2[102]-1234/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-1234/2019

15.02.2019

ALİ MƏHKƏMƏ

                                                         

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki Kollegiyasının

QƏRARİ

15 fevral 2019-cu il                İş № 2(102)-1234/19                             Bakı  şəhəri
 
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm

oğlunun sədrliyi və məruzəsi, hakimlər Mirzəliyev Əsəd Abdulla oğlu və Əliyev Ələsgər Əliabbas
oğlundan ibarət tərkibdə, Xankişiyev Şafiq Fəyyaz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, «xxxx»
Açıq Səhmdar Cəmiyyətinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2018-
ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq  

MÜƏYYƏN ETDİ:

 
«xxxx» ASC Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2018-ci il tarixli

qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün
apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

                                                                                                

İşin halları:

İddiaçı “xxxx” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı

“xxxx” ASC-nin xeyrinə 754,3 ABŞ dolları əsas və 909,99 ABŞ dolları faiz borcunun, cəmi 1664,29 ABŞ
dolları borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılması
xahiş edilmişdir.

Bakı şəhəri Nizami rayon məhkəməsinin 25 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən

M.Sadıqov, iş № 2(007)-6522/2017) iddia qismən təmin edilmiş, Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə
754.3 ABŞ dolları əsas, 32.44 ABŞ dolları faiz borcu olmaqla, cəmi 786.74 ABŞ dolları borcun tutulması qət
edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə

(hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və E.Kazımov, iş № 2(103)-6141/2018)
Cavabdeh apelyasiya şikayəti təmin edilmiş,

iş üzrə

Bakı şəhəri Nizami rayon məhkəməsinin 25 dekabr

2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.

Kassasiya şikayətinin dəlilləri:

«xxxx» ASC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya

instansiyası məhkəməsi maddi və prosessual qanun pözuntularına yol vermişdir. Ona görə də,
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2018-ci iltarixli qətnaməsinin ləğv
edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş
edir.

Kassasiya şikayətinə qarşı verilmiş etiraz:

Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
 

   Məhkəmə iclasında iştirak edənlərin izahatları:

 
Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual

Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq Cavabdeh  izahatı dinlənilməmişdir.

İddiaçının nümayəndəsiməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə

baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını
mümkün hesab etmişdir.

Hüquqi məsələlər:

 
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq

kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və
prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır,

yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır.
Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası
məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi
məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad
olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına
istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək
lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən
olunması ədalətli məhkəmə araşdırılması hüququnun pözulmasına dəlalət etməklə mübahisənin
hüquqi aktlarına təsir göstərə bilər.

Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, “xxxx”ASC ilə Cavabdeh  arasında

bağlanmış 29 yanvar 2015-ci il tarixli CC/16518/49/1 nömrəli kredit müqaviləsinə görə, bank tərəfindən
Cavabdeh 12 ay müddətinə, illik 28 faiz ödəmək şərti ilə 5008 ABŞ dolları məbləğində nağd pul krediti
verilmişdir. Cavabdeh 12 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit
müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtmda ödənilməsini öhdəsinə götürmüşdür

“xxxx”ASC-nin 14.07.2016-cı il tarixli maliyyə arayışına görə, cavabdeh 1273.38 ABŞ dolları əsas

borc, 219.04 ABŞ dolları faiz borcu vardır.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 16809 saylı, 24 iyul

2018-ci il tarixli rəyinə görə, 29 yanvar 2015-ci il tarixli, CC-16518-49-1 nömrəli kredit müqaviləsi üzrə
19.10.2017-ci il tarixə Cavabdeh “xxxx” ASC- nə borcu tam ödənilmiş və 1016.42 manat artıq ödəniş
aparıldığı müəyyən edilmişdir.

Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki

Məcəlləsinin 442, 448.1, 448.2, 448.3-cü maddələrini tətbiq etmişdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci mаdəsinin tələbinə görə, öhdəliyin icrа

edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür.

Mülki Məcəllənin 448.1-ci mаddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа

müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün
cаvаbdehdir.

Müki Məcəllənin 448.2-ci maddələrinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli

pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni
qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

Müki Məcəllənin 448.2-ci maddələrinə görə, borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin

tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya
hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.

«xxxx»

Açıq

Səhmdar

Cəmiyyəti

kassasiya

şikayətində

apellyasiya

instansiyası

məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, iş üzrə təyin edilmiş məhkəmə
mühasibatlıq ekspertizası rəyinin həqiqəti əks etdirməməsi ilə əsaslandırsa da,  apellyasiya
instansiyası məhkəməsi tərəfindən yol verilmiş maddi və ya prosessual hüquq pozuntusunun
nədən ibarət olmasını əsaslandıra bilməmişdir.

 Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin

qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir.

Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və

hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi
hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

Kassasiya şikayətinə baxılmasının nəticələri:

Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq

olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol
verilməmişdir.

Kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10

oktyabr 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir.

Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALİR:

 
Kassasiya şikayəti təmin edilməsin.
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2018-ci iltarixli qətnaməsi

dəyişdirilmədən saxlanılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.
 
Sədrlik edən:
 
Əsli ilə düzdür.
Ali Məhkəmənin hakimi                                                                  Vəfaddin İbayev