10[102]-34/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRARDAD

Bakı şəhəri

İş № 10(102)-34/2019

18.02.2019

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki Kollegiyasının

QƏRARDADI

 
İş № 10(102)-34/2019                          18 fevral 2019-cu il                              Bakı şəhəri

 
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev

Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və
Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə,

Belarus Respublikasının Minsk şəhərinin notariat dairəsinin notariusunun *** pul

vəsaitinin tutulmasına dair 9-2918 nömrəli, 24 aprel 2018-ci il tarixli icra qeydinin
Azərbaycan Respublikası ərazisində tanınması və icrası barədə “xxxx” QSC-nin
vəsatətinə baxaraq,

MÜƏYYƏN ETDİ:

 
“xxxx” QSC Ali Məhkəməyə müraciət edərək Belarus Respublikasının Minsk

şəhərinin notariat dairəsinin notariusunun *** “xxxx” QSC-nin xeyrinə 1221,21 belarus
rubulu məbləğində pul vəsaitinin tutulmasına dair 9-2918 nömrəli, 24 aprel 2018-ci il tarixli
icra qeydinin Azərbaycan Respublikası ərazisində tanınması və icrası barədə qərardad
qəbul olunmasını xahiş etmişdir.

İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına

baxmayaraq tərəflərməhkəmə iclasında iştirak etməmişdirlər. “xxxx” QSC məktubla
müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. X1
iclasa gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki
Prosessual Məcəllənin 467.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan
baxılmasını mümkün hesab etmişdir.

Məhkəmə kollegiyası məruzəçini dinləyib, vəsatətin dəlillərini və ona əlavə edilmiş

sənədləri araşdıraraq hesab edir ki, xarici dövlətin notariusunun icra qeydinin tanınmasına
dair vəsatət aşağıdakı əsaslara görə təmin edilməlidir.

Belə ki, Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər

haqqında Kişinyov Konvensiyasının 54-cü maddəsinin 1-ci bəndinin a) yarımbəndinə
əsasən razılığa gələn Tərəflərin hər biri bu konvensiyada nəzərdə tutulan şərtlərə əsasən
Razılığa gələn digər Tərəflərin ərazilərində çıxarılan mülki və ailə işləri üzrə Razılığa gələn
Tərəflərin ədliyyə müəssisələrinin qərarları, o cümlədən belə işlər üzrə məhkəmə
tərəfindən təsdiq edilən barışıq sazişləri və pul öhdəliklərinə münasibətdə notarial aktları
tanıyır və icra edir.

Digər tərəfdən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

462-ci maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri

Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı
təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında icra edilə və tanına bilər;

463-cü maddəsinə görə xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri

dedikdə, mülki işlər və iqtisadi mübahisələr üzrə qətnamələr, cinayət işləri üzrə hökmlərin cinayət
nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə hissələri, arbitraj məhkəmələrinin qətnamələri,
habelə xarici dövlətlərin digər aktları başa düşülür;

464-cü maddəsinə müvafiq olaraq xarici dövlət məhkəmələri və arbitrajlarının qətnamələrinin

məcburi qaydada icra olunması və tanınması barədə ərizələrə Azərbaycan Respublikasının Ali
Məhkəməsi baxır.

Davud Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki

Kollegiyasının 5 oktyabr 2017-ci il tarixli Qərardadının Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya
Məhkəməsi Plenumunun 25 iyul 2018-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin
Plenumu vurğulamışdır ki, mülki prosessual qanunvericiliyin və Beynəlxalq Müqavilənin
tələblərinə əsasən, xarici dövlətin məhkəmə qərarı Ali Məhkəmənin Mülki Kollegiyası
tərəfindən tanınarkən həmin qərarın Azərbaycan Respublikasının qüvvədə olan hər hansı
qanununa və ya onun konstitusion qaydalarına, suverenliyi, təhlükəsizliyi və ya ictimai
asayiş prinsiplərinə uyğun olub-olmaması yoxlanılmalıdır.

Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, məhkəmələr xarici ölkələrin

məhkəmə qərarlarının tanınması daxil olmaqla hər hansı məsələyə baxarkən nəzərə
almalıdırlar ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada
mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan,
məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri
məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan
Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli  həllini şübhə altına
alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi
hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Babayevin şikayəti üzrə 2011-ci il 28
dekabr tarixli Qərarı).   

Mülki Prosesual Məcəllənin istinad edilən müddəalarından, habelə Konstitusiya

Məhkəməsi Plenumunun nümayiş etdirdiyi hüquqi mövqedən göründüyü kimi tanınması
tələb olunan qətnamə Azərbaycan Respublikası qanununlarına və ya onun konstitusion
qaydalarına, suverenliyi, təhlükəsizliyi və ya ictimai asayiş prinsipləri ilə ziddiyyət təşkil
etmirsə onun tanınmasına yol verilir.

Hazırda tanınması tələb olunan Belarus Respublikasının Minsk şəhərinin notariat dairəsinin

notariusunun *** pul vəsaitinin tutulmasına dair 9-2918 nömrəli, 24 aprel 2018-ci il tarixli icra qeydi
Azərbaycan Respublikası qanununlarına və ya onun konstitusion qaydalarına, suverenliyi,
təhlükəsizliyi və ya ictimai asayiş prinsipləri ilə ziddiyyət təşkil etmədiyindən vəsatət əsaslı olmaqla
təmin edilməli və istinad edilən qərar ölkə ərazisində tanınmaqla məcburi icraya yönəldilməlidir. 

Yuxarıda şərh edilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 462-463, 464-cü 

maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

“xxxx” QSC-nin vəsatəti təmin edilsin.
Belarus Respublikasının Minsk şəhərinin notariat idairəsinin notariusunun *** pul

vəsaitinin tutulmasına dair 9-2918 nömrəli, 24 aprel 2018-ci il tarixli icra qeydi Azərbaycan
Respublikası ərazisində tanınsın və icra edilsin.

 
Sədrlik edən:
Hakimlər:
 
Əsli ilə düzdür
Ali Məhkəmənin hakimi                                                               Sənan Hacıyev