10[102]-136/2021 qərar mətni
Azərbaycan Respublikası adından
QƏRARDAD
Bakı şəhəri
İş № 10(102)-136/2021
02.11.2021
ALİ MƏHKƏMƏ
Azərbaycan Respublikası adından
Azərbaycan Respublikası Ali Məhkəməsi
Mülki Kollegiyasının
Q Ə R A R D A D İ
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev
İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və
Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə,
X6 oğlunun katibliyi və X5 Moadab Esfenaninin vəkili X1 iştirakı ilə,
X2 Dubay Mülki Vəziyyətlər Məhkəməsinin 18 aprel 2018-ci il tarixli qətnaməsinin
Azərbaycan Respublikası ərazisində tanınması barədə X5 Moadab Esfenaninin vəkili X1
vəsatətinə açıq məhkəmə iclasında baxaraq
müəyyən etdi :
X5 Moadab Esfenaninin vəkili X3 vəsatətlə müraciət edərək X2 Dubay Mülki
Vəziyyətlər Məhkəməsinin 18 aprel 2018-ci il tarixli qətnaməsinin Azərbaycan Respublikası
ərazisində tanınmasını xahiş etmişdir.
Məhkəmə kollegiyasının iclasında X5 Moadab Esfenaninin vəkili X3 vəsatətin
dəlillərini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Məruzəçini, ərizəçinin vəkili dinləyərək, vəsatətin dəlillərini araşdıraraq məhkəmə
kollegiyası hesab edir ki, vəsatət əsaslı olduğu üçün təmin edilməlidir.
İş materiallarına əsasən müəyyən olunur ki, X2 Dubay İbtidai Məhkəməsinin 18 aprel
2018-ci il tarixli qətnaməsi ilə X7 Esfenani və Kassator arasında bağlanmış nikah
pozulmuşdur.
Azərbaycan Respublikası MPM-nin 462-ci maddəsinə əsasən xarici dövlətlərin
məhkəmələrinin və arbitrajlarının qətnamələri Azərbaycan Respublikası qanunvericiliyinə,
hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan
Respublikasında tanına və icra edilə bilər.
Həmin Məcəllənin 469-cu maddəsinin tələbinə görə xarici dövlətin məcburi icra
olunması tələb edilməyən məhkəmə qətnamələri, maraqlı şəxs tərəfindən buna qarşı etiraz
daxil olmamışsa, hər hansı sonrakı icraat olmadan tanınır.
Həmin Məcəllənin 470.1-ci maddəsinə görə əgər xarici dövlətin məhkəmə qətnaməsi
ilə nikah pozulmuşsa, etibarlı və yaxud etibarsız hesab edilmişsə, bu qətnamənin icra
edilməsi üçün onun Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınması tələb
olunur. Bu halda tanınma xarici dövlətin qarşılıqlı təminatından asılı deyildir.
Məhkəmə kollegiyası hesab edir ki, X2 Dubay İbtidai Məhkəməsinin 18 aprel 2018-ci
il tarixli qətnaməsi Azərbaycan Respublikasının qanunvericiliyinə və hüquq qaydasına zidd
olmadığına görə Azərbaycan Respublikasında tanınması ilə bağlı Azərbaycan Respublikası
vətəndaşı olan X5 Moadab Esfenaninin vəkili X1 vəsatəti təmin edilməlidir.
Məhkəmə kollegiyaı yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası
MPM-nin 462, 464, 467.1, 469, 470-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
X5 Moadab Esfenaninin vəkili X1 vəsatəti təmin edilsin.
X2 Dubay İbtidai Məhkəməsinin 18 aprel 2018-ci il tarixli qətnaməsi Azərbaycan
Respublikasında tanınsın.