10[102]-22/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRARDAD

Bakı şəhəri

İş № 10(102)-22/2019

18.02.2019

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki Kollegiyasının

QƏRARDADI

İş № 10(102)-22/2019                                18 fevral 2019-cu il                                    Bakı
şəhəri

  

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova

Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu,
Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının
katibliyi ilə,

Türkiyə Respublikasının Demre Asliye Hüquq Məhkəməsinin 26.08.2014-cü il tarixli

qərarının Azərbaycan Respublikasının ərazisində tanınması barədə cavabdeh Kassator
etibarnamə üzrə nümayəndəsi X1 ərizəsi üzrə işə baxaraq,

MÜƏYYƏN ETDİ:

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Beynəlxalq Əməkdaşlıq İdarəsinin

11.12.2018-ci il tarixli 14/18-12555 nömrəli məktubu ilə Türkiyə Respublikasının Demre
Asliye Hüquq Məhkəməsinin 26.08.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının
ərazisində tanınması barədə cavabdeh Kassator etibarnamə üzrə nümayəndəsi X1 ərizəsi
və əlaqədar sənədlər aidiyyatı üzrə baxılması üçün Azərbaycan Respublikasının Ali
Məhkəməsinə göndərilmişdir.

Türkiyə Respublikasının Demre Asliye Hüquq Məhkəməsinin 26.08.2014-cü il tarixli

2014/128 (2014/128 əsas) nömrəli qərarı ilə iddiaçı cavabdeh Kassator qarşı “nikahın
pozulması” tələbinə dair iddiası təmin edilmiş, 07.08.1989-cu il təvəllüdlü Elvira Hacıyeva
ilə 02.06.1980-ci il təvəllüdlü Kassator arasında 15.12.2007-ci il tarixdə bağlanmış nikah
pozulmuşdur. Qərar 16.10.2014-cü il tarixdə qanuni qüvvəyə minmişdir.

Cavabdeh Kassator etibarnamə üzrə nümayəndəsi X2 ərizə ilə Azərbaycan

Respublikasının Ali Məhkəməsinə müraciət edərək, Türkiyə Respublikasının Demre Asliye
Hüquq Məhkəməsinin 26.08.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının
tanınmasını xahiş etmişdir.

Xarici dövlətin məhkəmə qərarının tanınması barədə ərizəyə baxılmasının vaxtı və

yeri barədə iddiaçı və cavabdehə lazımi qaydada xəbər verilmişdir. Lakin onlar məhkəmə
iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

467.2-ci maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan
baxılmasını mümkün hesab edir.

Azərbaycan Respublikası MPM-in 462-ci maddəsinə əsasən xarici dövlətlərin

məhkəmələrinin

arbitrajlarının

qətnamələri

Azərbaycan

Respublikasının

qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa,
Azərbaycan Respublikasında icra edilə və tanına bilər.

Həmin Məcəllənin 464-cü maddəsinə əsasən xarici dövlət məhkəmələri və

arbitrajlarının qətnamələrinin məcburi qaydada icra olunması və tanınması barədə
ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır.

Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən əgər xarici dövlətin məhkəmə

qətnaməsi ilə nikah pozulmuşsa, etibarlı və yaxud etibarsız hesab edilmişsə, bu
qətnamənin icra edilməsi üçün onun Azərbaycan Respublikasının Ali Məhkəməsi
tərəfindən tanınması tələb olunur. Bu halda tanınma xarici dövlətin qarşılıqlı təminatından
asılı deyildir.

Məhkəmə kollegiyası, sədrlik edənin məruzəsini dinləyib, ərizəni və ona əlavə edilmiş

sənədləri araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası MPM-in 470.1-ci
maddəsinin tələbinə uyğun olaraq tərəflər arasında bağlanmış nikahın pozulması barədə
xarici dövlətin məhkəmə qərarı icra edilməsi üçün Azərbaycan Respublikasında
tanınmalıdır.

Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 462-464, 467-468,

470-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Ərizə təmin edilsin.
07.08.1989-cu il təvəllüdlü iddiaçı ilə 02.06.1980-ci il təvəllüdlü Kassator arasında

15.12.2007-ci il tarixdə bağlanmış nikahın pozulmasına dair Türkiyə Respublikasının
Demre Asliye Hüquq Məhkəməsinin 26.08.2014-cü il tarixli 2014/128 (2014/128 əsas)
nömrəli qərarı Azərbaycan Respublikasında tanınsın.

Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
 
 

Sədrlik edən:
Hakimlər:
Əsli ilə düzdür
Ali Məhkəmənin hakimi                                                     Mehparə Əhmədova