1-1[102]-49/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 1-1(102)-49/2021

08.10.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Cinayət kollegiyasının

Q Ə R A R İ

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Rəcəbov

İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Novruzov X5 və Mövsümov Nazim Rasim
oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi

X3

qızının, dövlət ittihamçısı -

Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə
idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik
təhlil şöbəsinin böyük prokuroru X7 iştirakları ilə,

Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2021-ci il tarixli, 1-

1(104)-55/2021 nömrəli ilkin baxış qərarından Dövlət ittihamçısı Nizami oğlu tərəfindən
verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi.

I.

İşin halları

1. Məhkum xx xxxxxx 1981-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş,

Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, əvvəllər məhkum olunmamış,
ailəli, himayəsində iki azyaşlı uşağı olan, Masallı rayonunun Şərəfə kəndində qeydiyyatda
olmaqla orada yaşamışdır.

2. 31 oktyabr 2019-cu il tarixli ittiham aktı ilə Məhkum Azərbaycan Respublikası

Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 331.2, 331.3,
341.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür.

3. Tərtər Hərbi Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 1(098)-23/2020 nömrəli

qərarı ilə N nömrəli hərbi hissənin giziri X2 Azərbaycan Respublikası CM-nin 331.2, 331.3
və 341.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs
Məhkum xidmət etdiyi hərbi hissə tərkibində döyüş əməliyyatlarında iştirak etməsi ilə
əlaqədar onun olduğu yer müəyyən

olunmadığından, cinayət təqibi üzrə icraat

dayandırılmış, təqsirləndirilən şəxs Məhkum barəsində seçilmiş “Başqa yerə getməmək
haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilmişdir.

4. Birinci instansiya məhkəməsinin qeyd edilən qərarı qəbul edilərkən, məhkəmə

iclasında istər ittiham, istərsə də müdafiə tərəfi iştirak etməmişlər.

5. Tərtər Hərbi Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 1(098)-23/2020 nömrəli

qərarından dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Dövlət ittihamçısı
apelyasiya protesti onunla əsaslandırmışdır ki, məhkəmə qərarını qəbul edərkən bir sıra
qanun pozuntularına yol vermişdir. Belə ki, Məhkum Azərbaycan Respublikası Azərbaycan
Respublikası CM-nin 331.2, 331.3 və 341.1-ci maddələri ilə təqsirləndirilməsinə dair
cinayət işi üzrə məhkəmənin hazırlıq iclası 14 noyabr 2019-cu il tarixdə keçirilmiş və
məhkəməyə verilərək bir neçə dəfə barəsində olan cinayət işi üzrə məhkəmə iclasları
keçirilmişdir. Növbəti məhkəmə iclası 30 sentyabr 2020-ci il tarixə təyin edilmiş, lakin 27
sentyabr 2020-ci il tarixdə döyüş əməliyyatlarının başlanması ilə əlaqədar iclas 02 oktyabr
2020-ci il tarixə təxirə alınmışdır. Məhkəmə iclasının keçirilməyəcəyi barədə məlumat
şifahi şəkildə dövlət ittihamçısına bildirdiyi halda, 02 oktyabr 2020-ci il tarixdə məhkəmə
iclası keçirilərək mübahisələndirilən qərar qəbul edilmişdir. Bu səbəbdən dövlət ittihamçısı
məhkəmə iclasında iştirak edərək məhkəmədə irəli sürülmüş ittihamı müdafiə etmək üçün
hüquqlarından istifadə etmək və vəzifələrini yerinə yetirmək imkanından məhrum
edilmişdir. Bundan başqa, məhkəmə icraatı dayandırarkən, Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CPM”)
53.3.2-ci maddəsinin tələbini pozmuş və icraatı dayandırarkən Məhkum barəsində axtarış
elan etməmişdir. Bu səbəblərdən birinci instansiya məhkəməsi qeyd edilən cinayət işi üzrə
qərarı ləğv edilməlidir.

6. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, apelyasiya protestində

dövlət ittihamçısı iki halı,

iş üzrə icraatın dayandırılması zamanı CPM-in 53.3.2-ci

maddəsinin tələbinin pozulmasını və işə baxılarkən dövlət ittihamçısının iştirakının təmin
edilməməsini mübahisələndirir.

7. Apellyasiya instansiya məhkəməsi protestin birinci dəlili ilə bağlı qeyd etmişdir ki,

Tərtər Hərbi Məhkəməsi tərəfindən 12 mart 2021-ci il tarixdə Məhkum Azərbaycan
Respublikası CM-in 331.2, 331.3 və 341.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət
işi üzrə icraat təzələnmiş və məhkəmə baxış iclası 30 mart 2021-ci il tarixə təyin edilmişdir.
Göründüyü kimi, Tərtər Hərbi Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli qərarı ondan
verilmiş apelyasiya protestinə baxılanadək, artıq 12 mart 2021-ci il tarixdə cinayət işi üzrə
icraat təzələnmiş və cinayət işi məhkəmə baxışma təyin edilmişdir. Belə olan halda, dövlət
ittihamçısının etirazına səbəb olmuş hal artıq aradan qaldırılmışdır. Dövlət ittihamçısının
protest verməkdə məqsədi cinayət işi üzrə icraatın dayandırılmasına səbəb olan qərarın
ləğv edilməsi və icraatın təzələnməsinə nail olmaqdan ibarət olmuş və icraatın
dayandırılmasına səbəb olan hal aradan qalxdığı üçün, yəni müqəddəs Vətən Müharibəsi
ordumuzun və xalqımızın şanlı qələbəsi ilə başa çatdığı üçün artıq icraat təzələnmişdir.
Qaldı ki, icraatın dayandırılması zamanı Azərbaycan Respublikası CPM-in 53.3.2-ci
maddəsinin tələbinin pozulması xüsusatı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki,
məlum olduğu kimi 27 sentyabr 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin döyüş
aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə
Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımız bütün cəbhə boyu əks-
hücum, əks-həmlə əməliyyatına başlamış və həmin vaxt Məhkum xidmət etdiyi N nömrəli
hərbi hissə də döyüş əməliyyatları keçirmişdir. Həmin əməliyyatlar dövlətin hərbi fəaliyyəti
ilə bağlı olub dövlət sirrini təşkil edir. Göstərilənlərə əsasən döyüş əməliyyatlarında olan
əsgər Məhkum barəsində axtarış elan edilməsi qanuna müvafiq olmamışdır. Həm
məhkəməyə, həm də dövlət ittihamçısına məlumdur ki, təqsirləndirilən şəxs mənfur

düşmənə qarşı gedən döyüş əməliyyatlarında iştirak edir və məhkəmə də məhz bu
səbəbdən cinayət işi üzrə icraatı dayandırmışdır. Belə olduğu təqdirdə hansı səviyyədə
başa düşüləndir ki, məhkəmə döyüş əməliyyatlarında iştirak edən, öz canını vətən
uğrunda qurban verən hərbi qulluqçu barəsində axtarış elan edilsin və qəbul edilmiş qərar
icra edilməsi üçün hüquq mühafizə orqanlarına göndərilsin. Məlumdur ki, məhkəmə
təcrübəsində qanun bütün hallarda hakimin konkret işlərə baxarkən rast gəldiyi bütün
kazusları, bütün vəziyyətləri dəqiqliklə tənzimləyə bilmir və bu vəziyyətdə hakimin
qanunları şərh etməsi, hüquq düşüncəsini rəhbər tutması, qanunu tətbiq edərkən işin
hallarını nəzərə alması zərurəti ortaya çıxır.

8. Apellyasiya instansiya məhkəməsi apellyasiya protestinin ikinci dəlili (yəni dövlət

ittihamçısının iştirakı olmadan məhkəmə iclasının keçirilməsi) ilə bağlı hesab etmişdir ki,
birinci instansiya məhkəməsi tərəfindən bu halda Azərbaycan Respublikası CPM-nin 84.6,
84.7 və 314.1-ci maddələrinin tələbləri pozulmuşdur. Lakin bu pozuntu birinci instansiya
məhkəməsinin qərarının ləğv edilməsinə səbəb olacaq səviyyədə deyildir. Belə ki,
məhkəmənin cinayət işi üzrə icraatı dayandırma qərarı yekun qərar deyil və dövlət
ittihamçısı Azərbaycan Respublikası CPM-nin 314.1-ci maddəsində nəzərdə tutulmuş
qaydada məhkəmə iclasında iştirak edərək məhkəmədə irəli sürülmüş ittihamı müdafiə
etmək üçün Azərbaycan Respublikası CPM-nin 84.6 və 84.7-ci maddələri ilə nəzərdə
tutulmuş hüquqları istifadə etmək və vəzifələrini yetirənə yetirmək imkanından cinayət işi
üzrə məhkəmə baxışının növbəti mərhələlərində istifadə edə bilər.

9. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, apelyasiya protesti təmin

edilməməli və Məhkum Azərbaycan Respublikası CM-nin 331.2, 331.3 və 341.1-ci
maddələri ilə təqsirli bilinməsinə dair cinayət işi mahiyyəti üzrə məhkəmə baxışında
baxılması üçün Tərtər Hərbi Məhkəməsinə qaytarılmalıdır.

10. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2021-ci il tarixli,

1-1(104)-55/2021 nömrəli ilkin baxış qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş
apelyasiya protesti təmin edilməmiş, Tərtər Hərbi Məhkəməsinin 02 oktyabr 2020-ci il
tarixli qərarı apelyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmış, 12 mart
2021-ci il tarixdə Məhkum Azərbaycan Respublikası CM-nin 331.2, 331.3 və 341.1-ci
maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnərək məhkəmə
baxışma təyin edildiyindən cinayət işinin materialları mahiyyəti üzrə baxılması üçün Tərtər
Hərbi Məhkəməsinə qaytarılması qərara alınmışdır.

11. X4 Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2021-ci il tarixli qərarından

dövlət ittihamçısı kassasiya protesti vermişdir.

II.

Kassasiya protestinin dəlilləri və protestə qarşı etirazlar

12. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri ilə apelyasiya

protestinin dəlilləri eyni olmuşdur. Dövlət ittihamçısı kassasiya protestində qeyd etmişdir ki,
dövlət ittihamçısının etirazına səbəb olmuş halı aradan qaldırılmış kimi qəbul etmək və
icraatın təzələnməsinə nail olmaqdan ibarət olmuş nəticənin baş verməsini əsaslı qəbul
etmək yanlışdır. Prosesdən göründüyü kimi, burada qanunsuz qəbul edilmiş, bir qərarın
ləğvi xahiş edilmiş, həmin qərarın gələcək məhkəmə təcrübəsinə yol açmasının qarşısının
alınmasına və Azərbaycan Respublikası CPM-in tələblərinə uyğun qərar qəbul edilməsinin
təmini olmuşdur ki, cinayət təqibi üzrə icraatın təzələnməsi heç də həmin qərarın ləğvi
demək deyildir. Halbuki, Azərbaycan Respublikası CPM-nin 53.1.2-ci maddəsinə əsasən
təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin olduğu yer müəyyən olunmadıqda

cinayət təqibi üzrə icraat dayandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 53.3.2-cü
maddəsinə əsasən bu Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda yalnız
təqsirləndirilən şəxs haqqında axtarış elan edildikdən sonra dayandırıla bilər. Tərtər Hərbi
Məhkəməsinin qeyd edilən qərarından görünür ki, təqsirləndirilən şəxs Məhkum xidmət
etdiyi hərbi hissə tərkibində döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar onun olduğu
yer müəyyən olunmadığından cinayət təqibi üzrə icraat dayandırılmış və barəsində
seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmişdir.
Göründüyü kimi, məhkəmə öz qərarında təqsirləndirilən şəxs Məhkum xidmət etdiyi hərbi
hissə tərkibində döyüş əməliyyatlarında iştirak etməsini göstərmiş, onun hərbi xidmətdə
olmaqla döyüş əməliyyatlarında olması məhkəməyə məlum olmuş, həmin dövr üçün
məlum hadisələr üzrə cinayət təqibi üzrə icraatın dayandırılması məcburi olmamasına,
məhkəmə iclasının təxirə salınmasının mümkünlüyünü və Azərbaycan Respublikası CPM-
nin tələblərində cinayət təqibi üzrə icraat dayandırılmalıdır yox, dayandırıla bilər qeyd
edilməsinə baxmayaraq məhkəmə proses tərəflərinin məhkəmə iclasında iştirakını təmin
etmədən cinayət təqibi üzrə icraatı dayandırmış, Azərbaycan Respublikası CPM-nin
axtarış elan edildikdən sonra cinayət təqibi üzrə icraat dayandırıla bilər tələbini pozmuş,
habelə qətimkan tədbirini də ləğv etmişdir. Bu isə, məhkəmənin mövqeyinin heç də əsaslı
və qanunauyğun olması demək deyil, hərçənd ki, gələcək məhkəmə təcrübəsində cinayət
təqibi üzrə icraatın dayandırılması zamanı daha ağır qətimkan tədbirinin seçilməsi yox, var
olan bir qətimkan tədbirinin də ləğvi və axtarış elan edilməməklə cinayət təqibi üzrə
icraatın dayandırılmasının mümkünlüyü barədə məhkəmə təcrübəsi üzrə mübahisələrə yol
açacaqdır. Dövlət ittihamçısı qeyd etmişdir ki Azərbaycan Respublikası CPM-nin 314-cü
maddəsində üzrlü və ya üzrsüz olsa da dövlət ittihamçısının iştirakı olmadan məhkəmə
iclasının keçirilməsini mümkün edən müddəa yoxdur. Beləliklə, birinci instansiya
məhkəməsi çəkişmə prinsipinə uyğun olaraq ittiham və müdafiə tərəfin iştirakını təmin
etmədən mühüm cinayət-prosessual qərar qəbul etməklə faktiki olaraq cinayət-prosessual
qanunvericiliyin tələblərinə cavab verməyən qanunsuz qərar çıxarmışdır. Məhkəmə
kollegiyasından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2021-ci
il tarixli, 1-1(104)-55/2021 nömrəli ilkin baxış qərarının ləğv edilməsi və cinayət işinin yeni
apelyasiya baxışına təyin edilməsi xahiş edir.

13. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır.

III.

Hüquqi məsələlər

14. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə

səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən
edir.

15. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni

qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları
araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir.
Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya
instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul
edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-
Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

16. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci

və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-
verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş

hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-
edilməməsi məsələlərinə öz münasibətini bildirir.

17. Kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və

apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi
məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü
yoxlayaraq, məhkəmə kollegiyası aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir.

18. Kassasiya protestində göstərilmişdir ki, məhkəmə öz qərarında təqsirləndirilən şəxs

Məhkum xidmət etdiyi hərbi hissə tərkibində döyüş əməliyyatlarında iştirak etməsini
göstərmiş, onun hərbi xidmətdə olmaqla döyüş əməliyyatlarında olması məhkəməyə
məlum olmuş, həmin dövr üçün məlum hadisələr üzrə cinayət təqibi üzrə icraatın
dayandırılması

məcburi

olmamasına,

məhkəmə

iclasının

təxirə

salınmasının

mümkünlüyünü və Azərbaycan Respublikasının CPM-nin tələblərində cinayət təqibi üzrə
icraat dayandırılmalıdır yox, dayandırıla bilər qeyd edilməsinə baxmayaraq məhkəmə
proses tərəflərinin məhkəmə iclasında iştirakını təmin etmədən cinayət təqibi üzrə icraatı
dayandırmış, Azərbaycan Respublikasının CPM-nin axtarış elan edildikdən sonra cinayət
təqibi üzrə icraat dayandırıla bilər tələbini pozmuşdur.

19. Məhkəmə kollegiyası qeyd edir ki, Cinayət-Prosessual Məcəllədə təqsirləndirilən

şəxsin hərbi xidmətdə olduğu hərbi hissənin döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar
cinayət işinin icraatının dayandırılması və ya təxirə salınması nəzərdə tutulmamısdır.

20. Azərbaycan Respublikası CPM-nin 319.1, 319.1.1 və 319.1.2-ci maddələrini

ümumi məzmununa görə, məhkəmə iclasına çağırılmış şəxslərdən hər hansı birinin
məhkəmə iclasına gəlməməsinə görə və ya məhkəmənin təşəbbüsü ilə, yaxud cinayət
prosesi tərəflərinin vəsatətləri üzrə yeni sübutların tələb edilməsi zərurəti ilə əlaqədar
məhkəmə baxışının keçirilməsi mümkün olmadıqda məhkəmə, təxirə salınma müddəti
göstərilməklə məhkəmə baxışını təxirə salır; məhkəmə iclasına şəxsin gəlməsi və ya yeni
sübutların tələb edilməsi üçün lazımi tədbirlər görür.

21. Qanunun mənasından göründüyü kimi, olduğu yer müəyyən olan şəxslərdən biri (o

cümlədən təqsirləndirilən şəxs) məhkəmə iclasına gəlmədikdə təxirə salınma müddəti
göstərilməklə məhkəmə baxışı təxirə salınır. Lakin hazırkı cinayət işi üzrə vəziyyət
qanunda nəzərdə tutulmuş məhkəmə baxışının təxirə salınmasına əsas verən hallardan
fərqli olmuşdur. Təqsirləndirilən şəxs Məhkum xidmət etdiyi hərbi hissənin iştirak etdiyi
döyüş əməliyyatlarının qurtarması vaxtı qabaqcadan bəlli olmamış, belə vəziyyətdə
cinayət işinin məhkəmə baxışının təxirə salınmalı olması barədə dəlillər əsaslı hesab
edilmir. Məlum olan fakt odur ki, cinayət işinin icraatının dayandırıldığı tarixdə
təqsirləndirilən şəxs Məhkum xidmət etdiyi hərbi hissə döyüş əməliyyatlarına cəlb
olunmuş, eyni zamanda Tərtər Hərbi məhkəməsinin yerləşdiyi Tərtər rayonu da düşmənin
şiddətli atəşləri altında olmuşdur.

22. Birinci instansiya məhkəməsinin qərarında göstərilmişdir ki, Məhkum xidmət etdiyi

N nömrəli hərbi hissə hazırda döyüş əməliyyatlarını həyata keçirdiyindən, sonuncunun
məhkəmə iclasına gəlməsi və ya göndərilməsi mümkün deyildir. Döyüş əməliyyatlarının
hansı tarixdə başa çatması isə qeyri-müəyyən olduğundan məhkəmə iclasının təxirə
salınması əhəmiyyətini itirmişdir. Bu baxımdan məhkəmə cinayət təqibi üzrə icraatın
dayandırılması barədə məsələyə baxaraq hesab edir ki, Məhkum xidmət etdiyi hərbi
hissənin hazırda harada döyüş əməliyyatlarını yerinə yetirməsi müəyyən deyildir və bu
səbəbdən onun olduğu yer müəyyən olunmadığından cinayət təqibi üzrə icraat
dayandırmalıdır.

23. Azərbaycan Respublikası CPM-nin 141.1.1-ci maddəsinə əsasən cinayət təqibi

üzrə icraatın materiallarından istifadə edilmədən ümumi məlum olan faktlar sübut edilmiş
hesab olunur.

24. Təqsirləndirilən şəxsin hərəkətlərindən asılı olmayaraq yaranmış, ümumi məlum

olan belə vəziyyət onun məhkəmə iclasına gəlməsini qeyri-mümkün etmişdir. Belə vəziyyət
Azərbaycan Respublikası CPM-nin 319.2-ci maddəsində göstərilən hala daha uyğundur.

25. Belə ki, Azərbaycan Respublikası CPM-nin 319.2-ci maddəsinə əsasən

təqsirləndirilən şəxs gizləndikdə və ya xroniki, yaxud digər ağır xəstəliyə tutulduğuna görə
onun məhkəmə iclasına gəlməsi qeyri-mümkün olduqda məhkəmə həmin təqsirləndirilən
şəxs tapılanadək və ya sağalanadək onun barəsində cinayət işi, məhkəməyədək
sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatı
dayandırır, digər təqsirləndirilən şəxslər barəsində isə məhkəmə baxışını mümkün olduqda
davam etdirir. Məhkəmə baxışının ayrı-ayrılıqda aparılması cinayət təqibi ilə bağlı olan
bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olduqda, məhkəmə
cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham
qaydasında şikayət üzrə bütün icraatı bu Məcəllənin 304.2-ci maddəsinin müddəaları
nəzərə alınmaqla dayandırır.

26. Kassasiya protestində göstərilən, “axtarış elan edildikdən sonra cinayət təqibi üzrə

icraat dayandırıla bilər” tələbini birinci instansiya məhkəməsinin pozmasına gəldikdə,
məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki,
təqsirləndirilən şəxs Məhkum vətəni müdafiə üzrə vətəndaşlıq borcunu yerinə yetirən hərbi
qulluqçu olaraq onun barəsində axtarış elan edilməsi və qəbul edilmiş qərarın icra
edilməsi üçün hüquq mühafizə orqanlarına göndərilməsi, işin faktiki vəziyyətinə və
qanunun mənasına da uyğun sayılmamalıdır.

27. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən

Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada
vətəndaşlar hərbi xidmət keçirlər.

28. Təqsirləndirilən şəxs Məhkum cinayət işinin icraatı dayandırılan zaman xidmət

etdiyi hərbi hissənin tərkibində vətəni müdafiə üzrə borcunu yerinə yetirərək döyüş
əməliyyatlarında iştirak etmiş, onun məhkəmədən gizlənməsi və ya xroniki, yaxud digər
ağır xəstəliyə tutulması barədə sübutla və hər hansı məlumat olmamışdır. Ona görə də
Azərbaycan Respublikası CPM-nin 53.3.2-ci maddəsində nəzərdə tutulmuş qaydada
təqsirləndirilən şəxs Məhkum haqqında axtarış elan edilməmişdir.

29. Bundan başqa cinayət işinin materiallarında olan məhkəmə iclas protokollarından

müəyyən edilir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası 14 noyabr 2019-cu il tarixdə
keçirilmiş və Məhkum məhkəməyə verilərək bir neçə dəfə barəsində olan cinayət işi üzrə
məhkəmə iclasları dövlət ittihamçısının iştirakı ilə keçirilmişdir. Növbəti məhkəmə iclası 30
sentyabr 2020-ci il tarixə təyin edilmiş, lakin 27 sentyabr 2020-ci il tarixdə döyüş
əməliyyatlarının başlanması ilə əlaqədar iclas 02 oktyabr 2020-ci il tarixə təxirə alınmış,
həmin tarixdə dövlət ittihamçısı və müdafiəçi məhkəmə iclasına gəlmədiklərindən, cinayət
işi üzrə icraatın dayandırılması barədə qərar onların iştirakları olmadan qəbul edilmişdir.

30. Nəhayət Tərtər Hərbi Məhkəməsinin 12 mart 2021-ci il tarixli qərarı ilə cinayət işi

üzrə icraat təzələnmiş və mahiyyəti üzrə məhkəmə baxışının keçirilməsi üçün təyin
edilmişdir. Cinayət işi üzrə icraatın təqsirləndirilən şəxs Məhkum xidmət etdiyi hərbi
hissənin döyüş əməliyyatlarında iştirak etdiyi zaman müdafiə və ittiham tərəflərinin
məhkəmə iclasında iştirak etməmələri vəziyyətində dayandırılması müvəqqəti xarakter

daşıdığından, təqsirlilik barədə məsələnin həll edilməsinə aid qərar qəbul edilmədiyindən
və artıq icraat təzələndiyindən çəkişmə prinsipinin kobud pozulması halı baş verməmişdir.
Həmin məsələnin həlli qanunla məhkəmənin səlahiyyətinə aid edilmiş, həmin məsələnin
həlli zamanı müdafiə və ittiham tərəfinin (dövlət ittihamçısının) məcburi iştirakı nəzərdə
tutulmamışdır.

31. Məhkəmə kollegiyası həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin

(bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququna istinad etməyi
zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin bir sıra qərarlarında, məsələn, Fariz
Əhmədov Azərbaycana qarşı 
işdə vurğulanmışdır ki, məhkəmə araşdırmasının ədalətliliyi
hər bir işdə qiymətləndirilməlidir, lakin bunun üçün müəyyən bir aspekt və ya konkret bir
hadisənin ayrı-ayrılıqda nəzərdən keçirilməsi yox, bütövlükdə prosesin gedişatı və
nəticələri əsas götürülməlidir (bax, Fariz Əhmədov Azərbaycana qarşı, № 40321/07 , § 53,
14 yanvar 2021).

32. Belə olan halda, sırf prosessual xarakter daşıyan, qüvvədə olsa belə məhkəmə

baxışının ümumi ədalətliliyinə tamamilə heç bir təsir göstərə bilməyən, artıq ləğv edildiyinə
görə isə təsiri ümumiyyətlə istisna edilən məhkəmənin prosessual qaydada qəbul etdiyi
qərarının mübahisələndirilməsi, kassasiya protestinin təmin edilməsi üçün əsas götürülə
bilməz.

33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası artıq icraatı təzələnmiş iş üzrə icraatın

dayandırılması qərarının ləğv edilməsi barədə kassasiya protestinin dəlillərini formal
xarakterli olmaqla əsassız hesab edir.

34. Odur ki, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət

ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, dövlət
ittihamçısının kassasiya protesti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin
Cinayət Kollegiyasının 28 aprel 2021-ci il tarixli, 1-1(104)-55/2021 nömrəli ilkin baxış
qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci

maddəsini rəhbər tutub məhkəmə kollegiyası

Q Ə R A R A

A L D İ:

Dövlət ittihamçısının kassasiya protesti təmin edilməsin.
Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2021-ci il tarixli, 1-

1(104)-55/2021 nömrəli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılsın.