10[102]-35/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRARDAD

Bakı şəhəri

İş № 10(102)-35/2019

18.02.2019

ALİ MƏHKƏMƏ

                              

                                             Azərbaycan Respublikası adından

                              Azərbaycan Respublikası Ali Məhkəməsinin

                                  Mülki Kollegiyasının
 

                                                    Q Ə R A R D A D İ         
 

              
             «18»  fevral  2019-cu il                  iş № 10(102)-35/19                  Bakı şəhəri
 
 
            Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Rüstəmov
Əli Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və
Əhmədov Nurməmməd Güləhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi
Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi  ilə, Belarus Respublikasının Minsk şəhərinin
Frunzensk  rayon məhkəməsinin X5 pul vəsaitlərinin tutulması haqqında 01 iyul  2015-ci il
tarixli qərarının tanınmasına dair işə baxaraq,
 
 
                                                          MÜƏYYƏN  ETDİ :
 

Belarus Respublikasının Minsk şəhərinin Frunzensk  rayon məhkəməsinin pul

vəsaitlərinin tutulması haqqında 01 iyul 2015-ci il tarixli qərarının  Azərbaycan
Respublikasının ərazisində tanınması ilə bağlı materiallar Ali Məhkəməyə daxil olmuşdur.

           Həmin qərar 22 iyul  2015-ci ildə qanuni qüvvəyə minmiş, lakin Azərbaycan

Respublikası ərazisində tanınmamışdır.
           Tələbkar X3 vəsatətlə Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət
edərək, Belarus Respublikasının Minsk şəhərinin Frunzensk  rayon məhkəməsinin  X5
 oğlundan pul vəsaitlərinin tutulması haqqında 01 iyul 2015-ci il tarixli qərarının
Azərbaycan Respublikasında tanınmasını və icraya yönəldilməsini  xahiş etmişdir.

 Vəsatətə Belarus Respublikasının Minsk şəhərinin Frunzensk rayon məhkəməsinin

X5  oğlundan pul vəsaitlərinin  tutulması haqqında 01 iyul  2015-ci il  tarixli qərarının surəti
əlavə edilmişdir.

Vəsatətdən görünür ki,  X5   ünvan 1 ünvanında qeydiyyatdadır.

           Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada 
 məlumatlandırılmasına  baxmayaraq, X5  heç bir üzrlü səbəb göstərmədən
məhkəmə kollegiyasının iclasına gəlməmişdir.

Azərbaycan Respublikası MPM-nin 462-ci maddəsinə görə xarici dövlətlərin

məhkəmələrinin

arbitrajlarının

qətnamələri

Azərbaycan

Respublikasının

qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa,
Azərbaycan Respublikasında tanına və icra edilə bilər.

Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə

və hüquq qaydasına zidd olmadığı üçün, habelə «Mülki, ailə və cinayət işləri üzrə hüquqi
yardım və hüquq münasibətləri haqqında» Konvensiyası ilə təminatlandırıldığı üçün
 Belarus Respublikasının Minsk şəhərinin Frunzensk  rayon məhkəməsinin pul
vəsaitlərinin tutulması haqqında 01 iyul 2015-ci il tarixli qərarının Azərbaycan
Respublikasında tanınmalıdır.

Yuxarıda şərh edilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 462, 463 və

467 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

 
 
                              QƏRARA   ALDİ :
 
 

X2 vəsatəti təmin edilsin.
Belarus Respublikasının Minsk şəhərinin Frunzensk  rayon məhkəməsinin pul vəsaitlərinin

tutulması  haqqında 01 iyul 2015-ci il tarixli qərarı Azərbaycan Respublikasının ərazisində tanınsın.

 

 
 
   Sədrlik edən:                                                                      Əli Rüstəmov
   Hakimlər:                                                                            Mehparə Əhmədova

                                                                                  Əhməd Nurməmmədov
 
 

    Əsli ilə düzdür:
 
    Azərbaycan Respublikası
 
    Ali Məhkəməsinin hakimi                                                   Əli Rüstəmov