10[102]-16/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRARDAD

Bakı şəhəri

İş № 10(102)-16/2019

15.02.2019

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki Kollegiyasının

QƏRARDADI

İş № 10(102)-16/2019                     11 fevral 2019-cu il                     Bakı şəhəri

 
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva

Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi-hakim), Əsgərov Qürbət Ağa oğlu, X8
 oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi ilə,

Rusiya Federasiyası Orlov vilayətinin Uriç rayon məhkəməsinin 25.03.2008-ci il tarixli

qiyabi qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınmasına və icra edilməsinə
dair Kassator tərəfindən verilmiş ərizəyə baxaraq,

MÜƏYYƏN ETDİ:

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Beynəlxalq Əməkdaşlıq İdarəsinin

30.11.2018-ci il tarixli 14/18-11771 nömrəli məktubu ilə Rusiya Federasiyası Orlov
vilayətinin Uriç rayon məhkəməsinin 25.03.2008-ci il tarixli qiyabi qətnaməsinin
Azərbaycan Respublikasının ərazisində tanınması və icrası barədə Kassator tərəfindən
verilmiş ərizə və əlaqədar sənədlər aidiyyəti üzrə baxılması üçün Azərbaycan
Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.

Kassator ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək, X2

04.08.2006-cı il təvəllüdlü X4 münasibətdə valideynlik hüquqlarından, həmin uşağa dair
qanunla nəzərdə tutulmuş müavinətlərin alınması hüququndan məhrum edilməsi və
uşağın saxlanılması üçün alimentin tutulması hissəsində Rusiya Federasiyası Orlov
vilayətinin Uriç rayon məhkəməsinin 25.03.2008-ci il tarixli qiyabi qətnaməsinin
Azərbaycan Respublikasının ərazisində tanınması və icra edilməsini xahiş etmişdir.

Ərizəyə baxılmasının vaxtı və yeri barədə işdə iştirak edən şəxslərə məhkəmə

iclasının vaxtı və yeri barədə xəbər verilmişdir. Lakin tərəflər məhkəmə iclasına gəlməmiş
və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər.

Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 467.2-ci maddəsinə

əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirak olmadan ərizəyə baxılmasını
mümkün hesab edir.

Məruzəçini dinləyib, ərizədə qoyulan dəlillərini araşdıraraq məhkəmə kollegiyası

hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir.

Belə ki, Rusiya Federasiyası Orlov vilayətinin Uriç rayon məhkəməsinin 25.03.2008-

ci il tarixli qiyabi qətnaməsi ilə X2 04.08.2006-cı il təvəllüdlü X4 münasibətdə valideynlik
hüququndan məhrum edilməsi, X3 Kassator qəyyumluğuna  verilməsi, X2 həmin uşağa
dair qanunla nəzərdə tutulmuş müavinətlərin alınması hüququndan məhrum edilməsi, X1
04.08.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bütün

gəlirlərinin ¼ hissəsində X6 xeyrinə alimentin tutulması və 200 rus rublu dövlət rüsumunun
tutulması qət edilmişdir.

Həmçinin ərizəyə əlavə edilmiş arayışlarından görünür ki, Rusiya Federasiyası

Orlov vilayətinin Uriç rayon məhkəməsinin 25.03.2008-ci il tarixli qiyabi qətnaməsi
07.04.2008-ci il tarixdə qüvvəyə minib, Rusiya Federasiyası ərazisində icra edilməyib və
cavabdeh X5 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də
məhkəmə iclaslarında iştirak etməmişdir.

Azərbaycan Respublikası MPM-nin 462-ci maddəsinə əsasən Xarici dövlətlərin

məhkəmələrinin

arbitrajlarının

qətnamələri

Azərbaycan

Respublikasının

qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa,
Azərbaycan Respublikasında icra edilə və tanına bilər.

Həmin Məcəllənin 463-cü maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin və

arbitrajlarının qətnamələri dedikdə, mülki işlər və iqtisadi mübahisələr üzrə qətnamələr,
cinayət işləri üzrə hökmlərin cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə
hissələri, arbitraj məhkəmələrinin qətnamələri, habelə xarici dövlətlərin digər aktları başa
düşülür.

Həmin Məcəllənin 464-cü maddəsinə əsasən xarici dövlət məhkəmələri və

arbitrajlarının qətnamələrinin məcburi qaydada icra olunması və tanınması barədə
ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır.

Həmin Məcəllənin 468.1-ci maddəsinə əsasən xarici dövlətin məhkəmə qətnaməsi

və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərardadı əsasında bu qətnamənin
məcburi qaydada icra edilməsinin həll olunması haqqında, məhkəmə qətnaməsinin icra
edilmə yerinə göndərilməklə, icra vərəqəsi verilir.

Həmin Məcəllənin 468.2-ci maddəsinə əsasən xarici dövlətin məhkəmə

qətnaməsinin

məcburi

qaydada

icra

edilməsi

barədə

hərəkətlər

Azərbaycan

Respublikasının qanunvericiliyinə əsasən qətnamənin icrasını həyata keçirən orqanlar
tərəfindən edilir.

Məhkəmə kollegiyası, vəsatəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab

edir ki, valideynlik və uşağa dair qanunla nəzərdə tutulmuş müavinətlərin alınması
hüququndan

məhrum

etmə

alimentin

tutulması

Azərbaycan

Respublikası

qanunvericiliyinə və hüquq qaydasına zidd olmadığından xarici dövlətin məhkəmə
qətnaməsi Azərbaycan Respublikasında tanınmalı və məcburi icraya yönəldilməlidir.

Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 462-464, 467-468-ci

maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALİR:

Kassator ərizəsi təmin edilsin.
X2 04.08.2006-cı il təvəllüdlü oğlu X4 münasibətdə valideynlik hüququndan, həmin

uşağa dair qanunla nəzərdə tutulmuş müavinətlərin alınması hüququndan məhrum
edilməsi, X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bütün gəlirlərinin ¼
hissəsində X6 xeyrinə alimentin tutulması hissəsində Rusiya Federasiyası Orlov vilayətinin
Uriç rayon məhkəməsinin 25.03.2008-ci il tarixli qiyabi qətnaməsi Azərbaycan
Respublikasında tanınsın və icra edilsin.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.