2[102]-1041/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-1041/2019

15.02.2019

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Mülki Kollegiyasının

QƏRARİ

           “15”   fevral  2019-cu il          iş № 2(102)-1041/19                    Bakı şəhəri
 
 
          Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin
hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə
Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə
Ceyhun  Rizvan oğlunun katibliyi  ilə,

Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr  

2018-cı il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq,

MÜƏYYƏN ETDİ:

Şamaxı  Rayon Məhkəməsinin 27 mart  2018-ci il tarixli qətnaməsi ilə (hakim:

E.Z.Hümbətov; 2(074)-68/2018) iddiaçı  İddiaçı Cavabdeh  qarşı  pul tələbinə dair iddiası
qismən təmin edilmiş, cavabdeh  Cavabdeh  borc üzrə  6000  manat və ödənilmiş  dövlət
rüsumunun əvəzi üzrə  12 manat alınaraq  iddiaçı verilməsi  qət edilmiş, iddia qalan
hissədə rədd edilmişdir.

  Sumqayıt  Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının  01 oktyabr  2018-ci il

tarixl,qətnaməsi ilə (hakimlər: T.O.Quliyev (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və
E.M.Əhmədov;  2(105)-3039/2018) Cavabdeh  tərəfindən verilmiş apellyasiya şikayəti 
təmin edilməmiş,  Şamaxı  Rayon Məhkəməsinin  27 mart 2018-ci il tarixli qətnaməsi
cavabdeh  X3 münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

           

İşin halları

İddiaçı Cavabdeh qarşı  pul tələbinə   dair iddia ərizəsi ilə məhkəməyə müraciət

edərək, Cavabdeh  12000 manat pulun,  95 manat notariat kontoruna   ödədiyi dövlət 
rüsumunun, əvəzinin tərtibiqi üçün  ödədiyi  50 manat pulun alınaraq  iddiaçıya verilməsi
barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

          

İddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh *********  şəhər sakini kimi

tanıyır. Cavabdeh 05 oktyabr 2017-ci il tarixdə küçədə ona yaxınlaşıb görüşdükdən sonra
bildirmişdir ki, Abşeron rayonu, *********  kəndində üç sot yaşayış evi tikdirmək üçün

sənədli torpağı var və ona vacib pul lazım olduğundan torpağı aşağı qiymətə, yəni 12.000
manata satır. 06 oktyabr 2017-ci il tarixdə cavabdehin NİVA markalı avtomaşını ilə
qohumları X2, X7, o və cavabdeh torpaq sahəsinin yerləşdiyi əraziyə getmişlər. Cavabdeh
onlara mişar daşı ilə qıraqları hasarlanmış ərazini göstərmiş və o, bəyənmişdir.
Cavabdehlə razılaşdıqdan sonra alqı-satqı məqsədi üçün Xırdalan şəhərində yerləşən
Notariat Kontoruna getmişlər. Alqı-satqı etmək istəyən zaman notariat kontorunda
bildirmişlər ki, torpaq sahəsini satan şəxsin ailə üzvlərinin razılığı gərəkdir və sənədlərdə
olan anlaşılmamazlıqlar aradan qaldırılmalıdır. Həmin gün alqı-satqı baş tutmamışdır.
Cavabdeh bildirmişdir ki, ona təcili 6.000 manat pul lazımdır, torpaq sahəsinə aid sənədləri
də ona verməyə razıdır, əlavə olaraq bu barədə rəsmi izahat yazıb verir. O, 12.000 manat
puldan 6.000 manatını cavabdehə vermişdir. Cavabdeh pulu ondan götürməsi barədə
izahat yazaraq, yurdun sənədləri ilə birlikdə ona vermişdir. Səhərsi günü cavabdeh onun
yaşadığı ünvana gəlib bildirmişdir ki, o, ailə üzvləri ilə danışıb, torpağı alqı satqı etmək
üçün sənədlər demək olar ki hazırdı, qalan 6.000 manat pulu və sənədləri versin, gedib
notariat kontoruna sənədləri tam hazırlasın və ona zəng edəcək gələr, notariat kontorunda
alqı satqı edərlər. O, cavabdehə bildirmişdir ki, dəqiq söyləyirsə qalan 6.000 manatı
verməyə etirazı yoxdur. Cavabdeh bildirmişdir ki, əgər ona inanmırsa, notariat kontorunda
kredit müqaviləsi bağlasınlar, digər 6.000 manata görə də ona rəsmi izahat verib narahat
olmasın. O, cavabdehə inanaraq torpağın sənədlərini və onda olan 6.000 manat pulu
Şamaxı rayon Notariat kontoruna gedərək cavabdehlə aralarında kredit müqaviləsi
bağlandıqdan sonra ona vermişdir. Cavabdehlə aralarında kredit müqaviləsi bağlanmasına
və rəsmi izahat verməsinə baxmayaraq o, bu işdən boyun qaçıraraq bu günədək nə
torpaq sahəsini onun adına rəsimləşdirmir, nə də ondan aldığı 12.000 manat pulu
qaytarmaq istəmir. Dəfələrlə onunla telefon əlaqəsi saxlayaraq 12.000 manat pulunu
istəməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə, onun pulunu qaytarmaq istəmir,
nə də torpaq sahəsini onun adına rəsimləşdirmir. Cavabdehin barəsində məhkəməyə
müraciət etmək məcburiyyətində qalmışdır. Notariat konturunda cavabdehlə aralarında
müqavilə bağladıqdan sonra müqaviləyə dair rüsumu 95 manat pulun ödənişini də
etmişdir. Cavabdeh Şamaxı şəhər sakini olmaqla yanaşı AGBank ASC-nin Şamaxı
filialında işlədiyindən onu mədəni şəxs kimi tanıyaraq inanıb 12.000 manat pulu ona
vermişdir. Ona görə də iddia tələbi təmin edilməlidir.
           

Kassasiya şikayətinin dəlilləri

Cavabdeh

kassasiya

şikayətində

apellyasiya

instansiyası

məhkəməsinin

qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi
barədə qərar çıxarılmasını xahiş etmişdir.
          Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası
məhkəməsinin qətnaməsi  Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
 134.1.4, 135.1, 135.2, 135.3, 138.1, 138.2, 168.1, 179.1, 185.2, 188.2, 217, 218-ci 
maddələrinin tələblərinin pozulması ilə çıxarılmış,  işin faktiki halları araşdırılmamış,
nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz
qətnamə qəbul edilmişdir.

Tərəflərin izahatı
 

        Cavabdeh  X8 Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 67.1-ci
maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi 
üçün işin kassasiya baxışında onun izahatı dinlənilmədi.

      

Məhkəmə

kollegiyası

iclasının

yeri

vaxtı

barədə

lazımi

qaydada

məlumatlandırılmalarına baxmayaraq, iddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə
kollegiyasının iclasına gəlməmişdir.

Məhkəm kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən

onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.

Hüquqi məsələlər

 
            Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya
instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və
prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını

araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-
olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları
yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq
normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün
qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması
vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına
istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır.Qeyd
etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət
edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına
dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər.

Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və

məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən cavabdeh əlyazısı izahatda
“mən Cavabdeh, 06 oktyabr 2016-cı il tarixdə İddiaçı 6.000 (altı min) manat pul vəsaitini üç
ay müddətinə borc aldım. Alınmış vəsaitin müqabilində Şamaxı rayon notariat kontorunda
borc müqaviləsi tərəfimizdən imzalandı və mən, mənə məxsus Abşeron rayonu, Masazır
kəndində yerləşən, 0,03 ha ölçüsü olan torpaq sahəsinin sənədlərini (seriya RX
№******** ) girov olaraq İddiaçı təhvil verdim. 3 ay ərzində borc aldığım 6.000 (altı min)
manat vəsaiti qaytarmadığım halda həmin torpaq sahəsini könüllü olaraq alqı-satqı
müqaviləsinə əsasən İddiaçı adına keçirəcəyəm. İmza Cavabdeh 06.10.2016” sözləri qeyd
edilmişdir.

07 oktyabr 2016-cı il tarixdə Şamaxı rayon notariat kontorunda təsdiq olunmuş

reyestrdə ******  sayla qeyd edilmiş kredit müqaviləsindən aydın olur ki, İddiaçı (borc
verən) Cavabdeh (borcalan) 6000 manat məbləğində pulu faizsiz kredit verir. Cavabdeh
6000 manat məbləğində pulu 07.01.2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürür.
Müqavilənin notariat qaydasında təsdiq edilməsi xərci 92 manat təşkil edir. Müqavilənin
notariat qaydasında təsdiq edilməsi xərclərini borcalan çəkir.

Məhkəmədə şahid qismində dindirilmiş X1 bildirmişdir ki, cavabdehə 2016-cı ilin

avqust ayında iki günlüyünə verdiyi 5.000 manat pulu 2016-cı ilin oktyabr ayının
əvvəllərində geri ala bilmişdir. Pulu cavabdeh dayısına pul lazım olduğu üçün vermişdir.
Pulu dayısı üçün versə də, onun pulunu cavabdeh Bakıdakı torpağını girov qoyub aldığı
borc hesabına qaytarmışdır.

Şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, iddiaçı uzaq qohumudur,

cavabdehi isə tanımamış və ona hər hansı məbləğdə borc verməmişdir. Cavabdeh
Sulutəpə ərazisindəki torpaq sahəsini satmaq istəyib, iddiaçının xahişi ilə o, da torpaq
sahəsinə baxmış, cavabdehi də həmin vaxt tanımışdır. Tərəflər torpağın 12000 manata
alqı-satqısında razılaşmışlar. Həmin vaxt iddiaçı cavabdehə Xırdalanda 6000 manat pul
onun yanında verilmişdir. Borc müqaviləsi bağlanarkən notariusda olmamış və əlavə nə
qədər pulun verildiyini bilmir.

Şahid  qismində dindirilmiş X5 bildirdi ki, borc müqaviləsinin bağlanmasında və

borcun verilməsində iştirak etməmişdir. Danışıqlardan bilir ki, cavabdehə 5.000 manat

məbləğində borc verilmişdir. Cavabdehə 5.000 manat pul lazım olduğunu demiş,
cavabdeh də onun üçün həmin vəsaiti borc götürmüşdür. Götürdüyü borcu isə Mikayıldan
aldığı borcun hesabına bağlamışdır. Pulu Mikayıl versə də, müqavilə Sadiqlə
bağlanmışdır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

    - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc

verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc
alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq
pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə
qaytarmağı öhdəsinə götürür.

   - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin

(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş
görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun
isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

 - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli

olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik
həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

 - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda

müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi
bütün hallar üçün cavabdehdir.

  - 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min

manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi
şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi  haqlı

olaraq hesab etmişdir ki,  iddiaçı 06.10.2016-cı il tarixdə cavabdehə 3 ay müddətinə 6000
manat məbləğində pulu faizsiz kredit vermişdir. Tərəflər bu barədə 07.10.2016-cı il tarixdə
yazılı müqavilə bağlayaraq, Şamaxı rayon notariat kontorunda təsdiq etdirmişlər.
Cavabdeh borc məbləğini 07.01.2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürsə də,
həmin öhdəliyini icra etməmişdir.

    Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq   

tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət 
verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq
apellyasiya instansiya məhkəməsi  haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi
ilə razılaşaraq iddia tələbinin  qismən təmin olunması barədə həmin məhkəmənin
qətnaməsini dəyişdirmədən saxlamışdır.
          İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki,
apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq
normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə
qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu
üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv
edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır.

Göstərilənlərəəsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
 

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin.
Sumqayıt  Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının  bu iş üzrə  01oktyabr  2018-

cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.