2[102]-1123/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-1123/2019

15.02.2019

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Mülki Kollegiyasının

 

Q Ə R A R İ

 

15 fevral 2019-cu il           İş № 2(102)-1123/2019                    Bakı şəhərində

 
Azərbaycan

Respublikası

Ali

Məhkəməsinin

Mülki

Kollegiyasının

hakimləri

Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq
qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi ilə,

Cavabdeh tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-

2090/2018 nömrəli iş üzrə 27 sentyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya
şikayəti üzrə işə baxaraq,        

 

Müəyyən etdi:

 

İsmayıllı rayon məhkəməsinin (hakim Rəfayel Şirinov) 31 may 2018-ci il tarixli 2(037)-

03/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh “xxxx” (Azərbaycan) Açıq
Səhmdar Cəmiyyətinin xeyrinə 4292,16 ABŞ dolları əsas borc, 371,99 ABŞ dolları faiz borcu,
18,60 ABŞ dolları cərimə borcunun ödəniş gününə tətbiq olunan dərəcədə Azərbaycan manatı
məzənnəsi ilə hesablanmaqla cəmi - 4682,75 ABŞ dolları və dövlət rüsumunun əvəzi kimi 30
manatın tutulması, tələbin girov predmeti olan, Cavabdeh məxsus “Shevrolet Aveo minik”
markalı **-EV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi, avtomobilin açıq
hərracda satılması, avtomobilin ilkin satış qiymətinin 11000 manat müəyyən olunması, girov
(ipoteka) predmetinin satışından əldə olunan vəsaitin 4682,75 ABŞ dolları və 30 manat
məbləğin ödənilməsinə yönəldilməsi, Cavabdeh ilə “xxxx” (Azərbaycan) Açıq Səhmdar
Cəmiyyəti arasında bağlanmış 114929-1-7646 saylı 08 iyul 2013-cü il tarixli kredit
müqaviləsinin ləğv edilməsi qət edilmiş, iddia tələbi ipoteka predmeti olan avtomobilin aşkar
edildiyi yerdə dayandırılması və avtomobilin saxlanması üçün Azırbaycan Respublikası DİN
Baş Dövlət Yol Polisi İdarəsinin cərimə meydançasına yerləşdirilməsinə dair hissədə rəd
edilmişdir. İş üzrə 50 manat ekspertiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi və iş üzrə 120 manat
ekspertiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə
Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Mahir Əsədli - sədrlik edən

və məruzəçi, Ələddin Məcidov, İnşallah Quliyev) 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İsmayıllı rayon
məhkəməsinin 31 may 2018-ci il tarixli qətnаməsi dəyişdirilmədən saxlanılmışdır.

 

İşin halları:

 

İddiaçı “xxxx” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə

məhkəməyə müraciət edərək 4300,17 ABŞ dolları məbləğində əsas borc, 463,61 ABŞ dolları

faiz borcu, 18,60 ABŞ dolları cərimə - cəmi 4782,38 ABŞ dolları borcun (qətnamənin icra
olunduğu günə olan manat məzənnəsi ilə) və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30
manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi, tələbin girov (ipoteka) predmeti olan
“Shevrolet Aveo minik” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə
yönəldilməsi və avtomobilinin açıq hərracda satılaraq satışdan əldə olunmuş vəsait hesabına
banka olan borcun və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun
ödınilməsi, qeyd edilən avtomobilin aşkar edildiyi yerdə dayandırılması və avtomobilin
saxlanması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin cərimə
meydançasına yerləşdirilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış 114929-1-7646 saylı
08.07.2013-cü il tarixli “Avtomobil kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul
edilməsini məhkəmədən xahiş etmişdir.

İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir.
 

Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz:

 

Cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının

27 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün
apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş
etmişdir.

Əsasları apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə

olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq
normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət
verməmişdir.

 

Tərəflərin izahatları:

 
Məhkəmə

kollegiyası

iclasının

yeri

vaxtı

barədə

lazımi

qaydada

məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin
səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası
Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan
baxılmasını mümkün hesab etdi.

 

Hüquqi məsələlər:

 

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən

kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və
prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını

araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul
olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən
maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq
zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi
kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir.

Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin

dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya
Məhkəməsi mülki kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən
saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür

ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 08 iyul 2013-cü il tarixli 114929-1-7646 saylı
avtomobil krediti müqaviləsi və həmin tarixli 114929-16-10593 saylı ipoteka müqaviləsinə
əsasən iddiaçı tərəfindən cavabdehə avtomobilin satın alınması məqsədi ilə illik 16 % olmaqla
36 ay müddətinə 13535 ABŞ dolları məbləğində kredit verilmiş, cavabdeh kredit məbləğindən
təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə və ödəniş
qrafikinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin təminatı kimi
cavabdehin aldığı “Shevrolet Aveo” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı minik avtomobili
bankın xeyirinə girov (ipoteka) qoymuşdur. Cavabdeh müqavilə müddəti ərzində hər ay əsas
borcu və faiz borcunu ödəniş cədvəli əsasında ödəməklə cəmi 17115,35 ABŞ dolları kredit
borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehə məxsus olan “Shevrolet Aveo”
markalı **-EV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iddiaçının xeyrinə girov

qoyulması ilə bağlı həmin orqanda müvafiq qeydiyyat aparılmışdır. Cavabdeh müqavilənin
şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi
və yazılı xəbərdalıqlar edilməsinə baxmayaraq borcun ödənilməsini təmin etməmişdir.
Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini icra etmədiyi üçün borcun
ipoteka predmetinə yönəldilməsi prosedurunun başlanacağı barədə müvafiq bildiriş cavabdehə
rəsmi qaydada verilmiş və həmin bildiriş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş
Dövlət Yol Polisi İdarəsinin müvafiq Şöbəsində qeydiyyata alınmışdır. Keçirilmiş mühasibatlıq
ekspertizasının 27 dekabr 2017-ci il tarixli 20745 saylı rəyi ilə 29 iyun 2016-cı il tarixə
cavabdehin banka 4292,16 ABŞ dolları əsas, 371,99 ABŞ dolları faiz - cəmi 4664,15 ABŞ
dolları borcu olduğu, hazırki tədqiqatla cərimə hesablanmadığını göstərilmişdir. Bundan başqa
keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 may 2018-ci il tarixli 7903 nömrəli
ekspert arayışı və eksretiza xərclərinə dair bildirişi ilə “Shevrolet Aveo minik” markalı, 2012-ci il
buraxılışlı, heçbek tipli mühərrik gücü 1400 sm. kub olan normal  vəziyyətdə saxlanılmış
istifadəyə yararlı avtomobilin nəzəri orta bazar qiymətinin təxminən 11000  manat olduğu,
aparılmış tədqiqatın dəyərinin 120 manat olması göstərilmişdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq 

öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,
məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən
hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ
vardır.

Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə

iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər
iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını
müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə
qаytаrmаğı öhdəsinə götürür.

Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə

onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür.

Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün

müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun
nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə
zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа
məsuliyyət dаşıyır.

Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə

ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа
edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir.

Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın

əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan
qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin

ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun
cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

Həmin Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış

təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır).

Həmin Məcəllənin 298-ci mаddəsinə görə girov qoyulmuş əşyаnın sаtılmаsı

nəticəsində götürülmüş məbləğdən, tutmаnın həmin əşyаyа yönəldilməsinə və onun
sаtılmаsınа çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdаn sonrа, girov
qoyаnın tələbləri ödənilir, qаlаn məbləğ girov qoyаnа verilir.

Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını

təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə,
ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini
gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi
barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka
saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana
ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən
artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.

“İpotekа hаqqındа” Qаnunun 1.0.6-cı mаddəsinə görə ipotekа hüququ borclu əsаs

öhdəliyi icrа etmədikdə, ipotekа sаxlаyаnın ipotekа predmetinə tutmаnın yönəldilməsi
hüququdur.

Həmin Qаnunun 34.1.1-ci mаddəsinə görə ipotekа predmetinə tutmаnın yönəldilməsi

hüququnun əsаslаrındаn biri əsаs öhdəliyin, yаxud onun bir hissəsinin vаxtındа icrа
olunmаmаsıdır.

“İpotekа hаqqındа” Azərbаycаn Respublikаsı Qаnununun 39.1-ci mаddəsinə əsasən

ipotekа sаxlаyаn ipotekа müqаviləsi üzrə tələbinin ödənilməsi üçün iddiа ilə məhkəməyə
mürаciət edə bilər.

Həmin Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi

haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsaasında
qeydə alınmalıdır.

Həmin Qanunun 41.1-ci mаddəsinə əsаsən məhkəmənin qərаrı əsаsındа tutmа

yönəldilməsi proseduru məhkəmə icrаçısı tərəfindən həyаtа keçirilir və ipotekа predmeti
hərrаcdа sаtılır.

Birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq, iş üzrə keçirilmiş ekspert

rəyinə və sadalanan normalara istinad edərək iddianı yuxarıda göstərilən qaydada qismən
təmin etmişdir.

Apellyasiya şikayətinə əsasən qətnaməni apellyasiya qaydasıda yoxlayan apellyasiya

instansiyası məhkəməsi apellyasiya şikayətində göstərilən dəlillərə münasibət bildirərək qeyd
etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən cərimə məbləğinin
azaldılmaması hissəsində narazı qalsa da, birinci instansiya məhkəməsi iddiaçının əmlak
mənafelərini nəzərə almış və haqlı olaraq cərimə məbləğini azaltmamışdır. İpoteka predmeti
olan avtomobil ekspertiza tədqiqatına təqdim edilmədiyindən baxış keçirilmədən avotomobilin
hazırki istismar nəticəsində hansı vəziyyətdə olmasını müəyyən etmək mümkün deyildir. Ona
görə də istismarda olan avtomobilin qiyməti nəzəri hesablama yolu ilə şərti olaraq müəyyən
edilmişdir. Qeyd edilənlərə əsasənməhkəmə  bu qənaətə gəlmişdir ki, apellyasiya şikayətinin
dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola
bilməz.

Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək

hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki
Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə
mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
Kassasiya

şikayətinin

dəlilləri

apellyasiya

instansiyası

məhkəməsinin

qətnaməsinin

mübahisləndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz.    

Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi

hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya
məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə qiymət verildiyini və məhkəmə
kollegiyasının apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin
əsaslandırılması ilə razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual
hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və
apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət
yoxdur.

Odur ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 27 sentyabr 2018-ci il tarixli

qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.               

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

 

Qərara alır:      

 
Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki

kollegiyasının 2(107)-2090/2018 nömrəli iş üzrə 27 sentyabr 2018-ci il tarixli qətnaməsi
dəyişdirilmədən saxlanılsın.                           

Qərar qəbul edildiyi andan qüvvəyə minir.  
 
Sədrlik edən:         
Əsli ilə düzdür        
Ali Məhkəmənin hakimi                                                 Əhməd Nurməmmədov