2[102]-1118/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-1118/2019

15.02.2019

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Mülki Kollegiyasının

QƏRARİ


        “15” feval 2019-cu il            iş №2(102)-1118/19                   Bakı şəhəri
 
 
     Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin

hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə
Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə
Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı və vəkili X3 iştrakları  ilə

     

İddiaçı  

İddiaçı Şəki  Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının  02  oktyabr

 2018-ci tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq,    

 
                                                MÜƏYYƏN  ETDİ:
 

İsmayıllı

Rayon

Məhkəməsinin

24

may

2018-ci

il

tarixli

qətnaməsi

ilə

(hakim:R.S.Şirinov;

2(037)-307/2018

)

iddiaçı  İddiaçı cavabdehlər  Cavabdeh1 və

Cavabdeh2n, üçüncü  şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi
İdarəsinə qarşı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə mülkiyyətdə olan,
həyətyanı torpaq sahələrinin ərazi üzrə faktiki yerləşmə koordinatlarının düzgün müəyyən
edilməsini, fərdi yaşayış evindən məcburi qaydada çıxarılmasını, torpaq sahəsində tikilmiş
otağın sökülməsi və əvvəlki vəziyyətinə gətirilməsi tələbi bаrədə iddia tələbi təmin edilmiş,
İsmayıllı rayon X19 Komissiyasının 23 dekabr 1998-ci il tarixli 65 saylı qərarı ilə 05 fevral
2005- ci il tarixdə X12 Komitəsinin İsmayıllı rayon şöbəsi tərəfindən ***************** nömrəli
“Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə İddiaçı və ailə üzvlərinin birgə
mülkiyyətinə verilmiş İsmayıllı rayon *************** kəndində yerləşən 0.14 hektar həyətyanı
torpaq sahəsinin koordinatları orada inşa olunmuş fərdi yaşayış evinin texniki
inventarizasiyasına dair pasporta uyğun ərazi üzrə dəyişdirilməsi, İsmayıllı rayon X19
Komissiyasının 23 dekabr 1998-ci il tarixli 65 saylı qərarı ilə 05 fevral 2005- ci il tarixdə X12
Komitəsinin İsmayıllı rayon şöbəsi tərəfindən Cavabdeh1 və ailə üzvlərinin birgə 2
mülkiyyətlərinə verilmiş ************************  nömrəli “Torpağın mülkiyyətə verilməsinə
dair” şəhadətnamə üzrə 0.19 hektar həyətyanı torpaq sahəsinə verilmiş şəhadətnamə
koordinatları iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin yeni
koordinatlarına uyğun dəyişdirilməsi, İddiaçı məxsus fərdi yaşayış evindən və torpaq
sahəsindən Cavabdeh2 ailəsi ilə birlikdə çıxarılması və otağın boşaldılması, İddiaçı

mülkiyyətində olan torpaq sahəsində Cavabdeh2 tərəfindən tikilmiş otaq onun hesabına
sökülməsi və həmin torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi

qət edilmişdir.

Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının  02 oktyabr  2018-ci tarixli

qətnaməsi ilə (hakimlər:İ.F.Quliyev (sədrlik edən), Ə.T.Məcidov,M.A.Əsədli; 2(107)-
1997/2018) iddiaçı  cavabdehlər Cavabdeh1 və Cavabdeh2  apellyasiya şikayəti qismən
təmin edilmiş,

İsmayıllı Rayon Məhkəməsinin 24 may 2018-ci il tarixli qətnaməsi

ləğv

edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş,

     iddiaçı  İddiaçı cavabdehlər  Cavabdeh1 və

Cavabdeh2, üçüncü  şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi
İdarəsinə qarşı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə mülkiyyətdə olan,
həyətyanı torpaq sahələrinin ərazi üzrə faktiki yerləşmə koordinatlarının düzgün müəyyən
edilməsini, fərdi yaşayış evindən məcburi qaydada çıxarılmasını, torpaq sahəsində tikilmiş
otağın sökülməsi və əvvəlki vəziyyətinə gətirilməsi tələbi rədd edilmiş, iddiaçı  İddiaçı
ödədiyi 20 manat dövlət rüsumu özünə aid edilmişdir.

  
  İşin halları
 

     İddiaçı cavabdehlər  Cavabdeh1 və Cavabdeh2n, üçüncü  şəxs Daşınmaz Əmlakın
Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “Torpağın mülkiyyətə verilməsinə
dair” şəhadətnamə üzrə mülkiyyətdə olan, həyətyanı torpaq sahələrinin ərazi üzrə faktiki
yerləşmə koordinatlarının düzgün müəyyən edilməsini, fərdi yaşayış evindən məcburi
qaydada çıxarılmasını, torpaq sahəsində tikilmiş otağın sökülməsi və əvvəlki vəziyyətinə
gətirilməsi tələbi ilə məhkəməyə müraciət edərək ***************** nömrəli “Torpağın
mülkiyyətə verilməsinə dair” şəhadətnamə

 ilə onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə 

verilmiş

İsmayıllı rayon **********  kəndində yerləşən 0.14 hektar həyətyanı torpaq

sahəsinin  ərazi üzrə koordinatlarının orada inşa olunmuş  ona məxsus fərdi yaşayış
evinin 1989-cu ildə tərtib olunmuş  texniki pasporta uyğun dəyişdirilməsi, ****************** 
nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə Cavabdeh1 və ailə
üzvlərinin birgə mülkiyyətinə verilmiş  0.19 hektar həyətyanı torpaq sahəsinin ərazi üzrə
koordinatlarının  iddiaçının

və ailə üzvlərinin mülkiyyətlərinə  verilmiş  torpaq sahısinin

yeni

 koordinatlarına uyğun  dətişdirilməsi,fərdi yaşayış evinə aid texniki pasporta uyğun olaraq
ona məxsus evdən və torpaq  sahəsindən    Cavabdeh2 ailəsi  ilə birlikdə çıxarılması,
otağın boşaldılması, mülkiyyətində olan torpaq sahəsində Cavabdeh2

tikdirdiyi otağın Q6

hesabına sökülməsi və əvvəlki vəziyyətinə gətirilməsi  barədə  

qətnamə çıxarılmasını

xahiş etmişdir.

 İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı rayonu ***************

kəndində yerləşən 0.32 hektar həyətyanı torpaq sahəsində 1967-ci ildə 3 otaqdan ibarət
fərdi yaşayış evi inşa etdirmişdir.1989-cu il tarixli 39 saylı fərdi yaşayış fonduna daxil olan
yaşayış evinin texniki inventarizasiyasına dair pasportuna əsasən həmin fərdi yaşayış evi
ona və X6 məxsus olmaqla yaşayış sahəsi 58.05 kv.m, köməkçi sahəsi 51.01 kv.m olan bir
mənzildən və iki yaşayış otağından ibarətdir. İkinci cavabdeh ailə həyatı qurduqdan sonra
o, fərdi yaşayış evinin bir otağını müvəqqəti olaraq yaşaması üçün ona vermişdir. İkinci
cavabdeh həmin evdə bir müddət yaşamış, sonra onun icazəsi olmadan müvəqqəti
yaşadığı evə bitişik ev inşa etməyə başlamışdır. O, ikinci cavabdehə və ailəsinə müvəqqəti
verdiyi otağı tərk etmələrini və inşa etməyə başladığı evi sökməyi tələb etsə də, sonuncu
sözügedən otaqdan çıxmaqdan və evi sökməkdən imtina etmişdir. 3 Sonradan ona məlum
olmuşdur ki, evin yerləşdiyi torpaq sahəsinin bir hissəsi birinci cavabdehin və ailə
üzvlərinin adına rəsmiləşdirilərək onlara ********************  saylı şəhadətnamə verilmiş və
həmin torpaq sahəsinin onlara məxsus olması kimi göstərilmişdir. Aqrar islahatı aparılan
zaman həmin fərdi yaşayış evinin və torpaq sahəsinin onun qanuni istifadəsində olması
faktı nəzərə alınmamış və nəticədə ***************** nömrəli Torpağın mülkiyyətə
verilməsinə dair şəhadətnamə üzrə onun mülkiyyətinə verilmiş 0.14 hektar həyətyanı
torpaq sahəsinin, eləcə də birinci cavabdehin və ailə üzvlərinə verilmiş ******************** 
nömrəli mülkiyyətdə olan 0.19 hektar həyətyanı torpaq sahəsi üzrə faktiki yerləşmə
koordinatları düzgün müəyyən edilməmiş, ona məxsus fərdi yaşayış evinin bir hissəsi

cavabdehin mülkiyyətinə verilmiş torpaq sahəsinin üzərinə düşmüşdür. Ona görə də iddia
tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.

Kassasiya şikayətinin  dəlilləri
 

      

İddiaçı  

İddiaçı  kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin

qətnaməsinin  ləğv edilərək mülki işin yenidən baxılması üçün həmin məhkəməyə
göndərilməsi barədə  qərar çıxarılmasını xahiş etmişdir.

Kassasiya

şikayəti

onunla

əsaslandırılmışdır

ki,

apellyasiya

instansiyası

məhkəməsinin qətnaməsi  Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2,
14.2, 88,106.1, 217.1, 217.4-cü maddələrinin, Azərbaycan Respublikası Konstitusiyasının
60,71-ci maddələrinin tələblərinin pozulması ilə çıxarılmış,işin faktiki halları nəzərə
alınmamış,  nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir.

          Tərəflərin izahatları
 

         Məhkəmə kollegiyasının iclasında  İddiaçı və

vəkili X11 kassasiya şikayətinin

məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər.

           Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada 
məlumatlandırılmalarına  baxmayaraq cavabdehlər və 3-cü şəxs  heç bir üzrlü səbəb
göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər.
         Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə
əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.
 
           

       Hüquqi məsələlər
       Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya

instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və
prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

       Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını

araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-
olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi  tərəfindən işin faktiki halları
yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq
normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün
qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması
vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına
istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd
etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət
edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına
dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər.

  Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və

məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən işdə olan 18 dekabr 2017-ci il tarixli

116 nömrəli İsmayıllı RİHB-nin *************** kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş

arayışa əsasən *************** kənd sakini İddiaçı adına *************** kənd İƏD üzrə

nümayəndəliyinin təsərüfatbaşına kitabında (səhvə 80-81) onun adına 0.32 hektar həyətyanı

torpaq sahəsi qeydə alınmışdır.

1989-cu il tarixli 39 saylı fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki

inventarizasiyasına dair pasportuna əsasən həmin fərdi yaşayış evi İddiaçı və X6 məxsus olmaqla

yaşayış sahəsi 58.05 kv.m , köməkçi sahəsi 51.01 kv.m olan bir mənzildən və iki yaşayış otağından

ibarətdir.Həmin fərdi yaşayış evinin bir hissəsi İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətlərinə 5

verilmiş 0.14 hektar həyətyanı torpaq sahəsinin, bir hissəsi isə Cavabdeh1 və onun ailə üzvlərinin

birgə mülkiyyətlərinə verilmiş 0.19 hektar həyətyanı torpaq sahəsinin üzərində yerləşir.

05 fevral 2005-ci il tarixli JN – *****************  nömrəli “Torpağın Mülkiyyətə

verilməsinə dair” şəhadətnaməsinə əsasən İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 23 dekabr

1998-ci il tarixli 65 saylı qərarına əsasən İsmayıllı rayon *************** kəndində İddiaçı və ailə

üzvlərinin birgə mülkiyyətinə 0.14 hektar həyətyanı torpaq sahəsi verilmişdir.

05 fevral 2005-ci il tarixli ******************  nömrəli “Torpağın Mülkiyyətə verilməsinə

dair” şəhadətnaməsinə əsasən İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 23 dekabr 1998-ci il

tarixli 65 saylı qərarına əsasən İsmayıllı rayon *************** kəndində Cavabdeh1 və ailə

üzvlərinin birgə mülkiyyətinə 0.19 hektar həyətyanı torpaq sahəsi verilmişdir.

Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi idarəsinin 18 aprel 2018-ci

il tarixli ********** nömrəli arayışına əsasən tərəflərin mülkiyyətində olan torpaq sahələrinəbaxış

keçirilmiş, çöl ölçmə işləri aparılaraq məlumatlar elektron baza məlumatları ilə müqayisə edilərək

araşdırması ilə müəyyən edilmişdir ki, 1989-cu il tarixdə tərtib olunmuş Texniki Pasporta əsasən

İddiaçı və X9ma məxsus olan fərdi yaşayış evinin bir hissəsi torpağın mülkiyyətə verilməsinə dair

JN-016F (kod ********) saylı şəhadətnaməyə əsasən İddiaçı və onun ailə üzvülərinin ümumi birgə

mülkiyyətində olan 0.14 ha həyətyanı torpaq sahəsinin, bir hissəsi isə torpağın mülkiyyətə

verilməsinə dair ***************** saylı şəhadətnamə əsasən Cavabdeh1 və onun ailə

üzvülərinin ümumi birgə mülkiyyətində olan 0.19 ha həyətyanı torpaq sahəsinin üzərində yerləşir.

 Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına əsasən 1989-cu il tarixdə tərtib

olunmuş Texniki Pasporta əsasən İddiaçı və X9ma məxsus olan fərdi yaşayış evinin bir hissəsi

torpağın mülkiyyətə verilməsinə dair ******** (kod ********) saylı şəhadətnamə əsasən

Cavabdeh1 və onun ailə üzvülərinin ümumi birgə mülkiyyətində olan 0.19 ha həyətyanı torpaq

sahəsinin üzərinə düşdüyündən və eyni zamanda 1989-cu il tarixdə tərtib olunmuş Texniki Pasporta

əsasən İddiaçı və X9ma məxsus olan fərdi yaşayış evini bir hissəsinə Cavabdeh2 iddialı olduğundan

*********  (kod ********) saylı şəhadətnaməyə əsasında İddiaçı və ailə üzvülərinin ümumi birgə

mülkiyyətdə olan 0.14 ha torpaq sahəsini plan cizgisində dəyişiklik edilərək fərdi yaşayış evini

yerləşdiyi torpaq sahəsi ilə birgə İddiaçı və ailə üzvülərinin adına qeydiyyata alınması mümkün

deyildir.

Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinin 04 may 2018-ci il tarixli

sorğuya cavab məktubundan görünür  ki, İsmayıllı rayonu *************** kəndində yerləşən

“Torpağın mülkiyyətə verilməsinə dair” ***************  nömrəli şəhadətnaməyə əsasən İddiaçı

və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0.14 hektar həyətyanı torpaq sahəsi və

İsmayıllı rayonu *************** kəndində yerləşən “Torpağın mülkiyyətə verilməsinə dair”

***************  nömrəli şəhadətnaməyə əsasən Cavabdeh1 və onun ailə üzvlərinin ümumi

birgə mülkiyyətində olan 0.19 hektar həyətyanı torpaq sahələrinə baxış keçirilərək çöl ölçmə işləri

aparılmış və çöl ölçmə işləri nəticəsində əldə olunan məlumatlar kameral şəraitdə elektron kadastr

baza məlumatları ilə müqayisə edilərək mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq

araşdırılmış və araşdırma nəticəsində müəyyən olunmuşdur ki, torpağın mülkiyyətə verilməsinə

dair ************  və *************  nömrəli şəhadətnamələrin plan cizgisində X8 və İddiaçı

verilmiş 1989-cu il tarixli 39 nömrəli fərdi yaşayış evinin texniki pasportuna uyğun dəyişiklik edildiyi

halda hər iki tərəfin mülkiyyətində olan həyətyanı torpaq sahəsindən maneəsiz istifadə edilməsi

mümkündür.

Birinci instansiya məhkəməsi tərəfindən iddiaçı və cavabdehin iştirakı ilə Cavabdeh1 və ailə

üzvlərinin adına verilmiş, “Torpağın mülkiyyətə verilməsinə dair” ***************** nömrəli

şəhadətnaməyə əsasən İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0.14 hektar

həyətyanı torpaq sahəsi və ************  nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair”

şəhadətnaməyə əsasən Cavabdeh1 və onun ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0.19 hektar

həyətyanı torpaq sahəsinə yerində müayinə keçirilmişdir. Yerində müayinə zamanı müəyyən

edilmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” ************ nömrəli şəhadətnaməyə

əsasən İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0.14 hektar həyətyanı

torpaq sahəsi “Torpağın mülkiyyətə verilməsinə dair” ***************  nömrəli şəhadətnaməyə

əsasən Cavabdeh1 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0.19 hektar həyətyanı

torpaq sahəsi ilə həmsərhəddir. 1989-cu il tarixli 39 saylı fərdi yaşayış fonduna daxil olan yaşayış

evinin texniki inventarizasiyasına dair pasportda İddiaçı və X6 məxsus olduğu göstərilən fərdi

yaşayış evinin bir hissəsi İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş 0.14 hektar

həyətyanı torpaq sahəsinin, bir hissəsi isə Cavabdeh1 və onun ailə üzvlərinin birgə mülkiyyətlərinə

verilmiş 0.19 hektar həyətyanı torpaq sahəsinin üzərində yerləşir

İsmayıllı rayon Dövlət Arxivi tərəfindən verilmiş 08.09.2017-ci il tarixli 346 saylı arayışına

əsasən  İsmayıllı rayon İİİ nömrəli arxiv fondunda saxlanılan *************** kənd İƏD-nin 1972-

2005-ci illərin Təsərrüfatbaşına kitabda M6 və onun ailəsinin istifadəsində 0.10 ha torpaq sahəsi

olması, evin tikinti tarixi bir yerdə 1969, başqa yerdə isə 1975-ci ildə tikilməsi qeyd edilmişdir.

İsmayıllı rayon Dövlət Arxivi tərəfindən verilmiş 28 iyun 2018-ci il tarixli, 23 saylı sorğuya

cavab məktubu və həmin məktuba əlavə edilmiş çıxarışa əsasən İsmayıllı rayon ***************

kənd İƏD-nin 1969-1971-ci illərə dair təsərrüfatbaşına kitablarında 34 nömrəli şəxsi hesab

səhifəsində 1969-1971-ci illərdə Ailə başçısı olmuş X4nun həyətyanı torpaq sahəsi 0,10 hektar

olmuş, yaşadığı evin tikildiyi tarix qeyd edilməmişdir. Həmin arayışda İddiaçı atası P6 ailə üzvü kimi

ayrı, özü ailə başçısı göstərilməklə ayrı təsərrüfat kimi qeyd olunmuşdur. Onun ailə üzvlərinin

sırasına arvadı Ş8 və oğlu S6 daxil edilmişdir. İddiaçı həyətyanı torpaq sahəsi 1969-cu ildə 0,06,

1970-ci il də 0,04 və 1971-ci ildə 0,03 hektar olmuş, yaşadığı evin tikildiyi tarix göstərilməmişdir.

1983-85-ci illərə aid kitablarada Ailə başçısı olmuş X4nun 0,10 hektar həyətyanı torpaq sahəsi

olduğu, yaşadığı evin 1968-ci ildə tikildiyi, özünün isə 11.12.1985-ci il tarixdə ölməsi qeyd

edilmişdir. İşə əlavə edilmiş, İsmayıllı rayonu *************** kənd ərazisinin kompleks

yerquruluşu layihəsindən çıxarışdan da görünür ki, tərəflərin mülkiyyətinə verilmiş həyətyanı

torpaq sahələrinin koordinatları (**************  və ************  nömrəli “Torpağın

Mülkiyyətə verilməsinə dair” şəhadətnamələr və cizgiləri eynidir.
         Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilir ki,
  mülkiyyətçi özgəsinin qanunsuz sahubliyindən öz əmlakını geri tələb edə bilər.
        İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən
etmişdir ki,  birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları hərtərəfli tam
araşdırılaraq müəyyən edilməmiş, maddi hüquq normaları düzgün tətbiq edilməmiş,
nəticədə qanunsuz və əsassız qatnamə qəbul edilmişdir. İddiaçı və Cavabdeh1 atası
X4nun qanuni istifadəsində olmuş 0,10 kektar həyətyanı torpaq sahəsi olmuş və həmin
sahədə, 1968-ci ildə tikilmiş fərdi yaşayış evində onun vəfatına kimi tərəflər birlikdə
yaşamışlar. 1989-cu ildə tərtib edilmiş texniki pasportdan görünür ki, onların istifadəsində
sənəd üzrə 0,10 ha, faktiki istifadələrində isə 2010 kv metr torpaq sahəsi olmuşdur.
Mərhum X2 fərdi yaşayış evini şərti olaraq iki övladı arasında iki hissəyə bölmüş, bir-birinin
əksində olan iki giriş qapısı qoydurmuşdur. X14 sağlığında tərəflərinin hazırda istifadə
etdikləri qaydada-torpağı və evi bölərək paylarını müəyyən etmişdir. Tərəflər öz faktiki
istifadələrində olan torpaq sahəsində ayrıayrılıqda giriş darvazası, mal tövləsi, təndirxana
və s. yardımçı tikililər tikmişdir. Hazırda dəmir dam örtüyünün rənglərinin müxtəlif olması
da bunu təsdiq edir. İddiaçıların yaşadığı hissədə özü ilə iddiaçılar, digər hissədə
cavabdehlər yaşamışlar. Fərdi yaşayış evininin bölgüsünə uyğun olaraq istifadədə olan
torpaq sahəsinin də sərhədləri müəyyən edilərək metal torla hasarlanmış və 1970-ci
illərdən tərəflər faktiki vəziyyətə uyğun torpaq sahəsindən maneəsiz istifadə edilmişdir.
Torpaq islahatı zamanı tərəflər qanuni istifadələrində olandan artıq torpaq sahəsini zəbt
edib istifadə etdikləri üçün kənd üzrə müəyyən edilmiş əmsal tətbiq edilərək əmlak pay
torpaqlarından zəbt etdikləri sahə əvəzlənmişdir. İsmayıllı rayonu *************** kənd
ərazisinin kompleks yerquruluşu layihəsindən çıxarışla da tərəflərin mülkiyyətinə verilmiş
həyətyanı torpaq sahələrinin koordinatları (************  və *************  nömrəli “Torpağın
Mülkiyyətə verilməsinə dair” şəhadətnamələr) və cizgiləri eynidir. Hətda fərdi yaşayış
evinin sərhədləri ilə həyətyanı torpaq sahələrinin sərhədlərinin də eyni olduğu aşkar
görünür. X1 və İddiaçı məxsus olan fərdi yaşayış evinin 1989- cu il tarixli, 39 nömrəli
texniki pasportun 2-ci səhifəsində torpaq sahəsinin qanuni istifadədə olduğu ölçü də 0,10
ha göstərilmişdir. İddiaçı və onun ailə üzvlərinin qanuni istifadəsində heç vaxt 0,34 ha
torpaq sahəsi 9 olmamışdır. May 1989-cu ildə tərtib edilmiş yaşayış evinin texniki

pasportundan da görünür ki, həmin texniki pasport yalnız iddiaçının adına deyil, həmdə
analığı X5 adına tərtib edilmişdir. Göstərilən həyatyanı yalnız iddiaçıya və onun ailəsinə
deyil, atalarının sağlığında tikilmiş evdə yaşayan və həyatyanı sahədən istifadə edən ailə
üzvlərinin hamısının istifadəsində olmuşdur. İddiaçı məhkəmə kollegiyasının iclasında
yaşayış evinin onun tərəfindən tikildiyini göstərsə də, lakin bunları təsdiq edən heç bir
sübutu məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Əksinə təsərrüfatbaşına kitabda
qeydlərdən aydın olur ki, həyətdə olan yaşayış evi 1968-ci ildə tikilməklə Ş6 adına qeydə
alınmışdır. İndiyə kimi yaşayış evinin mülkiyyət sənədi olmamışdır. Təsərrüfatlara heç
birinin adına reyestrdən çıxarış verilməmişdir. Ona görə də iddiaçının Cavabdeh2 otaqdan
çıxarılması barədə tələb irəli sürməyə subyektiv hüququ yoxdur. İddiaçının özü mübahisəli
evdə hansı hansı hüquqla yaşayırsa, cavabdehlərdə həmin hüquq əsasında yaşayırlar.
Bundan əlavə İddiaçı və X5 adına may 1989-cu ildə tərtib edilmiş yaşayış evinin texniki
pasportu özlüyündə mübahisəli torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənəd
olmadığından mülkiyyət sənədlərinin dəyişdirilməsi üçün hüquqi əsas ola bilməz. Ona
görə də qeyd edilən texniki pasport cavabdehlərin mülkiyyətində olan 0.19 ha torpaq
sahəsi üçün verilmiş ************* nömrəli “torpağın mülkiyyətə verilməsinə dair”
şəhadətnamənin

koordinatlarının

texniki

pasportda

göstərilən

torpaq

sahəsinin

koordinatlarına uyğun dəyişdirilməsi tam qanunsuz və əsassızdır. Cavabdehlərin adına
olan “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin məzmunun və tamamlığı
prezumsiyası vardır.

       Beləliklə, iş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək 
apellyasiya instansiyası məhkəməsi düzgün olaraq birinci instansiya məhkəməsinin
qətnaməsini ləğv edib, iddia tələbinin  təmin edilməməsi barədə qanuni və əsaslı qətnamə
qəbul etmişdir.
  

    İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki,

apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq
normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə
dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və
əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas
ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır.

     Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin

416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası       

Q Ə R A R A  A L D İ :


      Kassasiya şikayəti təmin edilməsin.
      Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 02  oktyabr  2018-ci il

tarixli  qətnaməsi dəyişdirilmədən saxlanılsın. 

      Qərar qəbul edildiyi andan qüvvəyə minir.
 
 

            Sədrlik edən:                                                              Əli Rüstəmov
 
            Hakimlər:                                                                     Mehparə Əhmədova
 
                                                                                                   Əhməd Nurməmmədov
 
 
          Əsli ilə düzdür:
          Azərbaycan Respublikası
          Ali Məhkəməsinin hakimi                                               Əli Rüstəmov