2[102]-1059/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-1059/2019

15.02.2019

ALİ MƏHKƏMƏ

                                                            

                                 Azərbaycan Respublikası  adından
                         Azərbaycan Respublikası  Ali Məhkəməsinin
                                            Mülki Kollegiyasının
        
                                                  Q Ə R A R İ        
 
 
Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev

Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X1, İbayev Vəfaddin Ələm  oğlundan
ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh, vəkili Vəkil iştirakı  ilə,

İddiaçı Cavabdeh qarşı uşağın ölkədən çıxarılmasına icazə verilməsi tələbinə dair

mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 sentyabr 2018-ci il tarixli
qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə
iclasında baxaraq

                                            MÜƏYYƏN   ETDİ:
 

Bakı şəhəri Suraxanı  Rayon Məhkəməsinin 17 iyul 2018-cı il tarixli qətnaməsi ilə

(hakim C.Qədimov) İddiaçı Cavabdeh qarşı uşağın ölkədən çıxarılmasına icazə verilməsi
tələbi təmin edilmiş, cavabdehlə birgə nikahından doğulmuş 12 aprel 2015-ci il təvəllüdlü
X3 yetkinlik yaşına çatanadək cavabdehin razılığı olmadan iddiaçı ilə birlikdə ölkə xaricinə
gedib-gəlməsinə icazə verilməsi qət edilmişdir.

  Bakı  Apellyasiya Məhkəməsinin MK-nın 25 sentyabr  2018-ci il tarixli qətnaməsi  ilə

(sədrlik edən Vəkil, hakimlər X.Cəmilova və İ.Xəlilov) Suraxanı  Rayon Məhkəməsinin 17
iyul  2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

                                      KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ

Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya

müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi
işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və
mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün
faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın
25 sentyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işi yenidən
baxılması üçün apellyasiya instansiyası məhkəməsinə  göndərilməsini xahiş etmişdir.

                                          Hüquqi məsələlər:

 İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə

birgə nikahından doğulmuş 12 aprel 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək
cavabdehin razılığı olmadan iddiaçı ilə birlikdə ölkə xaricinə gedib-gəlməsinə icazə
verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda

göstərilən qaydada həll edilmişdir.

     Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq

hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin
qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

     İşin mübahisə edilməyən hallarına görə  İddiaçı ilə Cavabdeh 05 avqust 2014-cü il

taroxdə birgə nikaha daxil olmuş, tərəflərin birgə nikahından 12.04.2015-ci il tarixdə
Yağmur adlı övladları dünyaya gəlmişdir. Tərəflərin nikahları məhkəmə qaydasında
pozulmuş, uşaq anasının himayəsində saxlanılmışır.

 İş materiallarından görünür ki, Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti

tərəfindən verilmiş 06 iyun 2018-ci il tarixli rəyə əsasən, azyaşlı Yağmurun müvəqqəti
olaraq (beş il müddətində) cavabdehin razılığı olmadan Azərbaycan Respublikası
hüdudlarından kənara çıxarılması hüququnun iddiaçıya verilməsi azyaşlının mənafeyi
baxımından RİH yanında Qəyyumluq və Himayə Komissiyası tərəfindən məqsədəuyğun
hesab edilmişdir.

Apellyasiya insyansiyası məhkəməsi “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar

haqqında”  Qanunun 1 və 2-ci, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9, 11.2-ci
maddələrini tətbiq etməklə hesab etmişdir ki, iddiaçı uşağı uzun müddətə deyil, qısa
müddətə ölkə xaricinə aparıb gətirmək niyyətindədir və bu hal cavabdehin uşaqla ünsiyyət
hüququna maneçilik törətməyəcəkdir. Bundan başqa, təkliflər verilməsinə və zəruri şərait
yaradılmasına baxmayaraq, tərəflər məsələ ilə bağlı öz aralarında razılığa gələ
bilməmişlər. Onların bir-birinə qarşı aşkar mənfi münasibəti uşağın hüquqlarına mənfi təsir
göstərməsinə əsas ola bilməz. Habelə, uşağın ölkədən çıxmasına cavabdehin razılıq
verməməsi 18 yaşına çatanadək uşağın hərəkət azadlığını məhdudlaşdırır və onun
mənafeləri ilə ziddiyyət təşkil edir.

İş üzrə iddiaçının öz uşağı ilə birlikdə ölkədən getmək və ölkəyə gəlmək hüquqlarının

məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud deyildir.
Həmçinin nəzərə alınmalıdır ki, ananın himayəsində saxlanmış azyaşlı uşağın atasının
icazəsi olmadığından ölkədən çıxa bilməməsi iddiaçını da ölkə hüdudlarından kənara
çıxmaq imkanından faktiki məhrum etmişdir.

Öz

növbəsində,

cavabdeh

uşağın

anası

ilə

ölkədən

getmək

hüququnu

məhdudlaşdırmağa imkan verən hər hansı konkret hallara əsaslanmamış və bu cür halları
təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir.

Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin

ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol
verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin
edilmədən

apellyasiya

instansiyası

məhkəməsinin

qətnaməsi

dəyişdirilmədən

saxlanılmalıdır.

Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu

maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

 
                                           Q Ə R A R A  A L D İ :
 
Cavabdeh kassasiya şikayəti təmin edilməsin.
Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 sentyabr 2018-ci il tarixli qətnaməsi 

dəyişdirilmədən saxlanılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.