2[102]-1068/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-1068/2019

15.02.2019

ALİ MƏHKƏMƏ

                   
                                 Azərbaycan Respublikası  adından
                         Azərbaycan Respublikası  Ali Məhkəməsinin
                                            Mülki Kollegiyasının
           
                                                  Q Ə R A R İ           

 

Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev

Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X2, İbayev Vəfaddin Ələm  oğlundan
ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı  ilə,

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2,  Cavabdeh3, Cavabdeh4, X, X6 və

X5 qarşı qəzalı vəziyyətdə olan binanın sakinlərinin köçürülməsi tələbinə dair mülki iş üzrə
Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 oktyabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı
Bakı şəhəri İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında
baxaraq
 
                                            MÜƏYYƏN   ETDİ:
 

Bakı şəhəri Sabunçu  Rayon Məhkəməsinin 30 may 2018-cı il tarixli qətnaməsi ilə

(hakim

A.Qasımov)

İddiaçı

cavabdehlər

Cavabdeh1,

Cavabdeh2, 

Cavabdeh3,

Cavabdeh4, X, X6 və X5 qarşı qəzalı vəziyyətdə olan binanın sakinlərinin köçürülməsi
tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X9,
X8 və X4 yaşadıqları mənzilə müvafiq mənzil sahəsi, eyni zamanda tikinti işləri
yekunlaşanadək hər ay 300 manat kirayə haqqı ödənilməklə Bakı şəhəri, Sabunçu rayonu,
Bakıxanov qəsəbəsi, Ərəblinski küçəsində yerləşən 16 saylı evin 3 və 4 saylı
mənzillərindən köçürülmələri qət edilmişdir.
            Bakı  Apellyasiya Məhkəməsinin MK-nın 11 oktyabr  2018-ci il tarixli qətnaməsi  ilə
(sədrlik edən V.Baxışova, hakimlər V.Həsənov və N.Cəfərov) Sabunçu  Rayon
Məhkəməsinin 30 may  2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə
qəbul edilmiş, iddia rədd edilmişdir. 
 
                                      KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ
 

İddiaçı X kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya

müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi
işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və
mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün
faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın
11 oktyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işi yenidən baxılması
üçün apellyasiya instansiyası məhkəməsinə  göndərilməsini xahiş etmişdir.

 
                                          Hüquqi məsələlər:
 
            İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3,  Cavabdeh4,  X, X6 və
X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinə dəqiqləşmə
verərək Cavabdeh1 və ailə üzvlərinin yaşadıqları mənzilə müvafiq mənzil sahəsi, eyni
zamanda tikinti işləri yekunlaşanadək hər ay 300 manat kirayə haqqı verməklə Bakı
şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ərəblinski küçəsində yerləşən 16 saylı evin
3 və 4 saylı mənzillərindən köçürülmələri barədə  qətnamə qəbul edilməsini xahiş etmişdir.

İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda

göstərilən qaydada həll edilmişdir.
            Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini
araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası
məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
            İş materiallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi,
Ərəblinski küçəsində yerləşən 16 saylı evin 3 və 4 saylı mənzilləri Cavabdeh1 xüsusi
mülkiyyətindədir.

ünvan 1 ünvanda yerləşən yataqxana binasının texniki vəziyyəti haqqında tərtib

edilmiş 29 oktyabr 2015-ci il tarixli Akta əsasən Azərbaycan Respublikası Fövqəladə
Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor
və Texnoloji İnstitutunun texniki şöbəsinin, Sabunçu rayon Mənzil- Kommunal Təsərrüfatı
Birliyinin 44 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin əməkdaşları tərəfindən  qeyd
edilən ünvandaki binaya baxış keçirilmiş və bina qəzalı vəziyyətdə olduğundan
istismarının dayandırılmalı olduğu, sakinlər köçürülməklə binaya  girişin qadağan edilməli
olduğu müəyyən edilmişdir.

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.1-ci maddəsinə əsasən

mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün
onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya
mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu
mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır.

Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən qəza vəziyyətinə düşmüş mənzilin

(yaşayış binasının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına razılıq
alınması üçün bu Məcəllənin 24.2.1-ci maddəsinə müvafiq olaraq verilmiş ərizədə mənzilin
(yaşayış binasının) qəza vəziyyətində olması göstərilməli, razılaşdırmanı həyata keçirən
orqan isə bu müraciətə ən qısa müddətlərdə, lakin 10 gündən gec olmayaraq baxmalıdır.

Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən mənzilin (yaşayış binasının)

mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə
kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti
orqanının iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması
barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində
olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu
təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun
hesabına həyata keçirilir.

Həmin Məcəllənin 28.4-cü maddəsinə əsasən qəza vəziyyətində olan mənzilin

(yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan
məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal
tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası)
məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən
şəxsə

satılmalıdır.

Həmin

qərarda,

həmçinin

məhkəmə

tərəfindən

müstəqil

qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca
çıxarılacaq qiyməti müəyyən olunur.

Qeyd edilən normaların tələblərindən göründüyü kimi, hər hansı mənzilin qəza

vəziyyətində olması yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq
edildikdən sonra məhkəmə tərəfindən onun təmiri üçün müəyyən vaxt təyin edilməli, bu

vaxt ərzində mülkiyyətçi tərəfindən qəzalı mənzil təmir edilmədikdə məhkəmə qərarı
əsasında açıq hərracda  təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Hazırkı
halda X  “xxxx” MTK tərəfindən inşa ediləcək binada cavabdehlərə mənzil veriləcəyi
barədə  MTK-nın adından öhdəlik götürməyə və mülkiyyətçiyə məxsus daşınmaz əmlakın
dəyəri ödənilmədən və digər qanuni əsaslar olmadan onun və ailə üzvlərinin yaşadıqları
mənzillərdən köçürülməsini tələb etməyə subyektiv hüququ olmadığından apellyasiya
instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddia əsassız hesab edilərək
rədd edilməlidir.

Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin

ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol
verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin
edilmədən

apellyasiya

instansiyası

məhkəməsinin

qətnaməsi

dəyişdirilmədən

saxlanılmalıdır.

Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini

rəhbər tutaraq məhkəmə kollegiyası
 
                                             Q Ə R A R A  A L D İ :
 

İddiaçı X kassasiya şikayəti təmin edilməsin.
Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 oktyabr 2018-ci il tarixli qətnaməsi 

dəyişdirilmədən saxlanılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.