10[102]-28/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRARDAD

Bakı şəhəri

İş № 10(102)-28/2019

18.02.2019

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Mülki Kollegiyasının

QƏRARİ

 
18 fevral 2019-cu il                    İŞ № 10(102)-28/2019                      Bakı şəhəri
 
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri

Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə
Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim
qızının katibliyi, tələbkar nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, xarici məhkəmə
qətnamələrinin tanınması və icrası qaydasında işə baxaraq,

Müəyyən etdi:

 
İran İslam Respublikasının Bəndər Ənzəli Məhkəmə Kompleksinin 3 saylı şəhər

Ümumi-Hüquqi Məhkəməsinin 12.08.2017-ci il tarixli qərarının Azərbaycan
Respublikasında tanınması və icrası haqqında İran İslam Respublikasının Azərbaycan
Respublikasındakı Səfirliyinin vəsatəti və onunla əlaqədar məhkəmə sənədləri daxil
olmuşdur.  

Vəsatətə əlavə olunmuş İran İslam Respublikasının Bəndər Ənzəli Məhkəmə

Kompleksinin 3 saylı şəhər Ümumi-Hüquqi Məhkəməsinin 12.08.2017-ci il tarixli
qərarından və həmin qərar əsasında verilmiş icra vərəqindən görünür ki, cavabdeh “İrsotr”
şirkəti iddiaçı nin xeyrinə 845.237.142 rial ödəməlidir.

Aşağıdakı əsaslara görə vəsatət təmin edilməlidir.
Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin458.1 və 458.2-ci

maddələrinə

görəxarici

məhkəmələrin

qətnamələri

Azərbaycan

Respublikasının

qanunlarında və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə
nəzərdə

tutulduğu

hallarda,

yaxud

qarşılıqlı

anlaşma

əsasında

Azərbaycan

Respublikasında tanınır və icra edilir.Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə başqa qaydalar nəzərdə tutulmamışsa, xarici məhkəmələrin
qətnamələrinin tanınması şərtləri və qaydası və icra edilməsi bu Məcəllədə nəzərdə
tutulmuş qaydada həyata keçirilir.

Həmin Məcəllənin 462-ci maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin

qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd
deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında icra edilə və
tanına bilər.    

İş materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, İran İslam

Respublikasının Bəndər Ənzəli Məhkəmə Kompleksinin 3 saylı şəhər Ümumi-Hüquqi
Məhkəməsinin

12.08.2017-ci

il

tarixli

qərarının

Azərbaycan

Respublikasında

tanınmasından və məcburi icraya yönəldilməsindən imtina üçün Azərbaycan Respublikası
Mülki Prosessual Məcəlləsinin 465-ci maddəsində nəzərdə tutulmuş əsaslar yoxdur, həmin
qərar İran İslam Respublikasının qanunvericiliyinə görə qanuni qüvvəyə minmişdir,
Azərbaycan Respublikası məhkəməsinin icraatında eyni tərəflər arasında, eyni predmet
barədə və eyni əsaslarla olan mübahisə barədə iş başlanmamışdır, bu barədə Azərbaycan
Respublikası məhkəmələrinin qərarı yoxdur.   

Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 458,459, 462

və 465-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

                                       

Qərara alır:   

 
Vəsatət təmin edilsin.  
İran İslam Respublikasının Bəndər Ənzəli Məhkəmə Kompleksinin 3 saylı şəhər

Ümumi-Hüquqi Məhkəməsinin 12.08.2017-ci il tarixli qərarı Azərbaycan Respublikasında
tanınsın və icraya yönəldilsin.

Sədrlik edən:         
Əsli ilə düzdür        
Ali Məhkəmənin hakimi                                         Əhməd Nurməmmədov