2[102]-1033/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-1033/2019

15.02.2019

ALİ MƏHKƏMƏ

                   

                                 Azərbaycan Respublikası  adından
                         Azərbaycan Respublikası  Ali Məhkəməsinin
                                            Mülki Kollegiyasının
        
                                                  Q Ə R A R İ        
 
 
Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev

Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X1, İbayev Vəfaddin Ələm oğlundan
ibarət tərkibdə, məhkəmə iclas katibi X2,İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı  ilə,

İddiaçı Cavabdeh qarşı açıq hərracın nəticələri haqqında protokolun etibarsız

hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 24
oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə
açıq məhkəmə iclasında baxaraq

 
                                            MÜƏYYƏN   ETDİ:
 

Abşeron rayon Məhkəməsinin 03 may 2018-cı il tarixli qətnaməsi ilə (hakim

S.Quliyeva) İddiaçı Cavabdeh qarşı açıq hərracın nəticələri haqqında protokolun etibarsız
hesab edilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, “xxxx” Məhdud Məsuliyyətli
Cəmiyyətinin direktoru X3 ilə alıcı Cavabdeh arasında hərracın yekunları üzrə əmlakın
alqı-satqısı barədə 08 may 2017-ci tarixli müqavilənin etibarsız hesab edilməsi, Abşeron
rayonu, Saray qəsəbəsi, X8 küçəsi, 13 saylı ümumi sahəsi 136,3 m2, 56,5 m2, 79,8 m2,
olan 3 otaqlı 1 mərtəbədən ibarət fərdi yaşayış evinə Cavabdeh adına verilmiş 18 oktyabr
2017-ci il tarixli, RX seriyalı ******* saylı **********20-10301 reyestr nömrəli mülkiyyət
hüququ barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və əmlakın
əvvəlki vəziyyətə qaytarılması, iddianın qalan hissədə rədd edilməsi, iddia qismən təmin
edildiyindən iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 10 (on) manat pul vəsaitinin
8 (səkkiz) manat əvəzinin cavabdehdən tutulub iddiaçıya verilməsi qətedilmişdir.

        Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 24 oktyabr  2018-ci il tarixli qətnaməsi 

ilə (sədrlik edən L.Məmmədova, hakimlər E.Rəhimov və S.Qafari) Abşeron rayon
Məhkəməsinin 03 may  2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı
açıq hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiası
təmin edilmiş, Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, “xxxx” Məhdud
Məsuliyyətli Cəmiyyətinin direktoru X3 ilə alıcı Cavabdeh arasında hərracın yekunları üzrə
əmlakın alqı-satqısı barədə 08 may 2017-ci tarixli müqavilənin etibarsız hesab edilməsi,
Abşeron rayonu, Saray qəsəbəsi, X8 küçəsi, 13 saylı ümumi sahəsi 136,3 m2, 56,5 m2,
79,8 m2, olan 3 otaqlı 1 mərtəbədən ibarət fərdi yaşayış evinə Cavabdeh adına verilmiş
18 oktyabr 2017-ci il tarixli, RX seriyalı ******* saylı **********20-10301 reyestr nömrəli

mülkiyyət hüququ barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi,
əmlakın əvvəlki vəziyyətə qaytarılması qət edilmişdir.

 

                                      KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ

 
Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya

müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi
işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və
mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün
faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin MK-
nın 24 oktyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar
qəbul edilməsini xahiş etmişdir.

 
                                          Hüquqi məsələlər:
 

 İddiaçı Cavabdeh qarşı iddia ərizəsi verərək 18.10.2017-ci il tarixli Daşınmaz

Əmlakın  Dövlət Reyestri Xidmətinin çıxarışının ləğv edilməsinə və əmlakın əvvəlki
vəziyyətə qaytarılmasına dair, hərracın nəticələrinin etibarsız hesab edilməsinə,
cavabdehin və onun oğlu İddiaçı X  oğlunun onun evindən pasport qeydiyyatından
çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda

göstərilən qaydada həll edilmişdir.

     Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq

hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin
qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

 İş materialları ilə müəyyən edilir ki, İddiaçı X xüsusi mülkiyyətində olan Abşeron

rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində yerləşən 13 saylı fərdi yaşayış evini
12 aprel 2012-ci il tarixli ipoteka müqaviləsi ilə “xxxx” ASC ilə Cavabdeh X arasında
bağlanmış 12 aprel 2012-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq ipotekaya
qoyulmuşdur.

Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə «xxxx» ASC

cavabdehlər Cavabdeh, İddiaçı və X4 qarşı pulun tutulması, tələbin ipoteka predmetinə
yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin
boşaldılması tələbinə dair iddia vermişdir.  Abşeron Rayon Məhkəməsinin 26 sentyabr
2013-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamənin icrasını təmin
etmək məqsədilə «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin hərracın nəticələri haqqında
12/03 saylı, 18 fevral 2014-cü il tarixli protokolla həmin mənzil açıq hərracda satılmışdır.

Bundan sonra İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində

yerləşən 13 saylı fərdi yaşayış evinə dair “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin
yekunları barədə 12/03 nömrəli, 18 fevral 2014-cü il tarixli protokolunun və “Hərracın
yekunları üzrə əmlakın alqı-satqısı barədə” 18 fevral 2014-cü il tarixli müqavilənin etibarsız
hesab edilməsi, verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi ilə
məhkəməyə müraciət etmişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin qanuni
qüvvədə olan 05 iyun 2014-cü il tarixli qətnaməsinə əsasən İddiaçı iddiası təmin edilmişdir.

Qeyd edilən hala əsasən icra üzrə icraat təzələnmiş və mübahisəli ev yenidən

hərraca çıxarılmışdır.

Bununla bağlı keçirilmiş 08.05.2017-ci il tarixli hərracin yekunları barədə

protokoldan görünür ki, hərracın qalibi X5 olmuşdur.

Lakin qeyd edilən hala baxmayaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin

direktoru X3 mübahisəli evə dair alqı-satqı müqaviləsini hərracın qalibi olmuş X deyil, iş
üzrə borclu Cavabdeh ilə bağlamışdır. Bundan başqa iş materiallarından müəyyən olunur
ki,

ipoteka

qoyan

olduğu

halda

iddiaçı

hərracın

yeri

vaxtı

haqqında

məlumatlandırılmamış və nəticədə onun hərracda iştirakı təmin edilməmişdir.

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə

əsasən hərrac təşkilatçısı hərrac keçirilməsinə dair kütləvi hərrac informasiya vasitələrində
elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə
bildiriş göndərir. Birinci elan və bildiriş hərrac keçirilməsinə ən geci 30 təqvim günü qalmış
verilir. Hərrac keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir.

Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə

qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti
və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış
qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır.

Həmin Qanununun 42.6-cı maddəsinə əsasən hərracı udmuş şəxs və hərrac

təşkilatçısı auksionun keçirildiyi gün hərrac nəticələri haqqında müqavilə qüvvəsinə malik
olan protokol imzalayırlar.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu

Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası
üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı

udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd

etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə
tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa,
alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan
istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla
ödəməlidir. Bir sözlə, tərəflər müqavilə bağlayanadək olduqları əvvəlki vəziyyətlərinə
qaytarılır.

Beləliklə işin göstərilən halları onu təsbit edir ki, iddiaçının mülkiyyətində olan evə

dair keçirilmiş hərrac Mülki Məcəllənin və “İpoteka haqqında” Qanunun tələblərinə uyğun
aparılmamışdır. Ona görə də apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hərracın
nəticələri haqqında protokolu etibarsız hesab etmuiş, mübahisəli evə dair Cavabdeh adına
verilmiş çıxarışı ləğv etməklə, həmin evə əvvəlki statusa qaytarmışdır.

Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin

ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol
verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin
edilmədən

apellyasiya

instansiyası

məhkəməsinin

qətnaməsi

dəyişdirilmədən

saxlanılmalıdır.

Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu

maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

 
                                           Q Ə R A R A  A L D İ :
 
Cavabdeh kassasiya şikayəti təmin edilməsin.
Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 24 oktyabr 2018-ci il tarixli

qətnaməsi  dəyişdirilmədən saxlanılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.