2[102]-116/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-116/2019

07.01.2019

ALİ MƏHKƏMƏ

                                                Azərbaycan Respublikası adından

   Azərbaycan Respublikası Ali Məhkəməsinin

Mülki Kollegiyasının

 

     QƏRARİ

 

              “07” yanvar  2019-cu il                    iş № 2(102)-116/19                  Bakı şəhəri
 
            Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası

  Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və

məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhmədoğlundan
ibarət tərkibdə, Süleymanova Xuraman Telman qızının katibliyi, İddiaçı və vəkili X3
iştirakları ilə,
           Cavabdeh1  Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının  04iyul 2018-cıtarixli
qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq,
 

MÜƏYYƏN  ETDİ:

 

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə

(hakim:R.Səmədov; 2(006)-1826/2017) İddiaçı cavabdehlər Bakı şəhəri  22 saylı Dövlət
Notariat Kontoru və Cavabdeh1 qarşıəqdin etibarsız hesab edilməsibarədə iddia tələbi
təmin edilməmişdir.

Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının  11 yanvar  2018-ci il tarixli

qətnaməsi ilə (hakimlər: V.Baxışova, V.Həsənov,N.Cəfərov; 2(103)-1296/18) iddiaçı
 İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Nəsimi  Rayon Məhkəməsinin 28 sentyabr
 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, işüzrəyeniqətnamə qəbul edilərək, iddia qismən
təmin edilərək 28.10.2016-cı il tarixdə İddiaçı adından nümayəndəsi X10 ilə Cavabdeh1
arasında bağlanmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 37,53 kv.m olan 2 otaqlı
mənzilin 1 otağının bağışlanması barədə 22 saylı DNK tərəfindən təsdiq edilmiş daşınmaz
əmlakın bağışlanması barədə müqavilə və onun hüquqi nəticələri etibarsız hesab edilmiş,
iddia qalan hissədə təmin edilməmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının  20 aprel 2018-ci il

tarixli, (hakimlər: V.İbayev, A.Kalbalıyev,Ə.Əliyev; 2(102)-2879/18) qərarı ilə cavabdehin
kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 11 yanvar 2018-
ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.

Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının  04 iyul2018-ci il tarixli qətnaməsi

ilə (hakimlər: İ.Şirinov, T.Səmədov,E.Kazımov; 2(103)-7232/18) İddiaçı apellyasiya şikayəti
qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il
tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia qismən təmin
edilərək İddiaçı ilə Cavabdeh1 arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 37,53
kv.m olan 2 otaqlı mənzilin 1 otağının bağışlanması barədə 28.10.2016-cı il tarixdə

bağlanmış və 22 saylı DNK tərəfindən reyestrdə *********** sayla qeydə alınmış daşınmaz
əmlakın bağışlanması barədə müqavilə və onun hüquqi nəticələri etibarsız hesab edilmiş,
iddia qalan hissədə təmin edilməmişdir.

 

 İşin halları
 

İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi  22 saylı Dövlət

Notariat Kontoru və Cavabdeh1 qızına qarşı əqdin etibarsız hesab edilməsitələbinə dair
iddia ilə məhkəməyə müraciət edərək  28.10.2016-cı il tarixdə İddiaçı adından
nümayəndəsi X10 ilə  Cavabdeh1 arasında bağlanmış ünvan 1 ünvanında yerləşən
ümumi sahəsi 37,53 kv.m olan 2 otaqlı mənzilin 1 otağının bağışlanması barədə 22 saylı
DNK tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması barədə müqaviləsinin
etibarsız hesab olunmaqla ləğv olunmasını və cavabdehlərin hər birindən iddiaçının
xeyrinə 5000 (beş min) manat alınmaqla, cəmi 10.000 ( on min) manat miqdarında mənəvi
ziyanın alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddiaçı iddia tələbini onunla əsaslanmışdır ki, ünvan 2 ünvanında  yerləşən 17 saylı

mənzilin 1 (bir) otağı mülkiyyət hüququ ilə iddiaçının olmuş, digər 1 (bir) otağı isə bacısı
X6 məxsus olmuş və hal-hazırda da onun adınadır. İddiaçı ilə B8 sağlığında belə
razılaşmışlar ki, həmin mənzili satıb hər biri ayrı-ayrılıqda iki ədəd bir otaqlı mənzil alsınlar.
Bu məqsədlə 10 iyul 2013-cü il tarixdə iddiaçının bacısı X4 adına  ünvan 3 ünvanında
yerləşən 22 saylı Notariat Kontorunda notarius X1 təsdiqi ilə etibarnamə rəsmiləşdirdilər.
Bu barədə etibarnamə) rəsmiləşdirildikdən sonra həm iddiaçının, həm də bacısının
sağlamlığında problemlər yarandığından evin özgəninkiləşdirilməsinə dair planları təxirə
salmalı oldular. İddiaçının bacısı X12 səhhətində yaranmış problemlə əlaqədar 27 noyabr
2016-cı il tarixdə vəfat etdi və adəti üzrə dəfn mərasimi keçirildikdən sonra iddiaçı
mülkiyyətində olan mənzilə gələrkən həmin mənzilin qapsının bağlı olduğunu və mənzilin
açarlarının

dəyişdirildiyini

gördü.

İddiaçı

mənzilinin

açarlarının

kim

tərəfindən

dəyişdirilməsini öyrənmək üçün ərazi üzrə MKİS-nə getdi və orada ona məlum oldu ki,
mənzilin giriş qapsının açarlarını mənzilin yeni sahibi, həmin iş üzrə digər Cavabdeh1
dəyişdirmişdir. Beləliklə Cavabdeh1 hansı əsasla və hansı tarixdə iddiaçıya məxsus
mənzilə sahib çıxmasını öyrənmək və dəqiqləşdirmək üçün aidiyyatı üzrəcavabdeh olan
Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi
İdarəsindən almış, cavab məktubunun məzmunundan məlum olmuşdir ki, mülkiyyət
hüququ ilə iddiaçıya məxsus olmuş ünvan 2 ünvanında  yerləşən 17 saylı mənzilin 1 (bir)
otağı bacısı X10 tərəfindən iddiaçının 10 iyul 2013-cü il tarixdə verdiyi etibarnamə
əsasında 28 oktyabr 2016-cı il tarixdə Cavabdeh1 baöışlamışdır.İddiaçının adından bacısı
X4 adına 10 iyul 2013-cü il tarixdə etibarnamə verərkən iddiaçının və mərhum bacısının
niyyəti həmin etibarnamə əsasında ancaq həmin mənzilə dair hazır olan sənədləri imza
etmək olmuşdur. 10 iyun 2013-cü il tarixdə iddiaçının bacısı T8 adına Notariat Kontorunda
etibarnamə verərkən  həmin etibarnamənin məzmunu latın qrafikası ilə yazıldığından həm
iddiaçı tərəfindən, həm də bacısı tərəfindən oxunula bilməmiş və etibarnamənin mahiyyəti
və məzmunu notarius tərəfindən iddiaçıya və bacısına izah olunmamışdır. Həmin iş üzrə
cavabdeh Notariat Kontoru iddiaçının adından verilmiş etibarnamə əsasında X10
tərəfindən bağışlanma müqaviləsini rəsmiləşdirməyə səlahiyyətli deyildir. Ona görə ki,
iddiaçı

tərəfindən

həmin

etibarnamədə

konkret

olaraq,

Bakı

şəhəri,

*************************** saylı mənzilinin iddiaçıya 1(bır) otağının bağışlanılmasına Bağırlı
Tahirəyə səlahiyyət verilməmişdir. Cavabdeh1 qızı iddiaçının bacısı X4 xəstə və qoca
olmasından, öz hərəkətlərinin mənasını başa düşə bilməməsindən və faktiki olaraq
fəaliyyət qabiliyyətli olmamasından sui-istifadə edərək, onu 22 saylı Notoriat Kontoruna
aparmış və 10 iyun 2013-cü il tarixdə iddiaçının bacısı Tahirənin adına verdiyi etibarnamə
əsasında iddiaçıya aid bir otağın iddiaçının adından öz adma bağışlanması barədə ma
müqaviləsinə qol çəkdirmişdir. Baxmayaraq ki, həmin tarixdə, yəni müqavilənin dirildiyi 10
oktyabr 2016-cı il tarixdə iddiaçı Bakı şəhərində olmuşdur. Göründüyü kimi cavabdeh Z8
iddiaçının bacısı X4 ağır xəstə olmasını və çox yaşamayacağını qabaqcadan bilmiş və

onun özünü idarə edə bilməməsindən sui-istifadə edərək bağışlama müqaviləsinə qol
çəkdirməklə, iddiaçıya aid mənzili aldatma yolu ilə ondan gizlincə rəsmiləşdirmiş, bunu
həm də iddiaçıdan, həm də digər qohumlardan gizli saxlamış, müqavilə rəsmiləşdirildikdən
sonra iki ay keçməmiş, yəni 27 noyabr 2016-cı il tarixdə iddiaçının bacısı vəfat etmişdir.
Cavabdeh1 iddiaçının bacısı X4 yaşlı və qoca olmasından, görmə qabiliyyətinin
zəıfləməsindən və öz hərəkətlərinin mənasını başa düşə bilməməsindən sui-istifadə
edərək iddiaçının bacısının adına olan bir otağa dair öz adına vəsiyyətnamə də
yazdırmışdır. Baxmayaraq ki, iddiaçının bacısı  X10 ona aid mənzili ilk dəfə vəsiyyətnamə
əsasında başqa şəxsə vəsiyyət etmişdir. Cavabdeheh Cavabdeh1 həm iddiaçıya aid bir
otağı bağışlama müqaviləsi ilə, həm də iddiaçının bacısına aid bir otağa dair vəsiyyətnamə
yazdırmaqla bütöv mənzili gələcəkdə öz adna keçirməyi qabaqcadan planlaşdırmış, digər
cavabdeh Notariat kontoru ilə gizlin əlaqəyə girmiş, iddiaçının və bacısının xəstə, qoca və
görmə qabiliyyətinin zəifləməsindən, yəni fəaliyyət qabiliyyətli olmadığından, həmçinin
latın qrafikası ilə yazıb-oxuya bilməmələrindən, habelə mərhum T8, həm də iddiaçının ona
olan etibarından sui-istifadə edərək, aldatma yolu ilə iddiaçının və bacısının əmlak
hüquqlarına sahib çıxmış və iddiaçıya külli miqdarda ziyan vurmuşdur. Cavabdeh1 bu
qanunsuz hərəkətləri qabaqcadan düşünülmüş və planlaşdırılmışdır. Ona görə
də,Cavabdeh1 əməlində dələduzluq cinayətinin tərkib əlamətlərinin olub-olmamasının
yoxlanılması məqsədi ilə xüsusi qərardad çıxarılmalı və müvafiq tədbir görülməsi üçün
rayon Prokurorluğuna gön dərilməlidir. Hər bir halda bağışlama müqaviləsi əsasında
bağışlanan mənzil iddiaçının mülkiyyətidir. İddiaçının bacısı T8 həmin müqavilədə təmsilçi
kimi çıxış etmişdir. Bu səbəbdən də müqavilə  rəsmıləşdirilərkən həmin müqavilənin
mahiyyəti və məzmunu barədə notarius tərəfindən mütləq iddiaçıya məlumat verilməli idi.
Notoriat Kontoru 28 oktyabr 2016-cı il tarixdə bağışlama müqaviləsini rəsmiləşdirərkən
etibarnamə əsasında iddiaçını təmsil edən bacısı X4 əmək qabiliyyətli olmadığını, xəstə
olmasını, öz hərəkətlərinin mənasını başa düşməməsini və fəaliyyət qabiliyyətli olmadığını
yoxlamamış və qanunsuz notariat əməliyyatı aparmışdır. 2013-cü ildən indiyə kimi
sözügedən etibarnamənin iddiaçıda və ya bacısında olması hər ikisi üçün naməlum
olmuşdur. Həmin etibarnaməni Cavabdeh1 onların xəbəri olmadan götürmüş və
gizlətmişdir.  Cavabdeh1 ilə yaxın  qohumluq münasibətində olduqları üçün onun belə
niyyətdə olmasını düşünə bilməzdilər. Göstərilənlərə  əsasən 28 oktyabr 2016-cı il tarixdə
X10 ilə Cavabdeh1 arasında  Nəsimi rayonu, *************************** ünvanında yerləşən,
ümumi sahəsi 37,53 kv.m yaşayış sahəsi 24,23 kv.m yardımçı sahəsi 13,3 kv.m olan 2
otaqlı mənzilin paylı mülkiyyət üzrə iddiaçıya aid olan bir otaqlı hissəsinə bir cavabdeh 22
saylı Notariat Kontoru (notarius Ş.Gülməmmədov)  tərəfindən 28 oktyabr 2016-cı il tarixdə
aparılmış bağışlanma müqaviləsinin etibarsız hesab olunmaqla ləğv olunmalı və
cavabdehlərin hər birindən  5000 (beş min) manat alınmaqla, cəmi 10.000 ( on min) manat
miqdarında mənəvi ziyanın alınmalıdır.

 

   Kassasiya şikayətinin dəlilləri

 

 Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin

qətnaməsinin ləğv edilərək mülki işin yenidən baxılması üçün həmin məhkəməyə
göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
  
         

Kassasiya

şikayəti

onunla

əsaslandırılmışdır

ki,apellyasiya

instansiyası

məhkəməsinin qətnaməsimaddi və prosessual hüquq normalarının tələrinin tələblərinin
pozulması ilə çıxarılmış, işin faktiki halları araşdırılmamış, nəticədə maddi və prosessual
hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir.
 
          Tərəfin izahatı

 
       

Məhkəməkollegiyasınıniclasında İddiaçı

vəkili

X9

məhkəmə

iclasında

kassasiyaşikayətini qəbul etməyərəkşikayətintəminedilməməsinixahişetdilər. 

 

 

  

Məhkəmə

kollegiyası

iclasının

yeri

vaxtı

barədə

lazımi

qaydada 

məlumatlandırılmasına  baxmayaraq, cavabdehlər heç bir üzrlü səbəb göstərmədən
məhkəmə kollegiyasının iclasına gəlməmişlər.

  Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə

əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.

 

        Hüquqi məsələlər
 
        Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası
məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq
normalarının düzgün tətbiq edilməsini yoxlayır.
         Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını
araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-
olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi  tərəfindən işin faktiki halları
yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq
normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün 
qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması
vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına
istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd
etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət
edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına
dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər.  
          Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi qətnaməni gəldiyi
nəticənin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası MM-nin 324.1, 324.2, 324.4,
337.1, 375.2, 377.1, 354.2-ci maddələrinə istinad etməklə belə əsaslandırmışdır ki,
apellyasiya məhkəməsinin qətnaməsini ləğv edən Ali Məhkəmə Qərarında göstərmişdir ki:
«İddiaçı 10 iyul 2013-cü il tarixli etibarnamə ilə öz adından bağışlama müqaviləsini
imzalamaq səlahiyyətini bacısı X6 verməklə iradə ifadəsini bildirmiş və etibarnaməni
verməklə T8 müvafiq tapşırıq vermişdir»

Halbuki Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı ərizəsində

göstərmişdir ki: «İddiaçı 2013-cü ildə ünvan 1 ünvanında yerləşən mənzilin onun
mülkiyyətində olan hissəsini bibisi X2, bunun müqabilində iddiaçıya bibisi tərəfindən onun
yanında 22.000 manat pul verilmiş, o bibisinə baxdığından T8 mənzilin özünə aid hissəsini
ona vəsiyyət etmiş, əmisi A8 aid hissəsini isə bağışlama müqaviləsi əsasında bağışlamış,
27.11.2016-cı ildə bibisi rəhmətə getdikdən sonra əmisi A8 bibisinin evin ona aid 1 otağını
ona bağışladığı barədə məlumat vermiş, əmisi A8 buna etiraz edərək mənzilin 1 otağının
onun olduğunu və satacağını bildirmişdir.»

Göründüyü kimi cavabdeh özü mübahisələndirilən bağışlama müqaviləsinin

iddiaçının xəbəri (məlumatı) və iradə ifadəsi olmadan bağlanılmasını təsdiq etmişdir.

İddiaçı isə izahatında həmin etibarnaməni bacısı X6 paylı mülkiyyətlərində olan

mübahisəli mənzilin satılması və mənzilin satışından əldə edilmiş məbləğə iki ayrı mənzil
alınması barədə verdiyini, əqd bağlanan vaxt özünün Bakı şəhərində olduğunu, həqiqətən
özünə aid hissəni bağışlamaq niyyəti olsaydı, özünün bu əqdi bağlaya biləcəyini, əqd
bağlanan ərəfədə bacısının səhhətinin həddindən artıq pis olduğunu, demək olar ki,
anlaqsız halda olduğunu, cavabdehin isə bacısının bu vəziyyətindən sui-istifadə etdiyini
bildirmişdir.

İşdə olan Bakı şəhər Təcili və X8 Stansiyasının 02 fevral 2017-ci il tarixli, 31 saylı

arayışından görünür ki, həqiqətən də 15.10.2016, 17.11.2016, 20.11.2016, 23.11.2016,
25.11.2016-cı il tarixlərində X4 adına 7 (yeddi) müraciət qeydə alınmışdır. Həmin
arayışdan müəyyən olunur ki, X6 «İX xroniki ürək-damar çatışmazlığı İİİ mərhələ,
hipertoniya xəstəliyi» diaqnozu qoyulmuşdur.

Etibarnamə əsasında əqdlərin bağlanması zamanı etibar olunanın iradə ifadəsinin

müəyyənləşdirilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyi
də mühüm əhəmiyyət kəsb edir.

 Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 15 sentyabr

2014-cü il tarixli Qərarında (H6 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin
Mülki Kollegiyasının 06 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikası
Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair) qeyd etmişdir ki,
əqdin təmsilçi vasitəsilə bağlanılması zamanı aydınlaşdırılmalı vacib məqam təmsil
olunanın konkret subyektə münasibətdə, konkret şərtlərlə əqdin bağlanmasına yönələn
iradə ifadəsinin mövcud olub-olmamasını müəyyən etməkdən ibarətdir.

Lakin yuxarıda qeyd olunanlardan da aydın olduğu kimi iddiaçının bağışlama

müqaviləsinin bağlanmasına nəinki (iradə ifadəsi-niyyəti) razılığı olmuş, iddiaçının,
ümumiyyətlə, həmin müqavilənin bağlanmasından məlumatı belə olmamışdır.

Cavabdeh özü iddia müddətinin tətbiqinə dair ərizə verməklə, həqiqətən də

mübahisələndirilən əqdi mülki qanunverciliyin tələblərini pozmaqla, bağladığını qəbul-
təsdiq edərək, iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.

İddiaçı isə izahatında bildirmişdir ki, X4 yas mərasimi zamanı cavabdeh özü ona

mübahisəli əqd barədə məlumat vermiş, o, cavabdehə inanmayaraq, mənzilə getdikdə
mənzilə daxil ola bilməmiş, mənzilin açarlarının dəyişdirildiyini başa düşmüş, bundan
sonra reyestr orqanına müraciət etmiş və o zamana həqiqətən də mənzilə dair mübahisəli
əqdin bağlanıldığını öyrənmiş, dərhal da hazırkı iddia ilə məhkəməyə müraciət etmiş və
iddia müddətini ötürməmişdir.
        Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə bağlı məhkəmə kollegiyası
aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

      

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

       -4.1-ci  maddəsinə əsasən bütün fiziki ə hüquqi şəxslər özlərinin qanunla qorunan
hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla
müəyyən edilmiş qaydada məhkəmə müdafiəindən istifadə etmək hüququna malikdir.
      -47.1-ci  maddəsinə görə işdə iştrak edən  şəxslər prosessual qanunvericiliklə onlara
verilmiş prosessual hüquqlardan  vicdanla istifadə etməəyə borcludular.
      -77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası
kimi  istinad etdiyi halları sübut etməlidir.
      -88-ci  maddəsinə  əsasən məhkəmə sübutlara obyektiv, qərəsiz, hərtərəfli və  tam
 baxdlqdan sonra  həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq
qiymət verir.
     -106.1-ci maddəsinə görə işdə iştrak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara
məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı
və qiymətləndirilməlidir.
      -217.3-cü  maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və
tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır..
      -365-ci maddəsinə görə apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları
tətbiq olunur.

    

  -372.6-cı maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci

instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə
mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya
apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin
predmeti bölünməz olduqda isə tam yoxlayır.
        -372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin
dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət
edilməsini yoxlayır.
        İş materiallarında olan:

Hüquqların dövlət qeyiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən *******

saylı çıxarışa əsasən  Bakı şəhəri, **************************** saylı mənzilinin 1 otağına
mülkiyyət hüququ 25.02.2015-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə
alınmışdır.

İddiaçı  Z6 tərəfindən X6 10.07.2013-cü il tarixdə  10.07.2018-ci il tarixədək onu

notariat kontorunda təmsil etmək, adından bağışlama müqaviləsini imzalamaq, lazımi

sənədlər təqdim etmək, ərizə yazmaq, imzalamaq və bu tapşırıqla bağlı  bütün zəruri
hərəkətləri adından etməyi  etibar etməsi barədə etibarnamə vermişdir.

İddiaçı tərəfindən mübahisələndirilən Cavabdeh2 xüsusi notariusu Ş.Gülməmmədov 

tərəfindən təsdiq olunmuş, ********* reyestrlə qeydə alınmış 28 oktyabr 2016-cı il tarixli
daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X10 (İddiaçı nümayəndəsi
qismində) paylı mülkiyyətdə olan Bakı şəhəri, ****************  saylı evin 16 saylı mənzilinin
İddiaçı paylı mülkiyyət hüququ ilə  aid olan 1 otağı Cavabdeh1 bağışlamışdır.

29.11.2016-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10

27.11.2016-cı il tarixdə vəfat etmişdir.

 Nəsimi rayon MKTB-nin 33 saylı MKİS-nin arayışlarından görünür ki, Bakı şəhəri,

******************************** 

saylı

mənzilində

İddiaçı

yaşayış

yeri

üzrə

daimi

qeydiyyatdadır. X10 27.11.2016-cı il tarixdə ölümü ilə əlaqədar mənzildən qeydiyyatdan
çıxarılmışdır.

Cavabdeh  Cavabdeh1 tərəfindən işə apellyasiya qaydasında baxılarkən təqdim

edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən FX
******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, ************************** saylı mənzilinin 1
otağı üzərində Cavabdeh1 mülkiyyət hüququ 07.12.2016-cı il tarixdə daşınmaz əmlakın
dövlət reyestrində qeydə alınmışdır.
   Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
       -337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla
bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz
əqdlər ola bilər.       
       -359.1, 359.3-cü maddələrinə görə əqd təmsilçisi vasitəsi ilə də bağlana bilər. Bu
şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və
ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətinə görə başqa şəxs (təmsil edən)
adından bağladığı əqd təmsil edilənin  mülki hüquq və vəzifələrini bilavasitə yaradır,
dəyişdirilir və onlara xitam verilir. Səlahiyyət həmçinin  təmsilçinin fəaliyyət göstərdiyi
şəraitdən də ( pərakəndə ticarət satışı, kassir və i.a) bəlli ola bilər. Təmsilçi  təmsil edən
adından şəxsin özü barəsində əqdlər bağlaya bilməz. Q, həmçinin  kommersiya təmsilçiliyi
halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda, təmsilçisi
olduğu şəxs barəsində  bu cür əqd bağlaya bilməz.
       -362.1. 362.2-ci maddələrinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik
üçün  başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsilçinin əqd bağlaması üçün
vəkaləti bilavasitə  müvafiq üçüncü şəxsə təqdim edə bilər. Notariat forma tələb edən
əqdlərin bağlanması üçün  etibarnamə notariat qaydasında  təsdiqlənməlidir.

-777.1-ci maddəsinə  görə tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi

öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı
əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra
etməyi öhdəsinə götürür.

-777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada

bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

-778.1-ci maddəsinin tələbinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu

zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

İş materiallarından mərhum X4 İddiaçı qeyd edilən etibarnamə ilə ona verdiyi

səlahiyyətlərdən kənara çıxması etibardan sui-istifadə edilməsi, onun iradəsinə uyğun
olmayan mənafeyinə zidd əqdin bağışlanma müqaviləsinin bağlanması və bu kimi digər
hərəkətlərə yol verməsini təsdiq halların mövcud olması, X7 mübahisəli bağışlanma
müqaviləsini bağlayar anlaqsız vəziyyətdə olması, öz hərəkətlərinin mənasını dərk etmək
iqtidarında olmamasını təsdiq edən mötəbər sübut iş materiallarında yoxdur. Eləcədə
apellyaiya instansiya məhkəməsinin sübut kimi istinad etdiyi Cavabdeh1 ərizəsindən onun
iddiaçının mübahisələndirdiyi bağışlanma müqaviləsinin sonuncunun iradə ifadəsi
olmadan bağışlanmasını təsdiq edən halın mövcud olması görünmür.

       

Qeyd olunanlardan əlavə məhkəmə kollegiyası onuda qeyd edir ki, cavabdehin iddia

tələbinə  iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməsi onun Azərbaycan

Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsində müəyyən edilmiş hüququdur və
cavabdehin qanunun ona verdiyi hüquqdan istifadə edərək iddia müddətinin tətbiqinə dair
ərizə verməsini, onun mübahisələndirilən əqdi mülki qanunvericiliyin tələblərini pozulmaqla
bağlanmasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.

 Cavabdehin  iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsasında iddia

müddətinin iddia tələbinə tətbiq edilib-edilməməsini məhkəmə müəyyən edir.

          

Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası işin şərh  olunan hallarına

düzgün hüquqi qiymət verməmiş, bu səbəbdən də iş üzrə səhv nəticəyə gələrək işin həqiqi
hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmayan qətnamə qəbul etmiş,
bununla da maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşur.
          Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə görə maddi və prosessual
hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası
məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
         İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki,
kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi
və prosessual hüquq normaları pozulduğuna görə qətnamə ləğv edilməli və  iş yeni
apellyasiya baxışına göndərilməlidir.

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin

416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiya
 

Q Ə R A R A  A L D İ :

 

         Kassasiya şikayəti təmin olunsun
         BakıApellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 04 iyul 2018-ci il tarixli
qətnaməsiləğv edilsin.İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə
göndərilsin. 
 
 
        
        Sədrlik edən:                                                                               Əli Rüstəmov
 
        Hakimlər:                                                                                     Mehparə Əhmədova
 
  

                                                                                          

                        Əhməd

Nurməmmədov
 
 
 
        Əsli ilə düzdür:
 
        Azərbaycan Respublikası
 
        Ali Məhkəməsinin hakimi                                                           Əli
Rüstəmov