2[102]-1013/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-1013/2019

15.02.2019

ALİ MƏHKƏMƏ

              
                                 Azərbaycan Respublikası  adından
                         Azərbaycan Respublikası  Ali Məhkəməsinin
                                            Mülki Kollegiyasının
           
                                                  Q Ə R A R İ           
 

Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev

Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu, İbayev
Vəfaddin Ələm  oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı  ilə,

İddiaçı cavabdeh  Balakən rayonu  Qazma kənd 1 №li tam  orta məktəbinə  qarşı

Qazma kənd 1 №li  tam orta məktəbin  14.06.2016-cı il tarixli 22 nömrəli əmrinin ləğv
edilməsi, işə bərpa və məcburi proqul dövrü üçün vurulmuş zərərin ödənilməsi tələbinə
dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin MK-nın 20 sentyabr 2018-ci il tarixli
qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında
baxaraq
 
                                               MÜƏYYƏN   ETDİ:
 

Balakən Rayon Məhkəməsinin 23 sentyabr 2017-cı il tarixli qətnaməsi ilə (hakim

H.Səlimov) İddiaçı cavabdeh  Balakən rayonu  Qazma kənd 1 №li tam  orta məktəbinə 
qarşı Qazma kənd 1 №li  tam orta məktəbin  14.06.2016-cı il tarixli 22 nömrəli əmrinin ləğv
edilməsi, işə bərpa və məcburi proqul dövrü üçün vurulmuş zərərin ödənilməsi tələbinə
dair iddiası təmin edilmiş, iddiaçı Xnın işdən azad edilməsi barədə Balakən rayonu Qazma
kənd 1 №li  tam orta məktəbin direktorunun 14.06.2016-cı il tarixli 22 nömrəli əmri ləğv
edilməsi,İddiaçı Balakən rayon Qazma kənd 1 №li  tam orta məktəbində müəllim
vəzifəsinə bərpa edilməsi və  məcburi iş buraxma müddəti üçün əmək haqqısı ödənilməsi
qət edilmişdir.

Şəki Apellyasiya Məhkəməsinin MK-nın 14 dekabr  2017-ci il tarixli qətnaməsi  ilə

(sədrlik edən R.Rəfiyev, hakimlər G.Abbasov və E.Hüseynov) Balakən Rayon
Məhkəməsinin 23 sentyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə
qəbul edilməklə iddia tələbi təmin edilməmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 08 may 2018-ci il tarixli qərarı

ilə (sədrlik edən İ.Xələfov, hakimlər Q.Allahverdiyev, Ə.Şadıyev) Şəki Apellyasiya
Məhkəməsi Mülki Kollegiyasının 14 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş
yenidən baxılması üçün məhkəməyə qaytarılmışdır.

Şəki Apellyasiya Məhkəməsinin MK-nın 20 sentyabr  2018-ci il tarixli qətnaməsi  ilə

(sədrlik edən M.Əsədli, hakimlər Ə.Məcidov və İ.Quliyev) Balakən Rayon Məhkəməsinin
23 sentyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə
iddia tələbi təmin edilməmişdir.

 
                                      KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ
 

İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya

müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, əmək kitabçasında 16 sentyabr
2013-cü ildə işə qəbul edildiyi qeyd edilmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi
əmrdə onun 1 oktyabr 2013-cü ildə işə qəbul edilməsi əks olunmuşdur. Cavabdehin onu 1
oktyabr tarixində işə qəbul edib, əmək kitabçasının qeydlər hissəsini isə 16 sentyabr tarixi
ilə rəsmiləşdirməsi mümkün deyildir. Digər tərəfdən, iddiaçı X2nın işə qəbulundan 1 il
keçdikdən sonra, yəni 29 sentyabr 2014-cü ildə sistemə daxil edilmiş əmək müqaviləsi
bildirişində onunla bağlanmış əmək müqaviləsinin müddətli (01.10.2013-14.06.2016-cı
illəri əhatə etməsi) olması qeyd edilmişdir, halbuki bu müddətin hansı sənəd əsasında
müəyyənləşdirildiyi aydın deyil. O, əmək kitabçası tərtib edilən gündən, yəni 16 sentyabr
2013-cü ildən işə başlamışdır, bundan sonra onunla hər hansı yazılı müqavilə
bağlanmamışdır. Eyni zamanda, məktəbin direktoru X3 əmək müqaviləsinin bildirişini təhsil
şöbəsinin informasiya sisteminə daxil etdiyi 29.09.2014-cü ildə DSMF-nin informasiya
sistemində qeydə alınmış, orada müqavilənin müddətsiz olması öz əksini tapmışdır.
Cavabdeh isə 2017-ci ilin dekabr ayında sistemə daxil edilmiş bildirişdə "müddətsiz"
sözünü "müddətli" ifadəsilə əvəzləmişdir. Apellyasiya məhkəməsi qeyd edilən hallara heç
bir hüquqi qiymət verməmişdir. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin MK-nın 20
sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunması
haqqında yeni qərarın qəbulunu xahiş etmişdir.
 
                                          Hüquqi məsələlər:
 

İddiaçı cavabdeh Balakən rayon Qazma kənd 1 nömrəli tam orta məktəbinə qarşı

əmrin ləğv olunması, işəbərpa və məcburi işburaxma dövrü üçün vurulmuş zərərin
ödənilməsi tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək cavabdeh Qazma
kənd 1 nömrəli tam orta məktəbin 14 iyun 2016-cı il tarixli, 22 saylı əmrinin ləğv olunması,
işəbərpa və məcburi işburaxma dövrü üçün vurulmuş zərərin ödənilməsi barədə qətnamə
çıxarılmasını xahiş etmişdir.

İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda

göstərilən qaydada həll edilmişdir.

Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq

hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya məhkəməsinin
qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə
qaytarılmalıdır.

İşin mübahisəsiz hallarından aydın olur ki, iddiaçı X2nın əmək kitabçasında onun

cavabdeh Qazma kənd 1 nömrəli tam orta məktəbin direktorunun 16 sentyabr 2013-cü il
tarixli, 8 saylı əmri əsasında məktəbə sosial məzuniyyət yerinə müəllim təyin edildiyi qeyd
edilmişdir. 16 sentyabr 2013-cü il tarixli, 8 saylı əmrin özündə isə iddiaçının  Qazma kənd
1 nömrəli tam orta məktəbə sosial məzuniyyət yerinə müvəqqəti müəllim təyin edildiyi
qeyd edilmişdir.

Bundan başqa iş materiallarında 2 fərqli məzmunlu 29.09.2014-cü il tarixli,

xxxxxxx00100 saylı Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi
vardır. Bu bilirişlər arasındakı əsas fərq ondan ibarətdir ki, onlardan birində iddiaçı X2 ilə
bağlanmış əmək müqaviləsinin müddətsiz, digərində isə müddətli olduğu göstərilmişdir.
Əmək müqaviləsinin müddətli bağlandığına dair məlumatın əks olunduğu bildirişdə
müqavilənin müddətinin 14 iyun 2016-cı ildə bitəcəyi qeyd olunmuşdur.

Həmçinin işin mübahisə edilməyən hallarına görə Azərbaycan Respublikası Təhsil

Nazirinin İntizam tənbehinin tətbiqi barədə 30 noyabr 2015-ci il tarixli, 11/1194 nömrəli
əmrinin 4.1-ci bəndinə əsasən Balakən rayon Təhsil şöbəsinə tapşırılmışdır ki, rayonun
ümumtəhsil məktəblərində mövcud qaydalara zidd olaraq müddətsiz müqavilə əsasında
işə qəbul edilmiş müəllimlərlə 14 iyun 2016-cı il tarixədək müddətli əmək müqaviləsi

bağlanmasını, müddət bitdikdən sonra bağlanmış əmək müqavilələrinin ləğv edilməsini
təmin etsin. Cavabdehin nümayəndəsi X3 birinci instansiya məhkəməsinin 22 avqust
2017-ci ildə keçirilmiş iclasında verdiyi izahatında iddiaçının 2013-cü ildə işə qəbul
olunduğunu, 2015-ci ildən etibarən iddiaçının müddətsiz əmək müqaviləsinin müddətli
əmək müqaviləsi ilə əvəz edildiyini bildirmişdir (i/v 42). Apellyasiya şikayətində və
cavabdehin nümayəndəsi A.Mehdiyeva apellyasiya məhkəməsində verdiyi izahatında
göstərmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin səbəbi
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30 noyabr 2015-ci il tarixli, 11/1194 nömrəli
əmridir. İddiaçı X2 2016-cı ildə keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqədə
33,1436 bal toplamışdır. İddiaçı X2 ilə bağlanmış əmək müqaviləsinə cavabdehin 26 saylı,
16.06.2016-cı il tarixli əmri əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin
(bundan sonra - ƏM) 68-ci maddəsinin b) bəndinə (əmək müqaviləsinin müddətinin
qurtarması) əsasən xitam verilmişdir.

Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sözügedən

əmək müqaviləsi bildirişləri arasındakı ziddiyyətə qiymət verilməsi məqsədilə iddiaçıya
əsaslandığı (yəni müqavilənin müddətsiz bağlandığının əks olunduğu) bildirişin əslini
apellyasiya məhkəməsinə təqdim etməsi təklif olunsa da, iddiaçı bu barədə sübutu təqdim
edə bilməmişdir. Eyni zamanda, Qazma kənd 1 nömrəli tam orta məktəbin əmrlər kitabına
baxış keçirilərkən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətli bağlanması müəyyən
edilmişdir. Digər tərəfdən, iddiaçıya məxsus əmək kitabçasında iddiaçının sosial
məzuniyyət yerinə müəllim təyin edilməsi göstərilmişdir ki, bu da, əmək müqaviləsinin
müddətli xarakter daşıması nəticəsinə gəlməyə əsas verir.
Məhkəmə kollegiyası, aşağıda göstərilən əsaslara görə apellyasiya məhkəməsini gəldiyi
nəticəni qanuni və əsaslı hesab etmir.

Belə ki, ƏM-in 43-cü maddəsinin İİ hissəsinin d) bəndinə görə, əmək müqaviləsində

onun müddəti göstərilməlidir.

ƏM-in 45-ci maddəsinin İ hissəsinə görə, əmək müqaviləsi müddətsiz və ya

müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
            Həmin maddənin İİ hissəsinə görə, əmək müqaviləsində onun hansı müddətə
bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
            Göründüyü kimi, ümumi qayda ondan ibarətdir ki, əmək müqaviləsi müddətsiz
bağlanır. Tərəflər müddətli müqavilə bağlanması barədə razılığa gələ bilərlər, lakin bu
halda, işçi və işəgötürən əmək müqaviləsinin müddətini konkret müəyyənləşdirməlidir.
Əgər belə bir müddət müəyyən edilə bilmirsə, onda əmək müqaviləsinin müddətsiz
bağlandığı nəticəsinə gəlinməlidir.
            Hazırkı işin halları baxımından iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətli
əmək müqaviləsi olmasını demək üçün kifayətedici sübut yoxdur. Cavabdehin 16.09.2013-
cü il tarixli, 8 saylı əmrində “sosial məzuniyyət yerinə müvəqqəti” ifadələrinin işlədilməsi
hələ tərəflərin əmək müqaviləsinin müddətli bağlaması barədə razılaşdığı qənaətinə
gəlməyə imkan vermir. Çünki həmin əmr işəgötürənin/cavabdehin birtərəfli sənədidir. ƏM-
in tələbinə görə isə, əmək müqaviləsinin müddəti məsələsi tərəflərin qarşılıqlı razılığı ilə
müəyyənləşdirilə bilər. Təsadüfi deyildir ki, ƏM,  əmək müqaviləsinin şərtlərinin birətərli
qaydada dəyişdirilməsini, o cümlədən müddətsiz əmək müqaviləsinin birtərəfli qaydada
müddətli əmək müqaviləsi ilə əvəz edilməsini qadağan edir (m. 43, İV hissə; m. 45, İİİ
hissə).

Digər tərəfdən, iddiaçı X2ya aid əmək kitabçasında iddiaçının sosial məzuniyyət

yerinə müəllim təyin edilməsi qeyd edilsə də, “müvəqqəti” ifadəsinə yer verilməmişdir.

Bundan başqa, cavabdehin (nümayəndəsinin) izahatları və apellyasiya şikayətində

ifadə etdiyi mövqedən belə başa düşülür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi
müddətsiz olmuş, lakin Təhsil Nazirinin məlum əmrindən sonra birtərəfli qaydada müddətli
əmək müqaviləsi ilə əvəzlənmişdir. Cavabdehin ifadə etdiyi bu mövqe iş materiallarında
olan iki fərqli məzmunlu 29.09.2014-cü il tarixli, xxxxxxx00100 saylı Əmək müqaviləsinin
bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin ortaya çıxma səbəbini də açıqlamağa

imkan verir. Başqa sözlə, iddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətsiz olmuş, lakin
sonradan işəgötürən tərəfindən müddətli əmək müqaviləsi ilə əvəzlənmişdir.

Halbuki ƏM-in 45-ci maddəsinin İİİ hissəsinə görə, müddəti müəyyən edilmədən

bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli
əmək müqaviləsi ilə əvəz edilə bilməz.

Göründüyü kimi, iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinin cavabdeh

tərəfindən birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəzlənməsi ƏM-in 45-ci
maddəsinin İİİ hissəsinin açıq imperativ göstərişinə zidd olduğundan əhəmiyyətsizdir və
hüquqi nəticə (əmək müqaviləsinin müddətli əmək müqaviləsinə çevrilməsi) doğura
bilməz. Bu mənada, iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinə cavabdehin
mübahisələndirilən əmri ilə müddətin keçməsi əsası ilə xitam verilmiş olması ƏM-in
göstərişlərinə zidd olmuşdur. Başqa sözlə, cavabdeh müddətsiz əmək müqaviləsinin ƏM-
in müddətli əmək müqaviləsinə xitam verilməsini tənzimləyən norması (68-ci maddənin İİ
hissəsinin b) bəndi) əsasında ləğvi qanuni olmamışdır.         

Beləliklə işin göstərilən halları onu təsbit edir ki, apellyasiya məhkəməsinin

qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının
pozuntusu ilə çıxarılmışdır.
            Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual
hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası
məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
           Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini
rəhbər tutaraq məhkəmə kollegiyası
 
                                             Q Ə R A R A  A L D İ :
 

İddiaçı kassasiya şikayəti qismən təmin edilsin.
Şəki Apellyasiya Məhkəməsinin MK-nın 20 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv

edilsin.

İş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın.
Qərar qəbul edildiyi andan qüvvəyə minir.