10[102]-173/2022 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRARDAD

Bakı şəhəri

İş № 10(102)-173/2022

20.09.2022

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

Rusiya Federasiyasının Leninqrad vilayətinin Vıborq şəhər Məhkəməsinin 14

iyul 2021-ci il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair

iş üzrə

Q Ə R A R D A D İ

iş № 10(102)-173/2022

Açar sözlər: xarici məhkəmələrin qərarlarının tanınması

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev

İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd

Abbas oğlundan ibarət tərkibdə,

Rusiya Federasiyasının Leninqrad vilayətinin Vıborq şəhər Məhkəməsinin 14 iyul

2021-ci il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair Kassator

tərəfindən verilmiş ərizəyə 20 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin inzibati

binasında yazılı icraat qaydasında baxaraq,

MÜƏYYƏN ETDİ:

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Beynəlxalq Əməkdaşlıq İdarəsinin 15

avqust 2022-ci il tarixli xx/xx-8221 nömrəli məktubu ilə, Rusiya Federasiyasının Leninqrad

vilayətinin Vıborq şəhər Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qərarının Azərbaycan

Respublikasının ərazisində tanınması barədə Kassator tərəfindən verilmiş ərizə və ona

əlavə olunmuş sənədlər aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Ali

Məhkəməsinə göndərilmişdir.

2. Vəsatətə əlavə olunmuş Rusiya Federasiyasının Leninqrad vilayətinin Vıborq

şəhər Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qərarının surətindən görünür ki, X1 15 dekabr

2013-cü il tarixdə doğulmuş X2 və 27 iyun 2016-cı il tarixdə doğulmuş X3 atasının

olmadığı müəyyən edilmiş, X2 və X3 doğumu barədə qeydlərindən ata X5 barədə qeydin

çıxarılması qət edilmişdir.

3. Məruzəçini dinləyərək, ərizənin dəlillərini və əlavə olunmuş sənədləri araşdıraraq

məhkəmə kollegiyası hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir.

4. Məhkəmə kollegiyası iş materiallarına əsasən müəyyən etdi ki, tanınması xahiş

olunan qərar 24 avqust 2021-ci il tarixdə qüvvəyə minmişdir.

5. Tanınmaya dair məhkəməyə etiraz daxil olmamışdır.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 459.0.1-ci maddəsinə

əsasən, məhkəmənin qətnamə çıxardığı dövlətin vətəndaşlarının şəxsi statusuna toxunan

qətnamələr Azərbaycan Respublikasında tanınır.

7. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən, xarici dövlətlərin və arbitrajlarının

qətnamələri Azərbaycan Respublikası qanunvericiliyinə zidd deyildirsə və qarşılıqlı

təminatlandırılmışsa Azərbaycan Respublikasında tanına və icra edilə bilər.

8. Qeyd olunan qətnamənin Azərbaycan Respublikasının Mülki Prosessual

Məcəlləsinin 465-ci maddəsində qeyd edilən tanınmadan imtina edilməsi halları aşkar

edilməmişdir.

9. Məhkəmə kollegiyası hesab edir ki, Rusiya Federasiyasının Leninqrad vilayətinin

Vıborq şəhər Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qərarı Azərbaycan Respublikası

qanunvericiliyinə və hüquq qaydasına zidd olmadığı üçün həmin qərarın tanınması barədə

ərizə təmin edilməlidir.

10. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 459-473-cü

maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Kassator ərizəsi təmin edilsin.

Kassator

X4

qarşı

atalığın

mübahisələndirilməsi

doğum

haqqında

şəhadətnamələrdən qeydin çıxarılması tələbinə dair Rusiya Federasiyasının Leninqrad
vilayətinin Vıborq şəhər Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qərarı Azərbaycan
Respublikasında tanınsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Sədrlik edən: İspəndiyar Şəfiyev

Hakimlər Vüqar Həsənov

Əhməd Əhmədov