2[102]-1115/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-1115/2019

15.02.2019

ALİ MƏHKƏMƏ

                                                          

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki Kollegiyasının

QƏRARİ

15 fevral 2019-cu il                   İş № 2(102)-1115/19                  Bakı  şəhəri
 
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm

oğlunun sədrliyi və məruzəsi, hakimlər Mirzəliyev Əsəd Abdulla oğlu və Əliyev Ələsgər Əliabbas
oğlundan ibarət tərkibdə, Xankişiyev Şafiq Fəyyaz oğlunun katibliyi ilə, Cavabdeh2 iştirakı ilə,
İddiaçı1 Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2018-ci il tarixli
qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq  

MÜƏYYƏN ETDİ:

 
İddiaçı1 Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının  12 sentyabr 2018-ci il tarixli

qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin
olunması barədə iş üzrə yeni qərar çıxarılmasını xahiş etmişdir.

İşin halları:

İddiaçı1 cаvаbdеhlər Cavabdeh3 və Cavabdeh2 qarşı pulun qaytarılması tələbinə  

dair

iddia ərizəsi ilə Ucar rayon məhkəməsinə müraciət etmişdir.

Ucar rayon məhkəməsi

nin

04 iyun 2018-ci il

tarixli qətnaməsi ilə (sədrlik edən

H.Xəlilov

, iş 2(063)-31/2018)iddia tələbi rədd edilmişdir.

Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2018-ci il tarixli qətnaməsi

ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və İ.Quliyev, iş №

2(107)-

2011/2018)iş üzrə Ucar rayon məhkəməsi

nin

04 iyun 2018-ci il

tarixli qətnaməsi

dəyişdirilmədən saxlanılmışdır.

Kassasiya şikayətinin dəlilləri:

İddiaçı1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya

instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də,
Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2018-ci iltarixli qətnaməsinin ləğv
edilməsini, iddia tələbinin təmin olunması barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir.

Kassasiya şikayətinə qarşı verilmiş etiraz:

K

assasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

      Məhkəmə iclasında iştirak edənlərin izahatları:

 
Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual

Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq Cavabdeh2  izahatı dinlənilməmişdir.

Digər proses iştirakçıları məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar

edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı
olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Hüquqi məsələlər:

 
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq

kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və
prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır,

yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır.
Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası
məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi
məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad
olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına
istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək
lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən
olunması ədalətli məhkəmə araşdırılması hüququnun pözulmasına dəlalət etməklə mübahisənin
hüquqi aktlarına təsir göstərə bilər.

Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, AZE seriyalı, ***** nömrəli şəxsiyyət

vəsiqəsinin surətinə və Ucar Rayon İcra Hakimiyyəti başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə
nümayəndəliyi tərəfindən verilmiş 13 iyul 2017-ci il tarixli, 1520 nömrəli arayışa görə, iddiaçı, Ucar şəhəri,
ünvan 1 ünvanında qeydiyyatdadır.

MAPS şöbəsinin 21 aprel 2017-ci il tarixli arayışına görə, cavabdehlər, Abşeron rayonu, Güzdək

qəsəbəsində qeydiyyatdadır.

Etibarnamələrə görə, 06 aprel 2006-cı il tarixdə X1 İddiaçı bütün məhkəmə instansiyalarında mülki

işlər üzrə onun adından çıxış etmək üçün 3 il müddətinə etibarnamə vermiş və həmin etibarnamə həmin
tarixdə Bakı şəhəri, 43 nömrəli Dövlət Notariat Kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmişdir.
Həmçinin, 12 dekabr 2006-cı ildə və 01 noyabr 2010-cu ildə Cavabdeh3 da İddiaçı1 etibarnamə vermiş və
həmin etibarnamələr müvafiq olaraq dövlət notariusları tərəfindən təsdiq edilmişdir.

Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ərizəsində iş üzrə iddia müddətinin tətbiq edilməsi və iddianın

rədd olunması məhkəmədən xahiş olunmuşdur.

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən

mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2,
375.2, 1091.1 və 1095-ci maddələrinin tətbiq edilməsi ilə razılaşmışdır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia

müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə

tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq
edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar
çıxarması üçün əsasdır.

Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki,

hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum

olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin 7 keçməsinə görə qüvvədən düşür.
Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

 İddiaçı1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv

edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apellyasiya instansiyası
məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə, işin hallarına qeyri-obyektiv
yanaşılaraq tamamilə əsassız qətnamə qəbul edilməsinə istinad etmişdir.

Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi

qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq
məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir
sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar
əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə

əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28
dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına
uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü
tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər
sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə
göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır.

Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid

ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların
qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24

noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə
tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər
sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər
normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul
edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”.

Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya

şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş
üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir.

Bundan əlavə kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci

maddəsinə müvafiq olaraq öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.

Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən

etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına
yol verməmişdir.

Kassasiya şikayətinə baxılmasının nəticələri:

Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq

olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol
verilməmişdir.

Kassasiya şikayətinin dəlilləri Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12

sentyabr 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir.

Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALİR:

 
Kassasiya şikayəti təmin edilməsin.
Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2018-ci iltarixli qətnaməsi

dəyişdirilmədən saxlanılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.
 
 
Sədrlik edən:
 
Əsli ilə düzdür.
Ali Məhkəmənin hakimi                                                                  Vəfaddin İbayev