2[102]-1170/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-1170/2019

15.02.2019

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki Kollegiyasının

 

QƏRARİ

 
15 fevral 2019-cu il                  İş № 2(102)-1170/19                               Bakı  şəhəri
 
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm

oğlunun sədrliyi və məruzəsi, hakimlər Mirzəliyev Əsəd Abdulla oğlu və Əliyev Ələsgər Əliabbas
oğlundan ibarət tərkibdə, Xankişiyev Şafiq Fəyyaz oğlunun katibliyi ilə, İddiaçı Sumqayıt
Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2018-ci il tarixli qərardadından verdiyi
kassasiya şikayəti üzrə işə baxaraq 

 

MÜƏYYƏN ETDİ:

 
İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2018-ci il tarixli

qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.

 

İşin halları:

 
İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK

yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin onun mülkiyyətində olan Sumqayıt şəhəri, ünvan 1
ünvanında mənzilinin qiymətləndirilməsinə dair 12 avqust 2016-cı il tarixli rəyin dəyişdirilməsinə
dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

Sumqayıt şəhər məhkəməsinin 18 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim

İ.Mahmudov, iş № 2(060)-16367/2017)  iddia rədd edilmişdir

İddiaçıhəmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və

iddianın təmin edilməsini xahiş etmişdir.

Sumqayıt Аpellyаsiyа Məhkəməsinin Mülki kоllegiyаsının 15 avqust 2018-ci il tаrixli

qərardadı ilə (hakimlər E.Rəhimov (sədrlik edən və məruzəçi), N.Nəsibov və S.Qafari, iş №
2(105)-2760/2018) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər
Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir.
 

 

Kassasiya şikayətinin dəlilləri:

 

İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası

məhkəməsi  prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apellyasiya
Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2018-ci iltarixli qərardadının ləğv edilməsini xahiş
edir.

 

Kassasiya şikayətinə qarşı verilmiş etiraz:

 
Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
 

Məhkəmə iclasında iştirak edənlərin izahatları:

 
Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə

baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə
baxılmasını mümkün hesab etmişdir.

 

Hüquqi məsələlər:

 
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq

kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və
prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK

yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin onun mülkiyyətində olan Sumqayıt şəhəri, ünvan 1
ünvanında mənzilinin qiymətləndirilməsinə dair 12 avqust 2016-cı il tarixli rəyin dəyişdirilməsinə
dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

Sumqayıt şəhər məhkəməsinin 18 dekabr 2017-ci il tarixli qətnaməsi ilə  iddia rədd

edilmişdir

İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və

iddianın təmin edilməsini xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisə predmetini 12.08.2016-

cı il tarixli, 012-12 saylı daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəy təşkil edir. Bu rəy iddiaçı
“xxxx” ASC-nin cavabdehlər X2, İddiaçı qarşı pulun tutulması, tələbin ipoteka predmetinə
yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və ipoteka predmetinin boşadılması
tələbinə dair işə apellyasiya qaydasında baxılarkən ipoteka predmetinin qiymətləndirilməsi
məqsədilə məhkəmə qərardadına əsasən DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş,
artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsilə həmin rəy əsas götürülərək ipoteka
predmetinin ilkin satış qiyməti müəyyənləşdirilmişdir. Başqa sözlə, ipoteka predmetinin ilkin satış
qiyməti (buna əsas olmuş rəy) məhkəmə araşdırmasının predmeti olmuş, mübahisə üzrə qanuni
qüvvəyə minmiş məhkəmə qətnaməsi çıxarılmışdır.

Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan

Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 261.0.1-ci maddələrini tətbiq etmişdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə

məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini
qəbul etməkdən imtina edir

Mülki Prosessual Məcəlləsinin 261.0.1 -ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı

deyildirsə, hakim iş üzrə icraata xitam verir.

İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv

edilməsinin əsasları kimi  ona istinad etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən
maddi və prosessual hüquq normalarını pozmuşdur. Həmçinin qeyd etmişdir ki, “... eyni tərəflər
arasında eyni predmet barəsində və eyni əsasla mülki iş olmamışdır. Əvvəlki mülki işin predmeti 
kredit müqaviləsi ilə bağlı olmuş, hal hazırki mülki işin predmeti isə qiymətləndirmə ilə bağlıdır.
Deməli predmetlər arasında fərq var. Məhkəmə yuxarıda araşdırdığımız prosessual hüquq
normalarının tələbini pozmuşdur. ”  

Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin

qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi
qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir:

“...Hazırda bu məsələnin məhkəmə qaydasında bir daha araşdırılması isə qüvvədə olan mülki-

prosessual qanunvericiliyə əsasən yolverilməzdir və qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin
icrasını yubatmaq məqsədi daşıyır. Digər tərəfdən, mütəxəssis rəyini məhkəmə qaydasında
mübahisələndirmək də MPM-nin tələblərinə ziddir. Hazırki mübahisə üzrə artıq qanuni qüvvəyə minmiş
məhkəmə qətnaməsi olduğundan ona yenidən məhkəmədə baxıla bilməz.”

Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşır və hesab edir ki,

apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara prosessual hüquq normalarını
düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

 

Kassasiya şikayətinə baxılmasının nəticələri:

 
Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq

olunmuş, qərardadın ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilməmişdir.

Kassasiya şikayətinin dəlilləri Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15

avqust 2018-ci il tarixli qərardadının ləğv edilməsi üçün əsas hesab edilmir.

Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual

Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

 

QƏRARA ALİR:

 
Kassasiya şikayəti təmin edilməsin.
Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2018-ci il tarixli

qərardadı dəyişdirilmədən saxlanılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.
 
Sədrlik edən:
 
Əsli ilə düzdür.
Ali Məhkəmənin hakimi                                                                           Vəfaddin İbayev