2[102]-123/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-123/2019

07.01.2019

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Mülki Kollegiyasının

 

Q Ə R A R İ

 

07 yanvar 2019-cu il                 İş № 2(102)-123/2019                    Bakı

şəhərində

 
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri

Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova
Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova
Ülviyyə Alim qızının katibliyi,    

İddiaçı «İddiaçı» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və vəkili X2

iştirakı ilə,

Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-

1750/2018 nömrəli iş üzrə 31 iyul 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya
şikayəti üzrə işə baxaraq,        

 

Müəyyən etdi:

 

Bakı şəhəri Binəqədi rayon məhkəməsinin (hakim Tale Kərimov) 13 iyul 2017-ci

il tarixli 2(001)-2558/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək iddiaçı
«İddiaçı» ASC ilə Cavabdeh1 arasında 18 dekabr 2012-ci il tarixdə bağlanmış
************** saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və
Cavabdeh2 müştərək qaydada 1445,51 manat əsas kredit borcu, 385,47 manat faiz
borcu, 10 manat dəbbə pulu olmaqla ümumilikdə 1840,98 manat məbləğində borc və
məhkəmə xərclərinin 5,1 manat hissəsinin tutularaq iddiaçı «İddiaçı» ASC-yə
ödənilməsi, məhkəmə xərclərinin qalan hissəsinin iddiaçının özünə aid edilməsi,
tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus 2012-ci il
buraxılışlı, “Nissan JUKE” markalı, **--*** dövlət qeydiyyat nişanlı, ******************
ban, ********** mühərrik nömrəli, ağ rəngli avtomobilə yönəldilməsi, avtomobilin açıq
hərracda satılması yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia
tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi, borc tam ödənildikdən sonra məbləğin
qalan hissəsinin Cavabdeh1 qaytarılması, ipoteka predmetinin satışından əldə edilən
vəsait borcun ödənilməsinə təmin etmədiyi halda qalıq borc məbləğinin cavabdehlər
Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı «İddiaçı» ASC-yə
ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmiş və iş üzrə keçirilmiş
ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manatdan 8,25 manatın cavabdehlər

Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 41,75 manatın isə iddiaçı «İddiaçı»
ASC-dən alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.

Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Raqib Qurbanov -

sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Azad İmanov) 31 iyul 2018-ci il tarixli
qətnaməsi ilə iddiaçı «İddiaçı» ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən
təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 13 iyul 2017-ci il tarixli
qətnaməsi kredit müqaviləsi üzrə borcun tutulması və məhkəmə xərclərinin
bölüşdürülməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilmiş,
cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8706,83 manat əsas borc,
2321,82 manat faiz borcu, 144,03 manat cərimə borcu, cəmi 11172,68 manat
məbləğində pul vəsaiti və ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun tutularaq
iddiaçı «İddiaçı» ASC-yə ödənilməsi qət edilmiş, qalan hissədə həmin iddia tələbləri
təmin edilməmiş, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan
cəmi 195 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2
müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

 

İşin halları:

 

İddiaçı «İddiaçı» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia

ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə aralarında bağlanmış 18
dekabr 2012-ci il tarixli ********** saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin
müqavilə əsasında hesablanmış 8712,28 manat əsas borcun, müqavilənin 4.2-ci
bəndinə əsasən hesablanmış 2328,07 manat faiz borcu, müqavilənin 5.2-ci bəndinə
əsasən hesablanmış 144,53 manat cərimə borcu olmaqla ümumilikdə 11184,88 manat
məbləğində borcun və 31 manat məhkəmə xərclərinin cavabdehlər Cavabdeh1 və
Cavabdeh2 birgə qaydada xeyrinə tutulması, tutmanın kreditin təminatı kimi
Cavabdeh1 məxsus 18 dekabr 2012-ci il tarixli *********** saylı ipoteka müqaviləsinə
əsasən iddiaçı qarşısında kredit öhdəliyinin təminatı kimi ipoteka ilə yüklü edilmiş
2012-ci il buraxılışlı “NİSSAN JUKE” markalı, **-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli
avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satışı yolu ilə realizə
edilməsi və satışdan əldə ediləcək məbləğin cavabdehlərin borcuna yönəldilməsi,
satışdan əldə olunan vəsait qətnamənin tam icra olunmasına kifayət etməzsə qalıq
borc məbləğinin cavabdehlərdən birgə qaydada tutulması barədə qətnamə qəbul
edilməsini xahiş etmişdir.

İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir.
 

Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz:

 

Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki

kollegiyasının 31 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.    

Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə təyin edilmiş məhkəmə

mühasibatlıq ekspertizasının rəyindən görünür ki, 18 dekabr 2012-cı il tarixlı 02/1648
kredit müqaviləsinın və 04 sentyabr 2015-cı il tarixli sazişin şərtləri nəzərə alınaraq
onun «İddiaçı» ASC-yə 27 fevral 2017-ci il tarıxinə olan əsas kredit borcu 1445,51
manat, faiz borcu 385,47 manat olmaqla cəmi 1830,98 manat müəyyən edilmişdir.
Apellyasiya instansiyası məhkəməsi heç bir əsas olmadan iş üzrə əlavə ekspertiza
təyin etmiş və ekspert qarşısında onun tərəfindən ödənilmış məbləğ nəzərə alınmadan
borcun hesablanması barədə sual qoyulmuşur. Bunun da nəticəsi olaraq qanunsuz rəy
verilmiş və iddiaçının tələb etdiyi məbləğin təmin olunmasına nail olmuşdur. İş
materiallarından da göründüyü kimi banka olan əsas borc məbləgı 1445,51 manat
olmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi onun tərəfindən ödənilmiş məbləğ
nəzərə alınmadan rəyin verilməsi sualını qoymuş və bunun da nəticəsi olaraq
qanunsuz rəy verilmişdir. Məhkəmə kollegiyası da öz növbəsində həmin qanunsuz

 rəyi sübut kimi qəbul etmiş və bununla da onun hüquqlarını kobud şəkildə pozmuşdur.
Ona görə də, qətnamə ləğv edilməlidir.

 

Tərəflərin izahatları:

 
İddiaçı «İddiaçı» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və vəkili X3

məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin
edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən
saxlanılmasını xahiş etdilər.

Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada

məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və
gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən
işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

 

Hüquqi məsələlər:

 

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə

əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi
tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını

araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi
qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi
tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-
olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və
hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları
araşdırma kimi qiymətləndirilməməlidir.

Məhkəmə kollegiyası məruzəçini, iddiaçının nümayəndəsinin və vəkilinin

izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən
keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki
kollegiyasının 31 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı,
kassasiya şikayəti təmin edilməməlidir.

Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından

görünür ki, «İddiaçı» ASC ilə Cavabdeh1 arasında 18 dekabr 2012-ci il tarixli
02/1648/AFS saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən
Cavabdeh1 36 ay müddətinə illik 16 % ödəmək şərti ilə 20601 manat məbləğində
kredit verilmişdir. Daha sonra həmin tərəflər arasında 04 sentyabr 2015-ci il tarixdə
bağlanmış sazişə əsasən 18 dekabr 2012-ci il tarixli **************** saylı kredit
müqaviləsi restrukturizasiya olunaraq kredit müqaviləsinin 2.1 və 6.10-cu bəndlərinə
dəyişiklik edilərək kredit müqaviləsi üzrə verilən kreditin ümumi məbləği əsas
borcundan qalan 7264,76 manat, faiz borcundan 1676,98 manat və cərimə borcundan
298,26 manat olmaqla cəmi 9240 manat məbləğində kapitallaşdırılmış və kreditin
müddəti 24 ay uzadılmışdır. Nəticədə Cavabdeh1 saziş bağlanan günə olan kredit
borcunun əsas məbləği 22576,24 manat, kredit müqaviləsinin ümumi müddəti 60 ay
təşkil etmişdir. Kredit müqaviləsinin təminatı kimi həmin tərəflər arasında 18 dekabr
2012-ci il tarixli ************** saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə
əsasən Cavabdeh1 məxsus ban nömrəsi *****************, mühərrik nömrəsi
*************, ağ rəngli “Nissan JUKE” markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobil
bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmçinin kredit müqaviləsinin təminatı
kimi «İddiaçı» ASC ilə Cavabdeh2 və Cavabdeh2 arasında 18 dekabr 2012-ci il tarixli
02/1648/AFS saylı üçtərəfli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə
əsasən zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında öhdəliklərini icra etməsi
üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır.

İddiaçı bildirmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımi

qaydada icra etməmiş və onun əsas kredit borcu 8712,28 manat, faiz borcu 2328,07
manat, cərimə borcu 144,53 manat, cəmi borcu isə 11184,88 manat təşkil edir.

Cavabdehlər iddiaya etiraz edir və bildirmişlər ki, kredit müqaviləsi üzrə iddiaçı

qarşısında yerinə yetirilməmiş öhdəlikləri qalmamış, götürülən kredit faizləri ilə birlikdə
artıqlaması ilə banka qaytarılmışdır.

Cavabdeh1 həmçinin bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi

ekspertiza təyin edərək ekspert qarşısında onun tərəfindən 04.09.2015-ci il tarixdə
ödənilmiş 9440,46 manat məbləğin nəzərə alınmadan rəy verilməsi barədə ekspert
qarşısında sual qoyması və həmin ekspert rəyinə istinad etməsi düzgün olmamışdır.

Mülki Məcəllənin 421, 423, 739.1, 741, 462, 269.5, 317-ci maddələri və “İpoteka

haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1-ci maddələrini rəhbər
tutaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı kredit
müqaviləsinin ləğv edilməsi, kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə
yönəldilməsini tələb etməkdə haqlıdır. Belə ki, Cavabdeh1 kredit müqaviləsi üzrə
üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən
miqdar ödəniş etsə də, öhdəliyinə uyğun olaraq müəyyən edilmiş miqdarda və vaxtda
tam ödəniş etməmiş və bununla da, öhdəliyin lazımınca icra etməməklə müqavilə
şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur.

Lakin apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, borcun tutulması

hissəsində iddia qismən əsaslıdır.

Belə ki, birinci instansiya məhkəməsində iş üzrə məhkəmə-mühasibatlıq

ekspertizası təyin edilmiş və 25 may 2017-ci il tarixli ******** saylı ekspert rəyi
verilmişdir. Həmin ekspert rəyindən görünür ki, borclunun 04.09.2015-ci il tarixdə
9440,46 manat ödəniş etdiyi göstərilmiş və kredit borcu buna əsasən hesablanmışdır.

Lakin hesabdan çıxarışdan görünür ki, həmin məbləğin yalnız 3003,49 manat

olan hissəsi kredit ödənişi, qalan 6436,97 manat məbləğ isə kredit tranşı kimi
göstərilmişdir.

Qeyd olunanlar və apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq apellyasiya

baxışı zamanı iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və
Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 25 iyun 2018-ci il tarixli ********* saylı rəy
verilmişdir. Həmin rəyə əsasən Cavabdeh1 27.02.2017-ci il tarixədək banka olan borcu
11028,65 manat, o cümlədən əsas borc üzrə 8706,83 manat və faiz borcu 2321,82
manat təşkil edir.

Ona görə də məhkəmə hesab etmişdir ki, borcun tutulması hissəsində iddia

qismən təmin edilməli və 8706,83 manat əsas borc, 2321,82 manat faiz borcu, 144,03
manat cərimə borcu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada
tutularaq iddiaçı «İddiaçı» ASC-nin xeyrinə ödənilməlidir.

Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq

edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan
zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə
riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq
normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya
instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas
ola bilməz.     

Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki,

apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən ödənilmiş məbləği müəyyən
etmək üçün əlavə məhkəmə mühasibatlıq ekspertizası keçirməkdə haqlı olmuşdur.
Çünki iş materiallarında olan hesabdan çıxarışdan müəyyən edilir ki, 9440,46 manatın
3003,49 manatı ödəniş kimi kimi qeyd edilmiş, 6436,97 manat isə kapitallaşdırılaraq
kredit borcuna əlavə edilmişdir. Ödənişin edildiyi tarixdə, yəni 04.09.2015-ci ildə
tərəflər arasında kredit müqaviləsinin restrukturizasiyasına dair Saziş bağlanmışdır.
Edilmiş 6436,97 manat ödəniş də bu Saziş çərçivəsində kapitallaşdırılmışdır.

MPM-in 102.1-ci madddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya

tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin
və ya başqa ekspertə tapşıra bilər.

Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 31 iyul 2018-ci il

tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
             

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual

Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

 

Qərara alır:      

 
Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi

mülki kollegiyasının 2(103)-1750/2018 nömrəli iş üzrə 31 iyul 2018-ci il tarixli
qətnaməsi dəyişdirilmədən saxlanılsın.                           

Qərar qəbul edildiyi andan qüvvəyə minir.  
 

Sədrlik edən:         
Əsli ilə düzdür        
Ali Məhkəmənin hakimi                                                 Əhməd Nurməmmədov