1-1[102]-70/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 1-1(102)-70/2021

02.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

cinayət kollegiyasının

Q Ə R A R İ

Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Nazim

Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Fərhad
Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə,

məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın,
dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət

ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli
oğlu Hüseynlinin və zərərçəkmiş şəxs X3 iştirakları ilə,

Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 23 aprel 2021-ci il tarixli

qərarından dövlət ittihamçısı Məmmədov Anar Ələsgər oğlu tərəfindən verilmiş kassasiya
protesti üzrə işə baxaraq

MÜƏYYƏN ETDİ:

Bakı Hərbi Məhkəməsinin (hakim Həbib Həsənov) 02 fevral 2021-ci il tarixli hökmü

ilə

xx xxx 2002-ci ildə Bakı şəhərində anadan olmuş,
subay,

orta-ixtisas

təhsilli,

Azərbaycan

Respublikasının

vətəndaşı,

əvvəllər

məhkum

olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və
həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 330.3.2-ci maddəsi
ilə təqsirli bilinərək 1 (bir) il müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına
məhkum edilmiş, CM-in 70-ci maddəsinə əsasən cəza ona şərti olaraq tətbiq edilmiş və
ona 6 (altı) ay sınaq müddəti müəyyən edilmişdir.

İşin halları:

Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs təqsirli bilinib

məhkum olunmuşdur ona görə ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində gənc
əsgər kimi xidmət edərkən, 09 iyul 2020-ci il tarixdə saat 16 radələrində gənc əsgərlərin
toplanma məntəqəsinin baş çavuşu vəzifəsində olan müddətdən artıq həqiqi hərbi xidmət
hərbi qulluqçusu, kiçik çavuş Zərərçəkmiş şəxs1 əsgər yataqxanasında həmin gün
xidmətə gələn gənc əsgərlərə yataq yerlərinin səliqəyə salınması qaydasını öyrətmək
istədiyini gördükdə, xidmət yoldaşlarına öz nüfuzunu və üstünlüyü göstərməklə özündən

çəkindirmək məqsədilə Zərərçəkmiş şəxs1 yaxınlaşaraq artıq bir neçə gün xidmətdə
olmasına baxmayaraq, guya sonuncunu tanımadığından kim olması ilə maraqlanmaqla bir
daha vəzifə və rütbə üzrə rəisi olmasına əmin olduğu halda Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 138-ci maddələri ilə müəyyən
edilmiş hərbi nəzakət qaydalarına ciddi riayət etmək, bir-biri ilə münasibətdə həmişə
nəzakətli, intizamlı və təmkinli olmaq, rəislərə hörmət göstərmək, əmr və sərəncamlarını
sözsüz, dəqiq və tez yerinə yetirmək, özünün birbaşa rəislərinin vəzifəsini, hərbi rütbəsini
və soyadını bilmək tələblərini kobud surətdə pozub sol ayağı ilə kiçik çavuş Zərərçəkmiş
şəxs1 sağ ayaq nahiyəsinə bir təpik zərbəsi vurmaqla hərbi xidmət üzrə öz vəzifəsinin
yerinə yetirməsi ilə əlaqədar rəisi hesab edilən şəxsə qarşı zor tətbiq etmişdir.

Bundan başqa, o, həmin vəzifə və rütbədə xidmətdə olarkən, 10 iyul 2020-ci il

tarixdə
saat 09 radələrində əsgər yataqxanasında xidmət yoldaşları ilə zarafat edərkən gənc
əsgərlərin toplanma məntəqəsinin taqım komandiri, leytenant Zərərçəkmiş şəxs2 həmin
yerə gəlib onun hərəkətlərini müşahidə edərək söhbət aparması üçün dəvəti ilə masa
qarşısında üzbəüz əyləşdiklərindən sonra gələcəkdə eyni nöqsanların təkrarlanması ilə
bağlı irad tutduğu halda, əsgər Təqsirləndirilən şəxs nəticə çıxarmaq əvəzinə bildirilən
iradı qəbul etməyib qəzəbləndiyindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili
Xidmət Nizamnaməsinin 38 və 138-ci maddələrinin tələblərini kobud surətdə pozub
oturaqlı vəziyyətdə olarkən anidən sol əli ilə leytenant Zərərçəkmiş şəxs2 sağ sifət
nahiyəsinə bir sillə zərbəsi vurmuş, daha sonra sonuncu ayağa qalxaraq hansı səbəbdən
vəzifə və rütbə üzrə rəisi olan şəxsə qarşı zor tətbiq etməsini soruşduqda, əsgər
Təqsirləndirilən şəxs ayağa qalxıb bu dəfə sağ əli ilə sonuncunun sol sifət nahiyəsinə
daha bir sillə zərbəsi vurmaqla təkrarən hərbi xidmət üzrə öz vəzifəsinin yerinə yetirməsi
ilə əlaqədar rəisi hesab edilən şəxsə qarşı zor tətbiq etmişdir.

Bundan əlavə, o, həmin vəzifə və rütbədə xidmətdə olarkən, 12 iyul 2020-ci il tarixdə

saat 18 radələrində əsgər yataqxanasının sanitar qovşağında pəncərə qarşısında olan
taxta parçasını çölə tulladığından bu hərəkəti müşahidə edən gənc əsgərlərin toplanma
məntəqəsinin taqım komandiri, kapitan Zərərçəkmiş şəxs3 Elzadə oğlu söhbət aparması
üçün onu inzibati binanın qarşısında çağırdıqdan sonra gələcəkdə eyni nöqsanların
təkrarlanması ilə bağlı irad tutduğu halda, əsgər Təqsirləndirilən şəxs nəticə çıxarmaq
əvəzinə bildirilən iradı qəbul etməyib qəzəbləndiyindən Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 138-ci maddələrinin tələblərini kobud
surətdə pozub kapitan Zərərçəkmiş şəxs3 yaxasından tutaraq silkələmiş, daha sonra
sonuncu onun əllərini yaxasından çəkmək istəyərkən əsgər Təqsirləndirilən şəxs vəzifə və
rütbə üzrə rəisi olan kapitan Zərərçəkmiş şəxs3 sağ qolunu tutub sığmaqla güclə özünə
tərəf çəkərək dırnağı ilə cızıb təkrarən hərbi xidmət üzrə öz vəzifəsinin yerinə yetirməsi ilə
əlaqədar rəisi hesab edilən şəxsə qarşı zor tətbiq etməklə sonuncuya “sağ dirsək
nahiyəsinin piqmentasiyası” kimi dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir.

Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının (sədrlik edən və məruzəçi

hakim Əli Seyfəliyev, hakimlər Rəşad Abdulov və Qədim Babayevdən ibarət tərkibdə) 1-
1(103)-9/2021 nömrəli, 23 aprel 2021-ci il tarixli qərarı ilə Bakı Hərbi Məhkəməsinin 02
fevral 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən
verilmiş apellyasiya protesti təmin edilməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan dövlət

ittihamçısı A.Ə.Məmmədov verdiyi kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin
cinayət kollegiyasının 23 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işi üzrə
yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya protestinin dəlilləri:

Dövlət ittihamçısı A.Ə.Məmmədov kassasiya protestini onunla əsaslandırır ki,

Təqsirləndirilən şəxs cəza təyin edilərkən əsassız olaraq CM-in 70-ci maddəsi tətbiq
edilmişdir.

Belə ki, şəxsin əvvəllər cinayət törətməməsi onun cəmiyyətdə normal davranışı kimi

qəbul edilir. Şəxsin əvvəllər məhkum edilməməsi və ya törətdiyi cinayətin az ağır olması
onun müsbət ictimai xarakterizəsi üçün əsas ola bilməz və göstərilənlərin onun cəzasını
yüngülləşdirən hallar kimi qəbul edilməsi əsassızdır.

Məhkum Təqsirləndirilən şəxs barəsində şərti məhkum etmə cəzasının tətbiq

edilməsi təcrübəsi Cinayət və Cinayət-Prosessual qanunvericiliyinin tələblərinə zidd
olmaqla yanaşı, CM-in 70-ci maddəsinin müstəsna əhəmiyyətinin itirilməsinə səbəb olur.

Məhkum Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir

ki, qeyd olunan əməllərin törədilməsi hərbi xidmətin nizamnamə qaydalarını pozmaqla
yanaşı, qulluq çəkmənin qanunla müəyyən edilmiş qaydalarına qəsd edir və Silahlı
Qüvvələrdə ümumi intizamın aşağı səviyyəyə düşməsinə, ordunun döyüş qabiliyyətinin
zəifləməsinə səbəb olur.

Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi yekun qərar qəbul edərkən

sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq
olaraq tədqiq etməmiş və bunun nəticəsi olaraq Təqsirləndirilən şəxs barəsində CM-in 70-
ci maddəsi tətbiq edilməklə CM-in 330.3.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair hökmü
qüvvədə saxlamışdır.

Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini

araşdırıb, məruzəçini, dövlət ittihamçısının və zərərçəkmiş şəxsin çıxışlarını dinləyib
hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin edilməlidir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə

əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya
protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi
məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü
yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası
məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları
sübuta yetirmiş hesab edə bilməz.

Kassasiya protestinin başlıca dəlili birinci apellyasiya instansiyası məhkəməsi

tərəfindən məhkum Təqsirləndirilən şəxs barəsində qanunsuz və ədalətsiz olaraq
Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsidir.

Məhkəmə kollegiyası kassasiya protestinin dəlilinə münasibət bildirərək aşağıdakıları

qeyd edir:

Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, islah

işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya
müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə,
məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq
tətbiq edilməsi haqqında qərar çıxara bilər.

Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki,

məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai
təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və
ağırlaşdıran halları nəzərə alır.

Bu normaların həm məzmunundan, həm də mənasından belə başa düşülür ki,

məhkəmə Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində göstərilmiş halları nəzərə
almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda şərti məhkum
etmə tətbiq edilməsi barədə qərar çıxara bilər.

Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiyası məhkəməsi tərəfindən

məhkum Təqsirləndirilən şəxs barəsində şərti məhkum etmə institutu tətbiq edilərkən, həm
Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrində təsbit edilmiş cinayət məsuliyyətinin
prinsiplərinə, həm də həmin Məcəllənin cəzanın təyin edilməsinin ümumi əsaslarını və
cəzanı yüngülləşdirən hallarını nəzərdə tutan CM-in 58-59-cu maddələrinin tələblərinə
düzgün əməl edilməmişdir.

Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş

şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır,
yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və
cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin

bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən
yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin

edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın
şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş
cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

Eyni

zamanda

Azərbaycan

Respublikası

Ali

Məhkəməsinin

Plenumunun

“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il
tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə
qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın
məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının
həyata keçirilməsini sözsüz təmin etməlidirlər.

Cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiqi məsələsi həll

olunarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət
cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların
tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət
(maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın
təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2-ci və
58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır.

Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı

çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun
tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-in 58.3-cü maddəsində
göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai
təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran
halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir.

Yalnız belə olduqda cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq

edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla,
bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər.

Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət

törətməsini, əvvəllər məhkum olunmamasını, törətdiyi cinayət əməlini etiraf edib səmimi
peşmançılığını, hadisədən sonra zərərçəkmiş şəxsdən üzr istəməsini, zərərçəkmiş şəxsin
onu bağışlamaqla ona qarşı şikayət və tələbinin olmamasını, xidmət etmək arzusunda
olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul etmişdir. Həmçinin məhkəmələr məhkum
Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci
maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmaması müəyyən etmişlər.

Azərbaycan Respublikası CM-in 59-cu maddəsində cəzanı yüngülləşdirən halların

siyahısı verilmişdir.

Bununla belə, həmin Məcəllənin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu

Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı
yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qanunun bu normasının mənasına görə
məhkəmələr digər halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmasında
sərbəstdirlər.

«Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında»

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli
qərarının 4-cü və 8-ci bəndlərinə əsasən, «Azərbaycan Respublikası CM-in 59-cu
maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini
zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar
qismində nəzərə ala bilər. Belə halların cəzanın yüngülləşdirən hal kimi qəbul edilməsi
hökmdə əsaslandırılmalıdır.

Lakin məhkəmələr tərəfindən iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edilərkən onun

törətdiyi cinayət əməlini etiraf edib səmimi peşmançılığını, hadisədən sonra zərərçəkmiş
şəxsdən üzr istəməsini, xidmət etmək arzusunda olması kimi hallar hökm və qərarda
əsaslandırılmamışlar.

Bunuda qeyd etmək vacibdir ki, məhkum Təqsirləndirilən şəxs törətdiyi cinayət

əməlinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, qeyd olunan əməllərin törədilməsi hərbi
xidmətin nizamnamə qaydalarını pozmaqla yanaşı, qulluq çəkmənin qanunla müəyyən
edilmiş qaydalarına qəsd edir və Silahlı Qüvvələrdə ümumi intizamın aşağı səviyyəyə
düşməsinə, ordunun döyüş qabiliyyətinin zəifləməsinə səbəb olur. Bununla əlaqədar
məhkumun hadisədən sonra zərərçəkmiş şəxsdən üzr istəməsi, habelə zərərçəkmiş
şəxsin onu bağışlamaqla ona qarşı şikayət və tələbinin olmaması həmin cinayət əməlinin
ictimai təhlükəlilik dərəcəsini azaldan hallar kimi qəbul edilməsi əsaslı hesab oluna bilməz.
Hazırkı vəziyyətdə isə (düşmənlə münaqişə olduğu halda) qeyd olunan halların qarşıçının
alınmasına məhkəmələr ciddi əhəmiyyət verməlidirlər.

Həmçinin aşağı instansiya məhkəmələri Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci

maddəsinin tətbiq edilməsi barədə qərar qəbul edərkən nəzərə almamışdır ki, cəzanın
məqsədi yalnız məhkumun islah olunması ilə məhdudlaşmır, cəza həm də başqa şəxslər
tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur və
güclü xəbərdaredici vasitə kimi çıxış edir.

Şərti məhkum etmənin tətbiqi zamanı cinayətin xarakterinin və ictimai təhlükəlilik

dərəcəsinin düzgün nəzərə alınmaması barədə kassasiya protestinin dəlili ilə bağlı
məhkəmə kollegiyası bildirir ki, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi
qiymətləndirilərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli
və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti
və mərhələsi, cinayətin nəticələri kompleks halda qiymətləndirilməlidir.

Məhkum Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəlilik dərəcəsinin düzgün

müəyyən edilməsi üçün əhəmiyyətli olan halların nəzərə alınmaması səbəbindən
təqsirləndirilən şəxsin şəxsiyyətinin və onun törətdiyi əməlin ictimai-təhlükəlik dərəcəsi
düzgün qiymətləndirilməmiş, nəticə etibarı apellyasiya məhkəməsı kifayət qədər əsaslar
olmadığı halda onun təyin olunmuş azadlıqdan məhrum etmə cəzanı çəkmədən də islah
oluna biləcəyi barədə qənaətə gəlmişdir.

Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi

məhkuma cəza çəkmədən islah olunmasının mümkünlüyü barədə nəticəyə gələrkən iş
üçün mühüm əhəmiyyətə malik halları nəzərdən qaçırmışdır.

Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin

təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi
münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə
tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən
məhrumiyyətlər

yaradılmasından

ya

onun

hüquq

azadlıqlarının

məhdudlaşdırılmasından ibarətdir.

Bundan əlavə, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul

edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması
sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin
törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi
gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi
yalnız cəzasızlıq mühiti yarada bilər.

“Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları

Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni
məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu
baxımdan da məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin məhkum
Təqsirləndirilən şəxs barəsində şərti məhkum etmənin tətbiqi barədə mövqeyini kifayət
qədər əsaslandırılmış hesab etmir.

Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinin tələbinə görə apellyasiya

baxışı zamanı məhkəmənin məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə

almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası
məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək
hüququna malikdir.

Yuxarıda göstərilənləri nəzərə alaraq kassasiya kollegiyası belə nəticəyə gəlir ki,

kassasiya protestinin dəlilləri əsaslı olduğundan təmin olunmalı, Bakı Apellyasiya
Məhkəməsinin cinayət kollegiyasının 23 aprel 2021-ci il tarixli qərarı ləğv edilməli və iş
yeni apellyasiya baxışına təyin edilməlidir.

Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət

kollegiyası Azərbaycan Respublikası CPM-in 416.1.21 və 419.10.2-ci maddələrini rəhbər
tutaraq,

QƏRARA ALİR:

Kassasiya protesti təmin edilsin.
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 330.3.2-ci maddəsi ilə

məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin cinayət
kollegiyasının 23 aprel 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv
edilsin və cinayət işi yeni apellyasiya baxışına qaytarılsın.