2[102]-1116/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-1116/2019

15.02.2019

ALİ MƏHKƏMƏ

                                                          

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki Kollegiyasının

QƏRARİ

15 fevral 2019-cu il                İş № 2(102)-1116/19                                Bakı  şəhəri
 
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm

oğlunun sədrliyi və məruzəsi, hakimlər Xələfov İlqar Rəhim oğlu və Əliyev Ələsgər Əliabbas
oğlundan ibarət tərkibdə, Xankişiyev Şafiq Fəyyaz oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili Əliyev
İsa Musa oğlu, Cavabdeh vəkili Aslanov Emil Mustafa oğlunun iştirakları ilə, İddiaçı Şəki
Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi
kassasiya şikayəti üzrə işə baxaraq  

MÜƏYYƏN ETDİ:

 
Iddiaçı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2018-ci il tarixli

qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin
olunması barədə iş üzrə yeni qərar çıxarılmasını xahiş etmişdir.

İşin halları:

İddiaçı Cavabdeh qarşı pul tələbinə

dair iddia ərizəsi ilə Qax rayon

 məhkəməsinə müraciət etmişdir.

Qax rayon  məhkəməsi

nin

22 noyabr 2016-cı il

tarixli qətnaməsi ilə (sədrlik edən

A.Kiçibəyov

, iş 2(024)-1272/2016)iddia tələbi rədd edilmişdir.

Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 аprel 2017-ci il tarixli qətnaməsi ilə

(hakimlər V.Qasımov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli, iş № 2(107)-365/2017)
İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Qаx Rаyоn Məhkəməsinin 22 nоyаbr 2016-cı il tаrixli
qətnаməsi ləğv оlunаrаq yeni qətnаmə qəbul edilmiş, iddiаnın təmin edilməsi,  Cavabdeh 7322.50
manat məbləğində pulun alınıb İddiaçı Omar oğluna verilməsi qət edilmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 13 oktyabr 2017-ci il tarixli

qərarı ilə (hakimlər İ.Dəmirov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və Ə.Əhmədov, iş №
2(102)-6325/2017) Cavabdeh kassasiya şikayəti təmin edilmiş,  Şəki Apellyasiya Məhkəməsinin

Mülki Kollegiyasının 24 аprel 2017-ci il tarixliqətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün
həmin məhkəməyə qaytarılmışdır.

Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2018-ci il tarixli qətnaməsi ilə

(hakimlər M.Hüseynov (sədrlik edən və məruzəçi), R.Əliyev və İ.Şükürov, iş №

2(107)-

380/2018)

İddiaçının apellyasiya şikayəti təmin edilmiş, Qаx Rаyоn Məhkəməsinin 22 nоyаbr

2016-cı il tаrixli qətnаməsi ləğv оlunаrаq yeni qətnаmə qəbul edilmiş, iddiаnın təmin edilməsi,
Cavabdeh 7322.50 manat məbləğində pulun alınıb İddiaçıya verilməsi qət edilmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 03 iyul 2018-ci il tarixli

qərarı ilə (hakimlər G.Quliyev (sədrlik edən və məruzəçi), Ə.Mirzəliyev və T.Qoldman, iş № 2(102)-
4685/2018) Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş,  Şəki Apellyasiya Məhkəməsinin
Mülki Kollegiyasının 15 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün
həmin məhkəməyə göndərilmişdir.

Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə

(hakimlər G.Abbasov (sədrlik edən və məruzəçi), R.Rəfiyev və E.Hüseynov, iş №

2(107)-

2140/2018)

İddiaçının apelyasiya şikayəti təmin edilməmiş,

iş üzrə Qax rayon

 məhkəməsi

nin

22 noyabr 2016-cı il

tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Kassasiya şikayətinin dəlilləri:

İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası

məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apellyasiya
Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsini, iddia
tələbinin təmin olunması barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir.

Kassasiya şikayətinə qarşı verilmiş etiraz:

K

assasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

      Məhkəmə iclasında iştirak edənlərin izahatları:

 
İddiaçıın vəkili Əliyev İsa Musa oğlu göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası

məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun
pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08
oktyabr 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə
yeni qərar qəbul edilməsini xahi

ş edir.

Cavabdeh vəkili Aslanov Emil Mustafa oğlu göstərmişdir ki, işə baxarkən apellyasiya

instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual
qanun pozuntularına yol verməmişdir. Ona görə də, Şəki Apellyasiya Məhkəməsinin Mülki
Kollegiyasının 08 oktyabr 2018-ci iltarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

Hüquqi məsələlər:

 
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq

kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və
prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır,

yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır.
Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası
məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi
məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad
olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına

istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək
lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən
olunması ədalətli məhkəmə araşdırılması hüququnun pözulmasına dəlalət etməklə mübahisənin
hüquqi aktlarına təsir göstərə bilər.

Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki,Azərbaycan Respublikası Müdafiə

Nazirliyinin N saylı Hərbi Hissə Qazax 5 saylı şəhərciyin Mənzil İstismarı Sahəsinin verdiyi 30.08.2016-cı il
tarixli 83 saylı arayışa görə, İddiaçı Qazax şəhəri ünvan 1 ünvanında yaşayır.

30 avqust 2016-cı il tarixli, 21 və 109 saylı qəbzlərə görə, İddiaçı hazırkı iddia tələbi ilə bağlı banka

30 manat dövlət rüsumu ödəmişdir.

Qаzаx Rаyоn Məhkəməsinin 27 nоyаbr 2015-ci il tаrixli 2(023)-1961/2015 nömrəli qətnаməsinə

əsasən, cаvаbdeh 7322.50 mаnаt məbləğində pulun аlınаrаq iddiаçı verilməsi qət edilmişdir.

Qax Rayon Mərkəzi Xəstəxanasının 25.03.2017-ci il tarixli 253 nömrəli arayışa görə, Qax şəhər sakini

1980-ci il təvəllüdlü Cavabdeh 17.03.2017-ci il tarixdən arayış verilən tarixədək Qax RMX-ın yoluxucu
xəstəliklər şöbəsində stasionar müalicə almışdır.

Qax Rayon Mərkəzi Xəstəxanasının 03.04.2017-ci il tarixli 293 nömrəli məktubuna görə, Cavabdeh

03.04.2017-ci il tarixdə Qax RMX-ın yoluxucu xəstəliklər şöbəsində müalicəsi bitdiyi üçün evə
buraxılmışdır.

“xxxx” ASC-in Qazax rayon filialının 05 fevral 2018-ci il tarixli 62 nömrəli arayışa görə, İddiaçı

“xxxx” ASC-in Qazax rayon filialından 18.09.2014-cü il tarixində 03 il müddətinə 10000 manat GT kredit
məhsulu götürmüşdür və aylıq ödənişi 403.04 manat olmaqla, cəmi 14633.09 manat ödəyərək kreditini tam
bağlamışdır.

Hal-hazırda “xxxx” ASC-yə heç bir kredit borcu qalmamışdır. 4 İddiaçı təqdim etdiyi məxaric

orderlərinə görə, 2014-cü ilin mart, iyun, iyul, sentyabr, oktyabr, dekabr aylarında “xxxx” ASC-yə onun
tərəfindən aylıq ödənişlər edilmişdir.

Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki

Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3-cü maddələrinin normasını tətbiq etmişdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə müvafiq olaraq, bir mülki

iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən
şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları

araşdırmalı və onlardan istifadə etməlidir.

Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası

kimi istinad etdiyi halları sübut etməlidir.

 İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv

edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apellyasiya instansiyası
məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə, işin hallarına qeyri-obyektiv
yanaşılaraq tamamilə əsassız qətnamə qəbul edilməsinə istinad etmişdir.

Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi

qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq
məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir
sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar
əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə

əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28
dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına
uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü
tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər
sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə
göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır.

Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid

ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların
qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24

noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə
tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər
sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər
normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul
edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”.

Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya

şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş
üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir.

Bundan əlavə kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci

maddəsinə müvafiq olaraq öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.

Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən

etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına
yol verməmişdir.

Kassasiya şikayətinə baxılmasının nəticələri:

Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq

olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol
verilməmişdir.

Kassasiya şikayətinin dəlilləri Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08

oktyabr 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir.

Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALİR:

 
Kassasiya şikayəti təmin edilməsin.
Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2018-ci iltarixli qətnaməsi

dəyişdirilmədən saxlanılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.
 
 
Sədrlik edən:
 
Əsli ilə düzdür.
Ali Məhkəmənin hakimi                                                                  Vəfaddin İbayev