2[102]-1050/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-1050/2019

15.02.2019

ALİ MƏHKƏMƏ

              

                                 Azərbaycan Respublikası  adından
                         Azərbaycan Respublikası  Ali Məhkəməsinin
                                            Mülki Kollegiyasının
        
                                                  Q Ə R A R İ        
 
 
Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev

Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu, İbayev
Vəfaddin Ələm  oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçının vəkili Vəkil
iştirakı  ilə,

İddiaçı1 ASC-nin Cavabdeh1 qarşı kredit borcunun tutulması, tutmanın ipotekaya

qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması tələbinə dair mülki iş üzrə Bakı
Apellyasiya Məhkəməsinin MK-nın 08 avqust 2016-ci il tarixli qətnaməsindən Cavabdeh1
tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq

 
                                            MÜƏYYƏN   ETDİ:
 

Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11 noyabr 2015-ci il tarixli qətnaməsi ilə

(hakim S.Mehrəliyev) İddiaçı1 ASC-nin Cavabdeh1 qarşı kredit borcunun tutulması,
tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması tələbinə dair
iddiası qismən təmin edilmiş, Cavabdeh1 18215,62 ABŞ dollari əsas borc, 1978,07 ABŞ
dollari faiz borcu olmaqla, cəmi 20193,69  ABŞ dolları borcun (ödəniş günü rəsmi
məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) İddiaçı1 ASC-nin xeyrinə tutulması,
tələbin Cavabdeh1 məxsus “X5” markalı, **-MA-*** dövlət nömrə nişanlı minik
avtomobilinə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılaraq satışdan əldə
olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, İddiaçı1 Açıq Səhmdar
Cəmiyyətinə ödənilməli olan kredit borcu və dövlət rüsumu ödənildikdən sonra avtomobilin
hərracda satışından əldə olunmuş pul vəsaitinin artıq qalan hissəsinin ipoteka qoyana
qaytarılması qət edilmişdir.

  Bakı  Apellyasiya Məhkəməsinin MK-nın 08 avqust 2016-ci il tarixli qətnaməsi  ilə

(sədrlik edən İ.Xəlilov, hakimlər A.Hüseynov və İ.Şirinov) Yasamal rayon Məhkəməsinin 11
noyabr  2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

 

                                      KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ

 
Cavabdeh1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya

müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi
işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və
mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün

faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın
08 avqust 2016-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar
qəbul edilməsini xahiş etmişdir.

 
                                          Hüquqi məsələlər:
 

 İddiaçı1 ASC Cavabdeh1 qarşı iddia ərizəsi verərək cavabdehdən 18215,62 ABŞ

dollari əsas borc, 2146,80 ABŞ dollari faiz borcu olmaqla, cəmi 20362,42 ABŞ dolları
borcun və 30 manat dövlət rüsumunun tutulması, cavabdeh tərəfındən ipoteka qoyulmuş
“X5” markalı, **-MA-*** dövlət nömrə nişanlı minik avtomobilinə tutmanın yönəldilərək açıq
hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcunun ödənilməsinə
yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

 İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda

göstərilən qaydada həll edilmişdir.

      Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq

hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin
qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

  İş materialları ilə müəyyən edilir ki, İddiaçı1’’ ASC-nin “Nərimanov” filialı ilə

Cavabdeh1 arasında bağlanmış 15 avqust 2011-ci il tarixli kredit müqaviləsinə əsasən
bank tərəfindən Cavabdeh1 illik 18 faizlə 36 ay müddətinə 29 371 ABŞ dollari məbləğində
kredit verilmişdir.

 15 avqust 2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən kredit vəsaitini təmin etmək

məqsədilə bank Cavabdeh1 tərəfindən ona məxsus olan “X5” markalı ** MA *** dövlət
nömrə nişanlı minik avtomobili ipoteka qoyulmuşdur.

Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa

şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak
verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir,
kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından

öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya
yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən
Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun
pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması
dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi,
lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və
xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması
başa düşülməlidir.

Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə

ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin
icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə

götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini
banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan
mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından
tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən

borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın
tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun
34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra
olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu
yaradır.

İşin mübahisələndirilməyən hallarına görə, bankla Cavabdeh1 arasında qanunla

müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqavilədən irəli gələn
öhdəliklərin təminatı kimi “X5” markalı ** MA *** dövlət nömrə nişanlı avtomobili bankın

xeyrinə ipoteka ilə yüklü etmiş, bank tərəfindən öhdəliklər yerinə yetirilmiş, borcalan isə
üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu

təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,
ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-
416-cı maddələrinə uyğun olaraq həyata keçirilir.

Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu

icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini
gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq
hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın
tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana
ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın
tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.

Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin

ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol
verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin
edilmədən

apellyasiya

instansiyası

məhkəməsinin

qətnaməsi

dəyişdirilmədən

saxlanılmalıdır.

Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu

maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

 
                                           Q Ə R A R A  A L D İ :
 
Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin.
Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 avqust 2016-ci il tarixli qətnaməsi 

dəyişdirilmədən saxlanılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.