tam şəkildə əməl olunmuş, məhkum Təqsirləndirilən şəxs barəsində cəza tədbiri
seçilərkən isə onun törətdiyi əməllərin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, şəxsiyyətini
səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran bütün hallar kifayət qədər
nəzərə alınmışdır.

Beləliklə, təsvir olunanlardan görünür ki, müdafiəçi A.K.Namazovun kassasiya

şikayətində irəli sürülmüş dəlillər tamamilə əsassız olmaqla baxılan işdə CPM-nin 42.1.1,
42.1.2, 42.1.3 və 42.1.4-cü maddələrində təsbit edilmiş bəraətin əsasları (o cümlədən
məhkumun təqsirliliyinin sübuta yetirilməməsi kimi hal), eləcə də apellyasiya instansiyası
məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-nin 416-cı maddəsində
göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir.

Buna görə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə

müdafiəçi A.K.Namazovun, kassasiya şikayətinin təmin edilməməsi haqda isə dövlət
ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, müdafiəçi A.K.Namazovun kassasiya
şikayəti təmin edilməməli, Məhkum CM-nin 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə
təqsirli bilinib məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət
Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə
dəyişiklik edilmədən saxlanılmalıdır.

Şərh

edilənlərə

əsasən

Azərbaycan

Respublikası

Cinayət-Prosessual

Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali
Məhkəməsinin Cinayət Kollegiyası

Q Ə R A R A

A L D İ:

Kassasiya şikayəti təmin edilməsin.

Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2 və 12.1,

279.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı
Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli qərarı
kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.