2[102]-1108/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-1108/2019

15.02.2019

ALİ MƏHKƏMƏ

                                                            

                                 Azərbaycan Respublikası  adından
                         Azərbaycan Respublikası  Ali Məhkəməsinin
                                            Mülki Kollegiyasının
        
                                                  Q Ə R A R İ        
 
Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev

Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X1, İbayev Vəfaddin Ələm  oğlundan
ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı  ilə,

İddiaçı «xxxx» KB ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan

Apellyasiya Məhkəməsinin MK-nın 11 sentyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh
tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq

 
                                            MÜƏYYƏN   ETDİ:
 

İmişli rayon Məhkəməsinin 04 mart 2016-cı il tarixli qətnaməsi ilə (hakim Q.Hacıyev)

iddiaçı «xxxx» KB ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilmiş,
Cavabdeh 5472,24 ABŞ dolları əsas borc, 20,05 ABŞ dolları faiz borc, cəmi 5492,29 (beş
min dörd yüz doxsan iki dollar, iyirmi doqquz sent) ABŞ dolları borcun (ödəniş günü
Azərbaycan manatına məzənnəsi ilə) və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun
tutularaq «xxxx» KB ASC-nin xeyrinə verilməsi, əlavə olaraq Cavabdeh 10 (on) manat
dövlət rüsumunun tutularaq dövlət büdsəcinə ödənilməsi qət edilmişdir.

  Şirvan  Apellyasiya Məhkəməsinin MK-nın 11 sentyabr  2018-ci il tarixli qətnaməsi 

ilə (sədrlik edən T.Heydərov, hakimlər N.Mirzəyev və Z.Babayev) İmişli rayon
Məhkəməsinin 04 mart  2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

 

                                      KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ

 
Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya

müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi
işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və
mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün
faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şirvan Apellyasiya Məhkəməsinin MK-nın
11 sentyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar
qəbul edilməsini xahiş etmişdir.

 
                                          Hüquqi məsələlər:
 

 İddiaçı «xxxx» KB ASC Cavabdeh qarşı pul tələbinə dair iddia verərək,  Cavabdeh

5472,24 ABŞ dolları əsas borcun, 20,05 ABŞ dolları faiz borcun, 0 ABŞ dolları cərimənin,

cəmi 5492,29 ABŞ dolları borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq
«xxxx» KB ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş
etmişdir.

İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda

göstərilən qaydada həll edilmişdir.

Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq

hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin
qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

 İş materialları ilə müəyyən edilir ki, 29 mart 2014-cü il tarixli kredit müqaviləsinə

əsasən «xxxx» KB ASC ilə borclu Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən
borclu Cavabdeh «xxxx» KB ASC-dən 48 ay müddətinə 31 faiz ödəmək şərti ilə 6400 ABŞ
dolları məbləğində kredit götürmüşdür.

Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa

şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak
verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir,
kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından

öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya
yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən
Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun
pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması
dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi,
lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və
xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması
başa düşülməlidir.

Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə

ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin
icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh kredit müqaviləsi üzrə üzərinə

götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini
banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan
mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından
tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.

Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin

ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol
verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin
edilmədən

apellyasiya

instansiyası

məhkəməsinin

qətnaməsi

dəyişdirilmədən

saxlanılmalıdır.

Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu

maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

 
                                           Q Ə R A R A  A L D İ :
 
Cavabdeh kassasiya şikayəti təmin edilməsin.
Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 11 sentyabr 2018-ci il tarixli qətnaməsi 

dəyişdirilmədən saxlanılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.