2[102]-1129/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-1129/2019

15.02.2019

ALİ MƏHKƏMƏ

                                                          

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki Kollegiyasının

QƏRARİ

15 fevral 2019-cu il                İş № 2(102)-1129/19                                Bakı  şəhəri
 
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm

oğlunun sədrliyi və məruzəsi, hakimlər Mirzəliyev Əsəd Abdulla oğlu və Əliyev Ələsgər Əliabbas
oğlundan ibarət tərkibdə, Xankişiyev Şafiq Fəyyaz oğlunun katibliyi ilə, Cavabdeh Şəki Apellyasiya
Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya
şikayəti üzrə işə baxaraq  

MÜƏYYƏN ETDİ:

Cavabdeh Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli

qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün
apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

İşin halları:

İddiaçı Cavabdeh qarşı 20103 (iyirmi min bir yüz üç) manat borc pul və 30 (otuz) manat

dövlət rüsumu tələbinə

dair ilkin iddia ərizəsi ilə;

Cavabdeh İddiaçı qarşı 22 dekabr 2014-cü

il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə

Yevlax

rayon  məhkəməsinə müraciət etmişdilər.

Yevlax Rayon Məhkəməsinin 03 may 2018-ci il tаrixli qətnaməsi ilə (sədrlik edən

T.Əliyev

,

iş 2(039)-544/2018) İddiaçı Cavabdeh qarşı 20103 (iyirmi min bir yüz üç) manat borc pul və 30
(otuz) manat dövlət rüsumu tələbinə dair ilk iddiası qismən təmin edilərək, Cavabdeh 20000 (iyirmi
min) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat, cəmi
20030 (iyrimi min otuz) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, qalan hissədə ilk
iddianın təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı 22 dekabr 2014-cü il tarixli borc müqaviləsinin
etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə

(hakimlər G.Abbasov (sədrlik edən və məruzəçi), R.Rəfiyev və E.Hüseynov, iş №

2(107)-

2205/2018)iş üzrə Yevlax rayon məhkəməsi

nin

03 may 2018-ci il

tarixli qətnaməsi

dəyişdirilmədən saxlanılmışdır.

Kassasiya şikayətinin dəlilləri:

Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya

instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də,
Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci iltarixli qətnaməsinin ləğv
edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir.

Kassasiya şikayətinə qarşı verilmiş etiraz:

K

assasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

      Məhkəmə iclasında iştirak edənlərin izahatları:

 
Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə

baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə
baxılmasını mümkün hesab etmişdir.

Hüquqi məsələlər:

 
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq

kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və
prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır,

yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır.
Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası
məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi
məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad
olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına
istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək
lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən
olunması ədalətli məhkəmə araşdırılması hüququnun pözulmasına dəlalət etməklə mübahisənin
hüquqi aktlarına təsir göstərə bilər.

Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki,Yevlax Rayon 1 saylı Notariat

Kontorunda təsdiq edilmiş 22 dekabr 2014-cü il tarixli borc müqaviləsinə görə, həmin müqavilə ilə kredit
verən İddiaçı kredit alan Cavabdeh 20000 manat məbləğində pulu üstünə faiz gəlmədən 28 may 2015-ci il
tarixədək vermiş, Cavabdeh isə 20000 manat məbləğində pulu 28 may 2015-ci il tarixədək qaytarmaq şərti
ilə ondan almışdır. Həmin müqavilənin 3-cü bəndinə görə, Cavabdeh bu müqavilədə göstərilən məbləği, yəni
20000 manatı 28 may 2015-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 7-ci bəndinə
əsasən, verilən borc qaytarılmadığı təqdirdə müqavilə məcburi icra ediləcəkdir. Tərəflər müqaviləni
imzalamış, müqavilə notarius tərəfindən təsdiq edilmişdir.

Apellyasiya

instansiyası

məhkəməsi

mübahisəli

hüquq

münasibətinə

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 442, 448.2, 739.1,
739.2, 742.1, 337.1, 339.2, 339.3-cü maddələrini tətbiq etmişdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir

şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak
verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə
borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

Mülki Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və

ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin
əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

Mülki Məcəllənin 442-ci mаdəsinin tələbinə görə, öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı

və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür.

Müki Məcəllənin 448.2-ci maddələrinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli

pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni
qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən)

pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,
digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü
əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür.

Mülki Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o,

kredit müqаviləsi аdlаnır.

Müki Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi

mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu
hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar
barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat
vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

Müki Məcəllənin 339.3-cü maddəsinə görə, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi

üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini
güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda
götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki
tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək
əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv

edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apellyasiya instansiyası
məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə, işin hallarına qeyri-obyektiv
yanaşılaraq tamamilə əsassız qətnamə qəbul edilməsinə istinad etmişdir.

Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi

qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq
məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir
sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar
əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə

əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28
dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına
uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü
tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər
sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə
göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır.

Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid

ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların
qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24

noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə
tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər
sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər
normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul
edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”.

Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya

şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş
üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir.

Bundan əlavə kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci

maddəsinə müvafiq olaraq öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.

Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən

etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına
yol verməmişdir.

Kassasiya şikayətinə baxılmasının nəticələri:

Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq

olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol
verilməmişdir.

Kassasiya şikayətinin dəlilləri Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03

oktyabr 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir.

Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALİR:

 
Kassasiya şikayəti təmin edilməsin.
Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci iltarixli qətnaməsi

dəyişdirilmədən saxlanılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.
 
 
Sədrlik edən:
 
Əsli ilə düzdür.
Ali Məhkəmənin hakimi                                                                  Vəfaddin İbayev