2[102]-1074/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-1074/2019

15.02.2019

ALİ MƏHKƏMƏ

                                                 
                                 Azərbaycan Respublikası  adından
                         Azərbaycan Respublikası  Ali Məhkəməsinin
                                            Mülki Kollegiyasının
        
                                                  Q Ə R A R İ        
 
15 fevral 2019-cu il                         İŞ№2(102) 1074                          Bakı şəhəri 
 
Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev

Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X3, İbayev Vəfaddin Ələm  oğlundan
ibarət tərkibdə, məhkəmə iclas katibi X4, Cavabdeh, vəkili X1 iştirakı  ilə,

İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya

Məhkəməsinin MK-nın 18 sentyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh X tərəfindən
verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq

                                            MÜƏYYƏN   ETDİ:
 
Bakı şəhəri Suraxanı  Rayon Məhkəməsinin 18 may 2018-cı il tarixli qətnaməsi ilə

(hakim R.Həsənov) İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası təmin
edilmiş, İddiaçı uşaqları 28.06.2009-cu il təvəllüdlü X2 və 14.07,2013-cü il təvəllüdlü X5 ilə
birlikdə qeydiyyatsız yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Nizami
küçəsində yerləşən fərdi evə köçürülməsi qət edilmişdir.

  Bakı  Apellyasiya Məhkəməsinin MK-nın 18 sentyabr  2018-ci il tarixli qətnaməsi 

ilə (sədrlik edən R.Qurbanov, hakimlər E.Nəbiyev və A.İmanov) Suraxanı  Rayon
Məhkəməsinin 18 may  2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

                         KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ
Cavabdeh X kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-

ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası
məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası
mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb
edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya
Məhkəməsinin MK-nın 18 sentyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini
və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə  göndərilməsini xahiş
etmişdir.

                                          Hüquqi məsələlər:
İddiaçı Cavabdeh qarşı iddia ərizəsi verərək, uşaqları 28.06.2009-cu il təvəllüdlü

X6 və 14.07,2013-cü il təvəllüdlü X5 ilə birlikdə qeydiyyatsız yaşadığı Bakı şəhəri,

Suraxanı rayonu, Zığ qəsəbəsi, Nizami küçəsində yerləşən fərdi evə köçürülməsi barədə
qətnamə qəbul edilməsini xahiş etmişdir.

İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda

göstərilən qaydada həll edilmişdir.

 Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini

araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası
məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

  İşin mübahisə edilməyən hallarına görə  tərəflər qeyri-rəsmi nikaha daxil olmuş

və həmin nikahdan 28.06.2009-cu il təvəllüdlü X6 və 14.07.2013-cü il təvəllüdlü X5
anadan olmuşdur. 05.05.2014-cü il tarixdə tərəflər rəsmi nikaha daxil olmuşlar. 2013-cü
ildə iddiaçı ilə cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Nizami küçəsində
yerləşən evə köçmüşlər və 2018-ci ilin əvvəlinə qədər həmin evdə birgə yaşayaraq ümumi
təsərrüfat aparmışlar.

 Belə ki, mübahisəli ev Mülki Məcəllənin 180.1 -ci maddəsinin tələblərinə görə

özbaşına tikinti hesab edilir. Çünki həmin ev daşınmaz əmlakın dövlət reyestrində
qeydiyyata alınmamış və onun tikintisi üçün lazımi icazələr alınmamışdır.

Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən

yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi
mümkün deyildir.

Bununla yanaşı Mülki Məcəllənin 180-ci maddəsi özbaşına tikinti hesab edilən

yaşayış sahəsindən istifadə etməni qadağan etmir, yəni həmin maddədə bunu qadağan
edən müddəalar göstərilməmişdir.

Eyni zamanda Mülki Məcəllənin 27.1 -ci maddəsində göstərilmişdir ki, fiziki şəxsin

adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Göründüyü kimi özbaşına tikinti olan yaşayış
sahəsi də şəxsin yaşayış yeri kimi qəbul edilə bilər.

Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddianın

əsaslı hesab edilməsi üçün mübahisəli evin tərəflərin vəsaiti hesabına əldə edilməsi və ya
inşa edilməsi və yaxud yaşayış üçün yararlı vəziyyətə gətirilməsi müəyyən olunmalıdır.
Yalnız bu hallar (onlardan biri) təsdiq olunduqda mübahisəli tikilinin faktiki olaraq iddiaçıya
məxsus olması müəyyən edilə və ya həmin tikili onun yaşayış yeri kimi qəbul edilə bilər və
Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən onun
iddiası əsaslı hesab edilə bilər.

İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisəli

ev iddiaçı ilə cavabdehin birgə nikahı dövründə təmir edilmiş və kommunal xətlər çəkilərək
yaşayış üçün yararlı vəziyyətə gətirilmişdir.

Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin

ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol
verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin
edilmədən

apellyasiya

instansiyası

məhkəməsinin

qətnaməsi

dəyişdirilmədən

saxlanılmalıdır.

Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu

maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

 
                                           Q Ə R A R A  A L D İ :
 
Cavabdeh X kassasiya şikayəti təmin edilməsin.
Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 sentyabr 2018-ci il tarixli qətnaməsi 

dəyişdirilmədən saxlanılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.